Month: January 2020

  • Bakı-Sumqayıt yolunda avtomobil yanıb

    Bakı-Sumqayıt yolunda avtomobil yanıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, Abşeron Gənclər şəhərciyi yaxınlığında, Bakı-Sumqayıt yolunda “Mercedes” markalı minik avtomobildə yanğın baş verib. Bu səbəbdən yolda sıxlıq yaranıb.

    Yanğın qısa müddətdə söndürülüb.

  • В Баку автомобиль сбил переходившую дорогу в неположенном месте 16-летнюю девушку

    На проспекте Гейдара Алиева в Баку произошло ДТП.

    Как сообщает oxu.az, легковой автомобиль сбил 16-летнюю Зарифу Искендерову, переходившую дорогу в неположенном месте.

    Пострадавшая госпитализирована.

    По факту проводится расследование.

  • Bakıda 16 yaşlı qızı avtomobil vurub

    Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

    Belə ki, 16 yaşlı Səbinə İsgəndərova yolu keçmək istəyərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol ayağının sınığı diaqnozu qoyulub.

  • Hava limanı istiqamətində sürət həddi endirilib

    Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
    Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir:

    “Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

    Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir”.//azvision.az

  • Azərbaycanda yol polisləri qəzaya düşdü – VİDEO

    Azərbaycanda Yol Patrul Xidmətinə (YPX) məxsus avtomobil qəzaya düşüb.

    Median.Az “Yeni Sabah”a istinadən xəbər verir ki, qəzanın videogörüntüləri sosial şəbəkədə yayılıb. Xəbərdə bildirilir ki, Ələt-Hacıqabul yolunda baş verib. Belə ki, içində polislərin olduğu xidməti avtomobil yol ayrıcına çırpılıb.

  • “Azərişıq” ASC-nin transformatorunda baş vermiş yanğın söndürülüb

    Bu gün səhər saat 05.50-də Qobustan stansiyasının ərazisində “Azərişıq” ASC-yə məxsus transformatorda yanğın olub.

    “Report” xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə yanğınsöndürmə maşınları, Biləcəri və Hacıqaqbul yanğınsöndürmə qatarları cəlb edilib. Saat 08:30-da yanğın söndürülüb.

    Hadisə nəticəsində xəsarət alan olmayıb, qatarların hərəkətində fasilə yaranmayıb. Yanğına texniki nasazlıq səbəb olub.

    Hadisənin təfərrüatı və başvermə səbəbləri araşdırılır.

  • BETA TEA insanları zəhrələyir? – FAKT + VİDEO

    Median.Az Tv7 Azərbaycana istinadən xəbər verir ki, sosial şəbəkələrdə payıaşılan görüntülərdə marketlərin birindən alınan BETA TEA paket çayın içərisində ağ rəngdə həb qırıntılarına bənzəyən çaya qarışmış formada ağ rəngli bir şeylər çıxıb.

    Aldığı məhsuldan ehtiyyat edən istehlahçı çayın içərisindən maddəni çəkərək sosial şəbəkələrdə paylaşıb. 7news.az olaraq həmin görüntüləri təqdim edirik:

  • Bakıda yol qəzasında qadın və yeniyetmə xəsarət alıblar

    Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Xətai rayonu “Ukrayna dairəsi” yaxınlığında qeydə alınıb.

    İki avtomobilin toqquşması zamanı 1982-ci il təvəllüdlü Səlimova Samirə Məzahir qızı və 11 yaşlı Nuriyeva Səbinə Vüqar qızı xəsarət alıblar.

    Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. S.Səlimovaya qapalı kəllə-beyin travması, döş qəfəsinin əziyi, S.Nuriyevaya isə üzün sağ tərəfinin əziyi diaqnozları qoyulub.

  • Ruhani: “ABŞ Yaxın Şərq üçün təhlükəli yola çıxıb”

    ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlılarının komandiri general Qasım Süleymanini öldürərək Yaxın Şərq üçün yeni və təhlükəli yola çıxıb.

    Median.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.

    “Təəssüf ki, amerikalılar region üçün olduqca təhlükəli ola biləcək yeni yola çıxıblar. Buna görə hazırkı şəraitdə dost ölkələrin daha çox sıx məsləhətləşməsi və koordinasiyası lazımdır”, – deyə Ruhani Tehranda Qətərin baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə görüşündə bildirib.

    Ruhani əlavə edib ki, ABŞ general Qasım Suleymanini “ən cinayətkar obrazla” öldürüb, hansı ki, “terrorizmlə dünya mübarizəsini təcəssüm etdirirdi”.

    Onun sözlərinə görə, Vaşinqtona buna görə cavab verməli olacaq.

  • “Sumqayıt Nəqliyyat” MMC-nin rəhbəri qaçıb

    “Sumqayıt Nəqliyyat” MMC-nin rəhbəri yoxa çıxıb.

    “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında “Sumqayıt Nəqliyyat” MMC-nin rəisi Xannı Rüstəmovdan bir müddətdir xəbər yoxdur.

    Onun çalışdığı MMC-də səlahiyyətlərindən sui istifadə edərək, külli miqdarda vəsaiti ələ keçirdiyi bildirilir. Aparılan araşdırma zamanı məlum olub ki, X.Rüstəmov şəhər ərazisində fəaliyyət göstərən marşrut xətlərində hər bir nəqliyyat vasitəsindən qanunsuz olaraq vergi toplayıb. Gündəlik sürücülərdən toplanan plan X.Rüstəmovun öz qaydalarına görə yığılıb. Bu proses onun fəaliyyəti dövründə, yəni bir neçə il davam edib. X.Rüstəmov topladığı pullarla aradan çıxıb.

    Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında “Sumqayıt Nəqliyyat” MMC ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, X.Rüstəmov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb. Hazırda bununla bağlı araşdırma aparılır.