Month: February 2020

  • İlham Əliyev “Dübəndi” yarımstansiyasının açılışında

    Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Pirallahı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əsaslı şəkildə yenidən qurulan 110/35/6 kV-luq “Dübəndi” yarımstansiyanın açılışında iştirak edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Еще у 60 человек на круизном лайнере в Японии выявлен коронавирус

    Японские специалисты выявили еще 60 случаев заражения новым коронавирусом среди пассажиров и членов экипажа круизного лайнера Diamond Princess.

    Судно находится на карантине в акватории Иокогамы.

    Об этом сообщает ТАСС со ссылкой на телеканал ТBS.

    Гражданство инфицированных не уточняется.

    Общее число заразившихся коронавирусом на лайнере достигло 130.

    На борту Diamond Princess находятся около 3700 человек из 50 стран.

    Судно вышло из Иокогамы 20 января и вернулось 3 февраля. Среди пассажиров был гражданин Китая, у которого обнаружен новый коронавирус. Он сошел на берег 25 января в Гонконге. По решению властей Японии круизный лайнер бросил якорь рядом с Иокогамой для проведения медицинского осмотра всех находящихся на борту. На судне объявлен карантин.

  • Karantinə alınmış gəmidə daha 60 nəfər koronavirusa yoluxdu

    Yaponiyanın Yokohama şəhəri yaxınlığında karantində saxlanılan “Diamond Princess” kruiz gəmisində koronavirusa yoluxanların sayı daha 60 nəfər artaraq 130-a çatıb.

    Bu barədə Yaponiyanın “Kiodo” agentliyi xəbər yayıb.

    Ötən gün isə 70 nəfərin yoluxduğu bildirilmişdi.

    Xatırladaq ki, fevralın 5-də sərnişinlərdən birində virus aşkarlandıqdan sonra “Diamond Princess” Yaponiya sahillərində lövbər atıb. Ümumilikdə, gəmidə 50 ölkədən olan 3700 nəfərdən artıq sərnişin var. Karantin əvvəlcə fevralın 19-na kimi təyin olunmuşdu, lakin təcrid müddəti uzadıla da bilər.

    Son məlumatlara görə, yeni növ koronavirus Çinin Uhan əyalətində artıq 871 nəfərin həyatına son qoyub, xəstəliyə yoluxanların sayı isə 29 631-ə çatıb. Ümumi olaraq 1 795 insan virusdan sağalıb.

  • На севере Азербайджана похолодало до минус 22 градусов

    Обильный снегопад наблюдался накануне на севере Азербайджана.

    Как сообщает АПА, больше всего осадков зафиксировано в селе Хыналыг Губинского района – высота снежного покрова достигла здесь 50 см.

    В селе Гырыз Губинского района сугробы выросли до 42 см, в Халтане – 20 см, в поселке Алтагадж Хызинского района – до 28, в селе Ясаб Гусарского района – 16, в городе Губа – до 15 см.

    При этом в Хыналыге (Губа) похолодало до минус 20, в Гырызе – до минус 22 градусов.

  • Şimal bölgəsində temperatur mənfi 22 dərəcəyədək enib

    Ötən gün axşam saatlarından şimal bölgəsində qar yağmağa davam edib.

    APA-nın məlumata görə, ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb.

    Burada qarın hündürlüyü 50 sm-ə çatıb. Qubanın Qrız kəndində qarın hündürlüyü 42 sm, Xaldanda 20 sm, Xızının Altıağac qəsəbəsində 28 sm, Qubanın mərkəzində 15 sm, Şabranda 3 sm, Qusarın Yasab kəndində 16 sm olub.

    Qubanın Qrız kəndində temperatur mənfi 22-dək, Xınalıqda isə mənfi 20-dək enib.

  • Azərbaycanda baş verən ağır qəzanın görüntüləri – VİDEO

    Azərbaycanda baş verən ağır qəza təhlükəsizlik kamerasına düşüb.

    Median.Az xəbər verir ki, görüntülər sosial şəbəkədə paylaşılıb.

    Videoda avtomobillərdən birinin sola dönmə əməliyyatını yerinə yetirən zaman arxadan gələn maşının onu ötməyə çalışdığı və bu zaman toqquşma baş verdiyi görünür.

