Month: January 2020

  • Bakıda üç qadını şantaj edən şəxs hakim qarşısında

    Bakıda üç qadını şantaj etməkdə təqsirləndirilən Babaşov Habil İrza oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun icraatında olan prosesdə təqsirlənsirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxış iclası yanvarın 28-nə təyin edilib.

    H.Babaşov barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü, yəni hədə-qorxu ilə tələb etmə – külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə maddəsi ilə ittiham irəli sürülüb.

    O, üç qadını şantaj edib və külli miqdarda vəsait tələb edib. Qadınların şikayəti əsasında H.Babaşov məsuliyyətə cəlb edilib.

  • Həyəcan təbili: Azərbaycanda boşanmaların əsas səbəbi sosial şəbəkələrdir

    İstər iqtisadi, istər sosial problemlər, istərsə də sosial şəbəkələrin birbaşa müdaxiləsi nəticəsində ailələr dağılır.

    Bunu Oxu.Az-a açıqlamasında psixoloq Aytən Ələkbərova 2019-cu il üzrə boşanmaların sayının artmasını şərh edərkən deyib.

    O bildirib ki, nə qədər ailə sosial şəbəkələr üzündən boşanmaq həddinə çatır və psixoloqlara müraciət edir.

    “Şəxsən mən özüm 29 belə ailəni yenidən bərpa etmişəm”, – deyə A.Ələkbərova söyləyib.

    Psixoloq hesab edir ki, işsizliyin boşanmaq üçün səbəb gətirilməsi düzgün deyil:

    “İnsan işləmək istəyirsə, hardasa iş tapa bilər. Vacib deyil ki, öz sahəsi ilə bağlı iş olsun. Buna görə də işin olmamasını bəhanə edərək ayrılmaq qərarı vermək yanlışdır. Yaxşı, işsizlik ucbatından ailə dağılanda aliment istəyirlərmi? Bəli.

    Ata da alimenti verməyəndə məhkəməyə verilir. Sabah bu ailədə böyüyən övlad dövlət məmuru olmaq istəyəndə onun qarşısına bu faktı çıxarırlar ki, atan cinayət məsuliyyətinə cəlb edilib”.

    Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2019-cu ildə boşanmaların sayında artım olub. Ötən il ölkədə 15 min 635 boşanma qeydə alınıb. Bu isə 2018-ci illə müqayisədə çoxdur.

    2018-ci ildə Azərbaycanda 13 min 655 boşanma olub.

  • Sərnişinlər yanan təyyarəni təlaş içində tərk etdilər – VİDEO

    Ötən gün İranda ölkədaxili uçuş həyata keçirən “Caspian” hava yollarına məxsus təyyarə havada alışandan sonra təcili eniş etməyə məcbur olub.

    Haber7.com məlumat verir ki, Tehran-Mahşəhər reysi üzrə hərəkət edən laynerin qəza enişindən dərhal sonra sərnişinlərin həyəcanla təyyarəni tərk etməsini əks etdirən görüntülər yayımlanıb.

    İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Rza Cəfərzadə hadisə nəticəsində sərnişinlərin xəsarət almadığını bildirib.

  • Глава Минобразования прокомментировал вопрос высокой плотности учащихся в школах

    В Азербайджане наблюдается демографический рост. За последние годы в общеобразовательном секторе число учащихся увеличилось на 50 тысяч.

    Об этом на пресс-конференции, посвященной итогам прошлого года и планам на 2020 год, заявил министр образования Джейхун Байрамов.

    По его словам, в ряде населенных пунктов наблюдается довольно высокая плотность учащихся.

    “Мы контролируем этот процесс. Проблема наблюдается в поселке Бина Хазарского района, поселке Бинагади Бинагадинского района, в Сулутепе, городе Хырдалан, населенных пунктах Масазыр и Сарай Абшеронского района Азербайджана. Поручения, данные по указанным территориям, выполняются. Предусмотрено осуществление проектировочных работ, выделение дополнительных земельных участков, строительство дополнительных школьных корпусов”, – сказал глава ведомства.

