Month: January 2020

  • Aprel şəhidi Raquf Orucovun atası vəfat edib

    Qarabağ müharibəsi qazisi, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun atası İbrahim Orucov vəfat edib.

    “Report”un xəbərinə görə, İ.Orucov bu gün Sumqayıt şəhərində yaşadığı evdə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

    İ.Orucov bir neçə il bundan əvvəl insult keçirmişdi.

    Allah rəhmət eləsin!

  • Зоран Миланович победил на выборах президента Хорватии

    Экс-премьер и кандидат крупнейшей оппозиционной силы – Социал-демократической партии Хорватии Зоран Миланович победил на выборах президента страны.

    Как передает РИА Новости, об этом сообщила Государственная избирательная комиссия (ГИК) по результатам подсчета данных со 100% участков.

    За пост главы государства Миланович боролся с действующим президентом и кандидатом от правящего Хорватского демократического содружества (ХДС) Колиндой Грабар-Китарович.

    “По результатам подсчета данных со 100% участков Миланович получил 1 млн 34 тыс. голосов, Грабар-Китарович – 929 тыс. Явка составила около 55%”, – сообщил ГИК.

    Избирком ранее зарегистрировал 3 млн 855 тыс. избирателей, которые голосовали на более чем 6,5 тыс. участков в стране и за рубежом. За ходом голосования следили свыше 24 тыс. местных и иностранных наблюдателей. Выборы прошли без инцидентов и нарушений. В воскресенье вечером Миланович уже провозгласил победу, а Грабар-Китарович признала поражение. В Хорватии понедельник – официальный выходной. Отмечается католическое Богоявление, поэтому политическая жизнь после выборов приостановилась.

    “Поздравляю Зорана Милановича с полученным наибольшим доверием хорватских избирателей во втором туре президентских выборов. Желаю ему успеха в работе и будем сотрудничать в соответствии с нашими конституционными полномочиями и положениям закона”, – заявил премьер и глава правящего ХДС Андрей Пленкович в эфире национального телевидения.

    Определение внешней и внутренней политики Хорватии по Конституции принадлежит правительству. Президент выполняет в большей степени представительские функции и выбирается сроком на пять лет.

  • Экс-чиновник: “Я что, должен жить в Ливане или Сирии?”

    Экс-руководитель ООО “Сумгайытнаглийат” при главе Исполнительной власти города Сумгайыт Ханны Рустамов прокомментировал распространенную СМИ информацию о своем побеге из страны.

    “Я нахожусь в Азербайджане, в своем доме в Сумгайыте”, – заявил он в телефонной беседе с корреспондентом Oxu.Az.

    Ранее сообщалось, что Х.Рустамов ежедневно незаконно собирал “налоги” с каждого транспортного маршрута в городе. План сбора “налогов” был составлен самим Х.Рустамовым. Это продолжалось в течение нескольких лет.

    По информации СМИ, глава “Сумгайытнаглийат” сбежал вместе с вырученными деньгами, а в самом ООО сообщили, что он был отстранен от занимаемой должности.

    Между тем Х.Рустамов заявил нашему сайту, что он планирует приехать в Баку на лечение, а потом снова вернется в Сумгайыт.

    Кроме того, он отметил, что написал заявление об уходе с работы по собственному желанию – в связи с проблемами со здоровьем.

    “Вы сами знаете, что транспорт – очень тяжелая (для работы) сфера. Также сложно работать с водителями (пассажирских автобусов). И за долгий период работы у меня возникла болезнь, связанная с нервами.

    Мне уже за 60. Я не так молод, чтобы работать в транспортном секторе”, – сказал Х.Рустамов, подчеркнув, что “служил государству 41 год” и “как только поправит зоровье, устроится на другую работу”.

    Касаясь информации о побеге из страны, он заявил:

    “Я что, предал свое государство, чтобы бежать? Куда мне ехать? Почему я должен покидать пределы страны? Какую высокую должность я занимаю, чтобы бежать за границу? Я что, должен уехать и жить в Ливане или Сирии?”.

    По словам экс-чиновника, “Азербайджан прекрасно развивается”.

    “У нас есть свобода слова, и куда бы не поехали, можем там работать. Не будет этой работы (прежней), найду другую, буду служить государству”, – скзал он.

    Кроме того, Х.Рустамов отметил, что никаких “налогов” (с водителей автобусов) он не собирал:

    “Я что, собиратель налогов? Я такими вещами не занимаюсь”.

  • Azərbaycandan qaçdığı deyilən məmur danışdı: “Gedib Livanda, ya Suriyada yaşamalıyam?” – ÖZƏL

    Bir neçə gün əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında “Nəqliyyat” MMC-nin rəisi Xannı Rüstəmovun ölkədən qaçması ilə bağlı məlumatlar yayılıb.

    Oxu.Az-ın əməkdaşı məsələnin mahiyyətini öyrənmək üçün X.Rüstəmovla əlaqə saxlayıb.

    X.Rüstəmovun sözlərinə görə, o, hazırda Azərbaycandadır:

    “Sumqayıtdakı evimdəyəm. İndi Bakıya müalicə olunmaq üçün gedib, evimə qayıdacağam. Səhhətimdə yaranan problemlə bağlı öz ərizəmlə işdən çıxmaq üçün müraciət etmişəm.

