Month: January 2020

  • Erkən nikah problemi: Qanun nə deyir? – VİDEO

    21-ci əsrdə dünyada 4-sənaye inqilabının reallaşdığı, müasir texnologiyaların, elm və təfəkkürün ən pik nöqtədə olduğu dövrdə Azərbaycan erkən nikah kimi ciddi problemlə üz üzə qalıb.

    Median.Az REAL TV-yə istinadən xəbər verir ki, ölkə gündəminə nəzər saldıqda bəzən bu cür hallara rast gəlmək mümkündür. Bunun qurbanları isə gəlincikdən təzə ayrılan və gəlinlik geyinməyə məcbur edilən qız uşaqlarıdır.

    Bəs belə olan halda qanun nə deyir? Ümumiyyətlə erkən nikah dedikdə nə nəzərdə tutulur?

    Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən nikaha daxilolma 18 yaşdan götürülür. Bu qanun Ailə məcəlləsinin 10-cu maddəsində də təsbit edilib.

    18 yaşından aşağı şəxslərin nikaha daxil olması isə qanuna görə qadağandır. Ancaq qanun burdada öz aliliyini göstərir.

    Yalnız xsüsi hallarda 18 yaşından aşağı şəxslərin nikaha daxil olmasına icazə verilir.

    Cinayət məcəlləsinin 176 prim 1 maddəsinə əsasən Qadını nikaha daxil olmağa məcbur etmək birbaşa cinayət məsuliyyətinə səbəb olur.

    Nikaha daxil olmaq üçün qanunvericiliydə nəzərdə tutulan yəni 18 yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur edən şəxs üçün isə qanun daha sərt cəza tətbiq edir. Belə olan təqdirdə qeyd olunan şəxs 3 mindən 4 min manata dək cərimə və ya 4 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

    Onu da qeyd edəkki qanunvericiliyə əsasən ölkəmizdə 16 yaşına qədər qadının cinsi toxunulmazlığı mövcuddur. Qanuna görə 16 yaşına çatmayan qadınla cinsi əlaqədə olan şəxs cinayət məsuliyyətinə cəlb olunur.

    Təəssüf ki, erkən nikah problemi Azərbaycan üçün də aktual problemlərdəndir. Bu məsələ xüsusən ölkəmizin bölgələrində özünü daha qabarıq şəkildə göstərir. Üzümüz valideynlərədir tez evlənən uduzmaz deyib imza atmağı belə bilməyən qızlarınızın həyatına imza atmayın.

    İngilis filosofu və siyasətçisi Con Lokk yaxşı deyib: Qadın öz yaşını doğum tarixindən deyil, evləndikdən sonra hesablayır. Ona görə də qızlarınıza hesablamağı öyrədin.

  • Qayıqçı 2 nəfəri boğulmaqdan xilas etdi

    Mingəçevirdə Kür çayında batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib.

    Median.Az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Kür çayının Mingəçevirdən keçən hissəsində orta yaşlı qadın naməlum səbəbdən çaya düşüb. Onun boğulduğunu görən 16-17 yaşlarında oğlan qadını xilas etmək üçün özünü çaya atıb. Bu vaxt həm qadın, həm də yeniyetmə batmaq təhlükəsi ilə üzləşib. Hadisənin şahidi olan 27 yaşlı Rüstəm Ellazov idarə etdiyi motorlu qayığı ilə onların köməyinə çataraq, hər ikisini xilas edib. Hər iki şəxs sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.//yeniavaz.com

  • В России выявлены первые двое больных коронавирусом – ВИДЕО

    Коронавирус пришел в Россию.

    Как передает Median.Az со ссылкой на РИА Новости, двое заболевших выявлены в Забайкальском крае и Тюменской области.

    Оба – граждане Китая. Случаи заражения также зафиксированы в Южной Корее, Японии, США, Таиланде, Канаде, Вьетнаме, Сингапуре, Непале, Франции, Австралии, Малайзии, Камбодже и Германии. ВОЗ объявила международный режим ЧС.

  • Rusiyada koronavirusa yoluxma hadisəsi qeydə alınıb – VİDEO

    Rusiyada koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

    Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

    Qeyd edilir ki, Zabaykalyedə və Tümen vilayətlərində yeni pnevmaniyaya ilk yoluxma hadisələri qeydə alınıb. Virusa yoluxan hər iki şəxs Çin vətəndaşlarıdır.

