Month: January 2020

  • Ermənistanda kütləvi dava: 5 nəfər yaralanıb

    Ermənistanın Armavir rayonunun Zartonk kəndində kütləvi dava olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, dava nəticəsində 5 nəfər yaralanıb, 13 nəfər saxlanılıb.

    Ermənistan polisi bildirib ki, dava avtomobili sürətlə idarə edən sürücü ilə digər avtomobildəkilər arasında baş verib. Qurbanlardan biri bıçaqlanıb, xuliqanlar “Mercedes-Benz Sprinter” markalı avtomobili daşa basıblar.

  • Gəncədə məktəblini maşın vurdu

    Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən bildirir ki, şəhərin Şah İsmayıl Xətai prospektində “VAZ 21014” markalı minik maşını yolu keçmək istəyən 2003-cü il təvəllüdlü oğlanı vurub. Məktəbli dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin kafi olduğu bildirilir.

    Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Kadırov Süleymaninin ölümü haqda

    Qasım Süleymaninin öldürülməsinin gözlənilməz nəticələri olacaq.

    Median.Az virtualaz.org-a istinadən bildirir ki, Çeçenistan lideri Ramzan Kadırov bunu Teleqram kanalında yazıb.

    “ABŞ-ın hərəkətləri Yaxın Şərqdə gözlənilməz nəticələrə səbəb ola bilər. Heç kim buna laqeyd qala bilməz”, – R.Kadırov bildirib.

    General Q.Süleymani və “Əl-Qüds” briqadasının daha dörd yüksək rütbəli zabiti yanvarın 3-nə keçən gecə Bağdad aeroportu yaxınlığında ABŞ-ın həyata keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb.

  • Yeni teleskop Yerə bənzər planetlər axtaracaq

    ABŞ Kosmik Agentliyinin (NASA) yeni “HabEx” teleskopu şəraitinə görə Yer kürəsinə bənzəyən planetlərin axtarışı ilə məşğul olacaq. Layihənin dəyəri 7 milyard dollardan çox qiymətləndirilir.

    Median.Az Trend-ə istinadən bildirir ki, Yer kürəsində baş verə biləcək mümkün potensial ekoloji fəlakətlər və əhali sayının artımı ilə əlaqədar gələcəkdə bəşəriyyət “ehtiyat planetə” ehtiyac duyacaq. Bu məqsədlə “NASA” belə göy cisimlərinin axtarışı üçün teleskop təklif edib: “Habitable Exoplanet Observatory” (HabEx) adlı missiya məhz şəraiti Yerdəkinə yaxın planetləri axtaracaq.

    “Bizim məqsədimiz həyatı dəstəkləyə bilən planeti axtarmaqdır. Tərəfimizdən Günəş sistemindən kənar bir neçə planetin identifikasiya edilməsinə baxmayaraq indiyədək onların heç birində həyat üçün zəruri elementlər aşkarlanmayıb. “HabEx” missiyası bizə bu işin öhdəsindən gəlməyə kömək edəcək”, – “NASA” əməkdaşı və Ohayo Universitetinin elmi əməkdaşı Skott Qaudi bildirib.

  • Sumqayıtda 35 yaşlı kişi meyiti tapıldı

    Sumqayıtda mənzildən 35 yaşlı kişi meyiti tapılıb.

    Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1984-cü il təvəllüdlü Babayev Adışirin Nadir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Названы самые посещаемые футбольные матчи 2019 года

    Портал Transfermarkt назвал самые посещаемые матчи в мировом футболе за 2019 год.

    Возглавил список полуфинал Лиги чемпионов, в котором «Барселона» на своем поле принимала «Ливерпуль». Встреча завершилась победой каталонцев со счетом 3:0. За игрой со стадиона наблюдали 98 299 зрителей.

    1. Стадион «Камп Ноу» (Барселона) – 98 299 зрителей

    Матч: «Барселона» – «Ливерпуль» (1 мая)

    2. «Соккер Сити» (Йоханнесбург) – 88 000 зрителей

    Матч: «Кайзер Чифс» – «Орландо Пайретс» (9 ноября)

    3. «Уэмбли» (Лондон) – 85 854 зрителя

    Матч: «Манчестер Сити» – «Уотфорд» (18 мая)

  • В Азербайджане еще один человек умер от некачественного алкоголя

    В Баку произошел несчастный случай со смертельным исходом.

    Как сообщает АПА, 29 декабря житель Низаминского района Баку Буньятов Парвиз Шираслан оглу (1981 г. р.) с диагнозом отравление был помещен в отдел токсикологии Центра клинической медицины №1.

    Несмотря на усилия врачей, спасти жизнь П.Буньятову не удалось. Он скончался в субботу днем в больнице.

    По факту ведется расследование.

    Отметим, что после того, как П.Буньятов выпил виски в одном из ресторанов, его состояние ухудшилось, и он был доставлен в больницу.

  • Bakıda 6 gün əvvəl viskidən zəhərlənən şəxs xəstəxanada ölüb

    Bakıda ölüm hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə 1 saylı Şəhər Klinitki Tibbi Mərkəzində qeydə alınıb.

    Dekabrın 29-da Nizami rayon sakini, 1981-ci il təvəllüdlü Bünyatov Pərviz Şiraslan oğlu zəhərlənmə diaqnozu ilə KTM-nin Taksikologiya Şöbəsinə yerləşdirilib.
    Həkimlərin səyinə baxmayaraq, P. Bünyatovun həyatı xilas etmək mümkün olmayıb. O, bu gün günorta saatlarında xəstəxanada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, P. Bünyadov restoranların birində viski içdikdən sonra halı pisləşib və xəstəxanaya aparılıb.

  • Иранского генерала Сулеймани похоронят 7 января в Кермане

    Похороны убитого США главы спецподразделения “Кудс” Корпуса стражей исламской революции (КСИР) Касема Сулеймани пройдут 7 января в его родном городе – Кермане.

    Об этом сообщает «Интерфакс» со ссылкой на заявление КСИР.

    Отмечается, что до похорон генерала в стране пройдут траурные мероприятия.

    Ранее во время встречи с родными Сулеймани президент Ирана Хасан Роухани заявил, что страна не забудет одно из тяжелейших в истории беззаконий Вашингтона в отношении исламской республики.

  • “Azərişıq” ASC-nin transformatorunda baş vermiş yanğın söndürülüb

    Bu gün səhər saat 05.50-də Qobustan stansiyasının ərazisində “Azərişıq” ASC-yə məxsus transformatorda yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Verilən məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə yanğınsöndürmə maşınları, Biləcəri və Hacıqaqbul yanğınsöndürmə qatarları cəlb edilib. Saat 08:30-da yanğın söndürülüb.

    Hadisə nəticəsində xəsarət alan olmayıb, qatarların hərəkətində fasilə yaranmayıb. Yanğına texniki nasazlıq səbəb olub.

    Hadisənin təfərrüatı və başvermə səbəbləri araşdırılır.