Month: January 2020

  • Salyanda məişət əşyaları oğurlayan şəxslər saxlanılıb – FOTO

    Salyanda oğurluq edən şəxslər saxlanılıb.

    Report xəbər verir ki, hadisə axşam saatlarında Salyan şəhəri Heydər Əliyev prospektində yerləşən sosial obyektlərin birində qeydə alınıb.

    Belə ki, sosial obyektdə kreslolar, istilik sisteminə qoşulan qızdırıcılar və digər məişət əşyaları oğurlanıb.

    Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Salyan şəhər sakinləri – Babayev Elxan Ağasadıq oğlu və Hüseynov Ceyhun Əbülhəsən oğlu şübhəli şəxs qismində saxlanılıb. İlkin istintaq zamanı Elxan Babayev və Ceyhun Hüseynovun qabaqcadan əlbir olaraq sosial obyektə girərək oradan 2 ədəd kreslo, istilik sisteminə qoşulan 2 ədəd qızdırıcı və digər məişət əşyalarını oğurladıqları məlum olub.

    Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər.

    Oğurlanmış məişət əşyaları maddi sübut kimi götürülərək şöbəyə gətirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • İran Çinə uçuşları dayandırdı

    İran koronavirus səbəbindən Çinə uçuşları dayandırıb.

    Bu barədə Səhiyyə naziri Səid Nemeki bildirib. “koronavirusun yayılmasının qarşısını almaq üçün İranla Çin arasında bütün uçuşlar müvəqqəti dayandırılıb”, – deyə açıqlamada bildirilir.

    İranda virusa yoluxma halının qeydə alınmadığını bildirən Nemeki Çinin Uhan şəhərindəki 70 İran vətəndaşının ölkəyə gətiriləcəyini qeyd edib. //qafqazinfo.az

  • Ruhlar şəhərində adi görüntü: küçədə ölürlər, yaxınlaşan olmur – FOTO

    İndi Çinin Vuhan şəhərini dünyanın hər yerində tanıyırlar. Ruhlar şəhərindən yayılmağa başlayan koronavirus zamanla planeti daha çox qorxudur.

    Median.Az xəbər verir ki, Vuhan şəhərində vahiməli, elə bu qədər də kədərli hadisələr baş verir. Qərb fotoqraflarının çəkdiyi şəkillərdə insanların küçədə yerə yıxılandan sonra heç kimin həmin şəxslərə yaxınlaşmadığı görünür. Hamı virusa yoluxmaqdan qorxur.

    Son yayılan fotoda böyük ehtimalla koronavirusun axırıncı qurbanı gözə dəyir. Maskalı insan küçənin ortasında yerə yıxılıb. Onun yanından piyada, velosipedlə adamlar keçir. Amma heç kim yaxınlaşmağa cürət etmir.


    Ümumiyyətlə, Vuhanda epidemiyanın nəyə qadir olduğunu çox yaxşı anlayırlar. Kimsə yerə yıxılıbsa, deməli, söhbət həmin şəxsin canını tapşırmasından gedir.

    Vuhanda ilk dəfə koronavirus keçən ilin dekabrın 12-də qeydə alınmışdı. Son məlumata görə, virusa yoluxanların sayı 10 min nəfəri keçib, 213 çinli həyatını itirib.//bizimyolinfo.az

  • Иран приостановил авиасообщение с Китаем из-за коронавируса

    Иран приостанавливает авиасообщение с Китаем на фоне быстрого распространения новой коронавирусной инфекции. Как передает АПА со ссылкой на РИА Новости, об этом заявил министр здравоохранения страны Саид Намаки.

    Как сообщил Намаки, решение было принято на экстренном заседании правительства, на котором присутствовали вице-президент страны, министр дорог и градостроительства, министр внутренних дел, официальный представитель правительства, министр здравоохранения и представители МИД.

    Отмечается, что несмотря на прекращение всех рейсов из Ирана в Китай и обратно, иранские граждане, находящиеся сейчас в КНР, будут на следующей неделе возвращены на родину. Прибывшие из Китая иранцы проведут в карантине 14 дней, после чего смогут вернуться к обычной жизни.

    Всемирная организация здравоохранения признала вспышку нового коронавируса чрезвычайной ситуацией международного значения. Жертвами коронавируса в Китае стали уже 213 человек, заражены около 9,7 тысячи человек. Еще около 100 человек заболели вне Китая, почти в 20 странах. Два первых случая коронавируса выявлены в России, в Забайкальском крае и Тюменской области, оба заболевших – граждане Китая.