  • Türkmənistanda hər yeri, hamını tüstü ilə dezinfeksiya edirlər

    Türkmənistanda koronavirusa görə çox narahatdırlar. Virusa yoluxmamaları üçün ölkədə az qala hər yeri, hamını dezinfeksiya edirlər.

    Median.Az xəbər verir ki, Türkmənistanda mikrobların zərərsizləşdirilməsi tədbirləri üçün dəvətikanından istifadə olunur. Bu bitkini yandıraraq tüstüsünü hər yerə yayırlar. Hətta insanlara da bu tüstüdən verirlər.

    Məktəblərdə, uşaq bağçalarında, xəstəxanalarda profilaktik tədbirlər görülür. Sahə həkimlərinə ciddi tapşırıq verilib. Bütün evlər dəvətikanı tüstüsü ilə dezinfeksiya olunmalıdır.

    Türkmənistan hökuməti bu tədbirlərin nəyə xidmət etməsi haqda rəsmi açıqlamadan yayınır. Amma həkimlər qeyri-rəsmi söhbətdə məhz koronavirusa görə belə addım atıldığını etiraf edir.

    Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov xalq təbabətinə böyük əhəmiyyət verir, bu haqda kitablar yazır. Onun kitablarında dəvətikanı xüsusi yer tutur.

    İndiyə qədər koronavirusa 10 mindən çox insan yoluxub, 200 nəfərdən artıq adam tələf olub. Virusun qeydə alındığı ölkələrin sayı 20-yə çatıb.//bizimyolinfo.az

  • Bakıda yaşayış binasında yanğın

    Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 47 m² olan 3 otaqlı mənzilin 1 otağında divan yanıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan televizor və otağın lambirindən ibarət tavanı 10 m² sahədə əriyib.

    Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.//milli.az

  • Göygöldə sərnişin mikroavtobusu qəzaya uğrayıb, ölən və yaralanan var

    Göygöl rayonunda xəsarətlə və ölümlə nəticələnən yol qəzası baş verib.

    “Report”un məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

    Yeni Qızılca kəndində “QAZel” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. İlkin məlumata görə, qəza nəticəsində ölən və yaralananlar var. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Cəlilabadda minik avtomobilləri toqquşub, xəsarət alan var

    Cəlilabad rayonunda yol qəzası baş verib.

    “Report”un məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, “Mercedes” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində “VAZ-2107″nin sürücüsü xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • БГУ распространила информацию в связи с помещенной на карантин студенткой из Китая

    «Студентка 3 курса факультета истории БГУ Лиу Йоуша в середине января прибыла из Китая в Азербайджан. У студентки не наблюдались симптомы какого-либо вируса».

    Как сообщает АПА, об этом говорится в информации БГУ. Отмечается, что студентка не является жительницей китайского региона, где бушует эпидемия.

    «Она была направлена на обследование в Клинический медицинский центр по инициативе руководства университета. При направлении в больницу у нее никаких симптомов заболевания не наблюдалось. Лиу Йоуша была обследована в центре, никаких проявлений вируса у нее выявлено не было. Но в связи с карантином она взята под врачебный контроль в целях безопасности.

    В БГУ обучается множество иностранных студентов. Руководство вуза всегда относится к ним со вниманием и заботой. Именно исходя из этого Лиу Йоуша направлена на обследование и находится под вниманием руководства университета», – говорится в информации БГУ.

  • В Сальяне задержаны лица, совершившие кражу – ФОТО

    В Сальянском районе задержаны лица, занимающиеся кражей.

    Как передает Report, инцидент был зафиксирован сегодня вечером в одном из социальных объектов на проспекте Гейдара Алиева.

    Так, в социальном учреждении грабителями были украдены стулья, обогреватели и другие предметы домашнего обихода.

    Сотрудниками полиции в результате проведенных оперативно-розыскных мероприятий задержаны подозреваемые в совершении кражи жители района Эльхан Агасадыг оглы Бабаев и Джейхун Абулгасан оглы Гусейнов.

    Задержанные признались в совершении преступления.

    Похищенные предметы были изъяты в качестве вещественных доказательств и доставлены в отдел.

    По факту ведется расследование.