
В Баку без вести пропала 73-летняя женщина.
Как передаёт Median.Az со ссылкой на oxu.az, Валентина Николаевна Пуренкова, проживающая в Хатаинском районе, 5 февраля вечером вышла из дома и не вернулась.
По данному факту проводится расследование.

В Баку без вести пропала 73-летняя женщина.
Как передаёт Median.Az со ссылкой на oxu.az, Валентина Николаевна Пуренкова, проживающая в Хатаинском районе, 5 февраля вечером вышла из дома и не вернулась.
По данному факту проводится расследование.

Bakıda 73 yaşlı qadın itkin düşüb.
Fevral ayının 5-i axşam saatlarında paytaxtın Xətai rayonu, A.Novruzov küçəsində yaşayan 1947-ci il təvəllüdlü Valentina Nikolayevna Purenkova evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.

По данным на 12:00 восьмого февраля в Халтане, Хыналыге, Гырызе, Сарыбаше (Гах), Агдере (Ордубад), Гедабее, Дашкесане выпало 1-6 мм снега. Высота снежного покрова составила 2-36 сантиметров.
Об этом говорится в сообщении Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.
8 февраля температура воздуха в сравнении с предыдущим днем понизилась на 18 градусов.
“Резкое изменение погодных условий связано с проникновением на территорию страны арктических воздушных масс. Если в пятницу максимальная (дневная) температура воздуха в столице составила 22-25 градусов тепла, то сегодня утром она была равна всего 7 градусам тепла”, – отмечается в пресс-релизе.
Максимальная температура воздуха в феврале за всю историю метеонаблюдений наблюдалась в Баку в 2002 году. Тогда она составила 23 градуса тепла.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava ilə bağlı məlumat yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 7-də axşam soyuq arktik hava cərəyanlarının Aralıq dənizi və Türkiyədən ölkə ərazisinə tədricən yayılması nəticəsində hava şəraiti dəyişib.
Havanın temperaturu ötən günlə müqayisədə 18 dərəcə aşağı enib. Əgər dünən paytaxtda 22-25 dərəcə isti olubsa, (bütün meteoroloji müşahidələrə görə 2002-ci ildə son dəfə 23 dərəcə olub) fevralın 8-də səhər saatlarında 7 dərəcə isti qeydə alınıb.
12:00-a olan məlumata görə fevralın 08-i səhərədək Xaltan, Qırızda, Sarıbaşda 6 mm, Xınalıqda 5 mm, Ağdərədə 4 mm, Gədəbəydə 2 mm, Daşkəsəndə 1 mm miqdarında qar yağıb. Qar örtüyünün hündürlüyü Ağdərədə 36 sm, Sarıbaşda (Qax) 21 sm, Qrızda 13 sm, Xınalıqda 12 sm, Xaltanda 2 sm olub.
Qubada 9 mm, Ordubadda 7 mm, Qusar 6 mm, Göygöldə 5 mm, İsmayıllı, Kürdəmir, Lerikdə 4 mm, Naxçıvan, Şahbuz, Şamaxı, Beyləqan, Kişçay (Şəki), Şabranda 3 mm, Ağdam, Balakən, Qəbələ, Zaqatala, Altıağac, Tərtər, Bərdə, Göyçay, Zərdab, İmişli, Ağsuda 2 mm, Bakı, Sumqayıt, Şərur, Ağstafa, Mərəzə, Şəki, Gəncə, Mingəçevir, Sabirabad, Neftçala, Cəfərxanda 1 mm yağış qeydə alınıb.
Qərb küləyi arabir Daşkəsəndə 28 m/s, Tovuzda 24 m/s, Salyan, Tərtərdə 23 m/s, Naftalan, Ağstafa, Bərdədə 20 m/s, Astara, Qrızda 18 m/s, Hacıqabulda 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 16-20 m/s, arabir 23 m/s-dək güclənib.
Gözlənildiyi kimi, fevralın 8-də proses davam edərək, ayın 9-u və 10-da daha da əlverişsiz və kəskin olacaq, havanın temperaturu 0-a yaxınlaşacaq, gecə isə 1-4 dərəcə şaxta olacaq, yağış sulu qara, qara keçəcək, külək daha güclü olacaq.

