Month: February 2020

  • Rafiz Həsənov finalda, Rafael Ağayev lisenziya qazana bilmədi

    Avstriyanın Zaltsburq şəhərində Karate1 Premyer Liqa turnirinə start verilib.

    Median.Az report-a istinadən xəbər verir ki, mövsümün 3-cü mərhələsində Azərbaycanın 14 idmançısı mübarizə aparır.

    Yarışın ilk günü kumite çıxışlarında kişi idmançılardan Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), qadınlardan isə Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55 kq) mübarizəyə qoşulub.

    67 kq-da yarışan Rafiz Həsənov adını fnala yazdırıb. İlk görüşündə uduzan Həsənov daha sonra ardıcıl olaraq Devid Nhuyen (Belarus), Tomas Keserer (Avstriya) və Burak Uyqura (Türkiyə) qalib gələrək həlledici mərhələyə yüksəlib. Onun qızıl medal uğrundakı rəqibi italiyalı Luka Mareska olacaq. Final qarşılaşması martın 1-də keçiriləcək.


    75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev isə ilk görüşündə qalib gəlsə də, sonrakı iki qarşılaşmada 1 heç-heçə və 1 məğlubiyyətlə final şansını əldən verib. Ağayevin uduzduğu türkiyəli yarımfinalda məğlub olduğundan, Azərbaycan karateçisi təsəlliverici görüşlərə qatılmayacaq. Bu isə o deməkdir ki, Ağayev bu turnirdə Tokio Olimpiadasına lisenziya qazanmaq şansını itirib.

    Qeyd edək ki, Azərbaycanın digər karateçiləri – Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (hər üçü 84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizəyə sabah qoşulacaqlar.

    60 kq

    Firdovsi Fərzəliyev – Kasper Lideqard (Danimarka) – Nenad Duloviç (Monnteneqro) görüşünün qalibi ilə 0:0

    67 kq

    Rafiz Həsənov – Stefan Cokiç (Serbiya) – Mussa Bexultan (Qazaxıstan) görüşünün qalibi ilə 1:2

    Rafiz Həsənov – Devid Nhuyen (Belarus) 2:0

    Rafiz Həsənov – Tomas Keserer (Avstriya) 5:0

    2/1 final

    Rafiz Həsənov – Burak Uyqur (Türkiyə) 6:2

    Final (1 Mart)

    Luka Mareska (İtaliya)

    Tural Ağalarzadə – Vin Ang Kvanq (Cənubi Koreya) 5:2

    Tural Ağalarzadə – Andres Madera (Venesuela) 7:3

    Tural Ağalarzadə – Vinisius Fiqueyra (Braziliya) 0:5

    75 kq

    Rafael Ağayev – Brayn Lusse (Hollandiya) – Qleb Saçkovski (Belarus) görüşünün qalibi ilə 3:0

    Rafael Ağayev – Dastonbek Otobolaev (Qazaxıstan) 0:0

    Rafael Ağayev – Erman Eltemur (Türkiyə) 0:2

    50 kq

    N.Əliyeva – Radva Sayed (Misir) 1:1

    55 kq

    İlahə Qasımova – Assel Serikova (Qazaxıstan) – 2:0

    İlahə Qasımova – Taeeun Ahn (Cənubi Koreya) – 3:0

    İlahə Qasımova – Sara Kardin (Italiya) – 2:3

    Təsəlliverici görüşlər

    İlahə Qasımova –

  • Tbilisidə baş verən yanğın lokallaşdırıldı – YENİLƏNİB

    Tbilisidəki Mtatsminda dağının ətəyində baş verən yanğın lokallaşdırılıb.

    Report xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

    Yanğının söndürülməsinə 60-a yaxın yanğınsöndürən cəlb olunub. Alovun Mtatsminda parkının ərazisinə yayılmasının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

    Yanğınsöndürən briqada gecə ərzində yanğın zonasına nəzarət edəcək.

    ***

    Tbilisinin mərkəzində Mtatsminda dağının ətəyində yanğın başlayıb.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, yanğın iki ocaqda qeydə alınıb.

    Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

  • Gürcüstanda karantinə götürülənlərin sayı 39 nəfərə çatdı

    Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilənlərin sayı artıb.

    Report xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib.

    Onun sözlərinə görə, hazırda 39 nəfər karantinə götürülüb: “21 pasiyentdə koronavirus təsdiqlənməyib. Ancaq bununla belə, onlar karantində saxlanılacaq”.

    Qeyd edək ki, Gürcüstanda 2 nəfərdə koronavirus aşkarlanıb.

  • İranla sərhəddə daha bir səyyar hospital – VİDEO/FOTO

    Azərbaycan ərazisində koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

    “Report”un Cənub Mərkəzinin məlumatına görə, Nazirlər Kabineti yanında yaradılmış qərargahın qəbul etdiyi qərara əsasən, Astara şəhərində gömrük-keçid məntəqəsinə yaxın ərazidə səyyar hospital qurulub.

