Month: January 2020

  • Həyət evlərinin qiyməti qalxıb – VİDEO

    Mənzillərin alqı-satqısı ilə məşğul olanların sözlərinə görə, son iki ay ərzində Sumqayıtda evlərin qiyməti artıb.

    Median.Az Baku.ws-yə istinadən xəbər verir ki, şəhərdə 25-30 minə olan həyət evləri hazırda 45-55 minə satışa çıxarılıb.

    Hazırda Sumqayıt şəhərin Hacı Zeynalabdin, Corat qəsəbəsində Yaşıldərə, Novxanı və Xəzər bağlarında həyət evlərinə təlabat artıb.

    Qiymətlərdə 25-30 faiz artım müşahidə edilir.

  • В Азербайджане растет число кандидатов в депутаты

    На сегодняшний день в Азербайджане для участия во внеочередных парламентских выборах, назначенных на 9 февраля 2020 года, обратились 2296 человек. Об этом на заседании Центральной избирательной комиссии (ЦИК) в понедельник заявил ее председатель Мазахир Панахов.

    Он отметил, что 463 кандидата выдвинуты 19 политическими партиями.

    «Кандидатуры 17 человек выдвинуты инициативными группами, а 1816 человек выдвинули свои кандидатуры в индивидуальном порядке», – приводит АПА слова главы ЦИК.

    М.Панахов сообщил, что уже утверждены кандидатуры 2146 обратившихся в ЦИК. «Из них 2017 человек уже забрали подписные листы, 774 человека вернули их с подписями, 458 человек прошли регистрацию», – рассказал он.

  • Вахид Новрузов награжден орденом “Шохрат”

    6 января Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении Вахида Таптыг оглу Новрузова орденом “Шохрат”.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, В.Новрузов удостоен награды за заслуги в развитии аудиторской службы в Азербайджане.

  • Azərbaycanda ödәniş kartlarının sayı artıb

    Azərbaycanda ödәniş kartlarının sayı artıb.

    Median.Az-in Trend-ə istinadla verdiyi məlumata görə, ödәniş kartlarının sayı 7.5 milyon, bankomatların sayı 2.6 min әdәdә, POS-terminalların sayı 65.2 min әdәdә çatıb.
    Ödәniş kartlarının 18.1%-i tәmassız kartlardır. Ötәn illә müqayisәdә bankomatların sayı 2.2%, tәmassız POS-terminallar 35% artıb. Ödәniş kartları ilә bütün vasitәlәrlә aparılan nağdsız ödәnişlәrin hәcmi 57%, o cümlәdәn elektron ticarәt әmәliyyatlarının hәcmi 93% artıb.

    Ölkә daxilindә kartlarla aparılan nağdsız ödәnişlәrin xüsusi çәkisi son beş ildә 8%-dәn hal-hazırda 20%-ә kimi yüksәlib.

  • Qoşulub qaçan qudalarla bağlı yeni detallar ortaya çıxdı – VİDEO

    Ağdaş rayonunda qohum olmağa hazırlaşan və qoşulub qaçan qudalarla bağlı yeni detallar üzə çıxıb.

    Gündəmi zəbt edən hadisə ilə bağlı “Space TV”nin əməkdaşları reportaj hazırlayıblar.

    Reportaj zamanı məlum olub ki, Rizvan Əliyev evdən gedərkən arvadına məxsus telefonu və 3900 manat nağd pul götürüb.

    Məsələ münasibətdə olan cütlüyün yazışmalarının ələ keçməsi ilə açılıb.

    İllərdir ki, nişanlı olan gənclər toylarına az qalmış belə bir hadisə ucbatından ayrılmaq məcburiyyətində qalıblar.

    Qeyd edək ki, 29 dekabrda Ağdaş rayonunun Ərəb kəndində məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1975-ci il təvəllüdlü Rizvan Nizami oğlu Əliyev qızının nişanlısının anası, rayonun Kükəl kənd sakini, 1970-ci il təvəllüdlü Yaqut İsmət qızı Ömərova ilə birlikdə evlənmək məqsədi ilə qaçıblar.

  • Liviyada hərbi akademiyaya raket atıldı: 30 kursant öldü – VİDEO

    Liviyanın paytaxtı Tripolidə yerləşən hərbi akademiyaya havadan zərbə endirilib.

    Hadbe rayonundakı akademiya hücumu general Xəlifə Həftərin aviasiyası təşkil edib.

    Avia zərbə zamanı 30 nəfər həlak olub, 33-ü isə yaralanıb.

    Qeyd edək ki, Türkiyə rəhbərliyi Liviyanın Milli Razılıq Hökumətinin köməyinə “elit əsgərlər”ini göndərib.

    Bu hərbçilər hava hücumuna qarşı müdafiə və radarların səsinin batırılması üzrə ixtisaslaşdırılıblar.

