Month: December 2019

  • Мертвые души: в Баку мошенники получали пенсии покойников

    В Министерстве труда и социальной защиты населения Азербайджана выявили просто “мистические” факты: несколько скончавшихся жителей Баку продолжали “получать” свою пенсию даже после смерти.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    Сотрудники министерства выявили факты мошенничества и 20 декабря обратились за помощью в 16-е отделение полиции Наримановского района столицы.

    Пока известно только то, что Ширинов Рамиз Расим оглу 1941 года рождения скончался в 2013 году. В это же время умерла Худиева Закия Балоглан гызы 1938 года рождения. Еще одна пенсионерка – Радченкова Лидия Васильевна 1943 года рождения отошла в мир иной в феврале 2018 года. Несмотря на факт наступления смерти, пенсии указанных лиц еще долгое время перечислялись на карты покойников.

    Теперь следствию предстоит выяснить, кем снимались деньги с пенсионных карт и кто из сотрудников государственных органов приложил руку к данной фальсификации.

    Отметим, что такое в Азербайджане случалось и ранее. В прошлом году в указанном министерстве в ходе проверок было выявлено присвоение бюджетных средств в крупном размере с использованием карт скончавшихся пожилых людей. Оказалось, что в 2016 году 181 скончавшийся пенсионер и после смерти продолжал “получать” пенсию. Было установлено, что сотрудники отделов соцобеспечения для выдачи пособия на погребение взяли у родственников покойных справки о смерти и пенсионные карты. Но при этом пенсионную карту не аннулировали, документы не сдали в архив Государственного фонда социальной защиты, а продолжали получать пенсию вместо покойного. Таким образом было присвоено 624,5 тысячи манатов.

  • На просроченных леденцах перебивали срок годности – ФОТО

    В Ясамальском районе Баку обнаружены просроченные леденцы с поддельным сроком годности.

    Сотрудники Агентства продовольственной безопасности Азербайджана провели проверку в объекте, расположенном по адресу: улица генерала Гамидова, 56D.

    Было установлено, что владелец объекта Агаев Эмиль Алиага оглу занимался подделкой кондитерских изделий – леденцов на палочке с различными вкусами.

    Сотрудники агентства обнаружили около 6 тыс. таких изделий общим весом 239,5 кг, срок хранения которых истек в различное время (30 апреля 2018 года, 30 апреля 2019 года). Несмотря на это, гражданин использовал этикетки с надписями CANDY и KAHKECİ BEY и новым сроком годности. Затем мужчина реализовывал данную продукцию в различных торговых точках.

    Был также проведен осмотр склада, где было обнаружено около 500 кг гречневой и пшеной крупы, риса и кукурузных зерен для попкорна. Выяснилось, что эти продукты использовались в качестве сырья для производства различных изделий.

    В ходе проверки были выявлены факты несоблюдения санитарно-гигиенических норм, что привело к размножению на складе вредителей.

    Вся продукция была признана непригодной для употребления в пищу.

    В соответствии с законодательством приняты необходимые меры.


  • Vaxtı keçmiş məhsulları yenidən markalayıb satışa çıxardılar – FOTO

    Bakıda saxlanılma müddəti saxtalaşdırılmış müxtəlif çeşiddə karamel məhsullar aşkar edilib.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, General Həmidov küçəsi 56 D ünvanında müxtəlif aromatlı karamel məhsullarının saxlanıldığı anbara baxış keçiriblər.

    Baxış zamanı Ağayev Emil Əliağa oğlu tərəfindən saxlanılma müddəti saxtalaşdırılmış müxtəlif çeşiddə karamel məhsullar aşkar edilib.

    Müəssisədə 1/30 qr və 1/50 qr olan 6000 ədəd (ümumi çəkisi 239.5 kq olan ) karamel məhsullarının yararlıq müddətlərinin müxtəlif tarixlərdə (30.04.2018-ci il tarixdə, 30.04.2019-cu il tarixdə) bitməsinə baxmayaraq sahibkar tərəfindən üzərində yeni istehsal tarixi öz əksini tapmış “CANDY” və “KAHKECİ BEY” əmtəə nişanı adı altında etiketlər əldə olunaraq yararlılıq müddəti bitmiş sözü gedən məhsullar markalanaraq satış məqsədi ilə yenidən ticarət şəbəkələrinə realizasiya olunur.

