Month: January 2020

  • ABŞ-ın İraqdakı hərbi bazasına raket hücumu olub

    İraqın Əd-Dudjeyl ərazisindəki ABŞ-a məxsus “Balad” aviabazasının yaxınlığına raket düşüb. Bu barədə İraqın “Al Sumaria” telekanalı məlumat yayıb.

    Hələlik raketin hansı istiqamətdən atıldığı məlum deyil.

    Raket atəşi nəticəsində zərər çəkən olmayıb.

    Qeyd edək ki, baza yanvarın 4-də də raket atəşinə tutulub.

  • Хабиб Нурмагомедов показал, как выглядел 12 лет назад – ФОТО

    Чемпион Абсолютного бойцовского чемпионата (UFC) Хабиб Нурмагомедов выложил в Instagram свое старое фото, передает Median.Az со ссылкой на Газету.ру.

    «Когда я был молодым. Почти 12 лет прошло», — подписал непобежденный россиянин фотографию.

    Стоит отметить, что 18 апреля Хабиб вернется в октагон. Его оппонентом станет грозный американец Тони Фергюсон, идущий на серии из 12 побед кряду.

  • Əri qudası ilə xəyanət edən qadın: Çoxdan şübhələnirdim, sübut edə bilmirdim – VİDEO

    Ağdaş rayonunun Kükəl kəndində qudaların qoşulub qaçması xəbəri ötən həftənin gündəm xəbəri oldu.

    Median.Az xəbər verir ki, “Bizimləsən” kollektivi həyat yoldaşı Rizvanın ona qudası ilə xəyanət etdiyi Aidə xanımın evində qonaq olub.

    Qadın ərini heç vaxt bağışlamayacağını bildirib:


    “O Yaqutdan çoxdan şübhələnirdim. Sübutum yox idi, sübut edə bilmirdim. Bilirdim ki, sübut edə bilməyəcəm. Bu qadına zəng edirəm ki, telefonlarımı aç, mesajlar yazıram, aç. Sən mənim ərimlə getməmisənsə, birincisi, sən mənim ərimlə düşmən olmalı idin. Çünki mənim qızımla sənin oğlunun nişanı qayıdıb. Sən mənim ərimin yanında nə gəzirsən? Mənim ərimin sənlə əlaqəsi var idisə, sən düzgün qadın idinsə, niyə mənə demirdin “Aidə, sənin ərin mənə belə bir hərəkət edir”. Deyərdin də, axı mən səni həmişə başa düşmüşdüm. Mənim yoldaşım deyirdi “Sən nişanı qaytarsan, mən gedib özümü kanala ataram”.

    Qeyd edək ki, dekabrın 29-da Ağdaş rayonunda nişanlı cütlüyün ata-anası qoşularaq qaçıb. Qudaların bu hərəkəti nişanlı cütlüyü ayırıb.

    Aidə xanımın daha geniş açıqlaması videoda:

  • “Ayaks”ın futbolçusu İran-ABŞ gərginliyinə görə komandadan ayrıldı

    Mövsümün ikinci hissəsinə Qətərdə hazırlaşan “Ayaks” klubunun futbolçusu Serjinyo Dest təlim-məşq düşərgəsini tərk edib. Buna səbəb ABŞ və İran arasında gərgin münasibətlər olub.

    Bu barədə Futbol.ua xəbər verib.

    Klub artıq bu xəbəri təsdiqləyib. Məlumata görə, Dest amerikalıdır. Qətərdən təkcə Fars körfəzi vasitəsi ilə ayrılan İran və ABŞ arasında gərgin münasibətlər isə gənc futbolçunun narahatlığına səbəb olub. O, burada özünü təhlükəsizlikdə hiss etmədiyini deyib. Klub isə onun bu qərarını anlayışla qarşılayıb.

    19 yaşlı müdafiəçi təyyarə ilə Amsterdama qayıdıb. O, klubuna burada qoşulacaq.

  • МИД о неучастии Европарламента на выборах в Азербайджане в качестве наблюдателя

    В связи с досрочными парламентскими выборами 9 февраля Милли Меджлис направил письма-приглашения парламентским делегациям и парламентским ассамблеям, членом которых является Азербайджан, а МИД – Бюро ОБСЕ по демократическим институтам и правам человека, ОБСЕ, СНГ, ГУАМ, Совету сотрудничества тюркоязычных государств, ОЧЭС, Совету исламского сотрудничества и другим международным и региональным организациям.

