Month: February 2020

  • Azərbaycanda tragikomik hadisə: Maşını təmizləyərkən quyuya düşdü – VİDEO

    Azərbaycanda avtomobil təmir sexində baş verən tragikomik hadisə kameraya əks olunub.

    Median.Az xəbər verir ki, 68-BB-093 dövlət nömrə nişanlı “Opel” markalı avtomobili təmizləmək istəyən sex işçisi gözlənilməz hadisə ilə qarşılaşıb.

    Onun ayağı sürüşüb və texniki quyuya düşüb. Hadisə nəticəsində həmin şəxs yüngül xəsarət alıb. //oxu.az

    Həmin görüntüləri təqdim edirik:

  • Cahangir Hacıyevin cəzası azaldıldı

    Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov və İsmayıl Hidayət-zadənin barələrində olan hökmdən verilən şikayətlərə baxılıb.

    APA-nın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

    Belə ki, Cahangir Hacıyevin 16 il 6 ay həbs cəzasından üç ay azaldılıb və üzərində qəti olaraq 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Məhkəmə digərlərinin isə cəzasını qüvvəsində saxlayıb.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən İsmayıl Hidayətzadəyə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

    Digər təqsirləndirilən şəxslər – Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilib.

    C.Hacıyev mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və digər əməlləri törətməkdə təqsirli bilinib. Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

    Xatırladaq ki, bundan əvvəl də C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayətzadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

    Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmənin qərarı ilə İ.Hidayətzadənin cəzası 5 ilə endirilib. Sentyabr ayında Nizami Rayon Məhkəməsi İ.Hidayət-zadənin cəzasının qalan hissəsinin şərti hesab edilərək azadlığa buraxılması barədə qərar verib.

  • Bakıda iki marşrut avtobusu toqquşub – FOTO

    Bakıda iki marşrut avtobusu toqquşub.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında baş verib.
    62 və 81 nömrəli marşrut xəttində fəaliyyət göstərən avtobuslar toqquşub.

    Hər iki avtobusun sərnişinləri təxliyə olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Paytaxt yollarında sürət həddi endirildi

    Bakının əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb.

    Median.Az xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

    Adi günlərdən fərqli olaraq, şəhər yollarına və müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb.//oxu.az

  • Koronavirus körpələrə də yoluxdu

    Vyetnamda üç aylıq körpə koronavirusa yoluxub.

    “VnExpress”in xəbərinə görə, uşağa virus nənəsindən keçib.

    Nənə isə Uhandan gələn Yapon şirkətinin işçisindən bu virusa yoluxub.

    Hazırda körpə anası ilə karantinə alınıb. Ananın sağlam olduğu bildirilir.

    Xatırladaq ki, Çinin Uhan şəhərində yaranan yeni tip koronavirusa artıq dünyanın müxtəlif ölkələrində 42 638 nəfər yoluxub, 1016 nəfər isə bu virusdan ölüb.

  • Bakıda bir neçə avtomobilin toqquşması tıxac yaratdı – FOTO

    Bakıda zəncirvari qəza olub.

    Report-un məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

    Belə ki, “90-ZE-882” dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobil sürət həddini aşaraq “90-RP-354” dövlət nömrə nişanlı, “Volkswagen Passat” markalı avtomobili arxadan vurub.

    Sonuncu isə öz növbəsində “99-HD-526” dövlət nömrə nişanlı, “Honda” markalı avtomobilə çırpılıb.

    Qəza nəticəsində xəsarət alan olmasa da, hər üç nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları gəlib.

    Qəza ilə bağlı prospektdə tıxac yaranıb.

  • Şəmkirdə ev yandı: Ölən və yaralananlar var

    Şəmkir rayonunda yanğın olub.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ələsgərli kəndində qeydə alınıb.

    Kənd sakini, 1987-ci il təvəllüdlü Əhmədov Zöhrab Rüstəm oğluna məxsus ev yanıb. Hadiə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

    Hadisə zamanı ev sahibi və övladı – 2011-ci il təvəllüdlü Əhmədov Rüstəm Zöhrab oğlu ağır yanıq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyətləri ağır olduğu üçün onlar Gəncə şəhərinə, oradan da Bakıya aparılıb.

    Yanğın zamanı evdə bir qadın ölüb. Hadisənin elektrik naqillərində baş verən qısaqapanmadan olduğu deyilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiyada cinayət törədib Azərbaycanda gizlənənlər tutuldu

    Rusiyanın Buryatiya respublikasında cinayət törədərək öz ölkələrində gizlənən azərbaycanlılar tutulub.

    Bu barədə Buryatiya Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytında məlumat yayılıb.

    Məlumatda bildirilir ki, Buryatiya Respublikası DİN-in Polis İdarəsinin və Rusiya DİN-in Ulan-Ude şəhəri üzrə Polis İdarəsinin əməliyyatçıları Buryatiya ərazisində cinayət törətdikdən sonra Azərbaycanda gizlənən şəxsləri tutublar.

    Cinayətkarların yeri Rusiya ilə Azərbaycan arasında bağlanmış razılığa əsasən birgə müəyyən edilib.

    Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları mülki, ailə və cinayət işlərində hüquqi yardımın göstərilməsi haqqında Cinayət Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq, Rusiya əməliyyatçıları ilə birgə fəaliyyət göstəriblər.

    Birgə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətl, nəqliyyat vasitələrinin istismarı, ölüm həddinə çatdırma və oğurluqda ittiham olunan 19-43 yaşlarında olan 5 nəfər tutulub.

    Onlardan biri tapılmamaq üçün hətta soyadını da dəyişib.

    Həmin şəxslərin Rusiyaya ekstradisiya olunmayacağına qərar verilib. Hazırda cinayət işi materiallarının Azərbaycanın müvafiq idarələrinə verilməsi məsələsi müzakirə olunur.

  • Bakıda qəza: “Ford” yük maşınına çırpıldı – VİDEO

    Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

    Qəza zamanı “Ford Tranzit” markalı avtomobil qarşısında gedən yük maşınına çırpılıb.

    Hadisə nəticəsində “Ford”da olan xanım sərnişin xəsarət alıb.

  • В Баку на дорогах образовался лед – ВИДЕО

    Ряд дорог в Баку и окрестностях столицы покрылись льдом.

    Как сообщает Median.Az, в результате морозной погоды и снегопада ледяная корка образовалась на автотрассе Баку-Сумгаит, а также Бакинской кольцевой дороге.

    Сложившаяся ситуация осложнила движение автомобилей.

    На дороги привлечена живая сила и техника Государственного агентства автомобильных дорог Азербайджана.

    В настоящее время дороги очищаются ото льда.//oxu.az