Month: January 2020

  • Во Франции встреча Нового года не обошлась без жертв

    27-летний житель города Агно, что в департаменте Нижний Рейн на северо-западе Франции, погиб в новогоднюю ночь, когда решил запустить в небо мощную петарду.

    Как сообщает “Российская газета”, петарда взорвалась у него в руках.

    Прибывшие на место происшествия врачи “скорой помощи” оказались не в силах спасти мужчину и лишь констатировали его смерть.

    Помимо этого от прочей новогодней пиротехники во Франции пострадали еще два десятка человек.

    Так в Кольмаре, городе на границе с Германией, по этой причине были госпитализированы восемь человек, а в Страсбурге – 11, из которых трое -несовершеннолетние.

    Все они были доставлены в местный госпитальный центр. Шестеро из них были прооперированы в отделении, специализирующемся на хирургии кисти. Остальные получили ожоги разной степени, им также была оказана медицинская помощь.

    Кроме того, в некоторых городах страны произошли столкновения между полиций и хулиганистой молодежью из неблагополучных в социальном отношении кварталов. Дело в том, что по сложившейся здесь дурной традиции эти ребята в ночь с 31 декабря на 1 января развлекаются тем, что поджигают автомобили.

    Как сообщают местные источники, когда в Страсбурге полицейские попытались остановить юных поджигателей, те стали метать в них бутылки и камни, а также обстреливать петардами. В итоге несколько блюстителей порядка получили легкие ранения.

    Отметим, что вот уже несколько лет, как французское Министерство внутренних дел не публикует данных о сожженных в новогоднюю ночь автомобилях. Тем не менее, известно, что речь, как правило, идет о нескольких сотнях машин.

  • Bakıda 71 yaşlı kişi mənzilində ölü tapıldı

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub ki, Bakı şəhərinin Nərimanov rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.

    Orada aşkarlanan 1948-ci il təvəllüdlü Mamedov İsmət Mamed oğlunun meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

  • Alman ordusunda rezonans doğuran hesabat: Yalnız 13 faizi istirmara yararlıdı

    Almaniya Silahlı Qüvvələrinin sahib olduğu 152 helikopterdən yalnız 20-si istismara yararlıdır.

    “Bild” nəşri bu barədə yanvarın 2-də Almaniya Silahlı Qüvvələrinin gizli hesabatına istinadən informasiya yayıb.

    “Tiger”lərin faciəli istismar vəziyyəti pilotların hazırlanmasına da təsir göstərir. Bu cür vəziyyətə imkan vermək məsuliyyətsizlikdir”, – Almaniya parlamentində “Yaşıllar” Partiyası fraksiyasının nümayəndəsi Tobias Lindner bildirib.

    Məqalə müəllifinin sözlərinə görə, alman ordusunun “Tiger” helikopterlərinin 53-dən yalnız səkkizi, NH90 nəqliyyat helikopterlərindən isə yalnız 99-dan 12-si istismara yararlı vəziyyətdədir.

  • Psixoloq: Azyaşlı qızlar hisslərinə aldanıb evdən qaçır

    Son zamanlar uşaqların evdən qaçması, itkin düşməsi ilə bağlı xəbərlərin sayı artıb. Xüsusilə də yetkinlik yaşına çatmayan uşaqlar bu siyahıda üstünlük təşkil edir. İtkin düşən və tapılan uşaqların bir çoxu isə psixoloq və hüquq-mühafizə orqanlarına müraciətində, söhbət zamanı ailəsinə, evinə qayıtmaq istəmədiyini deyir.

    Baş verənlərə səbəb ən çox valideyn-övlad münasibətlərinin qaydasında olmaması, şiddət və zorakılıqlara məruz qalmaları olur.

    Sığınacaqlara yerləşdirilən uşaqların çoxu da elə evdən qaçanlardır.

    Doğrudur, valideyn məsuliyyətsizliyi, səhlənkarlığı səbəbindən itən azyaşlıların da sayı az deyil, lakin bu məsələnin bir başqa tərəfidir.

    Balacaların evdən, öz doğma ailələrindən qaçma səbəbləri nədir?

