Month: January 2020

  • “Müğənnilikdən pul qazanmıram” – Natavan Həbibi

    Toy tutmaq üçün oxumuram, amma hərdən istəyirəm ki, edim. Çünki nə qədər tədbirlər, reklamlar olsa da, baxırsan ki, qoyduğun vəsaitin, işin qarşılığında daha çox pul qazanmalı idim.

    Median.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri AzTV-də yayımlanan “Telesəhər Ell və Nikki ilə” verilişində müğənni Natavan Həbibi deyib.

    İfaçı sənətinə çox pul xərclədiyini bildirib:

    “Mən özümdən danışıram. Bu sənətdən pul qazanmıram. Ancaq cibimdən pul qoyub mahnı alıram, aranjiman alıram. Kliplərə, geyimlərə pul xərcləyirəm. Şou-biznesdə məni toy biznesindən uzaqlaşdırıblar”.

  • Nəhəng yanğında qorxunc mənzərə: Alov burulğanı – VİDEO

    Avstraliyada tarixin ən böyük yanğınlarından biri hələ də davam edir.

    “Haber Global” xəbər verir ki, alovlar meşələri və yaşayış sahələrini bürüdüyü bir zamanda qorxunc bir görüntü kameralara tuş gəlib.

    Belə ki, sosial şəbəkələrdə paylaşılan videoda yanğın və güclü küləyin təsiri ilə əmələ gələn alov burulğanı əks olunub.

    Videonu çəkən və paylaşan Brendon Devis adlı yerli sakin qeyd edib ki, gün ərzində bir neçə dəfə belə qorxunc görüntülərlə qarşılaşıb.

  • Bakıda 2 avtobus toqquşub, xəsarət alan var

    Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

    35 və 40 saylı marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusları toqquşub. Qəza zamanı avtobusda olan sərnişin, 1968-ci il təvəllüdlü İsmayılova Gülbəniz Lətif qızı xəsarət alıb.

    Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona sol biləyin və qolun əzilmiş yarası diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Роналду 1-й игрок, забивавший голы в топ-5 чемпионатах в течение 18 лет подряд

    Португальский нападающий туринского “Ювентуса” Криштиану Роналду отметился хет-триком в матче 18-го тура чемпионата Италии с “Кальяри” (4:0).

    Как передает Median.Az, таким образом, португалец стал первым футболистом, который забивал голы в топ-5 чемпионатах Европы на протяжении 18 лет подряд (2003-2020). Повторить подобное достижение в этом году могут только полузащитник “Бетиса” Хоакин Санчес и нападающий “Вердера” Клаудио Писарро.

    Роналду перешёл в “Ювентус” летом 2018 года из мадридского “Реала”. Сумма трансфера составила € 117 млн. В нынешнем сезоне 34-летний португалец принял участие в 15 матчах итальянского национального чемпионата (все — в основном составе), в которых забил 13 голов (четыре — с пенальти) и отдал две результативные передачи.

  • Ronaldu “Böyük 5-lik” çempionatında 17 il ardıcıl qol vurmaqla rekorda imza atıb

    Turinin “Yuventus” klubunun portuqal hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının 18-ci turunun “Kalyari”ylə matçında (4:0) het-triklə yeni uğura imza atıb.

    Median.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu bununla “Böyük 5-lik”də 17 il (2003-2020-ci illər) boyunca ardıcıl olaraq Avropa çempionatlarında qol vurub. Bu il belə uğura yalnız “Betis”in yarımmüdafiəçisi Hoakin Sançes və “Verder”in hücumçusu Klaudio Pisarro nail olub.

    Ronaldu “Yuventus”a 2018-ci ilin yayında Madrid “Real”ından keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. Cari mövsümdə 34 yaşlı portuqaliyalı İtaliya milli çempionatının (hər birində əsas heyətdə) 15 matçında iştirak edib və 13 qol (4-ü penaltidən) vurub. Futbolçu habelə bu matçlarda 2 məhsuldar ötürmə verib.

