Month: February 2020

  • Məşhur firmaların mallarını saxtalaşdıran dəstə hakim qarşısında

    Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və qanunsuz sahibkarlıqda təqsirli bilinən Anar Qasımov, Natiq Novruzov, Vidadi Əliyev, Ülvi Əliyev və Ağaverdi Tarverdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

    Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmə prosesi martın 5-də davam etdiriləcək.

    Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən müvafiq məhkəmə qərarları əsasında Bakı şəhərinin və respublikanın digər şəhər və rayonlarında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində xarici ölkələrdən Azərbaycana qaçaqmalçılıq yolu ilə xammal və qablaşdırma paketləri gətirməklə qanunsuz fəaliyyət göstərən sexlərdə kustar üsulla pis keyfiyyətli kontrafakt tələbat məhsulları istehsal edib müxtəlif satış mərkəzlərinə paylanılmasını həyata keçirən bir qrup Azərbaycan Respublikası vətəndaşının qanunsuz əməlləri ifşa olunub.

    Belə ki, həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə Ağcabədi rayonu, Salmanbəyli kənd sakini Qasımov Anar Yaqub oğluna məxsus yaşayış evində və Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “Tac” marketdə İran İslam Respublikasında istehsal olunduğu qeyd edilən 20 kq-lıq 630 ədəd üzərində “Sarda” sözü yazılmış, Türkiyə Respublikasında istehsal olunduğu qeyd olunan 20 kq-lıq 310 ədəd “Gürcel” sözü yazılmış, 110 ədəd üzərində “Dekso” sözü yazılmış boş yuyucu toz kisələri, 671 ədəd “Ariel” markalı müxtəlif tutumlu yuyucu tozlar, 1773 ədəd üzərində “Head & Shoulders” sözləri yazılmış saç şampunları və digər saxta məhsullar aşkar edilib.

    Bundan başqa, Ağcabədi rayon sakini Bünyadov Kamil Aydın oğluna məxsus “Mersedes Benz” markalı, 90-EU-925 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən üzərində “Ariel” sözləri yazılmış 562 kq yuyucu tozu qablaşdırmaq üçün nəzərdə tutulan 19 büküm polietilen paketlər aşkar edilərək götürülüb.

    Həmçinin, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2090-cı məhəllədə yerləşən fərdi sahibkar Tarverdiyev Ağaverdi İbi oğluna məxsus sexə baxış keçirilərkən yuyucu vasitələrin etiket və qablaşdırma paketlərinin qanunsuz şəkildə istehsal olunduğu müəyyən edilib.

    Etiket və qablaşdırma paketlərinin istehsalında istifadə olunan aparat, xeyli sayda yuyucu tozlar, etiketlər, “Domestos”, “Ariel”, “Calgon”, “Elidor”, “Fairy” firmalarına məxsus çoxlu sayda emblemlər aşkar edilərək götürülüb.

    Bununla yanaşı, Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzinin 26-cı korpusunda yerləşən Əliyev Ülvi Sarif oğluna məxsus 1 saylı mağazaya baxış keçirilərkən saxta yolla hazırlanmış müxtəlif yuyucu və təmizləyici vasitələr, qablaşdırma paketləri, etiketlər, ştrix kodlar, qablaşdırma paketlərinin yapışdırılması üçün nəzərdə tutulmuş xüsusi aparat aşkar edilərək götürülüb.

    O cümlədən, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Novruzov Natiq Arif oğluna məxsus anbara baxış keçirilərkən üzərlərində müxtəlif markalara məxsus etiketlər yapışdırılmış 10 min 192 qutu kimyəvi-təmizləyici vasitələr, habelə 11 min 122 qutudan ibarət şampun vasitələri aşkar edilərək götürülüb.

    Bundan başqa, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 1A ünvanında yerləşən “Fuad-Kimya-Servis” MMC-yə məxsus yuyucu tozların istehsalının həyata keçirildiyi sexə baxış keçirilərkən üzərlərinə ”Calgon”, “Comet”, “ACE”, “Domestos” yuyucu tozların və mayelərin adı yazılmış və həmin malların qablaşdırılmasında istifadə olunan karton materiallar, etiketlər, üzlüklər və boş polietilen paketlər aşkar edilərək götürülüb.