    Как передает BAKU.WS, об этом сообщила руководитель пресс-службы МИД Лейла Абдуллаева, комментируя вопрос о том, что Европарламент не будет участвовать в парламентских выборах в качестве наблюдателя.

    Л.Абдуллаева отметила, что МИД направил приглашения для наблюдения за выборами 9 февраля в организации, членом или участником которых является Азербайджан: “Что касается информации, распространенной Европейским парламентом, то я хотела бы подчеркнуть, что совершенно неправильно расценивать ее как отказ ЕП от наблюдения за выборами. Во-первых, азербайджанская сторона не направляла такое приглашение в Европарламент, чтобы получить на него отказ. В целом, я хотела бы отметить, что у нашей страны нет никаких обязательств перед Европейским парламентом. Во-вторых, это – информация, представленная в соответствии с процедурными правилами Европейского парламента, то есть члены организации могут наблюдать за выборами в индивидуальном порядке”.

  • Prezident Nərmin Quliyevanın qətlini nəzarətə götürüb

    Baş Prokurorluqda keçirilən müşavirədə Tovuzda azyaşlının qətli müzakirə olunub.

    Median.Az-ın məlumatına görə, Baş Prokurorluqda keçirilən müşavirədə dövlət başçısının xüsusi nəzarətində olan və ictimaiyyəti narahat edən Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilən intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı konkret tapşırıqlar verilib.

    Qeyd edək ki, ötən ilin noyabrın 21-də itkin düşən Nərmin Quliyevanın meyiti bu il yanvarın 6-da yanmış vəziyyətdə Dondar Quşçu kəndi ərazisində tapılıb. Baş Prokurorluğun yaydığı xəbərə görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb ediliblər.

  • “Namusumu sosial şəbəkələrdə müzakirə edənlər…” – ŞƏHİD PİLOTUN XANIMI SOYADINDAN İMTİNA ETDİ

    “Soyadımı dəyişdirdim, artıq atamın soyadını daşıyacam, təbrik edirəm sizləri, Təbrizin ölümündən sonra onun yoldaşını da “öldürməyi” bacardınız”.

    Median.Az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a aprel şəhidi Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə şəhidin anası Tovuz Əliyevanın onu ittiham etməsindən sonra deyib.

    “Artıq Musazadə deyiləm. Oğlunuzun evi, maşını, torpağı kimi soyadını da istədiniz və aldınız. Hər kəs öz yoluna bundan sonra… Mən onun yadigarı balalarımla, siz də hər vəchlə almağa çalışdığınız malı və pulu ilə… Artıq məndə maddi olaraq heç bir şeyi qalmadığına görə yəqin bundan sonra sakitləşərsiniz, onun da ruhu sakit olar.

    Pərişan Musazadə məlum çıxışlardan sonra atasının Əsədova soyadını daşıyacaq:

    “Bəzən deyirlər ki, qadınlar niyə intihar edir, bax bu səbəblərdən… Bilib-bilmədən hər kəs ağzına gələni yazır, özlərindən, öz ailələrindən xəbəri olmayanlar məncə belə şeylər yazırlar. Normal düşüncəyə, ailəyə sahib insanlar belə şeylər heç vaxt etməzlər. Bir elə vacib problemlər qala-qala ayrı-ayrı fərdləri,onların şəxsi həyatlarını müzakirə mövzusu edirlər.

    Mən onsuz da şəhid xanımı olduğum üçün heç bir imtiyaza sahib deyildim. Təbrizin anası və övladlarım atalarının pensiyasını alırlar, o da onların normal təhsil almasına, yaşamasına demək olar ki, güclə çatır. Fəaliyyətimi bundan sonra da davam etdirəcəm. Şəhidimin ruhunun rahat buraxılması üçün adımın Təbrizin adı ilə birgə tutulmasını istəmirəm. Soyadını da verdim özlərinə. Çünki öz soyadlarına hörmət etməyənlər mənim adımla onun ruhunu narahat edirlər. Bu günə qədər Təbrizin adından heç bir məsələdə istifadə etməmişəm, bundan sonra da etməyəcəm. Dünən canlı yayımda soyadından imtina etməyəcəyimi söyləsəm də çox düşündüm və qərara gəldim ki,ən yaxşısı budur”.