  • Darçının tərkibində gizlənən — ÖLÜM SİRLƏRİ

    Açıq şəkildə satılan və “Vyetnam” darçını kimi tanınan növün tərkibində qan duruldan və qara ciyər fermentlərini artıra biləcək kumarin maddəsi var. Mütəxəssislər xəbərdarlıq edir ki, bu maddə daxili və beyin qanaxmasına səbəb ola bilər.
    “Ölkə.Az” xəbər verir ki , fitoterapevt Ümid Aktaş bildirir ki, açıq şəkildə satılan darçınların keyfiyyətinə güvənmək olmaz. Maliyyə baxımından ucuz başa gələn olsa belə, açıq şəkildə satılan darçınlar sağlamlığa birbaşa ziyan vura bilər.

    Darçının fərqləri

    Darçın tibbdə istifadə edilir, zəhərli deyil. İstifadəyə yararlı iki növü var- seylan və Çin darçını. Seylanın ətri daha xoş, dadı daha gözəldir. Buna görə də qida maddələrində istifadə edilir. Çin darçınının isə təsiri daha çoxdur. Qoxusu daha fərqlidir. Darçın bahalı bitki olduğu üçün fərqli üsullarla hazırlanır. Vətəni Şri-Lanka, Vyetnam və İndoneziyadır. Darçının emal üsulları fərqlidir. O, bitkinin odun tərəfindən götürülür. Seylan darçınında isə bu odun hissəsi çıxarılır. Odun əsasən istifadə edilməməlidir. Lakin daha çox qazanc əldə etmək üçün odun hissəsini də əmtəəyə çevirənlər var.

    Seylan darçını 10 manata başa gəlir, lakin 100 manata satılır. Çin darçını isə1 manata başa gəlsə də 100 manata satılır. Buna görə də həqiqi darçını digərlərindən fərqləndirmək olmur. Darçının tərkibində “ojenol” maddəsi var. Ancaq odun hissəsində yüksək miqdarda kumarin də mövcuddur. Kumarin qan duruldan, qara ciyər fermentlərini artıra biləcək maddə olduğu üçün təhlükə yaradır.

    Hamilələr, diqqət!

    Seylan darçınında isə bu maddə olduqca az miqdardadır. Yüksək miqdarda kumarin qəbul etmək qaraciyər çatışmazlığına yol aça bilər. Hamilə qadınlar isə ümumiyyətlə qəbul etməməlidir. Darçından ən çox şəkər xəstələri istifadə edir. Bu baxımdan onların daha çox diqqət etməsi vacibdir.
    Necə etməli?
    Bu təhlükələrdən uzaq qalmaq üçün nəinki darçını, heç bir ədviyyatı açıq şəkildə almamaq vacibdir. Toz şəklinə salınmış bütün ədviyyatlarda qarışıq maddələr var. İşbazlar bununla ədviyyatın miqdarını artırmağa çalışırlar. Ədviyyatın içinə kirəmit tozundan una qədər qarışdırırlar.

    Darçının yüzlərlə faydası olduğu kimi zərərləri də var. Xüsusilə, tünd rəngli darçının tərkibində yüksək miqdarda kumarin olur. Buna görə də açıq rəngli darçın almaq lazımdır. Toz darçından uzaq durmaqda fayda var. Bu qədər faydalı bitkilərin ucuz satılması normal deyil. Onların hər qramı qızıl dəyərindədir.

    Saxlanma qaydası:

    Plastik torbalarda aldığınız darçını şüşə qabda saxlayın. Sərin və qaranlıq yerə qoyun.

    Təbii darçını necə tanımalı?
    Yaxşı darçını digərlərindən ayırd edə bilmək üçün onu qırın. Qırılan zaman ətrafa xoş qoxu yayılacaq. Ətri xüsusilə dəmləndikdən sonra ortaya çıxacaq.

  • В Перу 14 человек погибли и почти 50 пострадали в ДТП с автобусом

    Не менее 14 человек погибли и почти 50 получили ранения в результате ДТП с участием автобуса на юге Перу, передает местное агентство Andina.

