Month: December 2019

  • 2020-ci ildə bu bürcləri uğursuzluq gözləyir

    Şərq təqviminə əsasən, 2020-ci il Siçovul üzərində təhvil olacaq.

    Ukraynanın “Novoyo vremya” jurnalına danışan astroloqlar yeni ilin üç bürc üçün uğursuz olacağını açıqlayıb. Onlar aşağıdakılardır:

    Şir

    2020-ci ildə əsas risk sizi özünə yaxın bilən insanların itirilmə ehtimalıdır. Hamısı isə özünüzü həddindən artıq çox sevdiyinizə və qürurunuza görədir. Ətrafdakılarla xoş davranın və yadda saxlayın ki, qazandığınız uğura görə təkcə öz bacarıqlarınıza borclu deyilsiniz.

    Balıqlar

    2020-ci ildə Balıqlar bürcünün nümayəndələrinin maddi vəziyyətlərinin pisləşməsi ehtimalı kəskin artacaq. Bunda elə Balıqlar özləri günahkardır, çünki bəzən tənbəl və astagəl olurlar. Özünüzü ələ alın, əks halda gec olacaq.

    Əqrəb

    Astroloqların sevimli deyimindəki kimi – Əqrəblər özləri özlərini sancır. Bu, o deməkdir ki, bədbəxtliklərinizin səbəbi siz özünüzsünüz, çünki coşğun, tamahkar və həddindən artıq ambisiyalı idiniz. Öz addımlarınızı analiz edin və yalnız onda bir çox problemlərdən qaça biləcəksiniz.

    //qafqazinfo

  • Azərbaycanlı gənc hamilə qadını diləndirdi, bunu görən restoran sahibi… – VİDEO

    Rusiyada qızının atasını axtarmaq üçün “Səni axtarıram” proqramına çıxan Gülnarə adlı qadın şok açıqlamalar verib.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, 4 yaşlı Fatiməninin atası Balakən rayonunda yaşayan Məhəmməd Qulubəyli Nizami oğlu efirə gələrək onunla barışmaq istəmədiyini bildirib.
    Onun bu sözündən sonra Gülnarə bu neçə gündə açıqlamadığı faktları səsləndirib:

    “Qoy bütün dünya bilsin, məni Sankt-Peterburqda küçələrdə, kafelərdə-restoranlarda diləndirirdin. Deyirdin pul dilən, məni saxla. Hamilə qarnımla camaatdan pul dilənirdim, sən isə kənarda gizlənib baxırdın. Türk restoranında dilənəndə oranın sahibi bunu qorxutdular ki, məni diləndirməsin. Dedilər ki, bir də hamilə qadını diləndirsən, başını kəsərik”.

  • Dekabrın 23-ü iş günü deyil

    Dekabrın 23-ü Azərbaycanda qeyri-iş günüdür.

    Həftənin bazar ertəsinə təsadüf edən həmin gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

    Qeyd edək ki, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə görə bələdiyyə seçkiləri keçiriləcəyi gün ölkə ərazisində qeyri-iş günü hesab olunur.

  • Sabah Azərbaycana qış fəsli daxil olacaq

    Sabah Azərbaycana qış fəsli daxil olacaq.

    Median.Az “report”a istinadən xəbər verir ki, qış fəsli ölkəyə dekabrın 22-də Bakı vaxtı ilə saat 08.19-da qədəm qoyacaq.

    Həmin gün Şimal yarımkürəsində ən uzun gecə, ən qısa gündüz yaşanacaq.

    Cənub yarımkürəsində isə dekabrın 22-də, əksinə olaraq ən qısa gecə, ən uzun gündüz qeydə alınacaq.
    ƏTRAFLI
    nar.az

    Xatırladaq ki, qış fəslinin gəlişi zamanı Günəş üfüqdən ən minimum nöqtədə olur.

    Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir.

    Bu səbəbdən də, bu fəsildə soyuq hava şəraiti müşahidə olunur.

