Month: January 2020

  • Bakı metrosunda nə baş verir? – Qatar boşaldıldı

    Bu gün saat 18:35 radələrində Bakı metrosunda qatarların birində nasazlıq yaranıb və nəticədə qatar “Elmlər Akademiyası” stansiyasında dayanmadan keçib.

    Median.Az bildirir ki, “Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qatarda olan nasazlıq nəticəsində vaqonların qapıları açılmayıb və stansiya əməkdaşları səsgücləndirici vasitəsilə sərnişinləri nasazlıqla bağlı xəbərdar ediblər.

    “Həzi Aslanov” – “Dərnəgül” istiqamətində hərəkət edən qatarın nasazlıq səbəbindən “İnşaatçılar” stansiyasına çatmamış tuneldə dayandığı, vaqonların işıqlarının söndüyü deyilir.

    “İnşaatçılar” stansiyasında dayanan qatarın sərnişinləri boşaldılıb.

    “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a faktı təsdiq edib. Onun sözlərinə görə, nasazlıq aşkar edilən qatar depoya yola salınıb:

    “Onun əvəzinə xəttə yeni qatar buraxılıb. Bütün bunlar isə qatarların hərəkət qrafikinə təsir etməyib”.

  • Siyəzəndə qadını maşın vurub, vəziyyəti ağırdır

    Siyəzəndə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, maşın yolu keçmək istəyən 1961-ci il təvəllüdlü, Hacıyeva Təranə Ağarəhim qızını vurub. Ağır bədən xəsarətləri alan piyada Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Kanadada atışma nəticəsində 1 nəfər ölüb, yaralananlar var

    Kanadanın Toronto şəhərinin mərkəzində silahlı insident baş verib.

    Median.Az CBC-yə istinadən xəbər verir ki, avtomobil dayanacağında naməlum şəxs və ya şəxslər içi sərnişin dolu maşını atəşə tutub.

    Hadisə sürücü maşını dayanacağa yerləşdirərkən baş verib. Atəş nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

    Xəstəxanaya yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

    Polis hadisəni törədən şəxslərin saxlanılması istiqamətində hərəkətə keçib.

  • В Баку произошла цепная авария, есть пострадавшие – ФОТО

    В Наримановском районе Баку столкнулись 4 автомобиля.

    Как передает Median.Az со ссылкой на АПА, авария произошла на проспекте Зии Бюньядова.

    По сообщению, в результате столкновения автомобилей марки Volkswagen, Nissan и двух Mercedes пострадали два пассажира.

    Полиция выясняет обстоятельства ДТП.

  • 2019-cu il il aviaqəzalarda ölənlərin sayı açıqlanıb

    Ötən il baş vermiş aviaqəzalarda həyatını itirmiş şəxslərin sayı açıqlanıb.

    Median.Az xəbər verir ki, bu barədə beynəlxalq aviasia şirkətləri hesabat açıqlayıb.
    Hesabatda qeyd olunur ki, 2019-cu ildə aviaqəzalar 257 nəfərin həyatına son qoyub.

    Ötən il ümumilikdə 86 qəza baş verib ki, onların da sonuncusu Qazaxıstanda qeydə alınıb.

  • “Tarqovı”da gecə klubu müştəriləri girov saxladı

    Bakının mərkəzində, “Tarqovi” adlanan ərazidə yerləşən “Corona club” müştəriləri girov saxlayıb.

    “Yeni sabah” xəbər verir ki, bu barədə ictimai fəal Elçin Həsənzadə məlumat verib.

    O bildirib ki, buna səbəb müştərilərə təqdim edilən şişirdilmiş hesabın ödənilməməsi olub: “Səhər saat 06:00 olardı. İş yoldaşım telefonu gətirərək “WhatsApp”dakı mesajı oxumağımı istədi. Sms digər iş yoldaşlarımın qrup halında “Tarqovi”da yerləşən “Mojo club”un yaxınlığındakı “Corona club”da girov saxlanmaları ilə bağlı idi. Bunun səbəbi isə hesabın astronomik – 245 AZN olması olub. İş vaxtım bitdikdən sonra iş yoldaşımla birlikdə həmin yerə getdim. Elə qapıda bir nəfərlə qarşılaşdım.

    Özünü məkanın işlədəni kimi təqdim edən Elvin adlı şəxs bu hesabın niyə yaranmasını mənə guya izah edirdi. Saxta, heç bir VÖEN nömrəsi olmayan kağıza 245 AZN – 7 ədəd kokteyl istifadə edildiyi yazılmışdı. Əraziyə gəlməzdən öncə “102” xidmətinə hadisəni izah edib, hadisə yerinə polis göndərilməsini xahiş etmişdim. İş yoldaşlarım bildirirdilər ki, biz içəri keçəndən sonra klubdakı qızlar masamıza yaxınlaşdı. Qızlar əyləşdikdən sonra, hərəsi bir şey sifariş edirdi. Mən bunları eşidəndə məkan sahibi Elvin bəyə söylədim ki, bu qızlar haradadı? Gəlsin bir açıqlasın görək öz başına niyə sifariş verir?

