Month: February 2020

  • Qurban Qurbanov: “Hakimdən başqa hamı dedi ki, təmiz qoldur”

    “1 xal qazandıq. Xallarımızın üzərinə 1 xal da gəldi”.

    Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIX turunda “Sabah”la keçirilən matçı dəyərləndirərkən deyib.

    Oyunsonrası mətbuat konfransında 48 yaşlı mütəxəssis 0:0 hesablı nəticəyə münasibət bildirib: “Rəqib 90 dəqiqə müdafiə olundu. Belə rəqibə qarşı çoxlu qol epizodu yaratmaq çətindir. Amma xeyli sayda şansımız oldu. Futbolçular çox əziyyət çəkdilər, 90 dəqiqə ərzində oyun intizamını qorudular. Tam ideal oyunu göstərmək mümkün deyil. Bəzi səhvlərin olması normal haldır”.

    Qurbanov sayılmayan qol epizodu barədə də danışıb: “Hakimdən başqa hamı dedi ki, təmiz qoldur. Hətta rəqib komandanın nümayəndələri də. Daha diqqətli olmalıdırlar. Bizim qapımız qarşısında da belə hal olsa, ədalətli qərar istəyərik. Son vaxtlar səhvlər daha çoxdur, hakimlər daha gərgindirlər. Hakimlərimiz gəncdirlər, daha diqqətli olmalıdırlar. Yəqin ki, bunun üzərində çalışırlar”.

  • İtaliyada koronavirusa görə, “Fendi” brendinin tibbi maskaları satışa çıxarılıb – FOTO

    İtaliyada “Fendi” brendinin tibbi maskaları satışa çıxarılıb.

    “Open” xəbər portalının məlumatına görə, tibbi maskalar onlayn saytlarının birində satışa qoyulub. Qiyməti 190 avro (355 AZN) olan tibbi maskalar 100% ipəkdən hazırlanıb.

    “Bu cür maskalar bir neçə il əvvəl, xüsusilə Asiyada dəb olduğu üçün istifadə edilib. İndi isə onu koronavirusdan qorunmaq üçün alırlar. Amma bu maskalar koronavirusdan qorumur”, – deyə “Fendi”nin təmsilçisi bildirib.

    Buna baxmayaraq, əhalini narahat edən çaxnaşma bu məhsulu belə baha qiymətə almağı dayandırmayıb. İstehlakçı birliklərindən verilən məlumata görə, bir həftə ərzində tibbi maskalara tələbat 400% artıb. Bununla əlaqədar, apteklərdə maskanın qiyməti 2 avroya (3.7376 AZN), əldən satışda isə 10 avroya (18.688 AZN) qədər artıb. Bəzi onlayn mağazalarda çatışmazlıq səbəbindən maskaların qiyməti 70 avroya (130.816 AZN) da çatıb. İtaliya Prokurorluğu bazardakı vəziyyətlə əlaqədar araşdırmalara başlayıb.

    Qeyd edək ki, İtaliyada koronavirusdan 21 nəfər ölüb.

  • Tütün məmulatları satanlara tətbiq edilən cərimələrin məbləği açıqlandı

    Qadağan edilmiş yerlərdə tütün çəkənlərə, tütün məmulatları tullantılarını ətraf mühitə atanlara və tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satanlara tətbiq edilən cərimələrin məbləği müəyyən olunub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2018-2019-cu illər ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilən yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3034, tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satdıqlarına görə 453 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub.

    Məlumata görə, onlara tətbiq edilən cərimələr 137 290 manat təşkil edib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Ekvadorda ilk koronavirusa yoluxma halı qeydə alınıb

    Ekvador hökuməti ölkədə ilk koronavirusa yoluxma hadisəsini təsdiqləyib.

    APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ekvadorun Səhiyyə naziri Katalina Andramuno Sebayos şənbə günü keçirdiyi mətbuat konfransında bildirib.

    Nazir qeyd edib ki, həyata keçirilən qabaqlayıcı tədbirlərə baxmayaraq, digər 54 ölkədə olduğu kimi, Ekvadorda da koronavirusa yoluxma halı təsdiqini tapıb.

  • Итальянский политик извинился за слова о китайцах, поедающих мышей

    Президент итальянской области Венето Лука Дзайя извинился за свои слова о низком уровне гигиены в Китае и о китайцах, поедающих мышей.