    “В новом учебном году откроется школа в поселке Бина, рассчитанная на 1 600 человек. Кроме этого, в Хырдалане будет открыт новый учебный корпус при школе №3, рассчитанный на 1 400 человек. Также будет завершен ремонт школы №1 в Сумгайыте”, – отметил Дж.Байрамов.

  • Bu il yeni məktəb binaları tikiləcək ərazilər açıqlandı

    Ötən il Azərbaycanda 100-dən artıq yeni məktəb tikilərək istifadəyə verilib.

    Bu sözləri Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilmiş mətbuat konfransında çıxışı zamanı deyib.

    O, ölkədə müşahidə olunan şagird sıxlığına da diqqət çəkib:

    “Bu gün ölkədə 4500-ə yaxın məktəb binası var. Həmin məktəblərin yarısında şagird sayı 200-500 nəfərə yaxındır.

    Hər kəsə məlumdur ki, ölkədə əhalinin sayı hər il orta hesabla 100 min nəfər, şagirdlərin sayı isə hər il təxminən 50 min nəfər artır. Təbii ki, əhali artımı eyni tempdə olmadığı üçün bəzi ərazilərdə daha çox hiss olunur. Buna görə bir sıra yaşayış məntəqələrində yüksək şagird sıxlığı mövcuddur”.

    C.Bayramov əlavə edib ki, bu məsələ hər zaman Təhsil Nazirliyinin diqqət mərkəzindədir:

    “Bu istiqamətdə işlərin sürətləndirilməsi ilə bağlı ölkə başçısının tapşırıqları var. Təbii ki, mövcud problemin aradan qaldırılması tək Təhsil Nazirliyi tərəfindən həll oluna bilməz. Digər aidiyyəti dövlət qurumları da bu işə qoşulmalıdır”.

    Nazir bildirib ki, 2019-cu il məsələnin həlli istiqamətində nazirlikdə bir neçə iclas keçirilib və qərara alınıb ki, Bakının Xəzər rayonunun Binə qəsəbəsində, kənd Binəqədidə, Sulutəpə, Xırdalan, Masazır və Saray qəsəbələrində ilk olaraq şagird sıxlığı həllini tapsın:

    “Adıçəkilən ərazilərdə məktəb inşası üçün əlavə torpaq sahələri ayrılacaq, layihələndirmə işləri aparılacaq. Və ya sözügedən ərazilərdə yerləşən məktəblərdə əlavə korpusların ayrılması nəzərdən keçiriləcək”.

    O əlavə edib ki, bu il də bu istiqamətdə bir sıra layihələr həyata keçiriləcək:

    “Belə ki, yeni tədris ilində Binə qəsəbəsində 1600 yerlik məktəb binası şagirdlərin ixtiyarına veriləcək. Eləcə də, Xırdalanda 3 nömrəli məktəbin 1400 yerlik yeni korpusu yeni tədris ilində hazır olacaq. Sumqayıt 1 nömrəli məktəbin yenidən qurulması işi isə bu ilin I rübündə yekunlaşacaq”.
    /oxu.az/

  • Qarabağ danışıqları ətalətdən çıxır? – TƏHLİL

    2020-ci ildə danışqılar intensivləşəcək, müharibə riski artacaq

    Ötən gün Rusiya XİN-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının aktual problemləri, eləcə də, Rusiya, ABŞ və Fransanın münaqişənin nizamlanmasında vasitəçilik səylərinin koordinasiyası müzakirə olunub.

    Müzakirədə Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko, ATƏT-in Minsk Qrupu həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa ) və Endryu Şoferi (ABŞ), eləcə də, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik iştirak edib.

    Əlbəttə, bunu Rusiyanın həmsədr ölkə kimi “ilin əvvəli planlaşdırması” da adlandıra bilərlər.