    Doğurdandamı yetkinlik yaşına çatmayan uşaqlar tanımadıqları yad bir cəmiyyəti özlərinə ailələrindən, evlərindən daha təhlükəsiz bilirlər? Onları qaçmağa vadar edən nə və ya kimdir? Yoxsa, bu, sadəcə uşaqlıqdır?

    Oxu.Az məsələnin aktuallığını nəzərə alaraq psixoloqa müraciət edib.

    Mövzu ilə əlaqədar açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, yetkinlik yaşına çatmamış uşaqlarda psixi, fiziki, mənəvi keyfiyyət və xüsusiyyətlərində özünü qiymətləndirmə çox mühüm rol oynayır.

    Yetkinlik yaşına çatmayan uşaqların azadlığa daha çox meyilli olduğunu diqqətə çatdıran Aytən Ələkbərova, onların uyğunlaşa bilmədikləri mühitlərdən uzaqlaşdığını qeyd edir. Xaotik ailələrdə isə istər qız, istər oğlan uşaqları evdən qaçmaq üçün fürsət axtarır :

    “ Evdə valideynlərin düzgün qoymadığı təlim-tərbiyə məsələləri uşaqlara mənfi təsir edə bilir. Hər bir ailənin özünə uyğun tərbiyə metodu, dəyərləri var. Bəzən uşaqlar evdən qaçmağa, kənar şəxslərdə sevgi axtarmağa meyil edirlər. Bu hal daha çox xaotik ailələrdə özünü büruzə verir.

    Məsələn, parçalanmış ailədə böyüyən azyaşlıları götürək. Xaotik ailələrdə istər qız, istər oğlan evdən qaçmaq üçün fürsət axtarır. Yəni tamamilə bütöv və əsl ailə modelindən fərqli bir mühit nəzərə alsaq, övladın evdən qaçması gözləniləndir. Müşahidə etsək, görərik ki, onların valideynlərinin ailəsində də bu cür xaotik mühit olub. Burda fərq ailələrin normal həyat tərzi və övladlarına qarşı münasibətidir. Valideyn uşağına irad tutarkən belə istifadə etdiyi sözlərə, üslubuna diqqət etməlidir. Uşaqları təhqir etmək qətiyyən olmaz. Çünki yaşından asılı olmayaraq heç kim təhqiri qəbul etmir.

    Amma valideyn uşağına səhvini düzgün şəkildə bildirsə, uşaq da təklikdə bunu düşünəcək və öz səhvini qəbul edəcək. Çünki şüurlu qiymətləndirmə və özünə dəyərvermənin təməli bu yanaşmalardan gəlir.

    Başqa bir tərəfdən yetkinlik yaşına çatmayan uşaqların təlim tərbiyəsinin bir hissəsi də təhsil sistemindən, pedaqoqdan asılıdır. Bir sinifdə müxtəlif cür – səs salan, tamamilə özünəqapanan, özbaşınalıq edən uşaqlar olur. Onların təlim-tərbiyəyə yatımlı olması eyni dərəcədə ola bilməz”.

    Psixoloq deyir ki, heç bir uşaq dünyaya tərbiyəsiz gəlmir. Bu məsələ onların davranışları ilə ölçülür. Davranışlar isə ailə və mühitdən görüb-götürülən amillərdir. Məhz bu səbəbdən son dövrlər yenietmələrdə stress halları da çoxalıb:

    “Ümumiyyətlə stres iki yerə ayrılır – informativ və emosional. Bu gün informativ stres halları daha çox yayılıb. Bunun da səbəbi informasiya çoxluğu, uşaqların sosial şəbəkələrdən istifadə üçün yaradılan sərbəst şəraitdir. Açıq danışaq, əksər valideynlər öz başı dinc olsun deyə uşaqlara bu cür meydan verirlər. Amma başa düşmürlər ki, sosial şəbəkələrdən artıq istifadə etmək uşaqlara evdən qaçmağa, pis vərdişlərə yiyələnməyə sövq edir”.

