Month: January 2020

  • Azərbaycanda məhdud sayda istifadə olunan “sürətlər kralı”

    MiQ-25 qırıcısı “dünyanın ən sürətlisi” adlandırılıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, yapon hərbi analitiki Mori Kentaro “Yahoo News Japan”dakı bloqunda yazıb ki, MiQ-25 hələ də yüksək sürətli hərbi qırıcılar arasında dünyada “bir nömrədir”.

    Məqalədə deyilir ki, qırıcı 1962-ci ildə 80 kilometr radiuslu 500 kilometrlik marşrutda orta saat sürəti 2981.5 km-ə çataraq dünya rekordu qoyub. Ancaq əvvəlki kimi o rekordu heç kim keçə bilməyib.

    Qeyd olunur ki, MiQ-25 Sovet İttifaqında 1960-cı illərdə ABŞ-da yaradılan “3M sinifli” hərbi təyyarələrə qarşı istehsal edilib. Bunlara A-12 (SR-71 Blackbird) kəşfiyyat və XB-70 strateji bombardmançı təyyarələri daxildir.

    Müəllif mühaəndislərin qırıcının sürət yığması zamanı həddindən artıq yüksək temperatur problemini həll edə bildiklərini, alüminium ərintilərindən fərqli olaraq temperatur və gücə böyük müqavimət göstərən xüsusi polad ərintilər yaratdıqlarını vurğulayıb.

    Bundan əlavə, MiQ-25 qalxma sürəti rekordu vurub. Maksimum çəkmə gücü ilə 35.000 metr yüksəkliyə təyyarə 4 dəqiqə 11 saniyəyə çatıb. Həmçinin üzərində böyük radar və vurma məsafəsi 80 kilometrə qədər olan dörd raket quraşdırılıb.

    Məqalənin sonunda ekspert, MiQ-25-in qürurla “sürət kralı” olaraq 50 ildir podiumun ən yüksək pilləsini tutduğunu qeyd edib.

    Qeyd edək ki, SSRİ-nin dağılmasından sonra Rusiya və Azərbaycan tərəfindən istifadə olunmağa davam edilən MiQ-25 hələ də bu iki ölkənin arsenalında məhdud sayda da olsa istifadə olunur.

  • Bakıda evdən 21 min dollar oğurlandı

    Bakıda evdən 21 min dollar və qızıl oğurlayan şəxs saxlanılıb.

    Bu barədə ölkə.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
    Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin ikinci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə içərisində 21.000 ABŞ dolları və 6000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi aparmaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılıb.

    Onunla birlikdə olmuş daha üç nəfərin şəxsiyyətləri müəyyən edilib.

  • Трамп заявил, что у Ирана никогда не будет ядерного оружия

    Президент США Дональд Трамп на фоне отказа Ирана от последнего ограничения в рамках ядерной сделки заявил, что у Тегерана никогда не будет ядерного оружия, сообшает “РИА Новости”.

    “У Ирана никогда не будет ядерного оружия!” – написал он в понедельник в Twitter полностью заглавными буквами.

    Ранее Иран объявил об отказе от последнего ключевого ограничения в сделке по ядерной программе этой страны, касающегося количества обогатительных центрифуг, назвав этот шаг “последним”. При этом отмечается, что Иран продолжит сотрудничать с МАГАТЭ, как и раньше, и готов вернуться к выполнению обязательств в случае снятия санкций и обеспечения интересов Тегерана, предусмотренных ядерной сделкой.

  • Tramp: “İran heç vaxt nüvə silahına sahib olmayacaq”

    “İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcək”.

    APA-nın verdiyi xəbərə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp bu gün özünün “Twitter” hesabında yazıb.

    Xatırladaq ki, İran bəyanat yayaraq nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində 5-ci (sonuncu) addımı atdığını və nüvə proqramının icrası ilə bağlı bundan sonra heç bir məhdudiyyət tətbiq etməyəcəyini bildirib.

  • Bakıda yarımtikilidə gizlədilən 1 kiloqramdan artıq heroin aşkarlanıb

    Bakıda yarmıtikilidə gizlədilən 1 kiloqram 510 qram heroin aşkarlanaraq götürülüb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini H.Bilalov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

    Davam etdirilən tədbirlərlə onun Binəqədi qəsəbəsi ərazisindəki yarımtikilidə gizlətdiyi 1 kiloqram 510 qram heroin də aşkar edilərək götürülüb.//Baku.ws

  • Qoşulub qaçan qudalardan biri canlı efirə gəldi: “Qoşulub qaçmamışam…”

    Qoşulub qaçmamışam. Sumqayıta kimi getmişəm.

    Median.Az sonxeber.az-ə istinadən xəbər verir ki,artıq bir neçə gündür gündəmi zəbt edən qoşulub qaçan qudalardan biri iki oğlu ilə bərabər Atv telekanalında Zaur Baxşəliyevin aparıcılıq etdiyi “Bizimləsən” layihəsinə gəlib. Qadının yaşca kiçik oğlu studiyada çıxışı zamanı hər iki tərəfdən söz-söhbət olduğu üçün anası ilə bərabər evdən getdiyini açıqlayıb:

    “Mən Rizvan bəyə zəng etdim ki, bizi kənddən çıxar”.