    Авария произошла на автомагистрали Panamericana Sur. Автобус, следовавший из Лимы в Арекипу (центр одноименного региона), потерял управление и столкнулся сразу с тремя минивэнами.

    В автобусе находились 42 пассажира. Всего в местные больницы были доставлены 48 пострадавших в аварии.

  • İstifadəçilər “WhatsApp”ı kütləvi şəkildə silir – YENİ QƏRARA görə…

    Dünyanın ən böyük mesajlaşma platforması sayılan “WhatsApp”da yenilik olacaq.

    Median.Az xəbər verir ki, yeni versiyada istifadəçilərin hekayə paylaşdıqları bölmədə reklamlar görünəcək.

    1,5 milyard istifadəçisi olan şirkətin bu qərarı narazılıqla qarşılanıb. Çox sayda istifadəçi şirkətin sahibi Mark Zukerberqə “Facebook” sosial şəbəkəsində öz tənqidlərini yazıb və bunu edəcəyi təqdirdə, platformanı tərk edəcəyini deyib.

    Xatırladaq ki, “WhatsApp” 2012-ci ildə istifadəçilərinə platformanın gəlir məqsədli istifadə edilməyəcəyi və istifadəçilərinin məlumatlarını toplamayacağı barədə söz vermişdi. (publika.az)

  • Xəlifə Haftarın ordusu Sirt şəhərinə daxil olub

    Xəlifə Haftarın komandanlıq etdiyi Liviya Milli Ordusu Sirt şəhərinə daxil olub.
    “Report”un RİA “Novosti”yə istinadən məlumatına görə, bu barədə Liviya Milli Ordusundakı mənbə xəbər verib.

    Bildirilir ki, ordu dəniz limanına, habelə şəhərin bir sıra rayonlarına nəzarəti ələ alıblar. Xəbəri “Al Arabiya” telekanalı da təsdiqləyib.
    Qeyd edək ki, Sirt Liviyanın ərazisinə üçüncü böyük şəhəridir.

  • Qadınları cinayətə sövq edən səbəblər — VİDEO

    Statistika göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə, cinayət törətmiş qadınların sayı 5,1 faiz artıb.
    Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

    Hüquqşünas Siracəddin Kərimovun sözlərinə görə, mövcud statistika onu göstərir ki, qadınların ən çox törətdiyi cinayətlər sırasında birinci yerdə oğurluq dayanır. Sonrakı yerlərdə dələduzluq, məişət zorakılığı və avtomobil nəqliyyatı sahəsində olan cinayətlər gəlir.

    O bildirib ki, bunların da müxtəlif səbəbləri var:

    “Sosial şəbəbəkələrin açıq olması qadınların nəzarətdən yayınmasına zəmin yaradır. Çünki sosial şəbəkələr vasitəsilə bir neçə dəqiqə içərisində kimlə istəsən, əlaqə yaratmaq olar və bu da haradasa qadınların cinayətlərə cəlb olunmasında vasitə kimi rol oynanır”.
    Sabiq polis rəisi Şəmsəddin Əliyev deyib ki, sosial durumunun çətinliyindən çıxış yolu axtarıb tapa bilməyəndə bu, münaqişələrə gətirib çıxara bilir və bəzən qadın da əks bir addım atır, cinayətin subyektinə çevrilir.

    Ekspertlər bildirir ki, bu sahədə hüquqi maarifləndirmə aşağıdır və bu işlə tək bir qurum yox, bütün qurumlar kompleks şəkildə məşğul olmalıdırlar.

    “Biz bu sahədə mübarizədən öncə krimonoloji nəzəriyyə baxımından o səbəbləri aşkar etməliyik”, – deyə Ş.Əliyev əlavə edib.

    İstənilən halda bu cür hadisələr arzuolunmazdır. Və bizdə cəmiyyətin bir üzvü kimi bu cür hadisələrlə mübarizə aparmalıyıq.