    Müəssisə rəhbərliyi tərəfində əldə edilmiş saxtalaşdırılmış etiketlərə keçirilən baxış zamanı qeyd olunan etiketlərdə əsassız olaraq iki il yararlılıq müddəti yazıldığı müəyyən edilib.

    Anbara keçirilən baxış zamanı zərərvericilərlə sirayətlənmiş ümumi çəkisi 500 kq qədər olan qarabaşaq, buğda, düyü yarması və popkorn qarğıdalısı aşkar edilib. Bu məhsullar müxtəlif qida məhsullarının istehsalında xammal kimi istifadə olunur.

    Aparılan yoxlama zamanı müəssisədə sanitar-gigiyenik qaydalara riayət olunmadığı və nəticədə anbarın zərərvericilərlə sirayətləndiyi aşkar edilib.

    Yeyinti məhsulları haqqında Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə əsasən üzərində saxlama müddəti ötmüş, markalanmasına dair məcburi tələblərə cavab verməyən məhsullar insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur.

    Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.


  • DİN qızın avtobusda öldürülməsi xəbərinə reaksiya verdi

    Daxili İşlər Nazirliyi marşrut avtobusunda gənc qızın öldürülməsi xəbərlərinə münasibət bildirib.

    DİN-in yaydığı məlumatda deyilir:

    “Bu gün sosial şəbəkə istifadəçilərindən biri Binəqədi rayonu ərazisində hərəkətdə olan marşrut avtobusunda cavan oğlanın gənc bir qızı qətlə yetirməsi barədə status yazıb.

    Bildiririk ki, nəinki Binəqədi rayonunda, eləcə də paytaxtın digər rayonlarında belə bir hadisə qeydə alınmayıb.

    Xahiş edirik, məlumat paylaşmazdan əvvəl DİN-in Mətbuat Xidməti ilə dəqiqləşdirilsin”.

    Qeyd edək ki, sosial şəbəkələrdə 165 nömrəli marşrut avtobusunda qızla oğlan arasında mübahisədən sonra sonuncunun bıçaqla qızı ağzından vuraraq öldürməsi haqda məlumatlar yayılmışdı.

  • “Mercedes” “KamAZ”la toqquşdu: 1 nəfər öldü

    Qobustan rayonunun Ceyrankeçməz kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 20-də saat 21 radələrində Qobustan rayonunun Ceyrankeçməz kəndi ərazisində Sabirabad rayon sakini H.Səlimovun idarə etdiyi “Mercedes” və Şamaxı rayon sakini N.Əliyevin idarə etdiyi “KamAZ” markalı yük avtomobilləri toqquşub. Nəticədə H.Səlimovun sərnişini, Bakı şəhər sakini Aydın Qədirov hadisə yerində ölüb.

    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  • İlham Əliyev Dövlət Agentliyinə 8,7 milyon manat ayırdı

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Bakı şəhəri Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə səkkiz milyon yeddi yüz min manat ayrılıb.

  • Əli Əsədovdan rezidenturaya qəbul qaydaları ilə bağlı QƏRAR

    Nazirlər Kabineti “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda dəyişiklik edib.

    Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

    Dəyişiklik Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən edilib.

    “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda aşağıdakı dəyişikliklər edilib:

    3.2-ci bənd aşağıdakı redaksiyada verilib:

    “3.2. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar 5 (beş) il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar”.

    4.1-ci bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilib: “İxtisas seçiminə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılırlar”.

    5.1-ci bənd aşağıdakı redaksiyada verilib: “5.1. Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılır”.

    4. 5.3.2-ci yarımbənddə “ixtisas” sözü “baza” sözü ilə əvəz edilib.