  • Qonşu ölkədə virusa görə məktəbləri bağlamağa başladılar

    Rusiyada koronavirusun ilk ayaq açdığı Zabaykalye vilayətində insanlar təşviş içindədir. Burada məktəbləri bağlamağa başlayıblar.

    Median.Az xəbər verir ki, təhsil ocaqlarının işləməməsi barədə məlumatı vilayət rəhbərinin müavini Aleksey Butılski verib. Onun sözlərinə görə, məktəblərdə ciddi təhlükə yoxdur. Sadəcə, vilayət rəhbərliyi yayılmanın qarşısını almaq üçün belə addım atıb.

    Zabaykalyedə vilayətə gedib-gələnlərə ciddi nəzarətə başlayıblar. Demək olar, hamının temperaturu yoxlanılır, virusa yoluxma ehtimalı araşdırılır.

    Əslində, həm Zabaykalyedə, həm də Tümen vilayətində koronavirusa yoluxan şəxs Çin vətəndaşıdır. Onlar vətənində təxminən bir ay keçirəndən sonra son üç gündə Rusiyaya qayıdıblar.

    Rusiya virusun episentri sayılan Vuhan şəhərindən vətəndaşlarını evakuasiya etməyə başlayıb. Qonşu ölkə Çinlə bütün aviaistiqamətlərdə əlaqəni kəsib.

  • “Sən boynunun ardını görəndə millət vəkili olacaqsan…” — Tolikdən deputatlığa namizədə ŞOK SÖZLƏR (VİDEO)

    Tanınmış prodüsser, aparıcı Tarix Əliyev (Tolik) adını çəkmədən depuatatlığa namizədə sərt ismarıc yollayıb.

    Median.Az xəbər verir ki, Tolik idmançıların pulunu kəsmək istəyən namizəd haqda sərt fikirlər səsləndirib:

    “Bəzən görürəm bir-iki deputatlığa namizəd var, ona cavab vermək istəyirəm. Mənə adını demək olmaz. Amma gördüm deyir ki, bu nədir, idmançılara 20-30 min pul verirsiniz, amma camaat burada acından ölür. Ay mən deyən, sən guya deputat olsan, çıxardıb 5 manat verəcəksən xalqın nümayəndəsinə? O idmançı illərini verib, 10 il, 20 il məşq edib, kasıbçılıqla, kirayə qala-qala gəlib bir medal qazanır, ona dövlət pul verir, bu da girib sənin kimi rüşvətxorların gözünə. Sənin deputat olmağındansa, olmamağın məsləhətdir.

    Görürəm deyir ki, “Mən depuatat olsam, idmançıların pulunu kəsəcəyəm. Milli məclisdə deyəcəyəm ki, idmançılara o qədər pul verilməsin”.
    İdmançıların qadası sənin ürəyinə olsun, sən deputat olmayacaqsan! İlhamə Quliyeva demiş, boynunun ardını görəndə deputat olacaqsan. Çünki kasıb ildə bir dəfə tərlə, o 3 dəqiqə yarışmada canını qoyur. Erməniyə uduzmaq var, onlar üçün bilirsiniz necə böyük travmadır? Onlar 10-15 min pul alır, o da girib sənin gözüvə. Amma demirlər ki, sənin kimilər gəlir deputat olandan sonra o dükana, bu dükana “day-daylıq” edir, ayda 10 min ordan alır. Ona görə də sən boynunun ardını görəcəksən!” (yenisabah)

  • Отец китайского студента, помещенного в карантин в Баку, скончался

    Установлена личность студента, проходящего лечение в Клиническом медицинском центре № 1.

    Как сообщает в пятницу Trend со ссылкой на Центр, это студент третьего курса факультета американоведения БГУ Zhenghai Liu Yousha.

    Прибывший в Азербайджан из Китая в середине января студент 27 января обратился в Клинический медицинский центр.

    По словам студента, его отец скончался в Китае. По этой причине он содержится в карантине. Liu Yousha был обследован в Центре. У студента не было обнаружено никаких симптомов и признаков вируса, однако он содержится в карантине по соображениям безопасности.

    Отметим, что коронавирус 2019-nCoV был выявлен в декабре прошлого года в китайской провинции Ухань. Факты заражения инфекцией уже зарегистрированы в Таиланде, Японии, Южной Корее, США, Канаде, Вьетнаме, Сингапуре, Гонконге, Непале, Франции, Австралии, Малайзии, Германии и Финляндии.

    Только в Китае число заболевших пневмонией, вызванной новым типом коронавируса, достигло 9 692 человек, 213 больных скончались.

