Month: February 2020

  • Azərbaycanda ilk dəfə qaza tələbat gözlənildiyindən çox olub

    Fevralın 10-dan etibarən ilk dəfə olaraq qaza tələbat gözlənildiyindən xeyli artıb.

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin verdiyi məlumata görə, qeyd olunan tarixdə respublika üzrə qaza tələbat sutkalıq 41 mln. kubmetrə çatıb. Ötən ilin təcrübəsinə görə, sutkalıq tələbat 35 mln. kubmetri keçmirdi.

    Tələbatın bu həddə çatmasının reallıqlarının əsasında abonent sayının artması, qazdan istifadəyə görə borclu olan istixana sahiblərinə “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi tərəfindən edilən güzəştlər, sənaye müəssisələrinin qaza olan ehtiyacının vaxtında təminatı, eləcə də, şəbəkənin saz vəziyyətdə saxlanılaraq fasiləsiz və rejimlərə uyğun normal qaz təchizatının həyata keçirilməsi dayanır.

    Məlumat üçün qeyd edək ki, 2019-cu ilin analoji dövrü ilə müqayisədə (10 fevral 2019) qaza olan tələbatın artımında sutkalıq 9 mln. kubmetrdən çox fərq var. Ötən il bu gün üçün tələbat 32 mln. kubmetrə yaxın olub. Bakı şəhəri üzrə hazırda qaza olan tələbat 22 mln. kubmetrdən çox (2019-cu ildə 17 mln. kubmetr), regionlar üzrə isə qaza olan tələbat 17 mln. kubmetrdən çox (2019-cu ildə 13 mln. kubmetr) təşkil edir.

    Bildirilir ki, hazırda ölkə ərazisində hava şəraitinin kəskin şəkildə dəyişməsini nəzərə alaraq Birlik tərəfindən Qaz Paylayıcı Stansiyalarda (QPS) yerləşən ölçü qovşaqlarından qidalanan orta təzyiqli qaz kəmərlərinin başlanğıc, orta və son nöqtələrində quraşdırılmış qaz tənzimləyici qurğuların giriş-çıxış təzyiqləri ciddi araşdırılır.

    Texnoloji rejimin artırılmasına tələbatın olduğu halda, qaz təchizatı şəbəkəsində boruda olan qazın həcmi ciddi şəkildə azalmayıb, texnoloji rejimlərin vaxtında verilməsi və qaz şəbəkələrində optimal vəziyyətin saxlanılması təmin olunur.

  • В Баку мужчина скончался от переохлаждения

    На одной из улиц в Низаминском районе Баку обнаружено тело мужчины 30-40 лет.

    Как передает АПА, причиной смерти стало общее переохлаждение.

    По данному факту ведется расследование.

  • Bakıda kişi soyuqdan öldü

    Bakıda ölüm hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

    Rayon ərazisindəki küçələrdən birində təxminən 30-40 yaşlarında naməlum kişi meyiti tapılıb. Onun gecə küçədə soyuqdan öldüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Kliniki Tibbi Mərkəzdə koronavirus şübhəsi ilə bağlı bir nəfərin müayinəsi davam edir

    1 saylı Kliniki Tibbi Mərkəzdə (KTM) koronavirus şübhəsi ilə bir nəfərin müayinəsi davam edir.

    Median.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub.

    Bildirilir ki, fevral ayının 11-i üçün yoluxucu xəstəliklər şöbəsində bir nəfərin müayinəsi davam etdirilir:

    “Xəstəxanada qalan Azərbaycan vətəndaşıdır, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir. Bir daha qeyd edirik ki, bu şəxs Çinin koronavirus qeydə alınmayan şəhərində olub. Onun xəstə şəxslərlə kontaktı olmayıb”.

    Xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, Çinin Uhan şəhərindən yanvarın 29-u çıxan 6 nəfərin karantin müddəti fevralın 12-də bitir. Onların klinik vəziyyətlərində heç bir problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir. Sabah həmin şəxslərin evə buraxılacağı gözlənilir. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılan digər 6 nəfərin karantin müddəti fevralın 14-ü bitir, onların səhhətində də hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.//oxu.az

  • В Азербайджане скончался экс-депутат – ФОТО

    Председатель АО “Азерконтракт”, экс-депутат Милли Меджлиса Мири Ганбаров скончался на 84-м году жизни.

    Информацию об этом распространил Report.

