Month: December 2019

  • Azərbaycanda zəlzələ oldu

    Hacıqabulda zəlzələ olub.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Məlumata görə, yerli vaxtla saat 17:00-da Əli Bayramlı stansiyasından 35 km şimal-qərbdə Hacıqabul ərazisində 3.5 maqnitudalı zəlzələ qeydə alınıb.

    Yeraltı təkanların dərinliyi 5 km olub. Zəlzələ hiss olunmayıb.

  • БГУ отреагировал на вывешенный из окон транспарант

    В социальных сетях появилась фотография, на котором запечатлен свисающий с окон 6-го этажа 2-го корпуса Бакинского государственного университета (БГУ) транспарант с надписью Pulsuz təhsil (“Бесплатное образование”).

    Плакат подготовлен группой студентов факультета востоковедения.

    Пресс-секретарь БГУ Парвана Ибрагимова заявила Oxu.Az, что в данный момент по данному вопросу ведется проверка, после которой будут обнародованы подробности.

  • Beyləqanda sağlamlıq üçün təhlükəli məhsullar istehsal edən müəssisə aşkarlanıb

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

    Daxil olan müraciət əsasında AQTA əməkdaşları Beyləqan rayonu Aşağı Çəmənli kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Alıyev Rizvan Arzuman oğluna məxsus süd və süd məhsulları istehsal edən müəssisədə yoxlama keçiriblər.

    Yoxlama zamanı müəssisədə istehsal olunan məhsulların yağlılığını süni şəkilə artırmaq üçün bitki tərkibli “Sun 23” və “Sania” əmtəə nişanlı marqarin yağından istifadə olunduğu aşkarlanıb.

    Məhsulların heç bir laborator analizinin aparılmadığı və müşahidəedici sənədlərin alınmadığı, istehsal zamanı qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu müəyyən olunub. Eyni zamanda məhsul qablaşdırılarkən etiketlənməsi vacib olan məlumatlıardan istifadə edilmədiyi aşkarlanıb.

    Yoxlama zamanı məlum olub ki, pendir və yağ istehsalı olan hissədə istehsal yeri texniki sənədlərin tələblərini əks etdirmir. Aşkarlanan nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

  • Piyada səkisi “AA”, “PA” seriyalı avtomobillərin dayanacağına çevrilib – Video

    Kövkəb Səfərəliyeva küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində piyada səkisi avtomobillər tərəfindən zəbt olunub.

    Ərazidə avtomobillər qanunsuz olaraq park edildiyindən, piyadalar üçün gediş-gəlişdə böyük çətinliklər yaranıb. Paytaxt sakini Niyazi Qasımov bildirib ki, bu ünvanda yeni restoran açılandan sonra “AA”, “PA” seriya nömrəli avtomobillər dayanır.

    “Piyada səkisində sonra “AA”, “PA” seriyalı dövlət nömrə nişanlı avtomobillər dayanır. Dövlət məmurları sanki burada dayanmalıdır. Bakı Nəqliyyat Agentliyi qayda pozuntusu ilə bağlı tədbir görməlidir”,-deyə N.Qasımov bildirib.

    Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, vətəndaşın təqdim etdiyi foto və video əsasında qaydanı pozan avtomobillərə tədbir görmək mümkün deyil.

    “Avtomobilin dövlət qeydiyyat nişanının heç bir fərqi yoxdur. Bizim əməkdaşlar tərəfindən belə hal aşkar edildikdə və ya kameralar vasitəsi ilə belə hal aşkar edildikdə müvafiq inzibati tənbeh tədbirləri görülür. Dəfələrlə KİV-də və sosial şəbəkədə bununla bağlı paylaşımlar olub. Qanunvericilik baxımından vətəndaşların təqdim etdiyi foto və video faktlar əsasında cəza tədbiri görmək mümkün deyil. Bu səbəbdən də təəssüf təqdim edilən video əsasında hər hansı bir hüquqi addım ata bilmirik. Amma qeyd edim ki, bu ərazi nəzarətimizdə olacaq”,-deyə Mais Ağayev bildirib.
    //Bizimyol.info

  • Məşhur səyahət proqramı “Oryol i Reşka”nın izləyicilərdən gizlədilən sirləri

    Rusiya telekanallarında yayımlanan “Oryol i Reşka” proqramı milyonlarla izləyicinin marağını qazanıb. Proqramda dünyanın müxtəlif ölkələrinə səyahətə çıxan iki aparıcı mərc gəlir, biri qızıl və limitsiz kartla, digəri isə 100 dollarla 2 gün getdiyi ölkədə yaşadığını nümayiş etdirir.