    Bu səbəblər arasında ögey ata və ya ana faktorunun, ailədaxili münaqişələrin olması inkar edilmir. Psixoloqlar deyir ki, psixoloji təzyiqlərdən bezən uşaqlar üçün evdən qaçmaq ani olaraq qurtuluş kimi görünür:

    “Bunun səbəbidir ki, yeniyetməlik dövründə qızlarda cinsi münasibətlər artıb. Xüsusilə də dərk edilmədən atılan bu addım, onları evdən qaçmağa, “hisslər”i ilə hərəkər etməyə sövq edir.

    Bütün bu hisslər bitdikdən və peşmançılıq yarandıqdan sonra məcbur olub evə qayıdırlar. Təbii ki, övlad səhv edir. Valideyn isə döysə də, söysə də övladını hər halı ilə qəbul edir, yenə bağrına basır.

    Digər tərəfdən ilk olaraq cəmiyyətin bir üzvü kimi, həm də bir psixoloq kimi valideynlərə demək istərdim ki, yetinlik yaşına qədər olan uşaqları psixoloqa aparmaq heç də onların psixi durumunda problem var demək deyil. Bu dövrdə psixoloqla söhbət etmək onlar üçün yaxşı olur. Psixoloqlar həm də övladları ilə dil tapa bilməyən valideynlərə çıxış yolu göstərir. Çünki, uşaqların psixoloji zərbə alması onların gələcək həyatının məhv olması deməkdir. Bütün bunların qarşısını almaq üçün psixoloqlara müraciət etməkdən çəkinməsinlər”.

    Xatırladaq ki, son üç il ərzində hüquq-mühafizə orqanlarına azyaşlıların itkin düşməsi ilə bağlı müraciətlərə nəzər salsaq, 2019-cu il üçün rəqəmlər heç də az deyil.

    Belə ki, 2017-ci il üzrə yetkinlik yaşına çatmayan uşaqların itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına daxil olan 105 müraciətdən 95-i tapılıb, 11-i axtarışdadır, 2018-ci il üzrə daxil olan 135 müraciətdən 127-si tapılıb, 8-i axtarışdadır, 2019-cu ilin 9 ayı ərzində daxil olan 108 müraciətdən isə 103-ü tapılıb 5-i hələ də axtarışadadır.

  • Ən çox ziyarət olunan dövlət qurumlarının saytları açıqlanıb

    Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) 2019-cu ildə ən çox ziyarət olunan Azərbaycanın dövlət qurumlarının rəsmi internet saytlarının reytinqini açıqlayıb.

    “APA-Economics”in CERT-ə istinadən verdiyi məlumata görə, qeyd olunan müddət ərzində ən çox ziyarət edilən rəsmi dövlət saytlarının siyahısına Azərbaycan Dövlət İmtahan Mərkəzinin veb-səhifəsi başçılıq edir.
    2019-cu ilin ən çox ziyarət olunan dövlət saytları:

    Ümumi giriş sayına görə Unikal giriş sayına görə
    1 tqdk.gov.az 1 tqdk.gov.az
    2 edu.gov.az 2 dim.gov.az
    3 dim.gov.az 3 edu.gov.az
    4 taxes.gov.az 4 mia.gov.az
    5 mia.gov.az 5 mod.gov.az
    6 migration.gov.az 6 azal.az
    7 mod.gov.az 7 mfa.gov.az
    8 mfa.gov.az 8 customs.gov.az
    9 mct.gov.az 9 idmantv.az
    10 fhn.gov.az 10 taxes.gov.az

    Hesabat müddətində yerli icra hakimiyyəti orqanlarının rəsmi internet resurslarından ən çox aşağıdakı domenlərə istifadəçi müraciətləri qeydə alınıb.
    Yerli icra hakimiyyəti orqanlarının TOP-5 rəsmi internet resursu:

    Ümumi giriş sayına görə Unikal giriş sayına görə
    1 binegedi-ih.gov.az 1 binegedi-ih.gov.az
    2 sabunchu-ih.gov.az 2 qazax-ih.gov.az
    3 qazax-ih.gov.az  3 qebele-ih.gov.az
    4 nasimi-ih.gov.az  4 sabunchi-ih.gov.az
    5 baku-ih.gov.az   5 lachin-ih.gov.az

  • İcbari tibbi sığorta pulu maaşımızdan belə tutulacaq – Hesablama qaydası

    Vətəndaşların icbari tibbi sığorta haqqlarını hesablaması üçün kalkulyator sistemi hazırlanıb.