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin rəisi, polkovnik Kamal Əliyev “Report”un yerli bürosuna bildirib ki, səyyar hospitalda 20 texnika, 100 nəfərlik şəxsi heyət, o cümlədən 8 həkim və 8 tibb işçisi fəaliyyət göstərəcək.

    “Qərargahın qərarına əsasən, İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə FHN, Mülki Müdafiə Qoşunlarının, tibb xidmətinin və digər xidmətlərin birgə fəaliyyət göstərdiyi şəhərcik yaradılır, 450 çarpayılıq 59 çadırdan ibarət səyyar hospital qurulur. Burada sərhəddən keçən hər bir şəxs bir-bir mobil hospitalda təkrar müayinə olunacaq. Hər hansı bir şübhə yaranarsa, ixtisaslaşdırılmış səhiyyə ocağına təhvil veriləcək. Çadırlar rahat yataq dəstləri, bir neçə gün qalmaq üçün lazımi avadanlıqlarla təmin olunub. Yeməkxana yaradılıb. Hazırda labaratoriya qurulur. Ağır durumu olan xəstələr müəyyən edildikdə reanimasion tədbirlər və təxliyə üçün texnikalarımız var. İlkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə bilirlər”, – o vurğulayıb.

    Qeyd edək ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən biotəhlükəsizlik laboratoriyaları tam gücü ilə paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərir. Bu laboratoriyalar bir sıra xüsusi təhlükəli xəstəliklərin molekulyar diaqnostikası üzrə ixtisaslaşıb.

    Eyni zamanda koronavirus (COVİD-19) infeksiyasının yüksək həssaslıqla PZR metodu ilə təyini qısa zaman ərzində həyata keçirilir.

  • Будут ли приостановлены занятия в азербайджанских школах из-за коронавируса? – ОФИЦИАЛЬНО

    Руководитель пресс-службы Министерства образования Азербайджана Джасарет Валехов прокомментировал возможность временного прекращения занятий в школах страны в связи с угрозой распространения коронавируса.

    “Изменения в сроки действия учебного года и каникул на территории всей республики в связи с чрезвычайными ситуациями (военное положение, землетрясение, наводнение, эпидемия и т.д.) производятся по решению Кабинета министров, а в конкретных общеобразовательных учреждениях – на основе приказа министра образования”, – написал он в Facebook.

  • Yolxucu xəstəliklər işçi qrupunun rəhbəri açıqladı: Kimlər koronavirusa yoluxmanı daha şiddətli keçirə bilər?

    “Əgər hansısa şəxs özündə koronavirus şübhəsi görürsə, bu adam yaxın zamanda səyahətdə olubsa, o zaman təcili yardıma xəbər verməlidir”.

    Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yolxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

    Onun sözlərinə görə, bu zaman xüsusi maskada olan həkim gəlib onu yoxlayacaq:

    “Yaxma nümunəsi götürəcək və müvafiq yerlərə göndərəcək. Qeyd edim ki, həmin nümunə Xüsusi Təhlükəli İnfeksiyalar üzrə Mübarizə Mərkəzinə göndərilir. Amma hansısa insan özü sərbəst şəkildə gedib bu cür yoxlanıla bilməz, çünki bu zaman qarışıqlıq olar. Həmin şəxsə gərək həkim nəzarət etsin. Ölkədə nə qədər insan var, hər qızdırması olan gedib o cür yoxlansa, qarışıqlıq olar. Gərək bu təyinatı həkim versin. Koronavirus təhlükəsi olan adamdan yaxma alındıqdan sonra həmin şəxs karantinə alınır”.

    V. Əliyev bildirib ki, statistikaya görə, bu virusun 10 yaşından aşağı uşaqlarda öldürücü təsiri yoxdur:

    “Ahıl yaşlı insanlarda, özəlliklə də xroniki xəstəliyi olanlar, məsələn, diabeti, xroniki böyrək, ürək, qaraciyər çatışmazlığı, eləcə də orqan transplantasiyası, onkoloji xəstəliyi olan insanların müqaviməti zəif olduğu üçün onlarda koronavirus daha şiddətli keçir. Bəzi xəstələr iki həftəyə sağala bilər, bəzilərində daha şiddətli ola bilər, eyni zamanda, yenidən yoluxma ehtimalı da var. Necə ki, qrip virusuna yenidən yoluxma olursa, eyni zamanda koronavirusda da ola bilər. Bu, bütün viruslara aiddir”.

    “Koronavirusun yeddi növü var. Bunlardan dördü insanlarda burun axıntısı, boğaz ağrısı kimi yüngül qrip əlamətləri kimi keçən xəstəliklərdir. Yaxın keçmişdə aşkarlanan digər növləri, eyni zamanda indi yayılan növü epidemiyaya səbəb olub. Bunların heç birinin standart, spesifik, virus əleyhinə avtivirus müalicəsi yoxdur. Ancaq simptomatik müalicə tətbiq olunur. Bunun nə peyvəndi, nə də bu xəstəliyə qarşı virus əleyhinə dərman preparatı var”, – deyə rəhbər əlavə edib.