    Qızıl kart sahibi dünyanın ən bahalı otellərinin kral dairələrində gecələyir, qiyməti 50 min dollara qədər olan yeməklərin dadına baxır, ən lüks avtomobillərlə gəzir. 100 dollarla səyahət edən aparıcı isə məlum məsələdir ki, qənaətlə keçinmək zorunda qalır. Bir çoxlarını bu şounun nə qədər real şərtlərdə çəkilməsi çox maraqlandırır və prodüsserlər də şounun sirrlərini ciddi cəhdlə gizləməyə çalışırlar.

    Lakin bəzi məlumatlar sıza bilir.

    Məsələn şouda hər şey öncədən planlaşdırılır. Redaktorlar hər detalı öncədən planlaşdırır, gediləcək otel və məkanlar öncədən razılaşdırılır. Bahalı otellərdə bir gecə yox sadəcə bir neçə saatlıq çəkiliş aparılır. Nömrə bir neçə saat ərzində arendaya götürülür. Üstəlik proqram bu reklam çəkilişləri üçün pul da qazanır. Azərbaycana, Gürcüstana və Ermənistana səfər zamanı öncədən planlaşdırma işləri daha çox gözə çarpmışdı, Vaşinqton, Kanada kimi ölkələrdə aparıcılara demək olar ki, ölkə tərəfindən diqqət göstərilməmişdi. Proqramda hansı aparıcıya qızıl kart veriləcəyini mərc təyin etsə də müsəlman ölkələrdə xanım aparıcılara mütləq qızıl kart verilir. Çəkiliş qrupu 8 nəfərdən ibarətdir. Komandada operatordan başqa hər kəs aparıcının təhlükəsizliyini qorumağa cavabdehdir. Operator isə bütün anları qeydə almaq üçün cavabdehdir.

    Ekzotik yeməklərin ( ilan, qurbağa, böcək, ilbiz əti və s.) dadına baxmaq aprıcının vəzifə borcudur, əks halda müqaviləyə əsasən, 5000 dollar cərimə gözlənilir. Çəkiliş hər səhər saat 6-da başlanır. 6 ay davamlı səyahətdə olmaq, jetlaq vəziyyətləri çəkiliş qrupunu yorur, üstəlik bu onların şəxsi həyatlarına , münasibətlərinə də mənfi təsir göstərir. Ona görə, aparıcıları hər mövsüm dəyişirlər. Aparıcı olmaq üçün gərgin müsabiqədən keçmək, üzmək, yüksəklik qorxusunun olmaması, avtomobil idarə etmək kimi özəllikllər vacibdir./bizimyol.info/

  • Bakı Nəqliyyat Agentliyindən Azərbaycan dilinə hörmətsizlik – Foto

    Bakı Nəqliyyat Agentliyinin Qaradağ rayonu Lökbatan qəsəbəsinə verdiyi yeni avtobuslarda Azərbaycan dilinin normalarına riayət olunmayıb.

    Bizimyol.info xəbər verir ki, 125 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda quraşdırılan elektron tabloda orfoqrafiya qaydalarına əməl ediləyib.

    “28 May” metrostansiyası–“Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi ilə hərəkət edən müntəzəm marşrut xəttində avobusların elektron tablosunda qeyd olunan elanlarda “ə” hərifi yazılmayıb.

    Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Bizimyol.info-ya bildirib ki, 125 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda quraşdırılan elektron tablolar yeni sistemlə işləyirlər.

