Month: December 2019

  • İstirahət gününün havası

    Bazar günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

    Bəzi yerlərdə duman, çiskinli olacağı ehtimalı var, cənub küləyi əsəcək, havanın temperaturu gecə 4-7° isti, gündüz 9-11° isti, Bakıda gecə 4-6°, gündüz 9-11° isti olacaq.

    Atmosfer təzyiqi norma daxilində 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında, əsasən, yağmursuz. Bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.

  • Sərhəddən külli miqdarda pirotexniki vasitə keçirmək istədi – FOTO

    Gürcüstandan Azərbaycana priotexniki vasitələr gətirmək istəyən şəxs sərhəddə saxlanılıb.

    Dövlət Gömrük Komitəsindən oxu.az-a verilən məlumata görə, bu barədə Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə məlumat daxil olub.

    “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb.

    Yoxlama zamanı avtomobilin alt hissəsində 277 qutu “Corsair” və “Mega Piratka” markalı pirotexniki vasitə, 240 ədəd “Red Stars With Report” və “Sterminator” markalı fişənglər aşkarlanıb.

  • Bakı qış yarmarkalarının açılacağı yerlər bəlli oldu – SİYAHI

    Bu gündən “Kənddən Şəhərə” Qış yarmarkası fəaliyyətə başlayır.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təşkil olunan qış yarmarkası 30 dekabr tarixinə qədər davam edəcək.

    Qış yarmarkası paytaxtın Nərimanov, Binəqədi, Yasamal və Suraxanı rayonları, eləcə də, Abşeron rayonu ərazisində beş fərqli nöqtədə keçirilir.

    Qeyd edək ki, paytaxt sakinlərinin “Kənddən Şəhərə” yarmarkalarına olan marağını nəzərə alan təşkilatçı qurum yarmarkanın keçirildiyi ünvanların sayını artırıb.

    “Kənddən Şəhərə” yarmarkasının ənənəvi ünvanları sırasına bu dəfə Suraxanı rayonu da əlavə edilib.

    Qış yarmarkasının təşkilində əsas məqsəd bayram ərəfəsində yarana biləcək süni qiymət artımının qarşısını almaq, aztəminatlı ailələrin və ümumilikdə şəhər əhalisinin kənd təsərrüfatı və qida məhsullarına artan tələbatını təbii məhsullarla dolğun şəkildə qarşılamaq, eləcə də yerli fermerlərimiz üçün alternativ satış kanalı yaratmaqdır.

    “Kənddən Şəhərə” Qış yarmarkasında bütün məhsullar birbaşa fermerlər tərəfindən paytaxt sakinlərinə təqdim olunur. Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 140-dan çox fermer 60-dan artıq adda müxtəlif məhsulun satışını həyata keçirir.

    Bayram yarmarkası həftsonu yarmarkalarından bir sıra yenilikləri ilə fərqlənir. Belə ki, “Kənddən Şəhərə” Qış yarmarkası çərçivəsində məhsul satışı ilə yanaşı, müxtəlif tədbirlər də həyata keçiriləcək, yarmarka ərazisində xüsusi qidalanma guşələri fəaliyyət göstərəcək. Bundan başqa, yarmarkalarda uşaqlar üçün əyləncə və yaradıcılıq guşələri də hazırlanıb. Eləcə də yarmarkalar Yeni il bayramı ab-havasına uyğun bəzədilib.

    “Kənddən Şəhərə” Qış yarmarkası aşağıdakı ünvanlarda təşkil olunur:

    Yarmarkanın keçirildiyi ünvanlar:

    Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (Space TV-nin yanı)

    Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı)

    Nərimanov rayonu, “Gənclik” metrostansiyasının yanı

    Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A

    Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev və Etibar Bəkirli küçələrinin kəsişməsi (Neftçilər parkının yanı)

    Qeyd edək ki, “Kənddən Şəhərə” layihəsi çərçivəsində mütəmadi olaraq həftəsonu və tematik yarmarkalar təşkil olunur. Qış yarmarkası kimi tematik yarmarkaların təşkili bundan sonra da davam etdiriləcək.

  • Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

    2020-ci ilin yanvarın 21-də dövlət qurumlarının balansında olan avtomobillər hərraca çıxarılacaq.

    Oxu.Az-ın xəbərinə görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında bildirilib.

    Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.

    Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı üç bank günü qalanadək sənədlər təqdim olunmalıdır.

    Hərraca çıxarılan avtomobillərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

  • İki azyaşlı qız Bakıda məşhur futbolçunu soydu

    Bakıda əcnəbi futbolçunun pulunu oğurlayan şəxs saxlanılıb.

    Bununla Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 17-də Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvane pulunun oğurlandığını bildirib.

    Araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 17 radələrində N.Rəfibəyli küçəsində iki azyaşlı ona yaxınlaşıb, sonradan isə o, cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlanmasını aşkar edib.

    Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan iki azyaşlı qız Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

  • Власти Колумбии запретили Uber

    Управление промышленности и торговли правительства (SIC) Колумбии встало на сторону местного оператора такси Cotech в споре с Uber и распорядилось в пятницу остановить работу последнего в стране.

    Как передает РИА Новости, официальное сообщение опубликовано на сайте ведомства.

    “SIC установило, что Uber предоставляет индивидуальные услуги общественного пассажирского транспорта, создавая предложение и предоставляя указанную услугу пользователям. Это нарушает правила, регулирующие рынок, создает значительное преимущество на рынке и вызывает отток клиентуры Cotech”, – говорится в сообщении SIC.

    Указ управления промышленности и торговли вступил в силу немедленно, ответчикам в лице UBER BV, UBER TECHNOLOGIES INC и UBER COLOMBIA SAS приказано немедленно прекратить предоставление услуг с использованием мобильного приложения Uber на территории Колумбии.

