Month: February 2020

  • Сильный ветер в Баку повалил деревья – ФОТО

    Шквалистый ветер нанес ущерб зеленым насаждениям Баку.

    Об этом Oxu.Az сообщил заведующий отделом защиты растений Хозяйственного объединения по озеленению Исполнительной власти столицы Орхан Мамедов.

    “Поступила информация о том, что ветер в Баку повалил шесть деревьев. К счастью, в результате никто не пострадал. Кроме того, у многих деревьев обломаны ветви”, – сказал О.Мамедов.

    По его словам, объединение работает в усиленном режиме.

    Граждане, столкнувшиеся с проблемой поваленных деревьев, могут сообщить об этом на “горячую линию” Хозяйственного объединения по озеленению ИВ Баку – (012) 570 73 30/440 15 34.

  • Bakıda güclü külək altı ağacı kökündən qopardı – FOTO

    Güclü külək paytaxtın 20-yə yaxın rayonunda altı ağacı kökündən qoparıb.

    Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib:

    “Əməkdaşlarımız tərəfindən şəhərin yaşıllıqları tam nəzarət altındadır. Bakının bir neçə rayonunda altı ağacın kökündən qopması ilə bağlı məlumat daxil olub. Onlardan bəziləri bərpa edilib. Bərpadan sonra inkişafını davam etdirə bilməyəcək vəziyyətdə olan ağaclar isə kəsilərək ərazidən götürülüb.

    Bundan başqa, küləyin təsirindən paytaxtın 20-yə yaxın ərazisində ağacların budaqları sınıb, əyilərək qəzalı vəziyyətə düşüb. Həmin ağacların qəzasını aradan qaldırmaq üçün müvafiq tədbirlər aparılır.

    Külək paytaxt ərazisində çox ciddi fəsadlar yaratmayıb. Xoşbəxtlikdən xəsarət alanlar olmayıb. Birliyin bütün şəxsi heyəti Bakı şəhər İcra Hakimiyyətinin xəbərdarlığına əsasən, gücləndirilmiş iş rejimində çalışır. Küləyin sürəti azalana qədər əməkdaşlarımız gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək”.

    Birlik rəsmisi vurğulayıb ki, vətəndaşlar ağac aşmaları, yaşıllıqlarla bağlı hər hansı problemlə rastlaşanda (012) 570 73 30 / 440 15 34 şəhər nömrələri vasitəsilə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin qaynar xəttinə müraciət edərək, məlumat verə bilərlər.

  • Daha 3 marşrut xətti “BakuBus”a verilib

    Ötən ilin dekabrında 11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrutlar xətləri üzrə elan olunan müsabiqə yekunlaşıb.

    Median.Az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, nəticələrə əsasən 11, 30 və 40 nömrəli müntəzəm marşrut xətləri üzrə “BakuBus” MMC qalib elan olunub.

    Qeyd edilən marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyətinin “BakuBus” MMC tərəfindən həyata keçirilməsi mərhələli şəkildə təmin oluncaq. Bununla bağlı əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.
    71 və 199 nömrəli marşrut xətləri üzrə isə daşımalar növbəti müsabiqələr keçirilənədək müvəqqəti olaraq əvvəlki daşıyıcılar tərəfindən icra ediləcək.

    “Həmçinin, bildiririk ki, sərnişindaşımada nəqliyyat xidmətləri üzrə keyfiyyət və təhlükəsizliyin artırılması məqsədilə 12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb. Daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək”, – deyə BNA-dan bildirilib.

  • İlk dəfə koronavirusdan ABŞ vətəndaşı vəfat etdi

    Çindən yayılmağa başlayan koronavirus nəticəsində ölənlərin sayı 724-ə çatıb. Yoluxma sayı isə 34 mini ötüb.
    Çinin xaricində 27 ölkədə bu xəstəliyə yoluxma halları qeydə alınıb.

    Bu gün ilk dəfə ABŞ vətəndaşı həmin virusdan ölüb.