    BNA aparat

    “Yeni sistemdir, texniki işlər tam yekunlaşmayıb. Qısa vaxtda tam normal qaydada işləyəcək”,-deyə Mais Ağayev bildirib.

    Qeyd edək ki, Azərbaycan əlifbası 32 hərfdən ibarət latın qrafikalı əlifbadır. Azərbaycan dilinin fonem tərkibində 9 sait və 25 samit səs vardır. Bu 34 səs Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Azərbaycan dilində 32 hərf 34 səs var.

  • Zahid Oruc deputatlığa namizədliyini irəli sürüb

    Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc 9 fevral 2020-ci il tarixində keçiriləcək parlament seçkilərinə qatılmaq barədə qərar verib.

    Z. Oruc namizədliyini 94 saylı Bərdə seçki dairəsindən irəli sürüb. O bildirib ki, təmsil etdiyi müddətdə Bərdədə böyük inam, xeyirxahlıq, yüksək anlaşma görüb. Hər zaman seçicilər qarşısında daşıdığı məsuliyyətə sadiq qalmağa çalışıb. O, bu illər ərzində Qarabağın mühüm tarixi bölgəsini təmsil etməklə hər zaman qürur duyduğunu deyib və bunu mənəvi, həyati bir borc saydığını söyləyib.

    Qeyd edək ki, bu günə qədər sözügedən dairədən 10-a yaxın namizəd var. Zahid Oruc bildirib ki, hər bir iddiaçıya hörmətlə, ehtiramla yanaşır, onları rəqib deyil, vətənimizin ləyaqətli övladları statusunda görür. Zahid Oruc qarşıdakı 5 illik dövrdə çox mühüm təklifləri, planları seçicilərlə görüşlər əsasında irəliyə sürəcəyini və seçki qərargahı vasitəsilə aktiv kampaniya aparacağını vurğulayıb.

  • Bakıda 3 yaşlı qız faciəvi şəkildə öldü

    Bakıda 3 yaşlı uşaq üçüncü mərtəbədən yıxılaraq ölüb.

    Median.Az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verib.

    2016-cı il təvəllüdlü Hüseynova Elif Bəhruz qızı dekabrın 22-i saat 16 radələrində fərdi yaşayış evinin üçüncü mərtəbəsində oynayarkən ehtiyatsızlıqdan pəncərədən yıxılıb. E.Hüseynova təcili tibbi yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ağır dərəcəli açıq kəllə beyin travması diaqnozu qoyulub. Dekabrın 23-də xəstəxanada vəfat edib.

    Məhkəmə tibb ekspertinin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. E.Hüseynovanın meyitinin daxili müayinə edilməsi üçün ekspertiza təyin edilib.

    Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.

  • BDU tələbələri etiraz aksiyası keçirdi – Universitetdən açıqlama

    Bakı Dövlət Universiteti (BDU) 2 saylı korpusun binasından şüar asılmasına münasibət bildirib.

    Universitetdən “Report”a verilən məlumata görə, hazırda məsələ araşdırılır.

    Qeyd edək ki, sosial şəbəkələrdə BDU-nun 2 saylı korpusunun fasadından “Pulsuz təhsil” şüarı yazılmış plakatın asıldığını əks etdirən foto yayılıb. 6-cı mərtəbənin pəncərəsindən endirilən afişa Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi tərəfindən hazırlanıb. Həmin şüarı hazırlayan tələbələr hazırda dərslərini davam etdirir.

  • İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.

    AZƏRTAC xəbər verir ki, Bilal Ərdoğan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından və öz adından dövlətimizin başçısını ad günü münasibətilə təbrik etdi, ona Azərbaycan xalqının rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulanıb.

    Təbrikə və göstərilən diqqətə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefonla danışdığını məmnunluqla qeyd edib.

    Söhbət zamanı Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kubokunun final mərhələsinin Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu bildirilib, milli idman oyunlarının inkişaf etdirilməsi istiqamətində ölkələrimizin əməkdaşlığının önəmi vurğulanıb.