
Goranboy rayonunda zəhərlənmə hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Tapqaraqoyunlu kəndində qeydə alınıb.
1960-cı il təvəllüdlü kənd sakini Faiq Əzizov dəm qazından zəhərlənib. Zəhərlənən şəxs xəstəxanaya yerləşdirilib.

Goranboy rayonunda zəhərlənmə hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Tapqaraqoyunlu kəndində qeydə alınıb.
1960-cı il təvəllüdlü kənd sakini Faiq Əzizov dəm qazından zəhərlənib. Zəhərlənən şəxs xəstəxanaya yerləşdirilib.

В связи с выборами в Милли Меджлис в субботу, 8 февраля в 08:00, в Азербайджане наступил день тишины.
Согласно Избирательному кодексу АР, в день выборов и за день до него, т.е., в день тишины, запрещается проводить какую-либо предвыборную агитацию, организовывать митинги.
Внеочередные парламентские выборы состоятся в стране 9 февраля.

Bu gün saat 08:00-dan etibarən Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyası başa çatıb.
Seçki Məcəlləsinin 75-ci maddəsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.
Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçkiqabağı təşviqat materialları səsvermə günü yığışdırılır.
Xatırladaq ki, deputatlığa namizədlərin təşviqatına yanvarın 17-də start verilib.
Qeyd edək ki, fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
/oxu.az/

В Низаминском районе Баку произошло дорожно-транспортное происшествие.
Как передаёт Median.Az со ссылкой на oxu.az, инцидент зафиксирован рядом со станцией метро “Халглар достлугу”.
Пассажирский автобус № 30 сбил Хатеми Ильгара Мадат оглу 1970 года рождения, который переходил дорогу.
Пешеход, находившийся в нетрезвом состоянии, госпитализирован в Городскую клиническую больницу №3. Ему диагностировали перелом ноги.
По факту ведется расследование.

Paytaxtın Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına əsasən, qəza “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında qeydə alınıb.
30 saylı marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu sərxoş vəziyyətdə yolu keçən 1970-ci il təvəllüdlü Hətəmi İlqar Mədət oğlunu vurub.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona ayağın sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

Desktop kompüterlərdən yazışmağa imkan verən “WhatsApp” tətbiqində son vaxtlara qədər ciddi bir zəiflik vardı.
Belə bir qərara “PerimeterX” şirkətindən olan tədqiqatçılar apardıqları araşdırmalar nəticəsində gəliblər.
Məlum olub ki, bu zəiflik həm “Windows”, həm də “macOS”lərin “WhatsApp”ında müşahidə olunub. Cinayətkarlar “jаvascript” kodunu ismarışla göndərərək, kompüterdə fayllara uzaqdan daxil ola, mesajlarda mətni dəyişdirə və ya zərərli proqram quraşdıra bilərdilər.
Tətbiqi hazırlayanlar bu zəiflikləri ehtiva edən “Chromium” sürgüsünün köhnəlmiş versiyasını istifadə etdiklərinə görə kompüterlərdə “WhatsApp” istifadəçiləri müdafiəsiz qalıblar.
Bir müddət əvvəl isə “VKontakte” və “Telegram” mesencerinin həmtəsisçisi Pavel Durov “WhatsApp”ın “casusluq” etdiyinə əmin olduğunu bildirmişdi. Onun fikrincə, “Facebook”a məxsus servisi işləyib hazırlayanlar qəsdən ona “backdoor” əlavə edirlər ki, istifadəçiləri izləyə bilsinlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhan Qebreyesus dünyada fərdi mühafizə vasitələrinin ehtiyatlarının yaxın 4-6 ay müddətinə tükəndiyini bildirib.
Bu barədə onun ÜST-nin saytında yerləşdirilən bəyanatında deyilir.
O qeyd edib ki, maska və respiratorlara tələbat 100 dəfə artıb ki, bu da onların qiymətinin 20 dəfə qalxmasına səbəb olub.
“Müdafiə vasitələrindən pasiyentlərə qulluq etməyənlərin düzgün istifadə etməməsi də vəziyyəti ağırlaşdırır”, – deyə o bildirib.
ÜST rəhbəri qeyd edib ki, bu vəsaitin çatışmadığı bir vəziyyətdə, maskalarla ilk növbədə səhiyyə işçiləri, ikinci növbədə xəstələr və onlara qulluq edənlər təmin olunmalıdırlar.
Qeyd edək ki, fevralın 7-nə olan məlumata görə, Çində baş qaldıran koronavirusa yoluxmuş insanların sayı 31 min nəfəri ötüb, 600-dən çox insan həlak olub, 1764 nəfər xəstəni isə sağaltmaq mümkün olub.