    “New York Times” nəşrinə açıqlama edən ABŞ-ın Pekindəki səfiri Çinin Uhan şəhərində bir ABŞ vətəndaşının adıçəkilən xəstəlikdən vəfat etdiyini təsdiqləyib.

  • Впервые в Азербайджане: футбольный матч комментирует женщина

    В Премьер-лиге Азербайджана по футболу впервые представительница прекрасного пола получила возможность комментировать матч.

    Как передает Oxu.Az, наряду с Гюднузом Аббасзаде матч XVI тура между клубами “Карабах” и “Нефтчи”, который проходит в эти часы на Республиканском стадионе имени Тофика Бахрамова, комментирует Самра Алиева.

    Сегодняшний факт является значимым, так как случился впервые за историю азербайджанского футбола.

  • Azərbaycan derbisində qalib müəyyənləşməyib

    Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

    Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə iki matç keçirilib.

    Günə Sumqayıtda start verilib. Burada turnir cədvəlindəki qonşular – şəhərin eyniadlı komandası ilə “Zirə” üz-üzə gəliblər. Üç qolun vurulduğu matçda meydan sahibləri qalib gələrək 4-cü pilləyə yüksəliblər. İki qırmızı vərəqə ilə cəzalanan qonaqlar matçı 9 nəfərlə tamamlayıblar.

    Tura Azərbaycan derbisi ilə yekun vurulub. Ölkənin iki ən titullu klubu “Qarabağ”la “Neftçi”nin duelində qapılara qol vurulmayıb. Bu, iki komandanın ümumilikdə 100-cü dueli kimi tarixə düşüb.

    Qeyd edək ki, turun ilk günündə “Sabah” evdə “Qəbələ”ni 3:2, “Səbail” səfərdə “Keşlə”ni 1:0 hesabı ilə yenib.

    Azərbaycan Premyer Liqası
    XVI tur
    8 fevral (şənbə)

    “Sumqayıt” – “Zirə” – 2:1
    Qollar: Cəfərquliyev, 13, Nəcəfov, 66 – Ramazanov, 35
    Qırmızı vərəqələr: Muradov, 37, Ramazanov, 68
    Hakimlər: Orxan Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov
    “Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 46. Aleksey İsayev, 22. Sərtan Taşqın, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev
    Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 33. Ələkbər Ağayev, 2. Rail Məlikov, 14. Elvin Bədəlov, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev
    Baş məşqçi: Ayxan Abbasov
    “Zirə”: 28. Boyan Zoqoviç, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 10. Ağabala Ramazanov, 27. Adrian Skarlatake, 43. Riçard Qadze, 3. Ali Sisey, 18. Corc Anton, 11. Davit Volkov, 55. Rauf Hüseynli
    Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 33. Yovan Krneta, 23. Mfo Kqasvane, 48. Şafik Tiqrudja, 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 20. Əli Şirinov, 70. Nicat Süleymanov
    Baş məşqçi: Zaur Həşimov
    “Kapital Bank Arena”, 17:30

    “Qarabağ” – “Neftçi” – 0:0
    Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Elşad Abdullayev, Səbuhi Bayramov
    “Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 8. Markos Madera, 17. Abdullah Zubir, 9. Xayme Romero, 3. Ailton Silva, 18. İsmayıl İbrahimli
    Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 27. Kvabena Ovusu, 21. Hacıağa Hacılı, 66. Cavid Bayramov, 24. Nihad Tamazov, 71. Toral Bayramov
    Baş məşqçi: Qurban Qurbanov

    “Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 77. Donald Qerye, 88. Saman Nərimancahan, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
    Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 22. Mirabdulla Abbasov, 93. Soni Mustivar, 11. Evangelos Platellas, 28. Stiven Monroz, 55. İbrahim Əliyev, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov
    Baş məşqçi: Füzuli Məmmədov
    Tofiq Bəhramov adına Respublika stadionu, 20:00

    1 Qarabağ 16 10 5 1 25-7 35
    2 Neftçi 16 7 6 3 23-12 27
    3 Keşlə 16 7 5 4 20-14 26
    4 Sumqayıt 16 6 4 6 21-22 22
    5 Zirə 16 5 5 6 21-24 20
    6 Sabah 16 4 4 8 17-22 16
    7 Səbail 16 4 3 9 11-25 15
    8 Qəbələ 16 3 4 9 17-29 13

    Bombardirlər: Lorenzo Frutos (“Keşlə”), Peyman Babayi (“Sumqayıt”), Stiven Monroz (“Neftçi”) – 6 qol.