    Hadisədən sonra ikinci avtomobil yaxınlıqdakı obyektlərdən birinə çırpılıb. //oxu.az

    Həmin görüntüləri təqdim edirik:

  • Şeyxin qohumu deputat oldu

    27 saylı Sabunçu İkinci Seçki Dairəsindən Əliabbas Salahzadə deputat seçilib.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, Ə.Salahzadə keçmiş deputat Qalib Salahzadənin oğludur.

    Qeyd edək ki, Q.Salahzadə dördüncü çağırış Milli Məclisin deputatı olub. Q.Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudasıdır.

  • Beynəlxalq müşahidəçi: “Heç bir mənfi halla qarşılaşmadıq”

    Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri baş tutub və buna görə Azərbaycan xalqını təbrik edirəm.

    Trend-in məlumatına görə, Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar keçirilən tədbirdə Qırğızıstandan olan beynəlxalq müşahidəçi Almazbek Batırbekov deyib.

    Onun sözlərinə görə, müşahidə apardıqları məntəqələrdə seçki prosesi zamanı heç bir qanun pozuntusuna rast gəlməyiblər:

    “Müşahidələrimiz zamanı heç bir mənfi halla qarşılaşmadıq. Mərkəzi Seçki Komissiyasının da işindən razı qaldıq. Bizi daha çox məmnun edən hal o oldu ki, MSK bütün qərarları kollegial qaydada qəbul edirdi”.

    Azərbaycanda seçkiləri müşahidə etmək üçün yaratdıqları şəraitə görə Azərbaycan hökumətinə təşəkkür edən A.Batırbekov Şamaxı və Qobustanda, eləcə də, Bakıda müşahidə apardıqlarını söyləyib.

    Seçkilərdə iştirak edən namizədlərin təxminən 20 faizinin qadın və gənclərin olduğunu müsbət məqam kimi xüsusi vurğulayan beynəlxalq müşahidəçi əlavə edib ki, qaçqın və məcburi köçkünlərin seçki prosesində iştirakı da çox qənaətbəxş idi.

  • Polşada saxtakarlıq edən azərbaycanlılar tutuldu

    Polşada Azərbaycan və Ukrayna vətəndaşı saxlanılıb.

    Polskieradio.pl-nın yaydığı xəbərə görə, saxtakarlıqla məşğul olan qrup üzvləri iki Ukrayna, iki Azərbaycan və azərbaycanlılardan birinin arvadı olan Polşa vətəndaşlarıdır.

    Onlar xarici vətəndaşlara pul müqabilində saxta sənəd hazırlamaqda kömək ediblər.

    Həmin şəxslər saxta işədüzəltmə sənədləri ilə əcnəbilərə Polşa ərazisində qalmağa şərait yaradıblar.

    Bu yolla onlar 537 xarici vətəndaşa saxta sənəd hazırlayıblar. Həmin şəxslər Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, Pakistan, İran, İraq və Qazaxıstan vətəndaşlarıdır.

  • Koronavirusa yeni yoluxma halları azalıb

    Çinin Uhan əyalətindən başqa, bütün regionlarında koronavirusa yoluxma halları artıq altıncı gündür ki, azalmağa doğru gedir.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə ÇXR dövlət səhiyyə komitəsi xəbər yayıb.

    Gündəlik məlumatlara baxanda Uhan istisna olmaqla, digər regionlarda müsbət dinamika aydın görünür. Belə ki, fevralın 3-də bütün ölkə boyu 3235 yoluxma müəyyən edilib, onlardan 890-ı Uhandan kənarda qeydə alınıb.

    Bundan sonra fevralın 4-də müvafiq olaraq 3887 və 731, fevralın 5-də 3694 və 707, fevralın 6-da 3143 və 696, fevralın 7-də 3399 və 558, fevralın 8-də 2656 və 509, fevralın 9-da 3062 və 444 göstəriciləri yeni yoluxma hallarında azalma səviyyəsini bariz şəkildə göstərir.

    Dövlət komitəsinin rəsmi nümayəndəsi Mi Feng bu cür dinamikanın xəstəliyin yayılmasının qarşısının alınmasında ümumdünya səviyyəsində tətbiq olunan ciddi tədbirlərin səmərəliliyini nümayiş etdirdiyini bildirib.

    Son məlumatlara görə, yeni növ koronavirus Çinin Uhan əyalətində artıq 871 nəfərin həyatına son qoyub, xəstəliyə yoluxanların sayı isə 29 631-ə çatıb. Ümumi olaraq 1 795 insan virusdan sağalıb.