    Как передает РИА “Новости”, об этом сообщает газета Corriere della Sera.

    Ранее Дзайя в эфире телеканала Antenna 3 Nord Est сравнил пищевые предпочтения китайцев и итальянцев, заявив, что “Китай заплатил большую цену в этой эпидемии, потому что мы все видели, как они едят живых мышей или что-то в этом роде”.

    По его словам, сравнительно небольшое число случаев заражения коронавирусом нового типа в Венето объясняется гигиеной и культурным уровнем местных жителей и итальянцев в целом.

    Посольство Китая в Италии незамедлительно отреагировало на это заявление, подчеркнув, что “в такой сложный момент, как сейчас, когда Китай и Италия находятся плечом к плечу в борьбе с эпидемией, итальянский политик оклеветал китайский народ”.

    При этом посольство выразило уверенность в том, что “его слова не отражают общего мнения” итальянцев.

    Президент области Венето, в свою очередь, извинился.

    “Я прошу прощения, если задел чьи-то чувства”, – заявил он.

    По последним данным, число заболевших коронавирусом в Италии достигло 821, зарегистрирован 21 случай с летальным исходом, при этом 46 человек выздоровели.

  • Əli Əsədov Artur Rasizadənin qərarını ləğv etdi

    Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.

    Bu barədə Nazirlər Kabinetindən Oxu.Az-a məlumat verilib.

    Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

    Qərarla buradan tanış ola bilərsiniz.

  • Məhkəmə Gültəkin Hacıbəylinin evinə və maşınına həbs qoydu

    Bakı Apellyasiya Məhkəməsi Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin evinə və maşınına həbs qoyub.

    Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

    Bildirilib ki, Apellyasiya məhkəməsi Gültəkin Hacıbəylinin 85 min manat cərimələnməsi barədə qərarını qüvvəyə mindirib.

  • Fermerlərə ŞAD XƏBƏR

    Artıq fermerlərin kart hesablarına 10 milyon 565 min manat əkin subsidiyası məbləği köçürülüb.

    Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

    2020-ci ildə payızlıq əkinlərə görə müəyyən olunmuş subsidiyaların mərhələli şəkildə “Fermer kart”larına köçürülməsinə başlanıb. Bu günədək 30603 fermerin bank kartlarına ümumilikdə 10 milyon 565 min manat subsidiya məbləği köçürülüb. Subsidiya vəsaitlərinin kartlara yüklənməsi ilə bağlı www.eagro.az saytı vasitəsilə fermerlərin mobil nömrələrinə “Bəyan etdiyiniz əkin üzrə 2020-ci il əkin subsidiya məbləği hesabınıza köçürülüb, istifadə qaydaları ilə bağlı elektron kabinetinizə göndərilmiş bildirişdə tanış ola bilərsiniz” yazılmış xəbərdalıq mesajı göndərilib.

    Fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində yaratdıqları şəxsi kabinetə göndərilmiş bildirişdə subsidiyanın hesablanması, məbləğdən istifadə təlimatları yer alıb. Təlimatda qeyd olunur ki, “Hesabınıza köçürülən əkin subsidiyası Sizə əkin altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı istehsal vasitələrinin (gübrə, biohumus, ting, pestisid) alınmasına sərf olunan xərclərinin bir hissəsini kompensasiya etmək məqsədilə verilir.

    Məbləğ bitki becərilən sahənin hər hektarına görə 200 manat baza məbləği bitki əmsalına vurulmaqla hesablanıb və Sizin elektron ərizəniz təsdiqlənib. Siz əkin subsidiyası məbləğinin 25 faizini nağdlaşdıraraq (bank terminalından çəkməklə) digər istehsal xərcləriniz üçün, 75 faizini isə istehsal vasitələri satan təchizatçılarının post-terminalları vasitəsilə gübrə, toxum, ting, pestisid almaq üçün istifadə edə bilərsiniz. Gübrə və biohumus alışı zamanı sizin alacağınız gübrə və biohumusun 30 faizini öz hesabınıza, 70 faizini isə əkin subsidiyası hesabına ödəyirsiniz”.

    Qeyd edək ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlərin payızlıq əkin məlumatlarının yoxlanılması prosesi başa çatmaq üzrədir. Yeni subsidiya mexanizminin tətbiqi ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına “Fermer kart”ının verilməsi prosesi davam edir. Artıq 179209 ədəd “Fermer kartı” hazırlanaraq fermerlərə paylanılması üçün bölgələrə göndərilib. Bu günədək 60 mindən çox fermer “Fermer kartı” əldə edib. Kartların paylanılması prosesinin ən qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.

