Month: January 2020

  • Prezident: “Bu gün bizim 1000 meqavat əlavə elektrik enerji gücümüz var və biz bunu ixrac edirik”

    “Azərbaycan artıq özünün elektrik enerjisi ehtiyaclarını təmin edir və həm də elektrik enerjisi ixrac edir. Lakin bizim hədəfimiz bərpa olunan enerji sektoruna investorlar cəlb etməkdir və bu İcra Müqaviləsinin əhəmiyyəti ondan ibarətdir ki, külək və Günəş elektrik stansiyaları investorların vəsaiti hesabına tikiləcək”.

    Median.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyanı və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahini qəbul edərkən deyib.

    Dövlət başçısı bildirib: ”Qeyd etdiyim kimi, Azərbaycan elektrik enerjisi sektoruna çoxlu investisiya yatırıb və elektrik xətləri bizi qonşularımızla birləşdirir. Biz elektrik enerjisinin istehsalına çoxlu investisiya yatırmışıq. Bu gün bizim 1000 meqavat əlavə elektrik enerji gücümüz var və biz bunu ixrac edirik, bizim ixrac bazarlarımız var. Həmçinin sizə bildirmək istərdim ki, bizim bu sektordakı investisiyalarımız aparıcı beynəlxalq institutlar tərəfindən, xüsusilə Davos Dünya İqtisadi Forumu tərəfindən qeydə alınır. Onlar elektrik enerjisinin əlçatanlıq indeksinə görə Azərbaycanı dünyada ikinci yerə layiq görüblər. Bütün ölkəmiz elektrik xətləri ilə təmin olunub və qeyd etdiyim kimi, bu gün Azərbaycan ixracatçıya çevrilib. Həmçinin bu yaxınlarda, bir aydan bir qədər çox bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə mühüm qaz kəməri layihəsi olan və artıq Avropa İttifaqının sərhədlərinə çatan TANAP-ı tamamladıq. Biz Günəş və küləkdən nə qədər çox enerji əldə etsək öz ehtiyaclarımıza və ixrac üçün təbii qaza bir o qədər qənaət edəcəyik. Ona görə də mən bugünkü mərasimə çox böyük əhəmiyyət verirəm. Bu, bizim doğru yolda olduğumuzu göstərir. Bu, həmçinin onu göstərir ki, Azərbaycan investorlar üçün çox yaxşı şərait yaradıb.

    Sizin investisiyalarınız yüz milyonlarla dollar məbləğində olacaq. Elektrik enerjisinin ümumi həcmi 440 meqavat olacaq. Bu, həqiqətən Azərbaycanda bərpa olunan enerji baxımından böyük dəyişiklik olacaq. Həmçinin şadam ki, bu layihələrdə sizin şirkətləriniz tərəfdaş olaraq seçiliblər. Hesab edirəm ki, bu, gözlənilməz deyil. Çünki mənə məlumat verilib ki, “ACWA Power”in ümumilikdə 30 min meqavatdan çox elektrik enerjisi var və bərpa olunan enerji sahəsində də 8 min meqavat elektrik enerjisi hasil edir. “Masdar” 4 min meqavat bərpa olunan elektrik enerjisi istehsal edir. Beləliklə, siz bu sahədə çox təcrübəli və aparici şirkətlərsiniz. Buna görə də sizi görməkdən çox məmnunam. Əminəm ki, bizim əməkdaşlığımız uzunmüddətli olacaq, bütün layihələr və texniki məsələlər vaxtında həll ediləcək. Biz bu iki iri layihəni başlayacağıq və bu layihələr Azərbaycana gələcəkdə digər investisiyaları, digər investorları da cəlb etmək imkanı verəcək. Çünki bizim ölkə küləklə və Günəşlə zəngindir. Bəzən külək hansısa narahatlıq yaradır, lakin, eyni zamanda, havanı təmizləyir. Ancaq indi külək və Günəş bizim enerji istehsalımıza xidmət edəcək və bunun sayəsində daxili istifadə və ixrac üçün çoxlu təbii qaza qənaət olunacaq”.

  • Müğənni Vüqar Muradov qəzaya düşməsi xəbərini təkzib edib

    “Hazırda atamın Qax rayonundakı evindəyəm, sağ-salamatam”

    Bu barədə “Report”un Şimal-qərb bürosunun müxbirinə müğənni Vüqar Muradov özü məlumat verib.

    O, bildirib ki, barəsində yayılan xəbərlər həqiqəti əks etdirmir: “Ailə üzvlərimizlə oturmuşuq. Həmin hadisə ilə bağlı sosial şəbəkədən məlumat almışam. Qəza xəbərində yayılan fotonun mənə oxşarlığı var. O cümlədən qəzaya düşən şəxsin adı Vüqar, soyadı da Muradovdur. Belə oxşarlıq sadəcə bir təsadüfdür. Yenə də deyirəm – hazırda doğulub boya-başa çatdığım Qax rayonundayam”.