    Daha sonra qaçdığı deyilən qadın getməsinə aydınlıq gətirib. Qadın onun haqqında deyilənləri təkzib edib:

    “Oğlumla qudam Rizvan arasında söz-söhbət oldu. Gördüm ki, bunun axırı yaxşı qurtarmır. Telefonumun enerjisi bitdiyindən çıxan xəbərlərdən məlumatım olmayıb. Mən onunla bir yerdə olmamışam. Qoşulub qaçmamışam, Sumqayıta kimi getmişəm. Ondan sonra xəbərim olmayıb. Bizim şəklimiz onlar tərəfindən yayımlanıb. Nə məlumat varsa onlar tərəfindən yayılıb. Qız tərəfi hətta səksən yaşına çatan nənəmə kimi söz qoşublar”.

  • Беспощадное преступление в Баку: Обокрали, а потом подожгли дом

    Стали известны некоторые подробности в связи с произошедшим в Бинагадинском районе Баку сильным пожаром.

    Как сообщает BakuPost, до пожара четырехкомнатный дом обокрали воры.

    Злоумышленники вынесли из дома все вещи, которые смогли унести, после чего подожгли его.

    В это время собственники дома находились в гостях у своих родственников.

    Пожарных вызвали соседи. В связи с тем, что дороги на этом участке узкие, пожарные машины не смогли вовремя прибыть к месту возгорания, из-за чего дом сгорел до приезда сотрудников МЧС.

    Собственник дома Галиб Мамедов рассказал, что воры проникли в квартиру, срезав металлические решетки на окнах: “Унесли все, что можно было вытащить через окно, украли даже отопительные радиаторы. Видимо, знали, что нас нет дома”., – отметил потерпевший.

    В настоящее время малообеспеченная семья из четырех человек осталась без крова над головой.

    По факту ведется расследование.

  • Almaniyada Azərbaycan vətəndaşları saxlanılıb

    Almaniya polisi əcnəbilərə qarşı reyd keçirib.

    Median.Az xəbər verir ki, Rostok şəhər dəmiryolu vağzalında keçirilən reyd zamanı Makedoniya, Əfqanıstan, İraq, Suriya, Çili və Azərbaycan vətəndaşları olan 19 əcnəbi saxlanılıb.

    Onların sənədlərinin qaydasında olmadığı müəyyən edilib.

    Rostok şəhər Federal Məhkəməsi ötən gün keçirdiyi ilkin iclasında saxlananların hər birini yaşayış qanununu pozduğuna görə, 2430 avro məbləğində cərimələyib.

    Növbəti iclasda həmin şəxslərin ölkədən deportasiya edilməsi ilə bağlı qərar çıxarılacağı gözlənilir.

  • Həbib Nurməhəmmədov həyatından şikayətləndi – FOTO

    UFC-nin yüngül çəki dərəcəsində çempionu, rusiyali döyüşçü Həbib Nurməhəmmədov həyatı və qazandığı uğurlar haqda düşüncələrini paylaşıb.

    İdmançı özünün “Instagram” səhifəsində “oturub düşünürəm, həyatda nəyi asan əldə etmişəm?” şərhini yazaraq sosial şəbəkədə paylaşıb.

  • Yasamalda binaya bitişik obyekt tikənlərlə sakinlər arasında narazılıq: Tikintiyə kim icazə verib? – VİDEO

    Yasamal rayonu Zahid Xəlilov küçəsində obyekt tikintisinin başlanılması 54 nömrəli binada yaşayan sakinləri ayağa qaldırıb.

    Sakinlərin sözlərinə görə, beşmərtəbəli binaya demək olar ki, bitişik tikilən obyekt onların həm gediş-gəlişinə maneə yaradacaq, həm də evlərinə günəş işığının düşməsinə əngəl olacaq. Bununla da binada nəmlənmə baş verəcək.

    Ərazidə obyekt tikən iş adamı Hünər Muradovun köməkçisi, icraçı Cavid Seyidli isə tikinti üçün rəsmi şəkildə icazə alındığını deyərək sakinlərin şikayətini əsassız hesab etdi:

    “Biz orda icazəsiz heç bir iş aparmırıq. Bütün sənədlərimiz qaydasındadır. Sakinlərin dediyi kimi dörtmərtəbəli obyekt yox, ikimərtəbəli iaşə obyekti tikəcəyik”.

    Yasamal Rayon İcra Hakiminin birinci müavini Elçin Rzayev isə bizə mühafizə vastəsi ilə cavab göndərərək bildirdi ki, bu işlə Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məşğul olur.

    Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən verilən cavab isə belə oldu:

    “Zahid Xəlilov, 54 ünvanında iş aparan Hünər Muradov adlı şəxsin Bakı Şəhər İcra Hakimiyyəti ilə həmin ərazi ilə bağlı icarə müqaviləsi sənədi var. Sakinlərin şikayəti ilə bağlı məsələ yenidən araşdırılacaq”.

    Araşdırmanın nəticəsini isə Yasamal sakinləri kimi Baku TV də diqqətdə saxlayacaq.