Month: December 2019

  • Bakıda tələbə qız öldü – Rəssamlıq Akademiyasında oxuyurdu

    Göyçay rayon sakini Bakıda bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Göyçay rayon Çərəkə kənd sakini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 2-ci kurs tələbəsi Babayeva Lalə Niyaməddin qızı Bakıda kirayə qaldığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Yanvarın 1-dən yeni cərimələr qüvvəyə minir – 500 AZN-dən 4000 AZN-ə qədər

    Gələn il yanvarın 1-dən uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq olunacaq.

    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

    Qanuna əsasən, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələri tətbiq edilmədən yayılmasına, informasiya məhsulunun “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən həmin Qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına görə cərimələr tətbiq olunacaq.

    Belə ki, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.

  • Hər kəs seçki məntəqəsində çəkilən bu görüntülərdən danışır – VİDEO

    Bu gün Azərbaycanda Bələdiyyə seçkiləri keçirilir.
     
    118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir. 

    Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək.
     
    Seçici siyahılarına adları daxil edilən 4 972 356 seçici səs verəcək.
     
    Seçkilərə ölkə ərazisində böyük maraq var.
     
    Ən fəal rayonlardan biri də Neftçaladır. Neftçala Xolqaraşlı 33 saylı məntəqədə seçici fəallığı hiss olunmaqdadır. 
     
    Namizədlərdən birinin lentə aldığı görüntülərdə insanların böyük həvəslə seçkidə iştirak etdiyi hiss olunur.
     
    Həmin görüntüləri təqdim edirik:

  • Azərbaycanlı məşhurlar seçkilərdə niyə iştirak etmir?

    Bu gün Azərbaycanda Bələdiyyə seçkiləri keçirilir.
     
    118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir. 
    Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək.
     
    Seçici siyahılarına adları daxil edilən 4 972 356 seçici səs verəcək.
     
    Maraqlıdır ki, ölkədə seçki fəallığı hiss olunsa da, məşhurlardan heç kim səsverməsi ilə bağlı paylaşım etməyib.
     
    Bu saata qədər sosial şəbəkə hesablarında bununla bağlı paylaşım edən məşhur müğənni və ya aktyora rast gəlinməyib.
     
    Azərbaycanlı məşhurların ictimai-siyasi proseslərə bu qədər laqeyd yanaşması anlaşılan deyil. 

  • 104 yaşlı azərbaycanlı səsvermədə – FOTO

    Qusar rayonunun Düztahir kəndinin 104 yaşlı sakini bələdiyyə seçkilərinə səsvermədə iştirak edib.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1915-ci il təvəllüdlü Vəlimətova Nazirat Məhəmməd qızı səhhəti ilə əlaqədar məntəqəyə müraciət edərək, səs verməsi üçün şərait yaradılmasını xahiş edib.

    Səyyar seçki qutusunu qeydiyyatda olduğu 51 saylı Qusar seçki dairəsinin 20 saylı seçki məntəqəsindən onun yaşadığı ünvana gətiriblər. Seçdiyi namizədlərə səs verən 104 yaşlı Nazirat nənə xalqımıza sülh və əmin-amanlıq arzulayıb.

    Bu vaxtadək Azərbaycanda keçirilən seçkilərdə fəal iştirak edən Nazirat Vəlimətovanın indi yaşı ilə əlaqədar səhhətində problemlər yaranıb. Elə bu səbəbdən də, son illərdə keçirilən seçkilərdə onun yaşadığı ünvana daşınan seçki qutusu gətirilir. Onun səkkiz övladı, 18 nəvəsi və 10 nəticəsi var.

    51 saylı Qusar seçki dairəsi üzrə yaşı 100-dən yuxarı cəmi iki seçici qeydə alınıb. Bu dairə üzrə ümumilikdə qeydə alınan seçicilərin sayı 44 min 400 nəfərdir. Seçicilər 25 bələdiyyə üzrə 625 namizəd arasında seçim edir.

  • Bakıda daha 2 marşrut xətti kart sisteminə keçir

    Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, daha iki marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.

    Median.Az bu barədə Agentliyə istinadən xəbər verir.

    Məlumata görə, 25.12.2019-cu il tarixindən 39, 26.12.2019-cu il tarxindən isə 202 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

    Tətbiq edilən yeniliklə bağlı əhalinin vaxtında məlumatlandırılması məqsədi ilə, 39 və 202 nömrəli marşrut xətti üzrə avtobuslarda elanlar vurulub.

    Digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

  • Кямаледдин Гейдаров проголосовал на муниципальных выборах – ФОТО

    Министр по чрезвычайным ситуациям Азербайджана Кямаледдин Гейдаров принял участие в муниципальных выборах.

    Как передаёт Median.Az со ссылкой на Trend, он проголосовал на 1-м избирательном участке 3-го Ясамальского избирательного округа.

    Отметим, что сегодня в Азербайджане проходят муниципальные выборы. 23 декабря объявлено в стране нерабочим днем.

    Избирательные участки открыты для голосования до 19:00.

  • Kəmaləddin Heydərov bələdiyyə seçkilərində iştirak etdi – FOTO

    Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bələdiyyə seçkilərində səs verib.

    Trend-in məlumatına görə, o, 13 saylı Yasamal 3-cü Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

    Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

    Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

    Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.

  • Лейла Алиева в Доме малютки – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева посетила Дом малютки №1 в Насиминском районе Баку.

    Фотографии из Дома малютки размещены на официальной странице Лейлы Алиевой в Instagram.

  • Leyla Əliyeva körpələr evində – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nəsimi rayonunda 1 nömrəli körpələr evində olub.

    Bununla bağlı Leyla Əliyeva rəsmi “Instagram” hesabında fotolar paylaşıb.