    Bilirsiniz ki, nəqliyyat ağır sahədir və sürücülərlə işləmək çətindir. Uzun müddət nəqliyyatda işlədiyim üçün əsəb xəstəliyi yaranıb. Artıq 60 yaşı keçmişəm. Cavan vaxtım deyil ki, nəqliyyatda işləyəm. Mən 41 ildir dövlətə xidmət etmişəm. İstədim ki, müalicə olunam və işimi dəyişəm”.

    Keçmir məmur bildirib ki, heç bir ölkəyə qaçmayıb:

    “Dövlətə nə xəyanət etmişəm ki, qaçam? Hara gedirəm? Ölkəni nəyə görə tərk etməliyəm? Hansı yüksək vəzifə tuturam ki, bu ölkədən qaçam? Gedib Livanda, ya Suriyada yaşamalıyam?

    Gözəl inkişaf edən ölkəmiz var. Azad sözümüzü deyə bilirik, hara gedirik, işləyə bilirik. Bu iş olmayacaq, imkan olarsa, başqa iş yerində işləyəcəyəm və dövlətin qulluğunda duracağam”.

    X.Rüstəmov şəhər ərazisində fəaliyyət göstərən marşrut xətlərində hər bir nəqliyyat vasitəsindən qanunsuz olaraq vergi toplaması iddiasına da cavab verib:

    “Mən vergi toplayanam? İndi pul işləyir ki, əl pula dəyə və vergi köçürə? Mən elə şeylərlə məşğul olmuram”.

  • Stilist Anarın ölüm səbəbi bəlli oldu

    Şou-biznesdə Şanel ləqəbi ilə tanınan stilist Anar bu gün dünyasını dəyişib.

    Bu barədə Lent.az -a imic ustasının yaxınları məlumat verib. Bildirilib ki, stilist uzun sürən xərçəng xəstəliyindən yaşadığı mənzildə dünyasını dəyişib: “İki gün idi ki, xəstəxanadan evə buraxılmışdı. Bizə bu barədə danışmaq çox ağırdır. Anarı itirdik. Allah o dünyasını versin” .

    Qeyd edək ki, Anar bu günə qədər şou-biznesdə Nazpəri Dostəliyeva, Nisə Qasımova, Damla, Günay İbrahimli, Pərvin Abıyeva, Lalə Məmmədova, Elza Seyidcahan kimi tanınmış simalarla işbirliyi olub.

  • Mehman Hüseynovun namizəd olduğu məntəqənin nəticəsi ləğv edildi – MSK qərar verdi

    Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri zamanı iki seçki məntəqəsində səsvermənin nəticələri ləğv olunub.

    Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

    İclasda bildirilib ki, səsvermə günü sözügedən məntəqələrdə lentə alındığı iddia olunaraq sosial şəbəkələrdə paylaşılan görüntülər araşdırılıb.Belə ki, 30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən bəzi qanun pozuntuları ilə bağlı müraciət dinlənilib.

    MSK nəzdində Ekspert qrupunun üzvü şikayəti araşdırıb və müraciətdə qeyd olunanlar öz təsdiqini qismən tapıb.Eyni zamanda 30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqəsinin nəticələrinin ləğv olunması ilə bağlı qərar qəbul edilib.

    Qeyd edək ki, 31 saylı dairədən namizəd tanınmış bloqqer Mehman Hüseynov olub.

  • Yeni ilin ilk iş gününə olan hava proqnozu: Duman, külək

    Yeni ilin ilk iş gününə olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 60-65% olacaq.

    Azərbaycanın rayonlarında sabah hava yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.

  • Yol polisindən xəbərdarlıq – Cərimələnə bilərsiniz

    Son günlər ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə edilir. Qarın və yağışın yağması nəticəsində küçə və yollarda çirkli su və palçıq yaranıb, bu səbəbdən sürücülərin avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmaması müşahidə olunur. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) növbəti dəfə xəbərdarlıq edib.

    BDYPİ-nin şöbə rəisi Rüfət Quliyev açıqlamasında bildirib ki, “Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir.”

    Polis polkovnik-leytenantı qeyd edib ki, hazırda qış mövsümü ilə əlaqədar küçə və yollarda çirkli su və ya palçığın yaranma ehtimalının artması səbəbindən sürücülərin avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmasına daha çox diqqət yetirilməlidir:

    “Lakin bəzi sürücülərin havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamadıqları, hətta bilərəkdən nişanların üstünü süni şəkildə biraz da çirkləndirilməsi yolverilməzdir”.

    “Xatırladırıq ki, AR İXM-nin 342.1.7 maddəsinin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur”, – deyə şöbə rəisi vurğulayıb.

  • В Азербайджане трагически погиб полицейский

    В Шамкирском районе Азербайджана произошло тяжелое дорожно-транспортное происшествие.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, инцидент зафиксирован сегодня утром.

    30-летний Турал Ахмедов, находясь за рулем собственного автомобиля, потерял управление. В результате транспортное средство перевернулось. Водитель погиб.

    Отметим, что Т.Ахмедов работал старшим оперуполномоченным в отделении полиции села Заям.

  • Azərbaycanda polis faciəvi şəkildə öldü

    Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi hadisəsi baş verib.

    Hadisə bu gün səhər saatlarında qeydə alınıb.

    Belə ki, 30 yaşlı Tural Əhmədov idarəetməni itirərək, ona məxsus avtomobili aşırıb. Baş verən hadisə zamanı sürücü ölüb.

    Qeyd edək ki, Tural Əhmədov Şəmkir rayon Polis Şöbəsinin Zəyəm bölməsinin baş əməliyyat müvəkkilidir.