Month: December 2019

  • 436 hərbçiyə mənzil veriləcək

    Dekabrın 21-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

    Maliyyə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, həmin Fərman Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunmasını nəzərdə tutur.

    Komissiyanın sədri, Maliyyə naziri Samir Şərifov bildirib ki, hərbi qulluqçuların mənzil təminatı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və nəzarətindədir. Bu tədbirlərin həyata keçirilməsi ilə bağlı hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılır.

    Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil almaq hüququ qazanan növbəti 763 hərbi qulluqçunun mənzil növbəsinə qəbul olunması qərara alınıb. Qeyd olunub ki, hazırda mənzil növbəsində olan 339 hərbi qulluqçu ilə birlikdə bugünkü iclasın qərarına əsasən, növbəyə qəbul edilən hərbi qulluqçulardan 97 nəfəri də daxil olmaqla cəmi 436 hərbi qulluqçunun mənzillə təmin olunması nəzərdə tutulub.

    Bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı şəhəri, Hövsan Yaşayış Kompleksindən 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına 436 ədəd tam təmirli mənzil alınıb, həmin mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi və onların adlarına rəsmiləşdirilməsi istiqamətində işlər həyata keçirilir.

    Bununla da, bu günədək Komissiya tərəfindən 1721 nəfər hərbi qulluqçunun Bakı şəhəri daxil olmaqla respublikanın müxtəlif regionlarında mənzillə təmin olunması ilə bağlı qərarlar qəbul edilib.

  • Bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

    Azərbaycanda keçirilən bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

    APA-nın məlumatına görə, seçici fəallığının ən yüksək olduğu 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir.

    Bu seçki dairəsində 38 min 621 seçicidən 16 min 800 (43.50 faiz) səs verib.

    Seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz (Gəncə) İkinci Seçki Dairəsidir. Burada 42 min 085 seçicidən 10 min 156 (24.13 faiz) səs verib.

    Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində ümumilikdə seçici fəallığı 32.72 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən 162 70 64 nəfəri səs verib.

  • Президент и главный исполнительный директор Boeing покинул свой пост

    Президент и главный исполнительный директор Boeing Деннис Мюленбург покинул свой пост, сообщили в компании.

    Совет директоров компании принял решение о смене руководителя компании, чтобы восстановить доверие к компании и наладить отношения с регуляторами, покупателями и другими заинтересованными сторонами.

    Мюленбурга отстранили от работы немедленно, во время переходного периода главой компании станет финансовый директор компании Грег Смит.

    Новым президентом Boeing с 13 января станет Дэвид Л. Калхун, действующий председатель правления компании. После назначения Калхун останется членом правления.

    «Я верю в будущее Boeing и 737 MAX. Для меня честь возглавить эту великую компанию и 150 тысяч опытных сотрудников, которые работают над созданием будущего авиации», — заявил Калхун.

    Деннис Мюленбург работал в компании Boeing с 1985 года. В 2015 году он стал главным исполнительным директором.

    Многие страны мира приостановили эксплуатацию Boeing 737 MAX после двух катастроф, произошедших с разницей в полгода. В октябре 2018 года упал лайнер Lion Air — тогда погибли все 189 человек на борту. 10 марта 2019 года произошла авиакатастрофа с участием самолета компании Ethiopian Airlines. Жертвами трагедии стали 157 человек/

    (Источник: Esquire)

  • Mətbuat Şurası: Jurnalistlərdən hər hansı müraciət daxil olmayıb

    Azərbaycan Mətbuat Şurasında bələdiyyə seçkiləri ilə bağlı yaradılmış “qaynar xətt”ə prosesi işıqlandıran jurnalistlərdən hər hansı müraciət daxil olmayıb.

    Bu barədə Mətbuat Şurasından verilən məlumatda deyilir.

    Qeyd edək ki, Şuranın (012) 441 35 30 şəhər və 050 206 96 02 mobil nömrələri bələdiyyə seçkiləri ilə əlaqədar bu gün saat 08.00-dan 19.00-dək “qaynar xətt” rejimində fəaliyyət göstərib. Məqsəd peşə vəzifəsini yerinə yetirən jurnalistlərin fəaliyyət səmərəliliyinin qorunmasına, hər hansı anlaşılmaz vəziyyətlər yarana biləcəyi təqdirdə, dərhal aradan qaldırılmasına dəstək göstərməkdən ibarət olub.