    Median.Az “oxu.az”a istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) icbari tibbi sığorta haqlarının hesablanması qaydası ilə bağlı məlumatında qeyd olunub.

    Qurumun rəsmi saytında bununla bağlı kalkulyator yerləşdirilib.

    Həmin kalkulyatordan istifadə etməklə vətəndaşlar əməkhaqqından və ya gəlirdən tutulan icbari tibbi sığorta haqlarının məbləğini hesablaya biləcəklər.

    Kalkulyator vasitəsilə işçilər, işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və mülki-hüquqi müqavilələr əsasında işlər (xidmətlər) yerinə yetirən şəxslər icbari tibbi sığorta fonduna ediləcək aylıq ödənişin məbləğini müəyyən edə bilərlər.

  • Bakıda dostunun evində narkotik maddə qəbul edən kişi ölüb

    Bakıda 41 yaşlı kişi narkotik vasitənin təsirindən ölüb.

    Median.Az “report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

    Məlumata görə, Şüvəlan qəsəbə sakini Seymur Rəcəbov dostunun evində narkotik vasitə qəbul edib.
    Halı pisləşən S.Rəcəbov həmin evdə vəfat edib.

    İlkin ehtimala görə, ölümə səbəb narkotik maddənin yüksək dozada qəbul edilməsi olub.

    Faktla bağlı araşdrma aparılır.

  • Zakir Həsənov Hava Hücumundan Müdafiə bölmələrinin döyüş hazırlığını yoxlayıb

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını qəfil yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi yanvarın 2-də Hava Hücumundan Müdafiə bölmələrindən birində olub.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Həyəcan siqnalı ilə qaldırılan bölmələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbəsinin gücləndirilməsi, mühüm obyektlərin mühafizəsi və digər fəaliyyətləri məşq etdirilib.

    Hava Hücumundan Müdafiə bölmələrinin döyüş texnikası və vasitələrinə baxış keçirən Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyətin təlim-döyüş vərdişlərini yüksək qiymətləndirib.

    2020-ci ildə şəxsi heyətə yeni uğur və nailiyyətlər arzulayan Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsi, eləcə də hava hücumundan müdafiə ilə bağlı cari ildə keçiriləcək tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar verib.

  • Azərbaycanda vəzifəli şəxsin oğlu faciəli şəkildə vəfat etdi

    Professor Rəfail Əhmədlinin oğlu zəhərlənmədən dünyasını dəyişib.

    Bu barədə “Report”a təhsil eksperti Etibar Əliyev məlumat verib.

    Onun sözlərinə görə, 28 yaşlı Rüfət Əhmədli təxminən iki həftə əvvəl zəhərlənib:

    “Ailə üzvləri əlamətlərindən onun botulizm (ev şəraitində hazırlanan konservləşdirilmiş qidalardan yaranan zəhərlənmə) xəstəliyindən əziyyət çəkdiyini bilməsələr də, Rüfəti xəstəxanaya yerləşdiriblər. Buna baxmayaraq Rüfət Əhmədli vəfat edib” – deyə, E.Əliyev bildirib.

    Rafail Əhmədli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) şöbə müdiri olub.

    O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fәlsәfә vә Hüquq İnstitutunda çalışır.

  • Azərbaycanda Yeni il gecəsi villadan külli miqdarda oğurluq edildi

    Yeni il gecəsi Abşeron rayonunda villadan oğurluq olub.

    “Report” xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.

    Məlumata görə, A.Hüseynovaya məxsus villadan 31 dekabrdan 1 yanvara keçən gecə içərisində 200 min manatlıq qızıl və 120 min dollar pul (ümumilikdə 400 min manatdan çox) olan seyf oğurlanıb.

    Faktla bağlı araşdırma aparılır.