  • I ixtisas qrupunda 27 ixtisas ləğv edilib, 10 yeni ixtisas yaradılıb

    Azərbaycanda I ixtisas qrupunda 83 ixtisasdan 27 ixtisas ləğv edilib, 10 yeni ixtisas yaradılıb, 19 ixtisas əsasında 17 ixtisas formalaşdırılıb.

    APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

    Beləliklə, I ixtisas qrupunda Hidrogeologiya mühəndisliyi, Neft-qaz qurğuları mühəndisliyi, İstilik energetikası mühəndisliyi, Enerji maşınqayırması mühəndisliyi, Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi, Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi, Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi, Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi, Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, Texnoloji maşın və avadanlıqlar mühəndisliyi, Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi, Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi, Çoxişlənən malların texnologiyası mühəndisliyi, İstehlak mallarının ekspertizası və marketinqi, Poliqrafiya mühəndisliyi, Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi, Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, Biotibbi texnologiya mühəndisliyi, Ekologiya mühəndisliyi, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri, Xüsusi təyinatlı texnika və sistemlər, Kosmik texnologiyalar mühəndisliyi, Kosmik texnika mühəndisliyi, Kosmik idarəetmə sistemləri mühəndisliyi, Geodeziya və xəritəçilik mühəndisliyi ixtisasları siyahıdan çıxarılıb.

    I ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Aerokosmik mühəndislik, Aviasiya təhlükəsizliyi mühəndisliyi, Geomatika və geodeziya mühəndisliyi, Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, Kommunikasiya sistemləri mühəndisliyi, Mühəndis fizikası, Nəqliyyat mühəndisliyi, Radiotexnika və telekommunikasiya mühəndisliyi, Hərbi rabitə vasitələri mühəndisliyi, Sərhəd təhlükəsizliyi və idarəetmə yer alıb.

    Materialşünaslıq mühəndisliyi, Geologiya mühəndisliyi, Geofizika mühəndisliyi, Dağ-mədən mühəndisliyi, Elektroenergetika mühəndisliyi, Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi, Cihazqayırma mühəndisliyi, Elektrik mühəndisliyi, Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi, Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, Qida məhsulları mühəndisliyi, Zootexniklik, Balıqçılıq və balıqçılıq təsərrüfatı işi, Optotexnika, Pirotexniki vasitələrin texnologiyası, Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı, Silah və silah sistemlərinin istehsal texnologiyası, Yer quruluşu, torpaq və şəhər kadastrı, Sistem mühəndisliyi ixtisasları əsasında Materiallar mühəndisliyi, Geologiya və geofizika mühəndisliyi, Mədən mühəndisliyi, Energetika mühəndisliyi, Hava nəqliyyatının hərəkətinin təşkili, Cihaz mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Meliorasiya mühəndisliyi, Qida mühəndisliyi, Zoomühəndislik, Balıqçılıq, Optotexnika mühəndisliyi, Pirotexniki və partladıcı vasitələr mühəndisliyi, Hərbi kompozisiya materialları mühəndisliyi, Silah və silah sistemləri mühəndisliyi, Yerquruluşu və daşınmaz əmlakın kadastrı, Sistemlər mühəndisliyi ixtisasları formalaşdırılıb.

