Month: January 2020

  • Bəzi məktəblərdə şagirdlər üçün avtobuslar ayrılacaq

    2020-ci ildə Bakının bir sıra məktəblərində şagirdlər üçün avtobuslar ayrılacaq.

    Bunu Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib.

    Nazirin sözlərinə görə, bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi ilə danışıqlara və sıx əməkdaşlığa başlanılıb.

    “Birgə səylərimiz nəticəsində 2020-ci ilin yeni tədris ilinə qədər Bakının bir sıra ərazilərində şagird sayı çox olan məktəblər üçün avtobus sisteminin təşkili gözlənilir.

    Təbii ki, bütün məktəbləri birinci mərhələdə əhatə etməyəcəyik. Lakin layihənin gedişindən asılı olaraq iş davam etdiriləcək”.

  • Bakı metrosunda qatarların hərəkəti niyə ləngiyib? – AÇIQLAMA

    Bu gün metroda qatarların hərəkətində problem yaranıb.

    Bu səbəbdən qatarlar arasında gecikmə olub.

    “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq edib.

    O bildirib ki, gecikməyə səbəb qatarın depoya göndərilməsi olub:

    “Bu gün səhər saat 7:35 radələrində bir qatar “Nərimanov” stansiyasından texniki baxış məqsədilə depoya göndərilib.

    Qatarda nasazlıq ehtimalı olub. Bu səbəbdən bir dövrə boyunca iki qatar arasında 3-4 dəqiqə interval fərqi müşahidə olunub”.

  • Министр: Новые правила сертификации учителей будут утверждены в ближайшие месяцы

    В ближайшие месяцы в Азербайджане будут утверждены новые правила сертификации учителей.

    Об этом заявил министр образования Джейхун Байрамов.

    По его словам, после утверждения правил можно будет начать сам процесс.

    “Естественно, речь не идет о том, чтобы в течение года все учителя сразу прошли сертификацию, она будет осуществляться поэтапно. Результаты сертификации положительно отразятся на карьерном росте учителей и при предоставлении им ряда льгот. Преподавателям, которые не пройдут сертификацию, будут созданы дополнительные возможности. Для повышения квалификации и достижения необходимого уровня им будет предложено повторно пройти обучение”, – сказал министр.

  • Nazirdən müəllimlərin sertifikasiyası ilə bağlı AÇIQLAMA

    Müəllimlərin sertifikasiyası ilə bağlı növbəti aylarda yeni qaydaların təsdiq olunması gözlənilir.

    Bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, qaydalar təsdiq edildikdən sonra – 2020-ci ildən etibarən müəllimlərin sertifikasiya proseduruna başlamaq mümkün olacaq:

    “Bir il ərzində sistemdə olan bütün müəllimlərin hamısının sertifikasiyadan keçməsindən söhbət getmir. Proses mərhələli şəkildə həyata keçiriləcək. Əsas məqsəd hərtərəfli qiymətləndirməni aparmaqla hər bir müəllimin fərdi inkişafını təmin etmək, onu stimullaşdırmaqdır.

    Sertifikatlaşdırma proseduru nəticəsində müəllimlərin karyera inkişafı və bir sıra digər imtiyazların təqdim edilməsi zamanı sertifikasiyanın nəticələri nəzərə alınacaq.

    Sertifikasiya nəticəsində təqdim olunan göstəricilərə çatmayan müəllimlər üçün əlavə imkanlar yaradılacaq. Onlara həmin səviyyəyələrə çatmaq üçün təkrar olaraq, ixtisasartırma təlimlərindən keçmək təklif olunacaq”.

  • Bakı-Pekin-Bakı aviareysi dayandırıldı – AÇIQLAMA

    Hər il fevral ayında “Azərbaycan Hava Yolları” Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırır.

    Bununla bağlı sorğuna cavab olaraq, “Azərbaycan Hava Yolları” məlumat yayıb.

    Bildirilib ki, bu, qeyd olunan ölkədə bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur:

    “Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən başlayaraq yenidən fəaliyyətə başlayacaq”.

  • В Астаре задержали наркоторговцев – ФОТО

    В Астаре обнаружено и изъято более семи килограммов наркотических средств и психотропных веществ.

    По данным лянкяранской региональной группы пресс-службы Министерства внутренних дел, в результате оперативно-розыскных мероприятий, проведенных сотрудниками Астаринского районного управления полиции, житель села Шахагаджи Огтай Гулиев задержан при попытке продажи героина.

    При досмотре у него был обнаружен и изъят один пакет с наркотиком.