    Dekabrın 22-də gecə həm də Çillə gecəsidir. Sabahdan etibarən Böyük çillə başlayır və 40 gün davam edəcək.

    Azərbaycanın bəzi bölgələrində Çillə gecəsinin ritualları unudulsa da, bəzi bölgələrdə hələ də insanlar toplanıb Çillə mərasimləri keçirirlər.

  • Həbs edilən icra başçısının oğullarını nə gözləyir?

    “Korrupsiyada ittiham olunan icra başçısının cinayət işinə hakim oğlu baxa bilməz”.

    Median.Az xəbər verir ki, bu sözləri Modern.az-a “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev söyləyib. O, Cinayət Məcəlləsinin 41-ci maddəsinin ilk bəndini xatırladıb:

    “Maddəyə görə, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət cəzası törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və fərdi xarakter daşıyır. Bu baxımdan, Nizaməddin Quliyevin cinayət əməlinə görə övladlarının məsuliyyətə cəlb edilməsi, yaxud vəzifədən azad edilməsi qanuni deyil.

    Sovet dövründə isə belə deyildi. Vəzifəli şəxs korrupsiya kimi ağır ittihamla məsuliyyətə cəlb olunsa, onun ailə üzvləri, yaxınları da eyni aqibəti yaşayırdı. İndi isə qanunvericilik buna icazə vermir”.

    Fotoda: Nizaməddin Quliyevin hakim olan oğlu Ramin Quliyev

    Ə. Nuriyev onu da qeyd edib ki, hüquq sistemində çalışan hər hansı şəxsin yaxın qohumları məsuliyyətə cəlb olunursa, həmin vəzifəlilər cinayət işinə baxa bilməz:

    “Belə hallarda subyektivlik olmasın deyə, hakim və ya digər məsul şəxs cinayət prosesindən uzaqlaşdırılır. Çünki onlar birbaşa təsir etmək imkanlarına malikdirlər. Bütün məsələlərdə qanunun aliliyi təmin olunmalıdır”.

    “Qafqazinfo” xatırladır ki, N.Quliyevin bir oğlu Ramin Quliyev Nərimanov rayon məhkəməsinin hakimidir, digər oğlu Ramal Quliyev isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiqdir.

    DTX əməkdaşları tərəfindən saxlanılan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov barəsində dünən məhkəmə qərar verib. İstintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsində sabiq icra başçısı və müavini barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

  • Bakıda daha bir ərazidə qanunsuz parklanmaya qarşı kameralar yerləşdirilib

    Moskva prospekti ilə 20 yanvar küçəsinin kəsişməsində və kəsişməyə yaxın ərazidə (Şamaxinka adlanan ərazidə) Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən, o cümlədən kameraların köməyi ilə qanunsuz parklanmaya nəzarət gücləndirilib.

    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sürücülərə tövsiyə edilir ki, qeyd edilən ərazidə dayanmavə durma qaydalarına əməl etsinlər, yolun hərəkət hissəsində qanunsuz dayanmaq və ya durmaqla digər hərəkət iştirakçılarının xüsusən də müntəzəm marşrut xətt avtobuslarının hərəkətini məhdudlaşdırmasınlar.

    Məlumat üçün qeyd edək ki, hər gün səhər və axşam pik saatlarında sürücülərin bu qaydalara əməl etməmələri qeyd edilən ərazidə nəqliyyatın axınının nizamsızlığına və hərəkətin iflic olmasına səbəb olur. Bu isə ilk növbədə şimal istiqamətindən 20 yanvar dairəsi eləcə də əks istiqamətdə hərəkət edən 24 müntəzəm marşrut xətti üzrə 400-ə yaxın avtobusun intervalında gecikmələrə səbəb olur ki, nəticədə 410 min nəfərə yaxın ictimai nəqliyyat istifadəçisinin mənzil başına lüzumsuz yerə əlavə vaxt itkisinə məruz qalmaqla çatmasına səbəb olur.

