Month: December 2019

  • Ödəmə terminalından pul oğurlayan şəxs saxlanılıb

    Xətai rayonu ərazisindəki ödəmə terminallarının birindən pul oğurlamaqda şübhəli bilinən N.Cəfərov saxlanılıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xətai RPİ 36-PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də rayon ərazisindəki ödəmə terminallarının birindən 1590 manat oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini N.Cəfərov saxlanılıb.

    Faktla bağlı araşdırma davam edir.

  • Azərbaycanın Xalq artisti vəfat etdi – FOTO

    Xalq artisti, balet ustası Çimnaz Babayeva vəfat edib.

    Median.Az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, 74 yaşlı balet ustası dekbarın 23-də vəfat edib.

    Çimnaz Babayeva 1946-cı il dekabrın 23-də Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirən gənc balet artisti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasına qəbul edilib və Azərbaycanın balet ustalarından birinə çevrilib.

    Ç.Babayeva Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində bir çox milli və klassik balet tamaşalarında unudulmaz xoreoqrafik obrazlar yaradıb. O, öz həyat yoldaşı, Xalq artisti Vladimir Pletnyov ilə birgə A. Məlikovun “Məhəbbət əfsanəsi” baletində Şirin, Q. Qarayevin “Yeddi gözəl” baletində Aişə, “İldırımlı yollarla”da Sari, Ə. Bədəlbəylinin “Qız qalası”nda Gülyanaq, F. Əmirovun “Nəsimi haqqında dastan”ında Nəsiminin sevgilisi, L. Minkusun “Don Kixot”unda Kitri, D. Şostakoviçin “Xanım və xuliqan”ında xanım və başqa tamaşalarda Azərbaycan klassik xoreoqrafiya sənətini şərəfli bir pilləyə ucaldıb.

    O, 1977-ci ildən 2000-ci ilədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşqçi baletmeysteri vəzifəsində fəaliyyət göstərib.

    O, 1970-ci ildə Əməkdar artist, 1974-cü ildə Fikrət Əmirovun “Nəsimi haqqında dastan” baletinin səhnələşdirilməsinə görə Azərbaycanın Dövlət mükafatı laureatı, 1978-ci ildə Xalq artisti kimi yüksək fəxri adlara layiq görülüb. 2002-ci ildən Prezident təqaüdçüsü idi.

    Allah rəhmət etsin!

  • Bakıda keçmiş məhkumlar fahişəliklə məşğul olan homoseksualları döydülər

    Bakıda bir qrup şəxs seksual azlıqlara qarşı müharibə elan edib.

    Dekabrın 23-ü gecə Moskva prospektində yerləşən 68 nömrəli binanın qarşısında fahişəlik etmək üçün yığılan homoseksuallar döyülüb.

    Bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

    Nəsimi rayonu 19-cu Polis Bölməsinə zərərçəkmiş 41 yaşlı Bakı sakini A.B. müraciət edib.

    Onun dediyinə görə, üç nəfər ona hücum edib və güc tətbiq edərərək, 27 manatını mənimsəyib.

    Bir neçə saatdan sonra Polis Bölməsinə 21 yaşlı Ağstafa sakini olan seksual azlıq nümayəndəsi də müraciət edib. Onun sözlərinə görə, beş nəfər şəxs onu döyərək, beş manat pulunu, şəxsiyyət vəsiqəsini, mobil telefonunu və başqa əşyalarını götürüblər.

    Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şöbənin əməkdaşları tərəfindən üç şübhəli şəxs – 23 yaşlı Gədəbəy rayon sakini İlkin Məmmədov, 41 yaşlı Siyəzən rayon sakini Ramin İbrahimov və 52 yaşlı Bakı şəhər sakini Vəfalı Hüseynov saxlanılıb.

    Onların üçü də əvvəl məhkum olublar. V.Hüseynov qaçaqmalçılıqla bağlı məhkumluq həyatı yaşayıb.

    Hadisə qarət kimi qiymətləndirilib.

