Month: December 2019

  • Onkoloqlar döş xərçəngindən müdafiə olunmağın yolunu araşdırdılar

    Bədən çəkisinin azalması süd vəzilərinin xərçənginin inkişaf riskini azaltmağa kömək edəcək.

    “EurekAlert” portalının məlumatına əsasən, belə bir qənaətə Amerika Onkologiya Cəmiyyətinin mütəxəssisləri gəliblər.

    Əvvəlki tədqiqatlar da onkologiya və artıq çəki arasında əlaqənin olduğunu göstərirdi. Lakin bu araşdırmanın müəllifləri xəstəliyin inkişafının yüksək riskini azaltmağın mümkün olub-olmadığını öyrənməyə çalışıblar.

    Alimlər 50 və daha çox yaşı olan 180 mindən artıq qadının məlumatlarını təhlil ediblər. On il ərzində onların çəkisi üç dəfə qeydə alınıb: təcrübənin əvvəlində, beş və doqquz ildən sonra. Tədqiqatın nəticələri göstərib ki, iştirakçılar nə qədər çox çəki itirirdilərsə, onkologiyanın inkişaf ehtimalı da bir o qədər azalırdı. Xəstələr artıq risk qrupunda olduqları halda belə, çəkiləri azaldıqca xərçəng xəstəliyinə tutulma şansları da azalırdı.

    “Bizim nəticələrimiz göstərir ki, 50 yaşdan yuxarı qadınlarda hətta orta çəki itkisi də döş xərçənginin inkişafının riskini azaldır”, – deyə tədqiqatın aparıcı müəllifi Lorens Teras bildirib.

    Onkologiyanın inkişaf riski iki kiloqramdan dörd kiloqram yarıma qədər arıqlamış iştirakçılarda 13 %, dörd kiloqram yarımdan 9 kiloqrama qədər çəki itirənlərdə 16 %, doqquz kiloqramdan artıq arıqlayanlarda isə 26 % azalıb.

  • Работающий в США курьером Фарид Мамедов выступил на концерте с американской певицей – ФОТО

    Азербайджанский певец Фарид Мамедов, который работает в США курьером, выступил в Турции на концерте вместе с американской исполнительницей Деллой Майлз.

    Как передает Haberler.com, концерт прошел в Эскишехире.

    Он был организован по случаю Всемирного дня беженцев и посвящен теме “Место встречи культур – Турция”.

    Сообщается, что Делла Майлз приняла ислам после того, как посетила Турцию.

    Отметим, что Фарид Мамедов, в 2013 году представлявший Азербайджан на международном песенном конкурсе “Евровидение” с песней Hold me (“Держи меня”), после женитьбы переехал в США и работает там курьером.

  • ABŞ-da kuryerlik edən Fərid Məmmədov amerikalı müğənni ilə konsert verdi – FOTO

    ABŞ-da kuryer kimi çalışdığı deyilən azərbaycanlı müğənni Fərid Məmmədov Türkiyədə amerikalı müğənni Della Miles ilə konsert verib.

    Haberler.com-un məlumatına görə, “Mədəniyyətlərin görüş nöqtəsi Türkiyə” adlı konsertdə iştirak edən Fərid Məmmədov Tüurkiyəyə gələndən sonra müsəlmanlığı qəbul edən Della Miles ilə eyni səhnəni paylaşıb.

    Eskişehirdə baş tutan konsert “Dünya köçkünlər günü”nə həsr olunub.

    Qeyd edək ki, “Eurovision-2013”də Azərbaycanı İsveçrədə “Hold me” bəstəsi ilə təmsil edən Fərid Məmmədov ailə həyatı qurduqdan sonra ABŞ-a köçüb və hazırda orada kuryer kimi çalışır.

  • Cangüdənlə gəzən, evləri mühafizə olunan İCRA BAŞÇILARI – Onlar kimdən, nədən QORXURLAR?

    Nizaməddin Quliyev, Qoca Səmədov kimi sabiq icra başçılarının həbs edilməsi yerli İcra hakimiyyətlərinin işini gündəmə gətirib.
    İndi sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də bəzi rayonlarında İcra Hakimiyyəti başçısının yaşadığı evləri polisin mühafizə etməsi və icra başçılarının cangüdən saxlamasıdır.

    Bir sıra rayonlarda İcra Hakimiyyəti başçısının yaşadığı evlərin ətrafında post patrul xidmətinin ən azı bir maşını, ya da 3 əməkdaşı
    dayanır.

    Doğrudanmı rayonlarda kriminogen durum belə pisdir ki, icra başçıları evlərinin qarşısında mühafizə postu yaradıb, özləri isə adam arasına cangüdənlə çıxırlar? Yox, əgər belə deyilsə, onda icra başçıları kimdən, nədən qorxurlar?