    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqları dalana dirənib və bu, rəsmi Bakı tərəfindən açıq bildirilir.

    Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ili münaqişənin həlli baxımdan “itirilmiş il” adlandırıb. Oxşar mövqeyi Azərbaycan XİN də ötən ilin yekunları ilə bağlı bəyanatda vurğulayıb.

    Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Euroactive”ə müsahibəsində bildirib ki, ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret addımlar atılmayıb.

    Əvəzində Ermənistanın səmərəsiz, destruktiv siyasəti müşahidə olunub. H.Hacıyev deyib ki, Ermənistan tərəfi mövcud danışıqlar formatını dəyişdirməyə cəhd göstərib. “Halbuki münaqişə tərəfləri – Ermənistan ilə Azərbaycan, beynəlxalq vasitəçilər kimi ATƏT-in Minsk Qrupu həmsədrlərindən ibarət oturuşmuş danışıqlar formatı var”, – deyə prezidentin köməkçisi qeyd edib.

    Yəni rəsmi Bakı bütün platformalarda bu tezisi irəli sürür, danışıqlar prosesinin dayandığı və bu vəziyyətin yalnız Ermənistanın faydasına olduğunu vurğulayır. Aydın məsələdir ki, işğalçı ölkə olaraq Ermənistan sülh danışıqlarının uzanması, danışıqlar prosesində durğunluğun olmasında maraqlıdır. Bunu erməni tərəfi heç gizlətmir də.

    Eyni zamanda, Yerevan münaqişənin həlli və ərazi bütövlüyü mövzusunda tez-tez təxribatçı açıqlamalarla Azərbaycan tərəfini provokasiyaya çəkmək və baş verəcəklərə görə Bakını ittiham etmək, daha sonra da bunu əsas gətirib danışıqlar prosesini uzatmağa çalışır. Bu, çox aydın görünən primitiv bir siyasətdir.

    Bakı isə israrla beynəlxalq təşkilat və böyük dövlətlərin öhdəliyinə götürdüyü sülh missiyasını icra etməyə çağırır. Həm də Rusiya anlayır ki, həddən artıq hərəkətsizlik bir vasitəçi kimi onun mövqelərini zərbə altında qoyur. Çünki ATƏT-in Minsk Qrupunun digər həmsədrlərindən fərqli olaraq, Rusiya münaqişənin həllində əsas rol oynayacaq ölkədir. İndi Moskva Bakıdan gələn mesajlardan da anlayır ki, bir neçə il davam edən durğunluq onun regiondakı güc və etibarını zərbə altında qoya bilər.

    Əlbəttə, Moskvadakı müşavirədən hər hansı uzaqgedən nəticələr çıxarmaq doğru olmaz.

    Amma ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi Rusiyanın münaqişənin nizamlanmasının aktual problemləri və vasitəçilik səylərinin koordinasiyası məsələsini müzakirə etməsi 2020-ci ilin münaqişənin həllində hərəkətli olacağını deməyə əsas verir.

    Əlbəttə, bu hərəkətin daha təsirli olması üçün Bakının daha ardıcıl və effektli siyasi təsir mesanizmlərini işə salması lazımdır. Təbii ki. Burada regional, eləcə də beynəlxalq siyasi vəziyyətin də təsiri var.

    Lakin indiki şərtlərdə Bakının mövqeyi siyasi-diplomatik cəhətdən güclüdür. Azərbaycanda qarşıdakı beş ildə ölkədə seçkilər olmayacaq, fevralda yeni parlament formalaşacaq və hökumətin tərkibi isə böyük ölçüdə gənc kadrlardan formalaşıb. Üstəlik, Qərb və Rusiya arasında oynamağa məcbur olan Ermənistandan fərqli olaraq, Bakı daha güclü və sabit siyasi əlaqələrə malikdir.