  • Operativ Qərargah: Karantinə götürülmüş şəxslər və onların yaxınları bəzi hallarda ictimai qaydaları kobudcasına pozur

    “İran Islam Respublikasından Azərbaycan ərazisinə keçən və yoxlanılmaq üçün karantin yerlərinə götürülmüş şəxslər və onların yaxınları bəzi hallarda ictimai qaydaları kobudcasına pozur, tibbi heyətə qarşı zor tətbiq edir, müayinənin normal şəraitdə aparılmasına mane olurlar”.

    Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

    Məlumatda qeyd edilir ki, koronavirusun yayılması təhlükəsinə qarşı görülən tədbirlərin normal şəraitdə həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah hüquq mühafizə orqanlarına belə halların qarşısının alınması ilə bağlı göstəriş verib: “Karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə mane olan hər bir şəxsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcək. Qərargahın tapşırığı ilə hüquq-mühafizə orqanları asayişin qorunması istiqamətində işləri davam etdirəcəklər”.

  • TƏBİB: Özündə koronavirus şübhəsi olan adam mütləq təcili yardıma xəbər verməlidir

    “Əgər hansısa şəxs özündə koronavirus şübhəsi görürsə, bu adam yaxın zamanda səyahətdə olubsa, o zaman təcili yardıma xəbər verməlidir”.

    APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in İşçi Qrupun rəhbəri Vasif Əliyev deyib.

    ONun sözlərinə görə, bu zaman xüsusi maskada olan həkim gəlib onu yoxlayacaq, yaxma nümunəsi götürəcək və müvafiq yerlərə göndərəcək: “Həmin nümunə Xüsusi Təhlükəli İnfeksiyalar üzrə Mübarizə Mərkəzinə göndərilir. Amma hansısa insan özü sərbəst şəkildə gedib bu cür yoxlana bilməz, çünki bu zaman qarışıqlıq olar. Həmin şəxsə gərək həkim nəzarət etsin. Ölkədə nə qədər insan var, hər qızdırması olan gedib o cür yoxlansa, qarışıqlıq olar. Gərək bu təyinatı həkim versin. Koronavirus təhlükəsi olan adamdan yaxma alındıqdan sonra həmin şəxs karantinə götürülür”.

  • TƏBİB: Koronavirusun 10 yaşından aşağı uşaqlarda öldürücü təsiri yoxdur

    “Koronavirusun 7 növü var. Bunlardan 4-ü insanlarda burun axıntısı, boğaz ağrısı kimi yüngül qrip əlamətləri kimi keçən xəstəliklərdir. Yaxın keçmişdə aşkarlanan digər növləri, eyni zamanda indi yayılan növü epidemiyaya səbəb olub”.

    APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in İşçi Qrupun rəhbəri Vasif Əliyev deyib. Onun sözlərinə görə, bu növlərin heç birinin standart, spesifik, avtivirus müalicəsi yoxdur: “Ancaq simptomatik müalicə tətbiq olunur. Bunun üçün nə peyvənd, nə də virus əleyhinə dərman preparatı yoxdur. Sadəcə bəzi dərman vasitələrindən istifadə olunur, amma tam təsdiqini tapmayıb”.

    V. Əliyev qeyd edib ki, statistikaya görə, bu virusun 10 yaşından aşağı uşaqlarda öldürücü təsiri yoxdur: “Əsasən ahıl yaşlı insanlarda, xroniki xəstəliyi – diabeti, xroniki böyrək, ürək, qaraciyər çatışmazlığı, eləcə də orqan transplantasiyası, onkoloji xəstəliyi olan insanların müqaviməti zəif olduğu üçün onlarda koronavirus daha şiddətli keçir. Bəzi xəstələr iki həftəyə sağala bilər, bəzilərində daha şiddətli ola bilər, eyni zamanda yenidən yoluxma ehtimalı da var. Necə ki, qrip virusuna yenidən yoluxma olursa, eyni zamanda koronavirusda da ola bilər. Bu, bütün viruslara aiddir”.

  • Bakıda motosiklet avtomobilə çırpılıb, xəsarət alan var – FOTO

    Səbail rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər ağır kəllə-beyin travması alıb.

    APA xəbər verir ki, hadisə Abbasqulu Abbaszadə küçəsində qeydə alınıb.

    Belə ki, həmin küçədə işıqforun qırmızı işığından keçən motosikletin sürücüsü nəqliyyat vasitəsini “Mercedes” markalı avtomobilə çırpıb. Motosikletin sürücüsü ağır xəsarət alıb. Yaralı ağır kəllə-beyin travması diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.