    Polis əməkdaşları yaxınlaşdı. Biri baş-leytenant, digəri isə serjant olan polislərə eyni hadisəni danışdım. Sağ olsunlar, onlar məkan sahibinə irad bildirdilər ki, bu nə biabırçı hesabdır? Sonra da mənə dedilər ki, iş yoldaşlarınız niyə belə yerlərə gəlirlər? Bilmirlər ki, belə yerlər çox təhlükəlidir. İş yoldaşarıma Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə yaxınlaşıb ərizə yazmağı təklif etdilər. Dostlarım isə razılaşmadılar. Sonda həmin məkan sahibinə 100 AZN ödəyərək həmin yeri tərk elədik.

    Bunu yazmaqda məqsədim odur ki, heç kəs o məkana getməsin və ümumiyyətlə, diqqətli olsunlar. Belə fırıldaqçı, dələduz obyektlərə qarşı dövlət qurumları niyə araşdırma aparıb, onları bağlamır?”

  • Azərbaycanda elektrik enerjisi istehsalı artıb

    2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik stansiyaları 21,9 milyard kilovat-saat elektrik enerjisi istehsal ediblər, bu isə 2018-ci ilin analoji dövrünün göstəricilərindən 4,2 faiz artıqdır.

    Median.Az Trend-ə istinadən bildirir ki, göstərilən dövrdə istehsal olunan elektrik enerjisinin 21,1 milyard kilovat-saatı əmtəə hesabına olub, bu isə 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,5 faiz daha çoxdur.

    Hesabat dövründə istehsal olunan elektrik enerjisinin ümumi həcmindən 19,5 milyard kilovat-saatı istilik elektrik stansiyalarının payına düşüb, bu isə 2018-ci ilin analoji dövrünün göstəricilərindən 5,6 faiz artıqdır.

    Göstərilən dövrdə Azərbaycanın su elektrik stansiyaları 1,46 milyard kilovat-saat elektrik enerjisi istehsal ediblər (10,3 faiz azalma).

    Hesabat dövründə Azərbaycanda külək enerjisi istehsal edən mənbələr 100 milyon kilovat-saat elektrik enerjisi istehsal edib (bir ilə ikiqat artım), günəş enerjisi istehsal edən mənbələr isə 40,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edib (9,4 aiz artım).

  • Проблема в метро: поезд проехал станцию “Эльмляр Академиясы”

    Сегодня около 18:40 в одном из вагонов поезда, следующего в направлении станции “Дарнагюль”, произошла техническая неисправность.

    Как передает Median.Az, об этом Oxu.Az сообщил глава пресс-службы Бакметрополитена Бахтияр Мамедов.

    По его словам, поезд проехал станцию “Эльмляр Академиясы”, сделал остановку на станции “Иншаатчылар”, где высадил всех пассажиров. Далее состав отправился в депо.

    Вместо него на линию был выпущен другой поезд.

    Б.Мамедов отметил, что в настоящее время обеспечено движение поездов по графику.

  • Qar şimaldan Bakı istiqamətinə nəqliyyatın hərəkətini çətinləşdirib

    Qarlı hava şəraiti ölkənin şimal rayonlarından paytaxt Bakı istiqamətində nəqliyyatın hərəkətini çətinləşdirib.

    Median.Az xəbər verir ki, Qusar və Quba rayonlarından üzü Bakı istiqamətində avtomobillər yollarda qalıb. Hazırda paytaxta doğru gələn yolda sıxlıq müşahidə olunur.
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Trend”-ə bildirilib ki, ağır texnikalar yollara qum səpilməsi ilə məşğuldur.

    Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi sürücülərə yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq etmişdi.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentindən ölkədə yanvarın 2- si axşamdan yanvarın 5-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozu verilmişdi.//Baku.ws

  • Mətanət İsgəndərlinin evi yanıb

    Əməkdar artist Mətanət İsgəndərlinin evi yanıb.

    Median.Az “axşam.az”a istinadən xəbər verir ki, ifaçı bir neçə il əvvəl baş verən hadisə barədə “Şou Atv” verilişində danışıb:

    “Yeni il ərəfəsində toydan gəlmişdim. Gərgin iş rejimində calışdığım üçün yuxu dərmanı içmişdim. Yuxuya gedəndən sonra ev səhərə qədər yanmağa başlayıb. Qəfildən sanki kimsə məni oyatdı. İndiyə qədər hamı şokdadır ki, mən necə oradan sağ çıxmışam. Bu bir möcüzə idi”.