    Bütün bunları yanaşı gətirdikdə yeni başlayan ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlarda aktivlik olacağı qənaəti doğur. Ermənistanın isə indi danışıqlar prosesini uzatmaq vasitələri çox azdır, üstəlik daha əvvəl “sınaqdan keçirilmiş” bu metodlar gərginliyi daha da artıra bilər. Bunu indi hər kəs yaxşı anlayır.

  • Сколько азербайджанских студентов находится в зоне распространения смертоносного вируса? – ЗАЯВЛЕНИЕ

    В районе распространения коронавируса в Китае учится семь азербайджанских студентов.

    Об этом заявил министр образования Джейхун Байрамов.

    По его словам, в связи с этим он связался с посольством Азербайджана в Китае.

    “Сегодня 62 человека обучаются в Китае по государственной линии. В целом, в Китайской Народной Республике находится 500 азербайджанских студентов.

    В настоящее время на территории, где объявлен карантин, учится семь азербайджанских студентов. Мы поддерживаем с ними связь.

    Наряду с нами, другие страны обратились для вывода студентов из Китая.

    Министерство иностранных дел Китая проведет заседание по этому поводу и предоставит общественности информацию”, – сказал министр.

  • Ölümcül virus yayılan ərazidə neçə azərbaycanlı tələbə var? – AÇIQLAMA

    Çində koronovirus yayılan ərazidə yeddi nəfər azərbaycanlı tələbə təhsil alır.

    Bu barədə nazir Ceyhun Bayramov məlumat verib.

    O bildirib ki, bununla bağlı Azərbaycanın Çində yerləşən səfirliyi ilə əlaqə saxlanılıb:

    “Bu gün 62 nəfər dövlət xətti ilə Çində təhsil alır. Ümumilikdə, Çin Xalq Respublika ərazində 500 azərbaycanlı tələbə var.

    Hazırda karantin elan olunan ərazidə yeddi azərbaycanlı tələbəmiz təhsil alır və onlarla əlaqə saxlanılır.

    Bizimlə yanaşı, digər ölkələr də tələbələrinin Çindən çıxarılması ilə bağlı müraciətlər edib.

    Çin Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı iclas keçirəcək və ictimaiyyətə məlumat veriləcək”.
    /oxu.az/

  • Rusiyaya məxsus təyyarədə bomba həyəcanı: Təcili eniş etdi

    Rusiyada Xabarovsk şəhərindən Moskvaya reys həyata keçirən təyyarə anonoim təhdid səbəbindən uçuşunu yarımçıq qoyub.

    Bu barədə “İnterfaks” məlumatlı mənbəyə istinadla bildirib.

    “Naməlum şəxs laynerin göyərtəsinə partlayıcı qurğu quraşdırıldığını bildirib. Uçuşu dayandırıb, Xabarovsk hava limanına qayıtmaq qərarı alınıb”, – deyə mənbə bildirib.

    Daha sonra Xabarovsk Hava limanının mətbuat xidməti “Aeroflot” şirkətinin “Airbus A330” təyyarəsinin qayıtdığını bildirib.

    Hava limanının nümayəndəsinin sözlərinə görə, təyyarənin minalanması barədə mesaj Rusiya Mühafizə İdarəsinə verilib.

    Yenilənmiş məlumatlara görə, təyyarədə 262 sərnişin olub.

  • В Баку появятся новые школьные автобусы

    В 2020 году для учащихся ряда средних школ Баку будут выделены автобусы.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом на пресс-конференции, посвященной итогам 2019 года, сказал журналистам министр образования Азербайджана Джейхун Байрамов.

    По его словам, в этом направлении уже началось тесное сотрудничество с Бакинским транспортным агентством (BNA).

    “Думаю, уже в этом году до начала нового учебного года для школ с большим числом учащихся будет организована автобусная система. Естественно, на первом этапе будут охвачены не все учебные заведения. Работа будет продолжена в зависимости от хода реализации проекта”, – сказал министр.