    Согласно заявлению Министерства технологий страны, несмотря на то, что Uber – это мобильное приложение, оно предоставляет услуги транспорта, и значит, попадает под нормы транспортного законодательства Колумбии.

    По информации местных СМИ, Uber немедленно после оглашения решения SIC подала апелляцию в Верховный суд Колумбии. В стране на нее работают более 88 тысяч водителей.

  • Bu dövlət “Uber”in fəaliyyətinə qadağa qoydu

    Kolumbiya Sənaye və Ticarət İdarəsi “Uber” ilə konfliktdə olan yerli taksi xidməti – “Cotech”in tərəfini tutaraq “Uber” xidmətinin ölkədə fəaliyyətinə qadağa qoyub.

    Məlumat ölkənin Sənayə və Ticarət İdarəsinin saytında yerləşdirilib.

    Qərar qəbul olunandan dərhal sonra “Uber B.V”, “Uber Technologies INC” və “Uber Colombia SAS”a “Uber” mobil tətbiqetmənin xidmətlərindən istifadə etmək qadağan edilib.

    Yerli mətbuat orqanları yazır ki, qərardan narazı olan “Uber” şirkəti Kolumbiya Ali Məhkəməsinə müraciət edib. Kolumbiyada 88 mindən çox sürücü “Uber” taksi xidmətində çalışır.

  • Глава “Роскосмоса”: У нас с Ильхамом Алиевым очень близкие и добрые отношения

    Нынешние российско-азербайджанские отношения очень стабильны

    Об этом “Вестнику Кавказа” заявил генеральный директор госкорпорации “Роскосмос” Дмитрий Рогозин.

    “И с точки зрения инфраструктурных проектов, и с точки зрения договоренностей в рамках международных форматов по углеводородам, политический диалог очень хороший. Я сам планирую тоже посетить Баку где-то в конце января, потому что у нас есть соглашение от космического агентства Азербайджана. Мы готовы взаимодействовать дальше”, – отметил он.

    Что касается развития отношений в космической сфере, глава “Роскосмоса” указал на значительный потенциал укрепления сотрудничества:

    “У Азербайджана есть уникальная возможность с точки зрения участия в кооперации. Есть очень много выходцев из Азербайджана, которые являются талантливыми учеными и работают в нашей отрасли. Задел в Азербайджане на развитие космических программ большой. Поэтому я хочу с президентом Азербайджана обсудить эту тему”, – подчеркнул Д.Рогозин.

    Говоря о нынешней встрече в Санкт-Петербурге президентов России и Азербайджана Владимира Путина и Ильхама Алиева, гендиректор госкорпорации “Роскосмос” отметил, что испытывает искреннюю симпатию к азербайджанскому лидеру:

    “У нас с Ильхамом Гейдаровичем тоже очень близкие и добрые отношения, которым лет 20, наверное. У нас отцы дружили. Поэтому – только симпатия”.

  • Roqozin: İlham Əliyevə rəğbətim var

    Hazırda Rusiya-Azərbaycan münasibətləri çox stabildir.

    “Vestnik Kavkaza” xəbər verir ki, bu sözləri Rusiya Federal Kosmik Agentliyinin rəhbəri Dmitri Roqozin deyib.

    “Həm infrastruktur layihələri, həm də karbohidrogenlər üzrə beynəlxalq formatlar çərçivəsində razılaşmalar nöqteyi-nəzərindən siyasi dialoq çox yaxşıdır. Mən özüm də yanvarın sonunda Bakıya gəlmək istəyirəm, çünki Azərbaycan Kosmik Agentliyi ilə razılaşmamız var. Biz bundan sonra da qarşılıqlı fəaliyyətə hazırıq”, – Roqozin bildirib.

    Kosmik sahədə münasibətlərin inkişafı məsələsinə toxunan Roqozin əməkdaşlığın möhkəmləndirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğunu və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bu məsələləri müzakirə etmək istədiyini vurğulayıb.

    Sankt-Peterburqda Rusiya və Azərbaycan Prezidentləri Vladimir Putin və İlham Əliyev arasında keçirilən görüş barədə danışan “Roskosmos” rəhbəri Azərbaycan liderinə səmimi rəğbət bəslədiyini bildirib:

    “Bizim İlham Əliyevlə də, yəqin ki, 20 ildir çox yaxın və yaxşı münasibətlərimiz var. Bizim atalarımız dostluq ediblər. Buna görə də ona rəğbətim var”.

  • “Apple” peyk rabitə sistemi yaradır

    “Apple” şirkəti şəxsi peyk rabitə sistemini qurmaq üçün gizli işçi qrupu seçib.

    “Bloomberg” xəbər verir ki, şirkət mövcud simsiz şəbəkələr olmadan, cihazlarını birbaşa internet xidmətləri ilə birləşdirmək istəyir.

    Məlumata görə, layihə üzərində şirkətin Kaliforniyanın Kupertino şəhərindəki qərargahında aerokosmik sənayedən təxminən on mühəndis, rabitə avadanlıqları üzrə mütəxəssislər və proqramçılar işləyir.

    Agentlik bildirib ki, “Apple” mobil operatorlardan asılılığı azaltmaq istəyir, peyk texnologiyası cihazların yerini daha dəqiq izləməyə kömək etməklə əlaqədar, kartlarla işini yaxşılaşdıra və istifadəçilərə yeni xidmətlər təklif edə bilər.

    Qeyd olunur ki, “Apple” öz peyk sistemini beş il ərzində inkişaf etdirməyi planlaşdırır.

    Peyk layihəsi inkişafın ilk mərhələsindədir, gələcəkdə ondan imtina edilməsi istisna edilmir.