  • Avstraliyada milyonlarla canlının öldüyü DƏHŞƏTLİ MEŞƏ YANĞINI

    Avstraliyada tarixin ən böyük və dəhşətli meşə yanğınlarından biri qeydə alınıb.

    Median.Az
    Baku.ws-yə istinadən xəbər verir ki, bu günə qədər meşə yanğınlarında 24 nəfər həyatını itirib, 500 milyon canlı yanıb.

    Qeyd edək ki, meşə yanğını 1200-dən çox evi yarasız vəziyyətə salıb və milyonlarla hektar ərazi külə dönüb.

    Eyni zamanda, Yeni Cənubi Uels və Viktoriya ştatlarında on minlərlə ev işıqsız qalıb. Son bir həftə ərzində minlərlə insan şəhərlərdən təxliyə edilib.

    Yanğınların baş verdiyi ərazilərdə yağışın yağması da yanğını tam söndürməyib.

  • Tehranda böyük izdiham – İranlı generalla vida mərasimi keçirilir

    İranın paytaxtı Tehran şəhərinin Azadi meydanına çıxan prospektlərdə böyük izdiham var.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, buna səbəb iranlı general Qasim Süleymani ilə vida mərasiminin keçirilməsidir.

    İran mediaları şəhərdə küçələrə milyonlarla insanın axışdığını qeyd edirlər.

    Vida mərasiminə qatılanlar ABŞ əleyhinə sərt şüarlar səsləndirir və dərhal intiqamın alınmasını istəyirlər.

    Ötən gün İranın Rəzəvi Xorasanının Məşhəd şəhərində vida mərasimi keçirilib.

    İranda artıq aeroport, prospekt və küçələrə generalın adı verilib.

    İranlı generalın sabah doğulduğu Kirman vilayətində dəfn olunacağı bildirilir.

    Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

  • “Tobol” klubu Emil Balayevin rəqibi ilə müqaviləni yenilədi

    Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstanın “Tobol” klubu digər qapıçı ilə müqaviləni uzadıb.

    Klubun rəsmi “Fctobol” saytı məlumat verir ki, “Tobol”un yetirməsi olan Sultan Busurmanovla bir illik müqavilə imzalanıb.

    Qeyd edək ki, “Tobol”da çıxış edən millimizin üzvü Emil Balayevin komandaya erməni baş məşqçi Qriqori Babayanın gəlişindən sonra Qazaxıstan klubundan ayrılacağı haqda xəbərlər yayılıb.

  • Almaniyada azərbaycanlılar tutuldu

    Almaniya polisi aralarında azərbaycanlıların da olduğu 19 nəfəri saxlayıb.

    Bu barədə “Report”un Avropa bürosuna Almaniyanın Rostok şəhər Polis İdarəsindən məlumat verilib.

    Bildirilib ki, ötən gün Rostok şəhər dəmiryolu vağzalında polisin keçirdiyi reyd zamanı 19 əcnəbi saxlanılıb. Onlardan doqquzu polisə etibarsız pasport təqdim edib. Dörd nəfərin isə ümumiyyətlə hər hansı bir pasport və şəxsiyyət vəsiqəsi olmadan səyahət etdiyi məlum olub. Beş nəfərin Şengen vizasının vaxtı ötmüş olub, bir nəfər isə, polisə heç bir kimlik məlumatının olmadığı kağız verib.

    Polis idarəsindəki ilkin ifadələri zamanı onlar özləri və Almaniyaya gəlmələri ilə bağlı məlumat veriblər. Polis saxlanılan şəxslərin vətəndaşlıq mənsubiyyətini də öyrənib. Onlar Makedoniya, Əfqanıstan, İraq, Suriya, Çili və Azərbaycan vətəndaşları olublar.

    Rostok şəhər Federal Məhkəməsi ötən gün keçirdiyi ilkin iclasında “Almaniya Federal Yaşayış” qanununu pozduqlarına görə, onların hər birini 2430 avro məbləğində cərimələyib.

    Növbəti məhkəmə iclasında saxlanılan şəxslərin ölkədən deportasiya edilməsi ilə bağlı qərar çıxarılacağı gözlənilir.

    Almaniya Federal Daxili İşlər Nazirliyi yaydığı məlumatda bildirilib ki, son aylar sərhədlərinin pozulması ilə ölkəyə daxil olmağa cəhd edən əcnəbilərin sayında artım qeydə alınıb. Federal polis sərhədlərdə nəzarəti gücləndirib. Eyni zamanda əhalinin sıx olduğu dəmiryolu vağzalları, avtobus terminalları və şəhər mərkəzlərində qanunsuz miqrasiyaya qarşı keçirilən reydlərə daha çox polis əməkdaşı cəlb olunub.