    Xatırladaq ki, hazırda EKTİS-də 472 min fermer qeydiyyatdan keçərək özələrinə şəxsi kabinet yaradıb. Fermerlərin bitkiçilik sahəsində fəaliyyətə görə alacaqları subsidiyalara əsas təşkil edən torpaq sənədləri və payızlıq əkinləri barədə bəyanları sistemə daxil edilib.

  • Qadını sinəsindən vurub, yolun ortasına atdılar

    Türkiyənin Bursa şəhərində naməlum taksi yaralı qadını yolun ortasına ataraq ərazidən sürətlə uzaqlaşıb.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Qadın ətrafdakı sakinlərin köməyi ilə xəstəxanaya çatdırılıb. Adının Elif olduğu müəyyən edilən 25 yaşlı qadının həmçinin sinəsindən vurulduğu ortaya çıxıb. Hazırda xəstənin vəziyyətinin ağır olduğu qeyd edilir.

    Polis təhlükəsizlik kameraları vasitəsilə taksinin qeydiyyat nişanını müəyyən etməyə çalışsa da, buna müvəffəq ola bilməyib.

    Faktla bağlı araşdırma başladılıb.

  • Azərbaycanda vəzifəli şəxs həbs edildi: Ağlasığmaz üsulla şər atıb – FOTO

    Şəkidən Balakənə göndərilən bağlamanın içərisindən narkotik vasitə və avtomat silahın güllələri çıxıb.

    APA-nın məlumatına görə, Balakən şəhər sakini Zahid Abdulhacı oğlu Xanlayev Balakən rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, “Şəki şəhərindən Arif adlı şəxs ona mobil telefondan zəng edərək Şəki-Balakən marşrutu ilə hərəkət edən sərnişin daşıyan mikroavtobus vasitəsilə bir ədəd bağlamanın göndərildiyini bildirib. Balakən şəhərində bağlamanı götürüb açan zaman ağır narkotik vasitə hesab olunan heroin və dörd ədəd avtomat silahın gülləsi ilə üzləşib”.

    Məlumat əsasında aparılmış əməliyyat-axtarış tədbiri zamanı məlum olub ki, Balakən şəhər sakini, Ələkbər Köçəli oğlu İsmayılov Zahid Xanlayevi narkotik vasitələrin qanunsuz dövriyyəsində günahlandırmaq məqsədi ilə bilərəkdən bu cinayət hadisəsini törədib. Məlum olub ki, Ələkbər İsmayılov Qax şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan Qax şəhər sakini Rəşid Allahyar oğlu Məmmədovla birlikdə Şəki şəhər avtovağzalına gedib. Ələkbər İsmayılov avtovağzalda Rəşid Məmmədovdan içərisində 3 ədəd A-4 formatlı kağız bağlamaları olan qutunu Şəki-Balakən marşrutu ilə hərəkət edən, Balakən rayonu Qazma kənd sakini Arif Şövkət oğlu Hüseynovun idarə etdiyi sərnişin daşıyan mikroavtobusa verməsini istəyib.

    Hal şahidlərinin iştirakı ilə Ələkbər İsmayılovun Zahid Xanlayevə göndərdiyi bağlamaya baxış zamanı oradan üç ədəd torbada olmaqla ümumi çəkisi 3, 780 qram heroin və bir ədəd kağız bükülüdə 4 ədəd avtomat silahın güllələri götürülərək istintaqa təhvil verilib. Keçirilmiş tədbir nəticəsində hadisədə iştirak edən Ələkbər İsmayılov, Rəşid Məmmədov və Arif Hüseynov şübhəli şəxs qismində saxlanılıblar. Saxlanılanlardan Ələkbər İsmayılov barəsində Balakən rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı Balakən rayon Polis Şöbəsində CM-nin 234.1 və 228.1-ci maddələri ilə cinayət işi başlayıb, istintaq aparılır.

    Həbs edilən Ələkbər İsmayılov uzun illər Balakən rayon Məhkəməsində icra məmuru, daha sonra isə Qax rayon məhkəməsində işləyib. Bir neçə gün əvvəl isə o tutduğu vəzifədən azad edilib.