Bu gün səhər saatlarında Bakı dairəvi yolunda avtomobilin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yolda aşmış vəziyyətdə qalan avtomobilin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Həmin görüntüləri təqdim edirik.
Qazax rayonunda qadın sirkə turşusu içərək özünü zəhərləyib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Birinci Şıxlı kəndində baş verib.
Kənd sakini (adı və soyadı dəqiqləşdirilir-red) hələlik bilinməyən səbəbdən sirkə turşusu içib. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Hazırda qadının vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakıda Nəsimi rayonunun Azadlıq prospektində metronun “28 May” stansiyasının yaxınlığında “BakuBus” MMC-yə məxsus sərnişin avtobusunda tüstülənmə baş verib.
Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayevin APA-ya bildirdiyinə görə, 88 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus hərəkətdə olarkən təkər hissəsi qəfil tüstüləyib: “Sürücünün peşəkar davranışı nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində sərnişinlərə hər hansı bir zərər dəyməyib və xəsarət alan olmayıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb edilib, alovun söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.
Первая смерть от коронавируса на территории США зафиксирована в штате Вашингтон.
Как передает Report, об этом сообщает агентство “Associated Press” со ссылкой на официальных лиц штата.
Центр по контролю и профилактике заболеваний (CDC) США сообщил, что число подтвержденных случаев заболевания коронавирусом на территории США достигло 62 человек.
Папа Римский Франциск и двое его помощников заболели коронавирусом, сообщают итальянские СМИ со ссылкой на пресс-службу Ватикана.
Отмечается, что результаты проб на коронавирус у высокопоставленных священнослужителей дали положительный результат.
Ранее сообщалось, что Папа отказался от посещения мессы и других важных официальных мероприятий по причине недомогания. Папа Римский и двое его инфицированных помощников размещены в отеле в Ватикане, где им оказывается квалифицированная медпомощь.
На последней встрече с паствой Папа говорил о коронавирусе. “Я хотел бы снова выразить свою близость тем, кто болен коронавирусом, и медицинским работникам, которые ухаживают за ними”, – подчеркнул понтифик.
В Италии с каждым днем увеличивается число инфицированных коронавирусом. По последним данным, их число перевалило за тысячу.
Fevralın 25-də Bakıda itkin düşən 1974-cü il təvəllüdlü Qubuşova Bahar Əli qızı tapılıb.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, qadın ailəsinə təhvil verilib.
***
Bakıda 46 yaşlı qadın itkin düşüb.
APA-nın məlumatına görə, Sabunçu rayon, Ramanı qəsəbəsi, M.Ə.Sabir küçəsi, dalan 2, ev 18-də yaşayan, ruhi xəstəliyi olan, 1974-cü il təvəllüdlü Qubuşova Bahar Əli qızı fevralın 25-də səhər saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb.
Qadını sonuncu dəfə evlərinin yaxınlığında olan mağazada avtobusa minərək getdiyini görüblər.
Qadının ailə üzvləri faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib.
Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.
APA-nın məlumatına görə, müşavirədə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafının uğurla davam etdiyini bildirib.
Ə.Əhmədov qeyd edib ki, YAP və onun fəalları qazanılan uğurların cəmiyyətimizdə təbliği baxımından aktiv fəaliyyət göstərir: “Ölkəmizdə ötən ilin dekabrında bələdiyyə, bu il fevral ayının 9-da parlament seçkiləri keçirilib və hər iki seçki partiyamız üçün sınaq oldu. Əslində, hər bir seçki sınaqdır. Bu dəfə isə iki seçki kampaniyasının demək olar ki, üst-üstə düşməsi bu sınağın möhkəmliyini göstərdi. Partiyamızın bütün strukturları bu sınaqdan uğurla çıxdılar. Həm bələdiyyə, həm də parlament seçkiləri kampaniyası Yeni Azərbaycan Partiyası üçün uğurlu oldu”.
YAP Sədrinin müavini partiyanın rayon təşkilatlarının seçki kampaniyasının uğurla keçirilməsi üçün öz işlərini yaxşı təşkil etdiklərini diqqətə çatdırıb: “Seçki kampaniyaları zamanı rayon təşkilatları öz resurslarını tam səfərbər etdilər. Eləcə də, bu prosesdə gənclərimiz və partiyamızın könüllülərinin fəallığı xüsusi qeyd olunmalıdır”.
Ə.Əhmədov nəzərə çatdırıb ki, seçki kampaniyaları zamanı Prezident İlham Əliyevin siyasətinin uğurları, əldə olunan nailiyyətlər bir daha əhali arasında geniş təbliğ olunub: “YAP bu seçki kampaniyalarını uğurla keçirməklə bir daha özünün cəmiyyətdəki nüfuzunu və rolunu təsdiq etmiş oldu”.
Müşavirədə həmçinin YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov qarşıda duran vəzifələrdən də danışıb.
Tədbirdə partiyanın rayon və şəhər təşkilatlarının rəhbərlərinə qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.
Rusiya və İran prezidentləri arasında telefon danışığı olub.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin İranda koronavirus qurbanları ilə əlaqədar Həsən Ruhaniyə başsağlığı verib.
Putin eyni zamanda yeni virusun yayılmasının qarşısının alınmasında İrana kömək etməyə hazır olduğunu bildirib.
Bundan əlavə, tərəflər gündəmdə olan bir neçə mövzuya da toxunublar.
Qeyd edək ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Xatırladaq ki, bundan əvvəl İran parlamentinin 5 deputatının koronavirusa yoluxduğu, iclasların müvəqqəti olaraq dayandırıldığı bildirilmişdi.
İran Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə təsdiqlənmiş virusa yoluxma hadisələrin sayı 593 nəfərə çatıb, onlardan 43-ü ölüb.
Не менее 43 человек скончались в Иране от заболеваний, вызванных коронавирусом COVID-2019.
Как передает Интерфакс, об этом сообщает в субботу агентство Associated Press со ссылкой на представителя Минздрава страны.
Всего в стране выявлено 593 случая заражения новым типом коронавируса.
Медики призывают иранцев избегать мест высокого скопления людей и ограничить по возможности поездки и путешествия.
В странах Ближнего Востока к настоящему моменту выявили более 720 случаев заражения вирусом.
Как сообщалось, ранее вице-президент Ирана по делам женщин и семьи Масуме Эбтекар сообщила, что заразилась коронавирусом. Тест на инфицирование COVID-19 оказался положительным также у замминистра здравоохранения и двух парламентариев.
Накануне в Иране по всех школах объявили трехдневные каникулы в связи с распространением коронавируса в 21 провинции.