    Qeyd edək ki, sosial şəbəkələrdə mügənni Vüqar Muradovun qəzaya düşməsi ilə bağlı xəbərlər yayılıb.

  • Рамиз Мехтиев уволил директора института

    9 января состоялось очередное заседание Президиума Национальной академии наук Азербайджана.

    На заседании было принято решение об освобождении от должности директора Института зоологии НАНА доктора философии по физике Эльмана Юсифова.

    Исполнение обязанностей директора Института временно возложено на заместителя директора по научной работе, доктора биологических наук Эльшада Ахмедова.

    Заведующий Академическим городком Байрам Бабаев был освобожден от должности, и на эту должность назначен доктор философии по экономике, доцент Парвиз Гасанов.

    Другим решением Рамиза Мехтиева академик Джавад Абдинов назначен на должность замдиректора по научной работе Института физики НАНА, доктор физико-математических наук Аяз Байрамов – на должность замдиректора по инновациям и трансферу, доктор философии по физике Заур Сулейманов – научного секретаря Института физики НАНА, доктор математических наук Адалят Ахундов – замдиректора по научной работе Института математики и механики НАНА, доктор философии по физике Юсиф Шукюрлу – директора Шекинского регионального научного центра НАНА.

  • Rəşadət Babayev də işdən çıxarıldı

    Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri polkovnik Rəşadət Babayev işdən çıxarılıb.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, bununla bağlı əmr imzalnıb.

    Digər bir əmrlə Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri vəzifəsinə polkovnik-leytenant Malik İbrahimov təyin edilib.

  • Əməkdar artistə ağır itki

    Əməkdar artist Yusif Mustafayevə ağır itki baş verib.

    Median.Az AZXEBER.COM-a istinadən xəbər verir ki, müğəninin atası bu gün yaşadığı Cəlilabad rayonunda dünyasını dəyişib. Dəfn sabah rayonun
    Hacı İsmayıllı kəndində olacaq.

    Allah rəhmət etsin

  • Leyla Abdullayeva: “Azərbaycan tərəfi Avropa Parlamentinə dəvət ünvanlamayıb ki, o da bu dəvətdən imtina etsin”

    Bu ilin 9 fevral tarixində ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı aidiyyəti üzrə ölkəmizin Milli Məclisi tərəfindən parlament nümayəndə heyətlərinə və üzvü olduğumuz Parlament Assambleyalarına, həmçinin Xarici İşlər Nazirliyi tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT, MDB, GUAM, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, QDİƏT, İslam Əməkdaşlıq Şurası və digər beynəlxalq və regional təşkilatlara dəvət məktubları göndərilib.

    Median.Az bildirir ki, bunu Trend-ə Avropa Parlamentinin ölkəmizdə keçiriləcək parlament seçkilərində müşahidəçi qismində iştirak etməyəcəyi ilə bağlı yaydığı məlumatla bağlı açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.

    L.Abdullayeva bildirib ki, Azərbaycan tərəfi əsasən üzvü və iştirakçısı olduğu təşkilatlara 9 fevral seçkilərini izləmək dəvəti ilə müraciət ünvanlayıb:

    “Konkret olaraq, Avropa Parlamentinin (AP) yaydığı məlumata gəldikdə isə öncə onu vurğulamaq istərdim ki, AP-nin yaydığı bu məlumatın qurumun seçkiləri müşahidə etməkdən imtina etməsi kimi qiymətləndirilməsi tamamilə yanlışdır. Birincisi, Azərbaycan tərəfi AP-yə belə bir dəvət ünvanlamayıb ki, AP də bu dəvətdən imtina etsin. Ümumiyyətlə qeyd etmək istərdim ki, ölkəmizin Avropa Parlamenti qarşısında hər hansı bir öhdəliyi yoxdur. İkincisi, bu, AP-nin prosedura qaydalarına uyğun olaraq verilmiş, yəni AP-nin müşahidəçi qismində iştirak etmədiyi seçkilərdə üzvlərin şəxsi qisimdə iştirak edəcəyinə dair yayılmış bir məlumatdır”.

    XİN rəsmisi qeyd edib ki, bütün seçkilər ərəfəsində şəffaflığın təmin olunması məqsədilə seçkilərdə iştirak edən müşahidəçilərin qeydiyyatı ilə bağlı məlumatlar mütəmadi qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən ictimaiyyətə təqdim olunur.

  • Yaşamaq üçün ən yaxşı şəhərlərin REYTİNQİ

    Yaşayış üçün ən yaxşı şəhərlər reytinqində London birinci yerdə qərarlaşıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, reytinq “Resonance Consultancy” agentliyi tərəfindən tərtib olunub.