Azərbaycanda qış turizmi deyəndə yada düşən ilk məkanlardan biri “Şahdağ Turizm Mərkəzi”dir. 2009-cu ildə dövlət büdcəsi hesabına əsası qoyulan və 2011-ci ildən istifadəyə verilən “Şahdağ Turizm Mərkəzi” büdcədən dotasiya alır.
Mərkəz 2018-ci ili 27,47 milyon manat zərərlə başa vurub. 2019-cu ildə isə ziyanı təyin edən rəqəmlər bir qədər də artıb.
Nəzərə alsaq ki, daxili turlardan da bu məkana gələnlər kifayət qədərdir, o zaman sual yaranır: Mərkəz özünü niyə maliyyələşdirə bilmir?
Ekspertlər hesab edir ki, təşkil olunan turlar zamanı ərazidə qidalanma baha olduğundan gələnlərin böyük əksəriyyəti yaxınlıqda olan digər restoranlara üz tuturlar.
Əgər turist kanat və xizəyi birgə götürmək istəsə bu, ona 45-50 manata başa gələcək.
Otellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi deyir ki, xarici ölkələrdə də xizək turizmini təklif edən mərkəzlərin qiymətləri ucuz deyil.
“Ancaq bizdə bir qədər də çəçivədən çıxıblar. Çünki bizə də şikayətlər daxil olur ki, 30 qəpiklik suyu 4 manata satırlar. Belə kurortların ətrafında daha kiçik yerləşmə məntəqələri yaradılmalıdır. Yeləşmə və qida xərclərini azaltsaq, heç olmasa bura təşkil olunan turların qiymətində fərqlilik görə bilərik” – deyə S.Dübəndi bildirib.
Nizamnamə kapitalı 546,776 milyon manat olan turizim mərkəzinə dəstək üçün dövlətin subsidiya verməsi yaxşı haldır. Ammaq kommersiya xarakterli qurumun özünü maliyyələşdirməyə gücü çatmirsa, deməli müəyyən işlərin görülməsinə ehtiyac var.

Fevralın 9-da Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Səsvermə fevralın 9-da saat 08:00-dən 19:00-a qədər davam edəcək.
Oxu.az səsvermənin təşkili ilə bağlı məsələlərə nəzər yetirib.
Seçki Məcəlləsinin 98-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə qurumu məntəqə seçki komissiyasına əvəzsiz olaraq səsvermə otağı ayırır.
Səsvermə otağına qutu, kabinə, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulmalıdır. Əşyalar elə yerləşdirilməlidir ki, seçicilərin səs verərkən rahat hərəkət etmələrinə mane olmasın.
Səsvermə otağında namizədlər, eləcə də bülletenlərin doldurulması qaydaları haqqında məlumatların göstərilməsi məqsədi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) müəyyən etdiyi formada məlumat lövhələri yerləşdirilməlidir.
Lövhə elə yerləşdirilməlidir ki, seçicilər materialları sərbəst oxuya bilsinlər. Seçki bülletenlərinin nümunələrində qeydə alınmış namizədlərin adlarından istifadə edilə bilməz. Lövhədə cinayət və inzibati qanunvericilikdən vətəndaşların seçki hüquqlarının pozulmasına görə, məsuliyyət müəyyənləşdirən məlumatlar olmalıdır.
Səsvermənin yekununa aid böyüdülmüş protokol nümunələri asılmalıdır. Bu, səsvermə başlandığı andan səsvermə otağında yekunlar barədə məlumatları göstərmək üçündür.
Səsvermə otağı elə təşkil edilməlidir ki, seçki bülletenlərinin verildiyi yer, kabinələr, səsvermə üçün digər yerlər, qutular məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər tərəfindən sərbəst görünə bilsin.
Seçki Məcəlləsinin 99-cu maddəsi isə seçki bülletenləri ilə əlaqədardır. Seçki bülletenlərində namizədlərin soyadları əlifba sırası ilə yerləşdirilir.
Hər bir seçki bülleteni MSK-nın müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir. Onun doldurulması qaydası haqqında izahat verilməlidir. Nömrə seçki bülleteninin kəsilən küncündə yerləşdirilir.
Qeyd edək ki, hazırlanmış seçki bülletenlərinin sayı müvafiq seçki dairəsində qeydə alınmış seçicilərin sayından ən çoxu 3 faiz artıq ola bilər.
Məntəqə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin sayı seçki bülletenlərinin verildiyi günədək seçki məntəqəsi üzrə siyahıya daxil edilmiş seçicilərin sayının 90 faizindən az, 0,5 faizindən isə artıq ola bilməz.
Səsvermə vaxtı başa çatdıqdan sonra dairə seçki komissiyasında qalan istifadə edilməmiş seçki bülletenləri ləğv edilir. Bu barədə dairə seçki komissiyası akt tərtib edir.
Seçki komissiyalarının üzvləri, müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər və onların səlahiyyətli nümayəndələri, yaxud onların vəkil edilmiş şəxsləri, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri seçki komissiyasının iclaslarını, habelə səslərin hesablanmasını müşahidə edə bilərlər.
Onlar məntəqə və dairə seçki komissiyalarında seçki bülletenləri, seçici siyahıları və səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri ilə, eyni zamanda prosesin nəticələri və yekunları haqqında protokollarla müvafiq işin aparılmasını müşahidə etmək hüququna malikdirlər.
Həmçinin, dairə və məntəqə seçki komissiyalarının qərarlarının və digər seçki sənədlərinin (seçici siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələri istisna olmaqla) surətlərini almaq, seçki komissiyalarında digər seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək hüququna malikdirlər.
Ləğv edilmiş seçki bülletenləri komissiyanın digər sənədləri ilə birlikdə seçki komissiyasının katibində saxlanılır.
Qeyd edək ki, 125 seçki dairəsi üzrə 1314 deputatlığa namizəd hakimiyyətin qanunverici qanadında təmsil olunmaq uğrunda mübarizə aparır.