    Hücum edən digər şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.

    ///Oxu.Az

  • Polis “Sədərək”də əməliyyat keçirdi – FOTO

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən insanların sağlamlığına zərər vuran, əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində silsilə tədbirlər davam etdirilir.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, növbəti belə tədbir Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində həyata keçirilib.

    Belə ki, Baş İdarəyə qeyd edilən ticarət mərkəzində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışının təşkil edilməsibarədə əməliyyat məlumatı daxil olub. Qeyd olunan ünvanda yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələrin satışını həyata keçirən Astara rayonunda anadan olmuş Seymur Hənifəyev və onun oğlu Fərid Hənifəyevsaxlanılıblar. Həmin şəxslərə məxsus ticarət mərkəzində yerləşən mağaza və anbaraqanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadlərində pirotexniki vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

    Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.







  • Qazdan istifadə limitinin sıfırlanması ilə bağlı RƏSMİ AÇIQLAMA

    İlin sonu yaxınlaşdıqca artıq ictimai müzakirələrdə, internet səhifələrində və sosial şəbəkələrdə qazdan istifadə üzrə illik ayrılmış 10 qəpiklik limitin sıfırlanma məsələsinə diqqət artır.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov bildirib.

    Onun sözlərinə görə, bir çoxları, hətta bəzi hüquq müdafiəçiləri bu məsələdən danışarkən səhvlərə yol verirlər, çaşqınlıq yaradacaq məqamlar ortalığa çıxır:

    “Abonentlərimiz bu məsələdə çaşqın duruma düşə bilərlər. Bu halda isə bu, heç də onların xeyrinə olmaz, fikirlərinin yanlış tərəfə istiqamətlənməsinə səbəb ola bilər.

    Bunun üçün də “Azəriqaz” İstehsalat Birliyi bir daha xatırladır ki, limitin sıfırlanması deyilən əməliyyatlar zamanı smart-kart tipli sayğaclarda dekabrın 31-də, gecə saat 00:00-da 2 200 kubmetrlik 10 qəpiklik limit tam sıfırlanır və artıq gələn ilin əvvəlindən hər abonent üçün 2 200 kubmetrlik həcmin yenidən 10 qəpikdən hesablanmasına başlanılır. Yəni dekaberın 31-də gecə saat 00:00-da bu proses öz işini avtomatik olaraq icra edir və sistemdə bu dəyişiklik gedir”.

    Qeyd edək ki, smart-kart tipi sayğaclardan istifadə edən 1 milyon 200 minə yaxın abonent mövcuddur. Digər abonentlər mexaniki sayğacdan istifadə edirlər.

    “Azəriqaz” rəsmisi bildirib ki, bəzən sosial şəbəkələrdə bu məsələni şərh edən insanlar mexaniki sayğaclarla olan məsələni bütün sayğaclara aid edirlər: “Əslində isə belə deyil. Mexaniki sayğaclarda hesabat dövrü hər ayın 5-dən digər ayın 5-nə qədər olan müddəti əhatə edir. Birliyin əməkdaşları sayğacın göstəricilərinə baxmalı və qeydiyyat prosesini aparmalıdırlar. Bu da abonent bazasında hər bir abonent üçün ayrılıqda hesabat şəklində öz əksini tapmalıdır. Lakin, 2020-ci il yanvarın ilk 5 günü bayram günləri olacaq.

    Ona görə də mexaniki sayğacların qeydiyyat prosesinə ilin ilk iş günü – yanvarın 7-dən başlanılacaq. Həmin vaxtdan etibarən, mexaniki sayğacların oxunmasına start veriləcək, bu da maksimum 4-5 gün vaxt aparacaq. Məhz həmin qısa vaxt ərzində mexaniki sayğaclar üzrə illik limitin sıfırlanması mərhələsi əməliyyatı icra ediləcək. Ən geci yanvarın 10-da bu iş tamamlanacaq və hər bir əhali qrupu üzrə abonentə 2020 ci il üzrə yeni 10 qəpiklik qazdan istifadə üzrə 2200 kubmetrlik limit veriləcək”.