  • Aybəniz Haşımovadan duyğulu mesaj: Sən doğrudan böyüdün, qızım?

    Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyevanın sabah qız toyu olacaq.

    Median.Az xəbər verir ki, ötən həftənin bazar günü fitnes müəllimi Kənan Əliyevlə nikaha girən Aynişanla bağlı anası sosial media hesabında səmimi və duyğusal paylaşım edib.

    “Bu da ömrümün son, ən böyük imtahanı. Səni sevdiyinin mənzilinə yola salıram, qızım. Bilmirəm ürək sözlərimi, arzularımı haradan başlayıb, harada bitirim. Titrəyən əllərim hərflərin əlində bahar yelinə bənzəyir. Özüm isə donmuşam. Nə baş verir? Sən doğrudan böyüdün, qızım? Yoxsa mən qocalmışam? Əllərim niyə belə əsməyə başladı? Yoxsa səni 28 il qucağımdan, bağrımın başından qoparıb…

    Nə yaman çətinmiş sən demə… Həyatın ən çətin imtahanı buymuş. Hər səhər yuxudan oyadanda, ayaqlarının altında ölməsəm, ürəyim rahat olmurdu balam. Sənin doğum günün, doğum günümə çevrilən balam. Ən böyük sevgilim. Bilirsən? Sən mənim ürəyimdə məskən quranda ürəyimdə dedim: “Sən mənimsən, mənim”

    Səni bütün günü sevdim. Əlini sevdim, üzünü sevdim, gözlərini, o bapbalaca vuran ürəyini sevdim. Hal-hazırda bu sətrləri göz yaşlarımda boğularaq yazıram. Amma qurban olum, sən ağlama. Sən heç vaxt ağlama. Sənin gözlərindən sevinc yaşları axsın. Bilirsən niyə kövrəldim? Çünki bir vaxtlar sağ qalacağıma, bu günü görə biləcəyimə heç ümidim yox idi. Şükür bu günə. Allah sayəndə Kənan kimi dəyərli bir oğul bəxş etdi mənə. Şükür ki, igidin əmanətini igidə əmanət edirəm. Kənan, balama yaxşı bax, oğlum. O, mənim varım-yoxum, bircə balamdır. Allah sizi xoşbəxt etsin”.

    Qeyd edək ki, cütlüyün oğlan toyu fevralın səkkizində paytaxt restoranların birində baş tutacaq. Bir çox sənət adamlarının və məşhur simaların iştirak edəcəyi hər iki məclis mediaya qapalı keçiriləcək.//oxu.az

  • В Азербайджане внесено изменение в список вузов, в которых созданы докторантуры

    Кабинет министров внес изменение в «Список вузов, научных учреждений и организаций Азербайджанской Республики, в которых созданы докторантуры».

    Как сообщает АПА, согласно изменению, увеличено число вузов, в которых созданы докторантуры.

    Таким образом, в Бакинской высшей нефтяной школе будет создана докторантура по ученой степени доктора философии.

  • BDU-nun koronavirusa görə karantinə alınan tələbəsinin adı bəlli oldu

    Kliniki Tibbi Mərkəzdə karantində saxlanılan tələbənin kimliyi məlum olub.

    Bu barədə BDU-nun mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, həmin tələbə BDU-nun Tarix fakültəsinin III kurs tələbəsi Liu Youshadır.

    Liu Yousha yanvar ayının ortalarında Çindən Azərbaycana geri dönüb. Tələbədə hər hansı bir virusun əlamətləri müşahidə olunmayıb. Onu da qeyd edək ki, tələbə Çinin hazırda virusun tüğyan etdiyi bölgəsindən deyil. O, Çindən gəldiyi üçün universitet rəhbərliyinin təşəbbüsü ilə Kliniki Tibbi Mərkəzə müayinəyə göndərilib.

    Tələbə KTX-yə tərəfimizdən göndərilərkən onda heç bir xəstəlik əlaməti olmayıb. Kliniki Tibbi Mərkəzdə Liu Yousha müayinə olunub, onda virusun heç bir əlaməti aşkar olunmayıb, yalnız karantin müddəti ilə bağlı təhlükəsizlik baxımından nəzarətdə saxlanılır.

    Bakı Dövlət Universitetində coxlu əcnəbi tələbələr təhsil alır. Universitet rəhbərliyi hər zaman onlara diqqət və qayğı ilə yanaşır. Liu Yousha da bu məqsədlə müayinəyə göndərilib və Universitet rəhbərliyinin diqqətində saxlanılır.//oxu.az