Month: January 2020

  • UNİCEF həyəcan təbili çalır: son 10 ilin hesabatı

    BMT-nin Uşaqlara Yardım Fondu (UNİCEF) son 10 ildə müharibə bölgələrində uşaqlara qarşı şiddətin üç qat artdığını açıqlayıb.
    Hesabatda bildirilir ki, 2010-cu ildən indiyədək 170 min uşağa qarşı 10 mindən artıq ağır cinayətə yol verilib. UNİCEF uşaq hüquqlarının pozulduğu ölkələr arasında Suriya, Sudan, Mali, Əfqanıstan, Ukrayna və Yəməni qeyd edib.

    Uşaq hüquqlarının 6 kateqoriya üzrə pozulduğu açıqlanıb. Bura uşaqların öldürülməsi, şikəst edilməsi, onların silahlı qruplar tərəfindən silahlandırılması, cinsəl şiddət, uşaq qaçırma, humanitar yardımın əngəllənməsi aiddir.//qafqazinfo.az

  • Tovuzda top mərmisi aşkarlanıb

    Bu gün saat 13:31-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.
    Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyi Tovuz rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd partlamış 100 mm-lik top mərmisi (Ş-5) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Top mərmisinin ətrafında 150 kv. metr əraziyə yerüstü, 6 kv. metr əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

  • Въезд в Баку затруднен из-за сильного снегопада

    Снежная погода затруднила движение транспорта из северных районов страны в столицу Баку, сообщает Median.Az со ссылкой на Trend.

    Автомобили застряли на дорогах из Гусарского и Губинского районов в направлении Баку. В настоящее время на дороге в столицу наблюдается плотность автомобилей.

    В Госагентстве автомобильных дорог Азербайджана сообщили Trend, что тяжелая техника задействована для очищения дорог от снега, дороги посыпаются песком.

  • Hövsan yolunda “Nissan X-Trail” aşıb – FOTO

    Hövsan avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, sürücü Rüstəm Paşayevin idarə etdiyi 99-TJ-074 dövlət nömrə nişanlı “Nissan X-Trail” markalı avtomobil yolun beton dirəyinə çırpılıb, nəticədə maşın aşıb.
    Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

    Sözügedən yol-nəqliyyat hadisəsi yolda tıxaca səbəb olub.

  • Hillari Klinton Universitet rektoru oldu

    ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampa məğlub olmuş Hillari Klinton universitet rektoru təyin olunub.

    Median.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
    H.Klinton Şimali İrlandiyadakı Kraliça Universitetinin rektoru təyin edilib.

    Qeyd edək ki, Belfastda yerləşən Kraliça Universitetinin 175 yaşı var və H.Klinton 5 il ərzində təhsil ocağına rəhbərlik edəcək.

  • “Ювентус” предложил Роналду новый контракт

    Итальянский футбольный клуб “Ювентус” собирается продлить контракт с португальским форвардом Криштиану Роналду до 2023 года.

    Об этом сообщает газета Corriere dello Sport.

    34-летний нападающий обсудил возможность продления соглашения со своим агентом Жорже Мендешом в ходе премии Globe Soccer Awards в Дубае. Нынешнее соглашение португальца с клубом истекает в 2020 году. Новый контракт может быть подписан весной, по его условиям зарплата Роналду составит €35 млн в год.

    Роналду выступает за “Ювентус” с лета 2018 года, в составе клуба игрок стал чемпионом Италии (2019) и обладателем Суперкубка Италии (2018). Ранее футболист играл за испанский “Реал” (Мадрид), английский “Манчестер Юнайтед” и португальский “Спортинг”, он является двукратным чемпионом Испании, трехкратным чемпионом Англии и пятикратным победителем Лиги чемпионов (четырежды в составе “Реала”, еще один раз вместе с “Манчестер Юнайтед”). В составе сборной Португалии Роналду провел 164 матча, в которых забил 99 мячей (оба показателя являются рекордными для национальной команды), вместе с командой Роналду выиграл чемпионат Европы 2016 года.

  • Bakıda metroda problem: Sərnişinlər qatardan boşaldılıb

    Bu gün saat 18:35 radələrində Bakı metrosunda qatarların birində nasazlıq yaranıb və nəticədə qatar “Elmlər Akademiyası” stansiyasında dayanmadan keçib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, qatarda olan nasazlıq nəticəsində vaqonların qapıları açılmayıb və stansiya əməkdaşları səsgücləndirici vasitəsilə sərnişinləri nasazlıqla bağlı xəbərdar ediblər.
    “Həzi Aslanov” – “Dərnəgül” istiqamətində hərəkət edən qatarın nasazlıq səbəbindən “İnşaatçılar” stansiyasına çatmamış tuneldə dayandığı, vaqonların işıqlarının söndüyü deyilir.

    “İnşaatçılar” stansiyasında dayanan qatarın sərnişinləri boşaldılıb.

  • Ərdoğan: Sərhədimizə doğru 200-250 min qaçqın hərəkət edir

    200-250 min qaçqın sərhədimizə doğru hərəkət edir. Bəzi tədbirlərlə əngəlləməyə çalışırıq, amma iş asan deyil, çünki qarşınızda insan var.

    “Hürriyyet” xəbər verir ki, Ərdoğan dörd milyonu suriyalı olmaqla, ümumilikdə beş milyon qaçqına qapılarını açdıqlarını qeyd edib.

    “Qərbin etdiyi kimi tikanlı teller və bariyerlər yaratmarıq. Eyni şeylər bizim də başımıza gələ bilər. Ona görə də ədalətli davranmalıyıq”, – deyə Ərdoğan bildirib.

  • “Yuventus”dan Ronalduya yeni müqavilə təklifi

    Turinin “Yuventus” klubu portuqaliyalı hücumçu Kriştiano Ronaldunun müqavilə müddətini uzatmaq istəyir.

    “Corriere dello Sport”un məlumatına görə, dekabrın 29-da Ronaldunun meneceri Jorje Mendeş Turin klubunun nümayəndələri ilə müzakirə aparıb.

    Yeni müqaviləyə həmçinin qarşılıqlı razılaşma əsasında 2022-ci ildə başa çatacaq anlaşmanın daha bir il artırılması ehtimalı ilə bağlı bənd də əlavə oluna bilər.

    Yeni razılaşma ilə Ronaldunun maaşı əvvəlki səviyyədə qalacaq – illik 35 milyon avro.

  • Турецкий парламент разрешил отправку военных в Ливию

    Турецкий парламент большинством голосов принял в четверг законопроект, который позволяет отправлять военных в Ливию, сообщают турецкие СМИ.

    Законопроект был представлен в парламент в понедельник. За законопроект проголосовали депутаты от правящей Партии справедливости и развития и националистической Партии национального движения. Против выступили депутаты от оппозиционных Народно-республиканской и Хорошей партий (İYİ Parti), Партии счастья (Saadet) и прокурдской Партии демократии народов.

    За законопроект проголосовали 325 депутатов, 184 – против.

    Ранее правительство национального согласия (ПНС) Ливии официально запросило военную помощь у Турции на фоне наступления Ливийской национальной армии во главе с маршалом Халифой Хафтаром на ливийскую столицу. Отмечалось, что речь идет о “воздушной, наземной и морской” военной поддержке для отражения наступления.