Avstraliyada yağan yağışlar yanğının xeyli azalmasına səbəb olub.
“Anadolu Ajansı”nın verdiyi məlumata görə, Avstraliyada yağan aramsız yağışlar nəticəsində yanğının üçdə biri azalıb.
Xəbərdə bildirilir ki, Yeni Cənub Uels (NSW) əyalətində dünəndən başlanan aramsız yağışlar aylarla davam edən 62 yanğından 20-ni söndürüb.
17-si nəzarətsiz olmaqla 42 ərazidə yanğın hələ də davam edir.
Avstraliya Meteorologiya Bürosu həftə ərzində yağışların davam edəcəyini bildirib.
Bu yağışların yanğınsöndürənlərin işini yüngülləşdirməsinə kömək edəcəyinə ümid bəslənilir.
Xatırladaq ki, Yeni Cənub Uels əyalətində sentyabr ayından başlanan meşə yanğınları Quinsland, Viktoriya və Cənubi Avstraliya əyalətlərinə də təsirsiz ötüşməyib.
11 milyon hektardan çox ərazini əhatə edən təbii fəlakət nəticəsində 33 insan, 500 milyon heyvan ölüb, 3000 ev yanaraq kül olub.
Bu saata olan məlumata görə rayonlarda artıq havada dəyişiklik qeydə alınır.
“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyeva deyib.
Qərb küləyi Daşkəsəndə 28 m/s, Salyanda 23 m/s, Tovuzda 24 m/s, Ter-terde 23 m/s, Naftalan, Ağstafada 20 m/s, Astarada 18 m/s, Göytəpədə 17 m/s, Şekide 15 m/s-dek güclənib. Göy-Göldə, Balakəndə, Gədəbəydə, Gəncədə, Zaqatalada, Ağstafada, Sarıbaşda, Şəmkirdə yağış yağır. Daşkəsəndə qar başlayıb. Soyuq hava kütlələrinin ölkə ərazisinə tədricən daxil olması müşahidə edilir.

Abşeron rayonunun Bakı-Şamaxı yolunun 4-cü kilometrində, “Mekkalon” adlanan ərazidə yeraltı və yerüstü piyada keçidinin olmaması sakinlərin haqlı narazılığına səbəb olub.
Belə ki, yüzlərlə şagirdin oxuduğu 6 nömrəli Xırdalan məktəbinin şagirdləri də daxil olmaqla yoldan keçən hər kəs burada can verməmək üçün avtomobillərlə ölüm-qalım mübarizəsi aparır.
Bəzən isə bədbəxt hadisələr qaçılmaz olur. Belə ki, ötən il ərzində burada bir neçə nəfər avtomobil vurması nəticəsində həyatını itirib. Çəkiliş etdiyimiz müddətə müsahiblərimizdən biri mikrofon önünə keçərək bildirdi ki, bir müddət əvvəl yolu keçmək istəyən həyat yoldaşını burada avtomobil vuraraq öldürüb.
Mövcud problemlə bağlı ərazidə yaşayanlar və hər gün məktəbə şagird gətirən valideynlər iki ay əvvəl kütləvi şəkildə toplanaraq keçidin tikilməsi ilə bağlı etiraz ediblər. Əraziyə gələn rayon icra nümayəndələri isə keçidin tikilməsi ilə bağlı məsələ qaldıracaqlarını bildiriblər.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin məsləhətçisi Seymur Qasımov bildirirdi ki, sözügedən yerdə yeraltı və ya yerüstü piyada keçidinin inşası ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə məlumat göndərilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə qeyd edilən ərazidə piyada keçidinin inşası ilə bağlı hələ ki maliyyə ayrılmadığını bildirdi.