Baku TV yeni layihəyə start verib.
“Qara bəxtim” adlanan layihənin ilk qəhəmanı Xamis adlı oğlan olub.
Doqquz yaşlı Xamis öz anası ilə birgə “Köhnə Sovetski” adlanan ərazidə yaşayır. Hər kəs onun əcnəbi olduğunu sansa da, o özünü əsl azərbaycanlı hesab edir.
Müxtəlif işlərdə çalışan Xamis yaşının az olduğu üçün işə götürülmədiyini bildirib. Hazırda azyaşlı oğlan avtomobilləri park etməyə kömək etməklə pul qazanır. Pulu isə öz əyləncəsi üçün yox, anasının müalicəsinə xərcləyir.
“Anam sağalıb mənimlə futbol oynasa, o zaman, mən dünyanın ən xoşbəxt uşağı olacam”, – deyə balaca qəhrəman bildirir. Onun ən böyük arzusu anasını sağlam görməkdir.
Xamisin anası Firəngiz xanım illər öncə bəhreynli bir nəfərlə tanış olur və həmin ölkəyə gedir. Dörd il sonra həyat yoldaşını avtomobil qəzasında itirir və Azərbaycana qayıdır. Burada isə balaca oğlu ilə çətin şəraitdə yaşamağa məhkum olur.
Yaşadıqları ev şəraitsizdir və mavi yanacaqla təchiz olunmayıb. İsti suyu belə qonşulardan götürürlər. Ancaq bütün bu çətinliklərə baxmayaraq, Xamis dərslərini oxuyur, həyata uyğunlaşmağa çalışır və gələcəyə ümidlə baxır.
/oxu.az/


Резкое похолодание в Азербайджане продлится два дня.
Как передаёт Median.Az, об этом oxu.az директор Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов Умайра Тагиева.
Погода начала меняться с вечера минувшего дня, отметила глава департамента.
“Как и прогнозировалось, с вечера седьмого февраля с севера-запада на территорию Азербайджана вторглись холодные воздушные массы. Температура воздуха понизилась на 18 градусов по сравнению со вчерашним днем.
По данным на утро восьмого февраля, температура воздуха в Баку составила семь градусов тепла. Во многих районах Азербайджана идут дожди, в горах выпал снег.
Однако девятого и 10 февраля ожидается резкое похолодание.Температура воздуха приблизится к нулю. В ночь с девятого на 10 и с 10 на 11 февраля температура воздуха в Азербайджане, по прогнозам, составит один-четыре градуса мороза. В Баку и на Абшеронском полуострове дождь сменится мокрым снегом, будет дуть сильный северо-западный ветер”, – сказала У.Тагиева.

Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi iki gün davam edəcək.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyeva bildirib.
Direktor qeyd edib ki, hava şəraitinin dəyişməsi ötən gün axşam saatlarında başlayıb:
“Gözlənildiyi kimi, fevral ayının 7-də axşam saatlarından başlayaraq şimal-qərbdən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində havada dəyişiklik müşahidə olunur. Ötən günlə müqayisədə, havanın temperaturu kəskin – 18 dərəcə aşağı enib.
Bu gün səhər saatlarına olan məlumata görə, paytaxtda yeddi dərəcə isti müşahidə olunur. Respublikanın bir çox rayonlarında yağış, dağlıq ərazilərdə qar yağıb. Bu gün ərzində əlverişsiz hava şəraiti davam edəcək.
Lakin fevralın 9 və 10-da kəskin soyuq hava şəraiti müşahidə ediləcək. Havanın temperaturu sıfır dərəcəyə yaxınlaşacaq. Fevralın 9-dan 10-na və 10-dan 11-nə keçən gecə səhər saatlarında ölkə ərazisində 1-4 dərəcə şaxta olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında yağış sulu qara keçəcək. Eyni zamanda, güclü şimal-qərb küləyi əsəcək”.

Bu gün İraq və Suriyada 27 minə qədər xarici ölkələrdən gələn terrorçu var.
Bu barədə BMT Baş katibinin terrorla mübarizə üzrə müavini Vladimir Voronkov məlumat verib.
V.Voronkov bildirib ki, İŞİD terror təşkilatı 2019-cu ildə Suriyada öz dayaqlarını itirib və Əbu Bəkr əl-Bağdadinin ölümündən sonra qruplaşmanın rəhbərliyində dəyişiklik baş verib.
Diplomat, bununla belə, İŞİD-in transmilli terror təhlükəsinin əsasını təşkil etdiyini söyləyib.
V.Voronkov əlavə edib ki, hazırda İraq və Suriya ərazisində 20-27 min arası kənardan gələn terrorçu var və onlar yaxın və uzaq gələcəkdə təhlükə mənbəyi olaraq qalır.