  • Azərbaycanda keçmiş deputat vəfat etdi – FOTO

    “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri, keçmiş deputat Miri Qənbərov 84 yaşında vəfat edib.

    Bu barədə Report-a onun yaxınları məlumat verib.

  • Bakıda möhtəşəm “asma körpü” tikilir – FOTO

    Bakı şəhəri, Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerüstü piyada keçidinin tikintisinə başlanılır. Keçidin aşırım hissəsi üstü açıq olmaqla metal konstruksiyalıdır.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, Tbilisi prospekti üzərindən hər birinin uzunluğu 70.92 metr olan iki aşırım hissə, Akademik Həsən Əliyev küçəsinin üzərindən isə uzunluğu 59,29 metr olan bir aşırım hissə keçməklə yeni yerüstü piyada keçidinin görünüşü üçbucaq şəklindədir.

    Kənar dayaqlar və pilləkənlər dəmir-betondur.

    Orta dayadlar metaldır və metal troslar vasitəsi ilə asılmaqla asma körpü görünüşünə oxşadılıb.
    Fiziki məhdudiyyətli vətəndaşların hərəkəti üçün bütün girişlərdə elektrik panduslar nəzərdə tutulub.

    Qeyd edək ki, avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər, o cümlədən yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri həyata keçirilir.

    Bu çərçivədə 2018-2019-cu illərdə Bakı şəhəri və şəhər ətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçidləri inşa edilərək istifadəyə verilib.

    Hazırda 10 ərazidə yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır ki, bunlardan bir neçəsində işlər bitmək üzrədir. Qısa müddət ərzində daha 6 yerdə yeni keçidlərin inşasına başlanılması nəzərdə tutulub.

  • Ağciyər Xəstəlikləri İnstitutunda nə baş verir? – 4 ayda 11 nəfər ölüb – VİDEO

    Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha 2 xəstə ölüb.

    Median.Az Xezerxeber.az-a istinadla xəbər verir ki, xəstəxanada ölüm faktları son iki gündə qeydə alınıb.

    Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib ki, ölənlərdən biri-1959-cü il təvəllüdlü şəxs xəstəxanaya yanvarın 31-də yerləşdirilib. Həmin vaxta qədər bir sıra xəstəxanalarda müayinə və müalicə edilən xəstəyə ağır diaqnozlar qoyulub.
    Göstərilən səylərə baxmayaraq ağır vəziyyətdə reanimasiya şöbəsinə köçürülən xəstə dünyasını dəyişib.

    1944-cü il təvəllüdlü digər xəstə isə İnstituta fevralın 5-də ağır vəziyyətdə, sol tərəfli piopnevmotoraks, sepsiki vəziyyət, xroniki böyrək çatışmazlığı diaqnozu ilə daxil olub. O, döş qəfəsi cərrahiyyəsi şöbəsinə yerləşdirilib.

    Qeyd edək ki, son 4 ayda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 11 nəfər ölüb.

  • Gədəbəydə 87 yaşlı qadın evində diri-diri yandı

    Gədəbəy rayonunun Düz Rəsullu kəndində ümumi sahəsi 420 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində üç otağın yanar konstruksiyaları və dam örtüyü 250 m² sahədə yanıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yanğının kəşfiyyatı zamanı 1933-cü il təvəllüdlü Abbasova Kifayət Qədim qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Xızıda “avtoş” “Panthera094” və dostları tutuldu – VİDEO

    Xızı rayonunda avtoxuliqanlıq edən gənclər saxlanılıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Xızı Rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də, yol hərəkəti iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradan üç sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Araşdırmalarla avtoxuliqanlıq hərəkətləri edən gənclərin Bakı şəhər sakinləri, N.Rüstəmov, F.Bağırov və X.Qubadov olduqları məlum olub. Hər üç sürücü idarə etdikləri Rusiya istehsalı olan “Niva” markalı avtomobillərlə Xızı rayonu ərazisində qarlı hava şəraitində təhlükəli manevrlər edərək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün ciddi təhlükə yaradıblar.

    Yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də, nəqliyyat vasitələrinə konstruksiya dəyişiklikləri edərək, idarə edən bu şəxslər barəsində Xızı RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib və hər üç sürücü Xızı Rayon Məhkəməsi tərəfindən inzibati qaydada həbs edilib.

    Qeyd edək ki, videoda görünən çəhrayı rəngli avtomobil Xızıda “Panthera094” kimi tanınır.