    Reytinqdə əhalisi bir milyondan çox olan şəhərlərin iqlimi, təhlükəsizlik səviyyəsi, istirahət və asudə vaxt üçün infrastruktur, vətəndaşların gəlir səviyyəsi və şəhərin sosial şəbəkələrdə populyarlığı kimi parametrlər təhlil edilib.

    Bu göstəricilərə görə London Nyu-York və Parisi qabaqlayıb. İlk beşliyi Tokio və Moskva tamamlayıb.

    İlk onluqda, həmçinin Dubay, Sinqapur, Barselona, Los Anceles və Roma yer alıb.

  • Ən ziyanlı xalq təbabəti vasitələri – Tanınmış həkimdən XƏBƏRDARLIQ

    Tanınmış rusiyalı həkim, “O samom qlavnom” verlişinin aparıcısı Aleksandr Myasnikov ən faydasız və ziyanlı xalq təbabəti vasitələri haqqında danışıb.

    Həkim qeyd edib: “Əslində mən xalq təbabəti vasitələrinin əleydarı deyiləm. Xalq təbabəti əsrlərin təcrübəsidir”.

    Median.Az saglamolun.az-a istinadən bildirir ki, Myasnikovun sözlərinə görə, həqiqətən ziyansız və effektli xalq təbabəti vasitələri ilə yanaşı təhlükəli vasitələr də mövcuddur ki, onlardan uzaq durmaq lazımdır.

    Bu vasitələrdən biri soğan və sarımsaq suyundan hazırlanmış “burun damcıları”dır. Bu vasitələrdən zökəm zamanı istifadə olunur. Lakin həkim qeyd edib ki, bu damcıların təsirindən burun axması daha da artacaq, həm də onlar burunun selikli qişasını yandırır. Həkim zökəm zamanı adi duzlu sudan istifadə etməyi tövsiyə edib.

    Həkimin fikrinə görə, digər ziyanlı xalq təbabəti vasitəsi kələm şirəsidir. Xalq təbabətində kələm şirəsi bəzən mədə xorası və qastritin müalicəsində istifadə olunur. Lakin həkim xəbərdarlıq edir ki, bu 2 xəstəliyin səbəbi xelikobakter pilori bakteriyasıdır ki, bu bakteriyanı yalnız antibiotiklərin köməyi ilə müalicə etmək mümkündür. Həmçinin kələm şirəsi çətin həzm olunur və köpə səbəb olur.

    Xalq təbabəti bağırsaq qurdları zamanı südlü-sarımsaqlı imalələrdən (“klizma”) istifadə etməyi tövsiyə edir. Südə sarımsaq sıxılır və maye düz bağırsağa yeridilir. Həkimin sözlərinə görə, qurdlar tək yoğun bağırsaqda deyil, həzm sisteminin digər hissələrində də yaşayır ki, klizma bu hissələrə təsir etmir. Həmçinin belə klizmalar çox ciddi ishala səbəb ola bilər.

  • Adam öldürüb qaçan azərbaycanlı 13 il sonra tapıldı

    Rusiyanın Arxangelsk vilayətində qətl törədərək qaçıb gizlənən azərbaycanlının məhkəməsi olacaq.

    Echosevera.ru vilayət prokurorluğundan verilən məlumata istinadən xəbər verir ki, 36 yaşlı Azərbaycan vətəndaşı Ruslan Mansurov 13 il əvvəl adam öldürüb və ölkədən qaçaraq gizlənib.

    Məlum olub ki, tanışı ondan 50 min rubl (1,385 AZN) qarşılığında otaq yoldaşını öldürməsini istəyib.

    Buna razı olan Mansurov qurbanına Koryajma getmək təklif edib və buna razılaşan şəxsi meşəyə aparıb.

    Orada həmin şəxsi altı bıçaq zərbəsi ilə qətlə yetirərək öldürüb.

    Hadisəni törətdiktən sonra o, Rusiya ərazisindən çıxaraq əvvəl Azərbaycanda, sonra isə Gürcüstanda gizlənib.

    2019-cu ilin sentyabrında Ukraynada Odessa aeroportunda pasport yoxlanışı zamanı aşkar edilən R.Mansurov Rusiyaya təhvil verilib.

    O, törətdiyi əməli etiraf etməyib.

    Cinayət işi yekunlaşdırılaraq baxılması üçün Arxangelsk Regional Məhkəməsinə göndərilib. (oxu.az)

  • В одной из азербайджанских школ произошел взрыв, есть пострадавшие – ФОТО

    В одной из школ Евлахского района произошел взрыв.

    Как передает Qafqazinfo, инцидент зафиксирован в котельные школы №1.

    В результате взрыва различные телесные повреждения получил сторож учебного заведения Рамиз Гулиев.

    Пострадавший был госпитализирован.

    В связи с тем, что случай произошел в вечерние часы, никто из преподавательского состава и учеников не пострадал.

    Устанавливаются причины взрыва.