    Onu da bildiririk ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ölkənin müxtəlif bölgələrindəki, o cümlədən paytaxt Bakı şəhərindəki seçki məntəqələrində seçkinin gedişini izləyiblər. Onlar jurnalistlər üçün yaradılmış şəraitlə tanış olublar. Bununla bağlı da hər hansı nöqsan qeydə alınmayıb.

  • İlham Əliyevin yerli telekanallara müsahibəsi – CANLI

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də bir qrup yerli jurnalistə ilin yekunları ilə əlaqədar müsahibə verib.

    Hazırda müsahibə AZTV-nin efirində yayımlanır.

  • Leyla Əliyeva “And” tamaşasının premyerasında – FOTO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə və ƏSA Teatrı tərəfindən J.B.Molyerin “Xəsis” əsərinin motivləri əsasında hazırlanmış “And” tamaşasının premyerası olub.

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təqdim edilən tamaşanın premyerasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

    Premyeradan əvvəl Leyla Əliyeva teatrın foyesində təqdim olunan yeni kitabla – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin əməkdaşlığı çərçivəsində hazırlanmış və görmə imkanları məhdud şəxslərin şeirlərindən ibarət “Zülməti dələn işıq” kitabı ilə tanış olub. O, kitabda şeirləri dərc olunan görmə imkanları məhdud şəxslərlə görüşüb. Leyla Əliyevaya görmə imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyan “Danışan kitab” və “Danışan rəng” layihələri nümayiş olunub, ona görmə imkanları məhdud şəxslərin ifasında mahnılardan ibarət disk təqdim edilib. Eyni zamanda, Leyla Əliyevanın görmə imkanları məhdud insanlara həsr etdiyi şeir əsasında və nazirliyin dəstəyi ilə bəstəkar Nuranə Cabbarlının bəstələdiyi “Qəlbimin gözü ilə” mahnısı görmə imkanları məhdud istedadlı xanəndə Nərmin Əliyevanın ifasında təqdim olunub. Leyla Əliyeva görmə imkanları məhdud şəxslərə yeni yaradıcılıq uğurları arzulayıb, onlarla xatirə şəkli çəkdirib.

    Kitabın təqdimatı tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılmasının Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O bildirib ki, bu sahədə həyata keçirilən siyasətin icrasında, əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud gənclərin və uşaqların qayğı ilə əhatə olunmasında, onların reabilitasiya imkanlarının genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib layihə və təşəbbüsləri mühüm rola malikdir. Əlilliyi olan şəxslərin bacarıqlarının cəmiyyətə tanıdılmasına dəyərli töhfələr verən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu kateqoriyadan olan insanlara, onların sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına daim xüsusi qayğı ilə yanaşır. Leyla Əliyeva tez-tez sosial müəssisələrdə olur, bu müəssisələrin sakinləri, əlilliyi olan insanlarla görüşür və həmin insanlara diqqət və qayğının artırılması, eləcə də onların yaradıcılıq potensiallarının ictimaiyyətə tanıdılması işlərinə daim dəstək göstərir.

    Nazir diqqətə çatdırıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycanda ilk inklüziv teatr olan ƏSA Teatrı ilə əməkdaşlığı çərçivəsində hələ ötən ilin dekabrında “Göy quş” tamaşasının, “Nəsimi ili”nə bir töhfə olaraq bu ilin oktyabr ayında isə “Nəsimi” antreprizasının uğurlu təqdimatları olub. Eyni zamanda, nazirliyin layihəsi kimi, ötən ilin dekabrında sosial müəssisələrin istedadlı sakinləri, onların yaradıcılıq nümunələri barədə məlumatları əhatə edən ilk nəşr kimi Azərbaycan və ingilis dillərində 278 səhifəlik “Əlillik qüsur deyil” kitab-albomu təqdim edilib. Görmə imkanları məhdud şəxslərin şeirlərindən ibarət “Zülməti dələn işıq” kitabının nəşri də bu istiqamətdə növbəti layihədir. “Zülməti dələn işıq” kitabında görmə imkanları məhdud 18 şairin 100-ə yaxın şeiri dərc olunub. Kitabın hazırlanması və nəşri görmə imkanları məhdud insanların yaradıcılığının dəstəklənməsi və cəmiyyətə tanıdılması, onların gələcək uğurlara stimullaşdırılması məqsədi daşıyır. Nazirlik növbəti layihə kimi görmə imkanları məhdud şəxslərin hekayələrindən ibarət kitabın da nəşrinə dəstək verəcək.