    Median.Az xəbər verir ki, keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev modern.az-a bildirib ki, icra başçılarının hamısı belə etmir: “Bunu icra başçılarının hamısına şamil etmək olmaz. Belə bir hala vaxtilə Salyanın icra başçısının timsalında rast gəlmişdik və onu tez bir zamanda vəzifədən azad etdilər. Onların belə addımı düzgün deyil. Hazırda ölkəboyu kadr islahatları aparılır, icra başçıları da özlərini ylğışdırmağa çalışırlar. Vaxtilə yanında cangüdən və polis gəzdirən icra başçılarının çoxu cəzalandırılsa da, indi də elələrinə rast gəlmək olur”.

    Mahmud Hacıyev deyib ki, İcra Hakimiyyəti başçısının yaşadığı evləri polisin mühafizə etməsi və icra başçılarının cangüdənlə gəzməsinə dair qanunvericilikdə də hər hansı tələb yoxdur.
    “El dili ilə desək, icra başçısı işlədiyi rayonun ağsaqqalı sayılır. Əgər icra başçısı elin ağsaqqalı, söz sahibi sayılırsa, özünü cəmiyyətdən – insanlardan niyə qorumalıdır?!”.
    Mahmud Hacıyev qeyd edib ki, hazırda ölkədə heç bir kriminal gərginlik müşahidə edilmir və buna görə də icra başçılarının evlərinin mühafizəsinə və onların cangüdənlə gəzməsinə də ehtiyac yoxdur.“Sadəcə, bəzi icra başçıları şan-şöhrət naminə belə edir. Rayonlarda təhlükəli atmosfer də yoxdur, deyəsən ki, ona görə belə edirlər. Bəziləri şan-şöhrət, bəziləri də özünü sığortalayır ki, birdən nəsə olar. Amma yenə də nəsə olsa belə, icra başçısı yerlərdə xalqın qayğısını çəkən şəxslərdi, belə etməməlidirlər. Onların bu cür xoşagəlməz addımının sadə camaatda narazılıq doğurmağı başadüşüləndi”.

  • Bakıda 18 yaşlı qız itkin düşüb

    Bakıda 18 yaşlı qız itkin düşüb.

    Median.Az xəbər verir ki, Qaradağ rayonu, Sahil qəsəbə sakini, 1964-cü il təvəllüdlü Fətullayeva Mətanət Yusif qızı polisə müraciət edərək dekabrın 18-də qızı, 2001-ci il təvəllüdlü Fətullayeva Fatimə Şirməmməd qızı yaşadıqları Sahil qəsəbəsi, M. Seyidov küçəsi, ev 7, mənzil 16-dan çıxıb və bir daha geri qayıtmadığını bildirib.

    Faktla bağlı araşdırmalara başlayıb.//Baku.ws

  • Qobustanda iki yük avtomobili toqquşub, ölən və xəsarət alan var

    Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 21:40 radələrində yolun 78-ci kilometrliyində, Qobustan rayonunun Ceyrankeçməz adlı ərazisində qeydə alınıb.
    “Mercedes” markalı yük avtomobili arxadan qarşı tərəfdə eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı “Mercedes”də olan sərnişin aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb, sürücü yaralanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Tiflisdə təhlükəli virus yayılır – Necə qorunmalıyıq?

    Gürcüstan qonşu ölkədir. Gediş-gəliş çox olduğu üçün orada yayılan virusların bizə keçmə ehtimalı var.

    Median.Az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev son iki həftədə Gürcüstanda qrip virusunun əsasən 3 növünün yayılmasının Azərbaycana təsirləri barədə danışarkən deyib. O, hazırda ölkədə qriplə bağlı vəziyyətin təhlükəli olmadığını söyləyib:

    “Hazırda ölkədə epidemoloji situasiya bir o qədər də gərgin deyil. Amma təbii ki, qış fəslində təkcə qrip yox, digər respirator infeksiyalar da yayıla bilər. Heç kim bundan sığortalanmayıb. Bəlkə də bizdə də bu viruslardan var, amma konkret diaqnoz qoyulan xəstələrə rast gəlməmişəm.

    Qrip virusu o 3 virusdan bir qədər təhlükəli hesab olunur. Çünki qrip virusunun ağırlaşma ehtimalı digərlərindən daha çoxdur.

    Hazırda klinikada bir-iki nəfər respirator xəstə var. Vəziyyət o halda təhlükəli ola bilər ki, kütləvi hal alsın”.