  • Həbs edilən icra başçısı ilə bağlı şok video: Qadın sensasion açıqlama verdi – VİDEO

    Bu gün həbs edilən Ağstafanın icra başçısı Nizaməddin Quliyevlə bağlı sensasion video yayılıb.

    Turkustan.info xəbər verir ki, bununla bağlı Goranboy rayon sakini video müraciət yayımlayıb. Qadın müraciətində Nizaməddin Quliyevin Goranboyda icra başçısı olduğu dövrdə etdiyi özbaşnalıqdan, əhalini incitməsindən danışıb.

    Qadın müraciətində bildirib ki, Nizaməddin Quliyevin qardaşı Rusiya vətəndaşıdır. Buna baxmayaraq o Goranboya gətirilərək burada insanları nəzarətdə saxlamaq üçün istifadə olunurmuş. Qadın bildirib ki, icra başçısının Goranboyda saysız-hesabsız villası var.

    Sensasion videonu təqdim edirik: (oxu24.com)

  • В России задержали скрывавшегося от следствия азербайджанского военнослужащего

    ​​​​

    Сотрудники уголовного розыска волгоградской полиции задержали находившегося в розыске военнослужащего из Азербайджана.

    Как передает ТАСС, об этом сообщает пресс-служба Главного управления МВД по Волгоградской области.

    “Сотрудники Управления уголовного розыска ГУ МВД России по Волгоградской области, оказывая помощь коллегам из Азербайджанской Республики, установили и задержали находившегося в розыске военнослужащего иностранного государства. 20 декабря молодой человек был задержан полицейскими на территории Дзержинского района Волгограда, где он скрывался у родственников”, – говорится в сообщении.

    По данным ведомства, 20-летний военнослужащий подозревается в превышении должностных полномочий в отношении сослуживцев и вымогательстве у них денег. В отношении него военными следователями были возбуждены уголовные дела. Однако подозреваемый скрылся от следствия и покинул пределы Азербайджана.

    “В настоящее время задержанный передан в органы прокуратуры для его экстрадиции на территорию Азербайджана и последующего привлечения к уголовной ответственности”, – отметили в пресс-службе ГУ МВД по Волгоградской области.

  • Azərbaycan və Rusiyadan birgə əməliyyat – Axtarışda olan azərbaycanlı hərbçi tutuldu

    Volqoqrad polisinin cinayət-axtarış şöbəsinin əməkdaşları həmkarlarına münasibətdə vəzifə səlahiyyətlərini aşmaqda və onlardan pul tələb etməkdə şübhəli bilinən axtarışda olan azərbaycanlı hərbçini saxlayıblar.

    TASS xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti informasiya yayıb.

    “Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları Azərbaycan Respublikasından olan həmkarlarına kömək edərək, axtarışda olan xarici dövlətin hərbi qulluqçusunu müəyyən edərək saxlayıblar.

    Dekabrın 20-də sözügedən şəxs qohumlarının yanında gizləndiyi Volqoqradın Dzerjinski rayonunda polis tərəfindən saxlanılıb”, – qurumun mətbuat xidməti bildirib.

    Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, saxlanılan şəxs Azərbaycana ekstradisiya olunması üçün prokurorluq orqanlarına təhvil verilib.

  • Прогноз погоды на воскресенье

    22 декабря в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно. Местами туман, изморось. Ветер южный.

    Об этом говорится в сообщении Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха на Абшеронском полуострове составит ночью 4-7, днем – 9-11, в Баку ночью – 4-6, днем – 9-11 градусов тепла.

    Атмосферное давление будет в пределах нормы – 764 мм ртутного столба, относительная влажность – 70-80%.

    В районах Азербайджана в основном без осадков. В отдельных местах туман, а в некоторых восточных районах изморось. Ветер западный.

    Температура воздуха составит ночью 3-8, днем – 9-14 градусов тепла, в горах ночью – 2 градуса мороза – 3 градуса тепла, днем – 6-11 градусов тепла.