    Milli Məclisin deputatı Qənirə Paşayeva görmə imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasına, gələcək uğurlarına töhfə vermək, yaradıcı potensiallarını dəstəkləmək və cəmiyyətə təqdim etmək məqsədi daşıyan layihələrin əhəmiyyətini qeyd edib.

    “And” tamaşası iştirakçılar tərəfindən maraqla qarşılanıb. Quruluşçu rejissoru Nihad Qulamzadə, musiqi tərtibatçısı Nicat Qulam, səhnə və geyim tərtibatçısı Viktoriya Lerman olan “And” tamaşasında iştirak edən 14 aktyordan 9 nəfəri əlilliyi olan şəxslərdir. Tamaşada “Xəsis” əsərinə tamamilə yeni rakursdan baxılır. “Xəsis” komediyasındakı baş qəhrəman – Qarpaqonun ikrah hissi yaradan şəxsi keyfiyyətləri və xəsisliyi deyil, daha çox insanların bir-biri ilə olan münasibətlərində bir çox hallarda öz mənfəətini, şəxsi ambisiyalarını üstün tutması halları ön plana çəkilir və tənqid olunur. Modern əsaslarla quruluşu verilən, bir saat davam edən “And” dramatik komediya əvvəldən axıra qədər tamaşaçını intizarda saxlayır, onu düşünməyə vadar edir.
















  • Alimlər insanın mədəaltı vəzini donuza yerləşdirəcəklər

    Yaponiyada donuzun bədəninə insanın mədəaltı vəzini yerləşdirəcəklər.

    NHK-nın xəbərinə görə, Yaponiya Hökuməti yanında Dövlət Ekspert Şurası professor Xirosi Naqasimanın rəhbərliyi ilə Meidzi Universitetinin bir qrup tədqiqatçısına ilk təcrübəni aparmağa icazə verilib.

    Onlar döllənmiş donuz yumurtasını genetik manipulyasiya yolu ilə mədəaltı vəzi yaratmaq imkanından məhrum etməyi planlaşdırır. Sonra elm adamları ona insan mənşəli pluripotent kök hüceyrəni, daha doğrusu, bədənin istənilən hüceyrəsinə çevrilə bilən süni şəkildə əldə edilmiş hüceyrəni yerləşdirmək istəyirlər. Onlar yumurta hüceyrəsini donuzun bədəninə qaytardıqdan sonra, insan orqanına çox yaxın mədəaltı vəzi olan embriona çevrilməlidir.

    Təcrübə zamanı alimlər yalnız müəyyən bir səviyyəyə qədər prosesi izləməyi təklif edirlər.

    Tokio Universitetində də siçanlar ilə oxşar təcrübələrə hazırlaşırlar.

    Qeyd edək ki, eyni zamanda Yaponiyada heyvan orqanlarını insanlara transplantasiya etmək qadağandır.

  • Azərbaycan Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə Doqquzuncu Əlavə Protokola qoşulub

    Azərbaycan Respublikası 2016-cı il oktyabrın 6-da İstanbul şəhərində qəbul edilmiş Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə Doqquzuncu Əlavə Protokola qoşulub.

    AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə Doqquzuncu Əlavə Protokola qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

  • На МКС сработала пожарная сигнализация

    В российском сегменте Международной космической станции произошло ложное срабатывание пожарной сигнализации, ситуация остается штатной.

    Как передаёт Median.Az со ссылкой на “Интерфакс”, об этом сообщила пресс-служба “Роскосмоса”.

    В апреле пожарная сигнализация ложно сработала на пристыкованном к МКС американском грузовике Cygnus. Из-за этого произошел сбой в системе очистки воздуха.

    В 1997 году пожар произошел на борту российской орбитальной станции “Мир” из-за воспламенения патрона твердотопливного генератора кислорода.

  • Azərbaycanda bələdiyyə seçkiləri başa çatdı

    Azərbaycandakı bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başa çatıb.

    Hazırda məntəqələrdə səslərin sayılması prosesinə başlanılır.

    Yaxın saatlarda ilkin nəticələrin açıqlanacağı gözlənilir.