    C.İsayevin sözlərinə görə, ölkədə epidemoloji vəziyyətin gərginləşməməsi üçün insanların özünü qoruması vacib şərtdir:

    “İndiki halda insanların özlərinin gördüyü tədbir daha önəmlidir. Məsələn, qızdırmalı insanların işə getməsi düzgün deyil. Bağçaya gedənlər, şagirdlər və ya tələbələr xəstə halda dərsə getsələr, digər uşaqları da yoluxduracaqlar. Ona görə də diqqət etməliyik. Əgər o halda getmək çox vacibdirsə, heç olmasa maska taxmalıyıq. Maska ilə gəzmək xəstəliyin yayılmasının müəyyən qədər qarşısını alır”.

    Baş infeksionist Gürcüstanda donuz qripindən ölüm hallarının da Azərbaycan üçün təhlükəsindən bəhs edib:

    “Bu saat donuz qripi adi qrip kimi bir şeydir. Qripdən ölüm halları 4-10 faiz arasında dəyişir. Bu o şəxslərdə təhlükəlidir ki, onlarda paralel davam edən hər hansı bir xəstəlik olur. Xüsusən körpə uşaqlarda, hamilə qadınlarda bu xəstəlik ağır gedir. Buna görə də parael xəstəliyi olan insanlar, yaşlılar, körpələr və hamilə qadınlar xəstələnən zaman diqqətli olmaq, temperatur dövrünü yataq şəraitində keçirmək, həkim nəzarətində müalicə almaq vacibdir”.

    Qeyd edək ki, hazırda Gürcüstanda qrip virusunun daha 3 növünün – B, H3 və H1 viruslarının müşahidə olunduğu bildirilib.

  • Parisdə taksi xidmətlərinin qiyməti iki dəfəyə yaxın artdı – SƏBƏB

    Parisdə ictimai nəqliyyat işçilərinin uzunmüddətli tətilləri taksi xidmətləri sahəsində böhran yaradıb.

    Xarici kütləvi informasiya vasitələrinin yaydıqları məlumata əsasən, nəqliyyat xidməti sahəsində yaranan çatışmazlıqdan istifadə edən bir sıra taksi sürücüləri qiymətləri süni olaraq qaldırır.

    Bu gün “Le Parisien” dərgisi portuqaliyalı turistin şikayətini ictimailəşdirib. Belə ki, aeroporta getmək istəyən turistə yol xərcinin 80 avro olacağını desələr də, təyin olunmuş ünvana çatandan sonra taksi sürücüsü tıxac və sürücülərin tətilə çıxmasını əsas gətirərək müştəridən 135 avro tələb edib.

    Rəsmilər isə süni qiymət artımının qarşısını almaq məqsədi ilə turistlərə müraciət edərək rəsmi taksi şirkətlərinin xidmətindən yaralanmağı tövsiyə edirlər.

  • İstanbulun turistik bölgələrindən olan Böyük Adada “at vəbası” aşkar olunub

    İstanbulun əsas turistik bölgələrindən olan Böyük Adanın rəmzlərindən olan faytonlara qoşulan atlarda “at vəbası” kimi bilinən ruam xəstəliyi aşkar olunub. Karantinə alınan bölgədə 81 at artıq tələf edilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İstanbul Adalar İcra Hakimiyyətindən bildirilib.

    Hazırda bölgədə digər atların müayinəsi aparılır.

    Xəstəliyin insanlara keçmə ehtimalı istisna olunmur. Bu səbəbdən xəstə heyvanla birbaşa təmasda olan insanların da müayinədən keçmələri barədə xəbərdarlıq edilib.

    Qeyd edək ki, Böyük Adada nəqliyyat vasitəsi olaraq yalnız faytonlardan istifadə edilir.

  • Выявлена аптека, торгующая психотропными препаратами – ФОТО

    В результате операции, проведенной в Мингячевире сотрудниками Главного управления по борьбе с организованной преступностью, выявлена аптека, торгующая психотропными препаратами.

    Как сообщили Oxu.Az в пресс-службе МВД, в Главное управление поступила оперативная информация о продаже психотропных препаратов в аптеке “Сюбхан”, расположенной в городе Мингячевир. В результате проведенной сотрудниками полиции операции аптека была взята под наблюдение. Факт реализации в аптеке психотропных лекарственных препаратов подтвердился. В ходе операции были задержаны продавец, житель Мингячевира Рашад Абдулазимов и владелец аптеки, житель Агдама Самир Мамедов.

    Продавец Рашад Абдулазимов сообщил, что продавал психотропные лекарственные препараты по поручению владельца аптеки Самира Мамедова и ежедневно представлял ему отчеты о продажах.

    С.Мамедов подтвердил, что продажа в аптеке психотропных лекарственных препаратов без надлежащей лицензии осуществлялась по его поручению.

    По факту возбуждено уголовное дело по соответствующей статье УК АР, мужчины арестованы.