    Beləliklə, son dəyişiklikdən sonra V ixtisas qrupuna aşağıdakı 64 ixtisas daxildir:

    1. Fizika müəllimliyi

    2. İnformatika müəllimliyi

    3. Riyaziyyat müəllimliyi

    4. Riyaziyyat və informatika müəllimliyi

    5. Texnologiya müəllimliyi

    6. Fizika

    7. Geologiya

    8. Kompüter elmləri

    9. Mexanika

    10. Riyaziyyat

    11. Aerokosmik mühəndislik

    12. Aqromühəndislik

    13. Aviasiya təhlükəsizliyi mühəndisliyi

    14. Cihaz mühəndisliyi

    15. Dəniz naviqasiyası mühəndisliyi

    16. Ekologiya mühəndisliyi

    17. Elektrik və elektronika mühəndisliyi

    18. Energetika mühəndisliyi

    19. Gəmi energetik qurğularının istismarı mühəndisliyi

    20. Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

    21. Geologiya və geofizika mühəndisliyi

    22. Geomatika və geodeziya mühəndisliyi

    23. Hava nəqliyyatının hərəkətinin təşkili

    24. Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

    25. İnformasiya təhlükəsizliyi

    26. İnformasiya texnologiyaları

    27. İnşaat mühəndisliyi

    28. Kimya mühəndisliyi

    29. Kommunikasiya sistemləri mühəndisliyi

    30. Kompüter mühəndisliyi

    31. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

    32. Maşın mühəndisliyi

    33. Materiallar mühəndisliyi

    34. Mədən mühəndisliyi

    35. Meliorasiya mühəndisliyi

    36. Memarlıq*

    37. Metallurgiya mühəndisliyi

    38. Mexanika mühəndisliyi

    39. Mexatronika və robototexnika mühəndisliyi

    40. Mühəndis fizikası

    41. Neft- qaz mühəndisliyi

    42. Nəqliyyat mühəndisliyi

    43. Nəqliyyat tikintisi mühəndisliyi

    44. Proseslərin avtomatlaşdırılması mühəndisliyi

    45. Qida mühəndisliyi

    46. Radiotexnika və telekommunikasiya mühəndisliyi

    47. Şəhərsalma

    48. Sənaye mühəndisliyi

    49. Uçuş mühəndisliyi

    50. Yanğın təhlükəsizliyi mühəndisliyi

    51. Aqronomluq

    52. Balıqçılıq

    53. Meşəçilik

    54. Şərabçılıq

    55. Torpaqşünaslıq və aqrokimya

    56. Yerquruluşu və daşınmaz əmlakın kadastrı

    57. Zoomühəndislik

    58. Hərbi kompozisiya materialları mühəndisliyi

    59. Hərbi rabitə vasitələri mühəndisliyi

    60. Optotexnika mühəndisliyi

    61. Pirotexniki və partladıcı vasitələr mühəndisliyi

    62. Sərhəd təhlükəsizliyi və idarəetmə

    63. Silah və silah sistemləri mühəndisliyi

    64. Sistemlər mühəndisliyi

  • В Таиланде военнослужащий убил 20, взял в заложники 16 человек – ОБНОВЛЕНО-2 – ВИДЕО

    В Таиланде спецназ приступил к штурму торгового центра, в котором удерживаются 16 заложников.

    Как сообщает Median.Az со ссылкой на РИА Новости, подробностях операции ничего не сообщается.

    Отметим, число жертв в результате стрельбы военнослужащего по мирным гражданам в Таиланде достигло 20. Преступник удерживает в заложниках 16 человек на четвертом этаже ТЦ «Terminal-21».

    ***

    Число погибших в результате стрельбы ваоеннослужащего по мирным гражданам в Таиланде достигло 20.

    Как сообщает Median.Az со ссылкой на Reuters, рядовой удерживает в заложниках 16 человек.

    ***

    Рядовой одной из частей таиландских сухопутных войск устроил стрельбу на улицах города Накхон Ратчасима (другое название — Корат), сообщает сайт газеты “Тхаи Рат” со ссылкой на местную полицию.

    Об этом Median.Az сообщает со ссылкой на РИА Новости.

    По последним данным, погибли не менее 17 человек, ранены 14.