    6.1-ci bənddə “10 gün müddətində” sözləri “Mərkə tərəfindən müəyyən olunmuş müddətdə” sözləri ilə əvəz edilib.

  • Gürcüstanda azərbaycanlı jurnalist vəfat etdi

    Gürcüstanın “Əməkdar jurnalist”i, “Gürcüstan” qəzetinin baş redaktoru İslam Əliyev vəfat edib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, tanınmış jurnalist uzun sürən xəstəlikdən dünyasını dəyişib.

  • Moskvaya uçan təyyarə Bakıda təcili eniş etdi

    “Azur Air” şirkətinə məxsus Qoa-Moskva marşrutu üzrə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş edib.

    Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, eniş Bakı vaxtı ilə 11:05-də uğurla yerinə yetirilib.

    Bütün sərnişinlər aeroportda yerləşdirilib, onlara qida və içkilər təklif olunacaq.

    Məlumatlara görə, sərnişinlər üçün şirkət tərəfindən başqa təyyarə ayrılıb.

  • Bakı qış yarmarkalarının açılacağı yerlər bəlli oldu – SİYAHI

    Bu gündən “Kənddən Şəhərə” Qış yarmarkası fəaliyyətə başlayır.

    Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təşkil olunan qış yarmarkası 30 dekabr tarixinə qədər davam edəcək.

    Qış yarmarkası paytaxtın Nərimanov, Binəqədi, Yasamal və Suraxanı rayonları, eləcə də, Abşeron rayonu ərazisində beş fərqli nöqtədə keçirilir.

    Qeyd edək ki, paytaxt sakinlərinin “Kənddən Şəhərə” yarmarkalarına olan marağını nəzərə alan təşkilatçı qurum yarmarkanın keçirildiyi ünvanların sayını artırıb.

    “Kənddən Şəhərə” yarmarkasının ənənəvi ünvanları sırasına bu dəfə Suraxanı rayonu da əlavə edilib.

    Qış yarmarkasının təşkilində əsas məqsəd bayram ərəfəsində yarana biləcək süni qiymət artımının qarşısını almaq, aztəminatlı ailələrin və ümumilikdə şəhər əhalisinin kənd təsərrüfatı və qida məhsullarına artan tələbatını təbii məhsullarla dolğun şəkildə qarşılamaq, eləcə də yerli fermerlərimiz üçün alternativ satış kanalı yaratmaqdır.

    “Kənddən Şəhərə” Qış yarmarkasında bütün məhsullar birbaşa fermerlər tərəfindən paytaxt sakinlərinə təqdim olunur. Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 140-dan çox fermer 60-dan artıq adda müxtəlif məhsulun satışını həyata keçirir.

    Bayram yarmarkası həftsonu yarmarkalarından bir sıra yenilikləri ilə fərqlənir. Belə ki, “Kənddən Şəhərə” Qış yarmarkası çərçivəsində məhsul satışı ilə yanaşı, müxtəlif tədbirlər də həyata keçiriləcək, yarmarka ərazisində xüsusi qidalanma guşələri fəaliyyət göstərəcək. Bundan başqa, yarmarkalarda uşaqlar üçün əyləncə və yaradıcılıq guşələri də hazırlanıb. Eləcə də yarmarkalar Yeni il bayramı ab-havasına uyğun bəzədilib.

    “Kənddən Şəhərə” Qış yarmarkası aşağıdakı ünvanlarda təşkil olunur:

    Yarmarkanın keçirildiyi ünvanlar:

    Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (Space TV-nin yanı)

    Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı)

    Nərimanov rayonu, “Gənclik” metrostansiyasının yanı

    Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A

    Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev və Etibar Bəkirli küçələrinin kəsişməsi (Neftçilər parkının yanı)

    Qeyd edək ki, “Kənddən Şəhərə” layihəsi çərçivəsində mütəmadi olaraq həftəsonu və tematik yarmarkalar təşkil olunur. Qış yarmarkası kimi tematik yarmarkaların təşkili bundan sonra da davam etdiriləcək.