    Keçirilmiş kompleks məhkəmə fiziki-kimyəvi və sənədlərin texniki ekspertizasının rəyi ilə qeyd edilən kimyəvi-təmizləyici maddələrin tərkibinə, keyfiyyət göstəricilərinə görə müvafiq standartların tələbərinə uyğun gəlməməsi, ölçülərin, çəkilərin qablaşdırmaların üzərindəki qeyd edilən ölçü və çəkilərlə eynilik təşkil etməməsi müəyyən edilib.

    Qeyd edilən faktlarla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 197.1 (əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb.

  • Qlobal istiləşmə nəticəsində Antarktidada yeni ada yarandı

    Antarktidada buzların əriməsi səbəbindən yeni ada yaranıb.

    Bu barədə “Daily Mail” məlumat yayıb.

    Tədqiqatçılar adanı Pine İsland körfəzində aşkar ediblər. Ada o qədər böyükdür ki, kosmosdan aydın müşahidə olunur.

    Alimlər əmindirlər ki, yeni adanın yaranması qitədə qeydə alınan yüksək temperaturla əlaqədardır.

    Mütəxəssislər adadan canlıların nümunələrini toplayıb müayinə ediləcəklər.

  • На КПП “Билясувар” установлены мобильные палатки в связи с угрозой коронавируса1

    Министерство по чрезвычайным ситуациям Азербайджана установило мобильные палатки на КПП “Билясувар” на границе с Ираном.

    Об этом сообщили в штабе, созданном при Кабинете министров Азербайджана с целью пресечения угрозы распространения коронавируса на территории страны, оперативного проведения профилактических и неотложных мероприятий.

    Отметим, что в состав штаба входят руководители соответствующих государственных органов и структур.

  • Biləsuvarda koronavirusa görə səyyar çadırlar quraşdırıldı

    Biləsuvar keçid məntəqəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən səyyar çadırlar quraşdırılıb.

    Bu barədə koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət yaradılan qərargahdan bildirilib.

  • İranda koronavirus daha səkkiz can aldı

    Число заражений коронавирусом в Иране за сутки увеличилось более чем на 100, достигнув 388.

    Число погибших выросло до 34.

    Об этом сообщил в четверг представитель Министерства здравоохранения Ирана Киануш Джаханпур, передает РИА Новости.

    “В общей сложности количество случаев достигло 388, 73 человека выздоровели. Число погибших составило 34”, – сообщил К.Джаханпур в ходе пресс-конференции.

    По его словам, в последующие дни прогнозируется дальнейшее распространение вируса.

  • İranda koronavirus daha səkkiz can aldı

    İranda yeni tip COVID-19 koronavirusu səbəbilə daha səkkiz nəfər vəfat edib.

    Bu barədə “HaberGlobal” məlumat yayıb.

    Bununla da İranda koronavirus səbəbilə ölənlərin sayı 34-ə çatıb. Ölkədə xəstəliyə yoluxanların sayı isə 388-ə yüksəlib.

  • Oğuzda ting satışı üstündə dəhşətli qətlin baş verdiyi ərazidən görüntülər – VİDEO

    Bu gün səhər saatlarında Oğuzun Kərimli kəndində kənd sakini Elşən Abdullayev qonşusu Zərqəm Məsumov tərəfindən ov tüfəngi ilə güllələnib.

    Bununla bağlı Baku TV hadisə yerində çəkiliş aparıb.

    Bildirilib ki, qətlə yetirilən Elşən Abdullayev bazar ərazisində ağac tinglərinin satışı ilə məşğul olub.

    Zərqəm Məsumov isə səhər saatlarında bir kisə buğda gətirərək, orada satmaq istəyib. Bu zaman Elşən Zərqəmdən buğdanı aparıb başqa yerdə satmasını tələb edib.