    По данным издания, солдат угнал в своей части, расположенной неподалеку, военный внедорожник HamVee, и проехал на нем по городу, периодически открывая огонь из автоматической винтовки. У одного из торговых центров он остановился и начал стрелять по посетителям, а затем скрылся.

    Как передает таиландское новостное агентство TNA, сейчас он скрывается на четвертом этаже торгового центра Terminal 21 и удерживает 16 заложников. Торговый центр окружен полицией, движение в этом районе полностью перекрыто.

    По данным телеканала Thai PBS, перед тем как войти в ТЦ, военнослужащий выстрелил по нему из гранатомета. Взрывом гранаты были убиты и ранены несколько человек, на первом этаже начался пожар.

    Местные СМИ сообщают, что солдат транслировал стрельбу в Facebook. Газета Bangkok Post отмечает, что он сделал селфи с автоматом в руках, но через некоторое время его страницу удалили.

    По сведениям издания Khaosod, стрелка удалось идентифицировать — это старший сержант Чакрапхан Тхомма.

    Как пишет издание, во время трансляции он заявил, что у него произошла судорога, и спрашивал, не следует ли ему сдаться. Стрелок также говорил, что устал и “больше не может пошевелить пальцем”.

    Накхон Ратчасима (Корат) — третий по величине город Таиланда, столица северо-восточного региона. Здесь расположены промышленные предприятия, в том числе по производству автомобилей и переработке сельхозпродукции. В самом городе туристических объектов нет, однако неподалеку расположен государственный заповедник Кхао Яй, который часто посещают туристы.

    ***

    В городе Накхонратчасима на северо-востоке Таиланда военнослужащий устроил стрельбу, в результате которой погибли 15 человек.

    Об этом Median.Az сообщает со ссылкой на ТАСС.

    Также он удерживает 16 заложников на четвертом этаже торгового центра “Терминал-21”. Об этом в субботу сообщило Таиландское агентство новостей.

    Как пишет газета Khaosod, сотрудники правоохранительных органов совместно с армией проводят операцию по поимке преступника. Представитель полиции посоветовал общественности покинуть место происшествия, оставаться в помещении и следовать указаниям сотрудников служб безопасности.

    Мотивы нападавшего остаются неясными. По информации газеты, солдат отправил несколько бессвязных сообщений перед нападением с критикой в адрес коррупционеров.

    Ранее сообщалось, что нападавшим оказался военнослужащий армии Таиланда капрал Чакрапант Тхомма. Он застрелил своего командира и двух человек в военном лагере, затем скрылся на похищенном автомобиле. По пути к ТЦ злоумышленник обстрелял мирных жителей.

    Он вел трансляцию своих действий через Facebook, спустя некоторое время его страница была заблокирована.

    ***

    Военнослужащий в Таиланде устроил стрельбу в городе Накхон Ратчасима на северо-востоке страны.

    Об этом Median.Az сообщает со ссылкой на РИА Новости.

    Как пишет местная газета Khaosod, погибли не менее 12 человек, много раненых.

    Как отмечает газета, военнослужащий открыл огонь по покупателям в местном торговом центре. Другие подробности пока не приводятся.

  • Bakıda yol qəzası tıxaca səbəb oldu

    Bakıda yol qəzası baş verib.

    “Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

    Babək prospektində hərəkətdə olan minik avtomobili arxadan digər avtomobilə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

    Qəza ilə əlaqədar prospektdə tıxac yaranıb.

  • Məşhur Hollivud aktyoru faciəvi şəkildə vəfat edib

    Məşhur ABŞ teatr və kino aktyoru, komik Orson Bin vəfat edib. CBS-in məlumatına görə, aktyorun ölüm səbəbi maşın vurmasıdır.

    Məlumatda bildirilir ki, 91 yaşlı aktyor Los-Ancelesin Venis rayonunda – hadisə yerində vəfat edib.

    Bin ömrü boyu yüzə qədər film və seriala çəkilib. Onların arasında “Qətlin anatomiyası”, “Mən sizin ananızla necə tanış oldum”, “Con Malkoviç olmaq”, “Daxili məkan” kimi ekran əsərləri var.