  • Трамп заявил, что не верит в версию о технических неполадках на борту упавшего Boeing – ВИДЕО

    Президент США Дональд Трамп заявил, что сомневается в том, что украинский Boeing 737, потерпевший крушение в Иране, разбился из-за технических неполадок. Об этом он заявил во время выступления в Белом доме, пишет CNN.

    “Ну, у меня есть подозрения. Я не хочу этого говорить, потому что у других людей есть свои подозрения. Кто-то мог совершить ошибку с той стороны… Не с нашей. Мы тут ни при чем”, — сказал Трамп.

    Президент США отметил, что самолет летел при “довольно неблагоприятных обстоятельствах”. “Некоторые говорят, что это была механическая [поломка]. Лично я не верю, это даже не вопрос”, — сказал Трамп.

    Трамп добавил, что не знает о том, был ли украинский самолет сбит случайно или намеренно. По его словам, причина крушения станет известна после того, как расшифруют «черные ящики» лайнера.

    “Произошло нечто ужасное, очень опустошительное”, — закончил свое выступление Трамп.

    Незадолго до выступления Дональда Трампа многочисленные американские СМИ сообщили со ссылкой на неназванных официальных лиц США, что самолет “Международных авиалиний Украины” был сбит иранской ракетой, выпущенной из зенитно-ракетного комплекса “Тор”.

  • Tramp İrana söz atdı: Kimsə o tərəfdən səhv edə bilərdi

    ABŞ Prezidenti Donald Tramp İranda qəzaya uğrayan Ukraynanın Boeing 737 təyyarəsinin texniki problemlər səbəbindən sıradan çıxmasına şübhə etdiyini deyib.

    CNN yazır ki, o, bu barədə Ağ Evdə çıxışı zamanı bəyan edib.

    “Mənim bir şübhəm var. Bunu demək istəmirəm, çünki digərlərinin də öz şübhələri var. Kimsə o tərəfdən səhv edə bilərdi… Bizimkilərdən deyil. Bununla heç bir əlaqəmiz yoxdur”, -deyə Tramp üstüörtülü danışıb.

    ABŞ prezidenti təyyarənin “olduqca əlverişsiz şərtlər altında” uçduğunu qeyd edib: “Bəziləri deyirlər ki, bu, texniki nasazlıq olub. Şəxsən mən buna inanmıram!”

    Tramp əlavə edib ki, Ukrayna təyyarəsinin təsadüfən və ya qəsdən vurulduğunu bilmir. Onun sözlərinə görə, qəzanın səbəbləri laynerin “qara qutusu” açılandan sonra məlum olacaq.

    Qeyd edək ki, Pentaqonun fikrincə, Ukraynanın “Boeing” şirkəti İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

  • Azərbaycanda məktəbdə partlayış olub, xəsarət alan var – YENİLƏNİB + FOTO

    Yevlax Şəhər Təhsil Şöbəsi Yevlaxdakı 1 saylı orta məktəbin qazanxanasında baş vermiş partlayışla bağlı məlumat yayıb.

    APA Təhsil Şöbəsinə istinadən xəbər verir ki, yanvarın 9-da gecə saat 3-4 radələrində şəhər 1 saylı tam orta məktəbin qazanxanasında partlayış baş verib və yanğın olub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları tərəfindən söndürülüb.

    Hadisə nəticəsində məktəbin gözətçisi Ramiz Quliyev yanıq xəsarəti ilə Yevlax Şəhər Mərkəzi Xəstəxanasına, oradan da Bakı şəhərinə – 5 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Xəstənin vəziyyəti kafidir. Baş verən hadisə zamanı digər xəsarət alan olmayıb.

    Məktəbin istilik sistemi qurğusu istismara yararsız vəziyyətə düşdüyündən hazırda bununla bağlı iş aparılır.

    ***

    Yevlax rayonunda orta məktəbdə partlayış olub.

    “Qafqazinfo”nun xəbərinə görə, hadisə 1 saylı orta məktəbin qazanxanasında baş verib.

    Partlayış zamanı məktəbin gözətçisi Ramiz Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirlib.

    Qeydə alınan hadisə axşam saatlarında baş verdiyindən şagird və müəllimlərdən zərər görən olmayıb.

    Hadisənin baş vermə səbəbləri araşdırılır.