    Qonşuların mübahisəsi daha sonra əlbəyaxa davaya çevrilib. Davadan sonra Zərqəm Məsumov yaxınlıqda olan evinə gedərək, ov tüfəngini gətirib və Elşən Abdullayevə bir neçə dəfə atəş açıb. Kişi hadisə yerində ölüb.

    Qonşusunu öldürməkdə şübhəli bilinən Zərqəm Məsumov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Ondan cinayətdə istifadə etdiyi “Tula” markalı ov tüfəngi götürülüb.

    Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

    Faktla bağlı Oğuz Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

  • Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alındı

    Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

    Xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır.

    İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

    Xəstəxana pasiyenti müvafiq terapiya ilə təmin etmək və infeksiyanın yayılmasına yol verməmək üçün peşəkar həkim heyətinə və ixtisaslaşmış avadanlığa malikdir.

    Bundan başqa, virusun yayılmasının məhdudlaşdırılması və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, o cümlədən bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının, digər yoluxma hallarının aşkarlanması ilə bağlı xəstənin kontaktlarının müəyyən edilməsinə başlanılıb.

  • Astara xəstəxanasından şikayət: “Soğan alıb infeksiyadan qorunmağa çalışırıq” – VİDEO

    Astara Rayon Mərkəzi Xəstəxanasında koronavirus şübhəsi ilə saxlanılan İrandan qayıdan azərbaycanlılar xəstəxanada spirt, tibbi maska tapa bilmədiklərini deyirlər.

    Bu barədə sosial şəbəkədə videolar paylaşılır.

    Xəstəxanada saxlanılan şəxslər iddia edirlər ki, sağlamlıqları ciddi təhlükə altındadır:

    “Bu videoları çəkməkdə məqsədimiz bizi süni-ajiotaj yaratmaqda ittiham edən şəxslərə mövcud vəziyyəti sübut etməkdir. Əgər həqiqətən virus təhlükəsi varsa, biz razıyıq. Tədbir görülsün, xəstəlik yayılmasın. Amma bu şəraitdə hansı xəstəliklə mübarizə aparmaq olar? Onlar bizi karantində saxlayır? Belə karantın olar? Üç gündür xəstəxanada su gəlmir. Biz nə paltarlarımızı dəyişə bilirik, nə yuyuna bilirik.

    Belə xəstəxana şəraiti olar? Mətbəxdə antisanitar vəziyyətdir. Bu palatada insan xəstəlik tapar. Yemək verən yoxdur. Bizə spirt, tibbi maska, tərlik də verilmir. Tibb bacısı deyir ki, xəstəxanaya nə spirt, nə tibbi maska verilmir. Soğan alıb infeksiyadan qorunmağa çalışırıq. Xahiş edirik ki, bizə kömək edin. Biz burada qalmaq istəmirik”.

    Həmin videogörüntüləri təqdim edirik:

    /oxu.az/

  • Bakıda xaçapuri və simit istehsal edən müəssisədə antisanitar vəziyyət – FOTO

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

    AQTA xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 64 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliyeva Əsmiyyə İltifat qızına məxsus un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçiriblər.

    Ümumi sahəsi 25 m2-lik ayrıca tikilidə təşkil edilmiş kustar üsulla xaçapuri və simit istehsalı və satışı ilə məşğul olan sexdə yoxlama zamanı sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi, məhsulun istehsalı prosesində texnoloji prinsipə əməl olunmadığı müəyyən olunub.

    Sexdə istifadə olunan sobanın, işçi masaların, araba və listlərin, qabların, alət və ləvazimatların və unlu məmulatlar yığılan rəfin istismar müddətinin bitdiyi, onların təmizlənməsi, dezinfeksiyası normalara uyğun olaraq aparılmadığı müəyyən edilib. Unun saxlanması, ələnməsi, yoğrulması, bişirilməsi, hazır məhsulun rəfdə yığılması və satışının eyni sahədə təşkil edildiyi aşkarlanıb. Bu isə qida təhlükəsizliyi baxımından istehsal olunan məhsulların fiziki, kimyəvi və mikrobioloji çirklənməsi üçün əsaslı təhlükə yaradacaq risk ehtimalını artırır.

    İstehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

    Qanunvericiciliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.