    В результате расследования также установлено, у кого О.Гулиев приобрел смертельное зелье. Это – житель села Шахагаджи Эмин Микаилов. Он также задержан при попытке продажи двух пакетов с наркотиками. В ходе досмотра у него были обнаружены и изъяты еще пять пакетов с героином.

    В ходе другого оперативного мероприятия сотрудниками Астаринского РУП при попытке продажи метамфетамина задержана жительница города Г.Джафарова.

    Было установлено, что она приобрела психотропные вещества у другого жителя Астары, ранее судимого Сиявуша Алиева. Он также задержан с поличным.

    По фактам ведется расследование.





  • Astarada narkotacirlər tutuldu: Biri qadındır – FOTO

    Astarada yeddi kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayonun Şahağacı kənd sakini Oktay Quliyev narkotik vasitə olan heroini satarkən saxlanılıb.

    Onun üzərinə keçirilən baxış zamanı bir büküm heroin aşkarlanaraq götürülüb.

    Araşdırmalarla O.Quliyevin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib və həmin şəxsin Astaranın Şahağacı kənd sakini Emin Mikayılov olduğu məlum olub. E.Mikayılov iki bükümdə narkotik vasitəni satarkən cinayət başında saxlanılıb və üzərindən əlavə olaraq beş bükümdə heroin aşkarlanaraq götürülüb.

    Əməliyyat tədbirlərinin davamı olaraq E.Mikayılovun rayonun Şahağacı kəndində yerləşən kəndindəki yaşayış evində aparılan axtarış zamanı beş ədəd bağlamada 6 kiloqram 40 qram narkotik vasitə tiryək, bir bükümdə 70 qram psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

    Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə şəhər sakini G.Cəfərova bir bükümdə psixotrop maddə metamfetamini satarkən saxlanılıb.

    Onun yaşadığı evdən isə əlavə olaraq 2 qram metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb. Arşadırmalarla G.Cəfərovanın psixotrop maddəni Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Siyavuş Əliyevdən əldə etdiyi müəyyən edilib.

    S.Əliyev bir bükümdə metamfetamini və bir ədəd metadon həbini satdıqdan sonra saxlanılıb. Onun üzərindən bir bükümdə heroin, altı bükümdə metamfetamin, yaşadığı evdən isə bir kiloqram heroin və elektron tərəzi aşkar edilərək götürülüb.

    Faktlarla bağlı araşdırma aparılır.





  • В Хырдалане ограблен дом главреда сайта спортивных новостей

    Ограблен дом главного редактора сайта спортивных новостей Sportinfo.az Илькина Вагифоглу.

    Об этом он сам сообщил Qaynarinfo.

    По словам И.Вагифоглу, инцидент произошел утром 26 января.

    “Мы живем в центре Хырдалана. Воры действовали сообща. Они проникли в дом примерно в 05:10 и вынесли все, что попалось под руку, в том числе приданое сестры.

    В целом украдены вещи общей стоимостью пять тысяч манатов”, – сказал руководитель сайта.

    Он также отметил, что после звонка на “102” сотрудники Абшеронского районного управления полиции прибыли на место происшествия и приступили к расследованию.

  • Bakıda baş redaktorun evini qarət edib, bacısının cehizlərini apardılar

    “Sportinfo.az” saytının baş redaktoru İlkin Vaqifoğlunun evi qarət olunub.

    Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib.

    O bildirib ki, hadisə yanvarın 26-da səhərə yaxın baş verib:

    “Biz Xırdalanın mərkəzində yaşayırıq. Oğrular dəstə halında olub. Onlar təxminən səhər saat 5:10-da evə daxil olublar. Bacım üçün cehizlik alınmışdı. Oğrular nə alınıbsa, hamısını aparıblar. Ümumilikdə hardasa beş min manatlıq əşya oğurlanıb”.

    İlkin Vaqifoğlu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verildiyini vurğulayıb:

    “Abşeron Rayon Polis Şöbəsinin əmkadaşları hadisə yerinə gəlib. Artıq hadisə ilə bağlı təhqiqata başlanılıb”.

  • Azərbaycanda 33 ailənin həyatı təhlükədə: Yataqxana hər an uça bilər – VİDEO

    Mingəçevir şəhərində yerləşən yataqxana uçma təhlükəsi ilə üz-üzədir.

    Bununla bağlı oxu.az-a yataqxana sakinləri müraciət edib.

    Onların sözlərinə görə, hazırda yataqxanada 33 qaçqın ailəsi yaşayır.

    Sakinlər binada antisanitariyanın hökm sürdüyünü, elektrik naqillərinin üstü açıq vəziyyətdə olduğunu bildiriblər.

    Məlumatlara görə, yataqxana şəhərin Heydər Əliyev prospektində yerləşir.