    O qeyd edib ki, sosial şəbəkələrdə bu məsələlər barədə geniş məlumat almaq istəyən abonentlər yaxşı olar ki, “Azəriqaz” İstehsalat Birliyinin rəsmi səhifəsinə daxil olsunlar: “Bu gündən etibarən artıq bizim rəsmi səhifəmizdə bununla bağlı məlumatlar yerləşdiriləcək. Bundan başqa, gələn həftə ərzində “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevin geniş mətbuat konfransı pıanlaşdırılır və bu mətbuat konfransına təkcə jurnalistlər deyil, həmçinin bu barədə yazan hüquq müdafiəçiləri də dəvət olunacaq. Açıq söhbət olacaq və onlar “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi ilə fikir mübadiləsinə qoşula bilərlər”.

    C. Səfərov əlavə edib ki, əgər mexaniki sayğac istifadə edən abonent öz sayğacının qeydiyyatının daha tez bir zamanda nəzərə alınmasını və bazaya yerləşdirilməsini istəyirsə, ilin əvvəlində öz sayğacının aydın şəklini çəkib “Azəriqaz” İstehsalat Birliyinin facebook səhifəsinə, eyni zamanda 104 və 185 operativ qaynar xətti xidmətinin +99477 3 104 104 watsapp nömrəsinə də göndərə bilər.

  • Ильхам Алиев дал местным телеканалам интервью, посвященное итогам года – ФОТО

    Сегодня Президент Азербайджана Ильхам Алиев дал местным телеканалам интервью, посвященное итогам года.

    Об этом Trend сообщили в пресс-службе главы государства.

    Интервью будет транслироваться сегодня в 20:30 Азербайджанским телевидением (AzTV).






  • İlham Əliyev yerli telekanallara ilin yekunları ilə əlaqədar müsahibə verdi – FOTO

    Bu gün Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara ilin yekunları ilə əlaqədar müsahibə verib.

    Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

    Müsahibə bu gün 20:30-da Azərbaycan Televiziyası ilə yayımlanacaqdır.






  • В Сальяне перевернулся Mitsubishi, трое погибших

    В Сальяне произошло дорожно-транспортное происшествие.

    Как говорится в сообщении Министерства внутренних дел, 21 декабря около 16:00 на территории города Сальян перевернулся автомобиль Mitsubishi, управляемый жительницей Ширвана Тараной Гаджиевой.

    В результате аварии водитель и трое пассажиров получили травмы и были госпитализированы.

    Сообщается, что в машине находились сын и дочь Т.Гаджиевой Алескер и Шукрия, а также еще одна родственница – жительница города Сальян Зенфира Мамедова.

    Т.Гаджиева, ее сын и З.Мамедова скончались в больнице.

    По факту ведется расследование.

  • Azərbaycanda qadın sürücü avtomobili aşırdı: Üç nəfər öldü

    Salyan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 21-də saat 16 radələrində Salyan şəhəri ərazisində Şirvan şəhər sakini Təranə Hacıyeva idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.

    Nəticədə sürücü və sərnişinləri olan oğlu Ələsgər, qızı Şükriyyə və Salyan şəhər sakini olan qohumu Zenfira Məmmədova xəstəxanaya yerləşdirilib.

    Z.Məmmədova, T.Hacıyeva və Ələsgər orada ölüb.

    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  • В Баку студентка академии стала жертвой угарного газа

    Студентка Азербайджанской государственной академии художеств стала жертвой угарного газа.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в Управлении полиции Наримановского района.

    22 декабря в 22:00 жительница Гейчайского района Азербайджана Бабаева Лала Ниямеддин гызы 2001 года рождения была обнаружена мертвой в ванной комнате съемной квартиры в доме №21 на улице Арифа Гейдарова.

    По предварительным данным, девушка отравилась угарным газом.