Month: February 2020

  • ЦИК предупредил кандидатов в связи с «днем тишины»

    «Если лица, кандидатуры которых зарегистрированы, будут проводить предвыборную кампанию в «день тишины», то ЦИК примет соответствующие меры в их отношении в рамках закона».

    Об этом АПА сказал заместитель председателя Центральной избирательной комиссии (ЦИК) Ровзат Гасымов.

    Он выразил надежду на то, что не будет кандидатов, стремящихся проводить предвыборную агитацию в «день тишины».

    «В случае выявления таких фактов, серьезных нарушений закона и их подтверждения в результате расследования, избирательные комиссии предпримут все юридические шаги на основании Избирательного кодекса», – подчеркнул Р.Гасымов.

    Отметим, внеочередные парламентские выборы будут проведены в Азербайджане 9 февраля. 8 февраля в стране «день тишины», с 08:00 предвыборная кампания будет прекращена.

  • Quba-Qusar yolunda turistlərin olduğu avtomobil aşıb, 5 nəfər xəsarət alıb

    Quba-Qusar yolunda yol nəqliyyat-qəzasında baş verib.

    APA-nın məlumatına görə, içərisində ərəb turistlərin olduğu “Mercedes Vita” markalı avtomobil yoldan çıxaraq aşıb.

    Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon xəstəxanasına gətirilib.

    İlkin tibbi yardımdan sonra onlar Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılacaq.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda metroda özünü qatarın altına atan şəxsin kimliyi məlum olub – YENİLƏNİB

    Bakıda metronun “Nərimanov” stansiyasında özünü qatarın altına atan şəxsin kimliyi məlum olub.

    APA xəbər verir ki, həmin şəxs 1988-ci il təvəllüdlü Şükürov Tural Sahib oğludur.

    O, 1 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

    ***

    Metronun “Nərimanov” stansiyasında bir nəfər özünü qatarın altına atıb.

    “Bakı Metropoliteni”ndən APA-ya verilən xəbərə görə, maşinist cəld tərpənərək qatarı saxlaya bilib.

    Dərhal gərginlik xətdən ayrılıb.

    Özünü qatarın altına atan 32 yaşlı gənc yüngül xəsarət alıb.

    Hadisə nəticəsində qatarların hərəkətində 10 dəqiqə gecikmə olub.

    Hazırda polis gəncin özünü qatarın altına atması səbəbini aydınlaşdırır.

    “Bakı Metropoliteni”ndən o da bildirilib ki, qatarların hərəkətində hər hansı bir texniki problemin yaranması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.

  • MSK “sükut günü” ilə bağlı namizədlərə xəbərdarlıq edib

    “Deputatlığa namizədliyi qeydə alınmış şəxslər “sükut günü” seçkiqabağı təşviqat kampaniyası ilə məşğul olsa, həmin şəxslərlə bağlı MSK tərəfindən qanuna müvafiq addımlar atılacaq”.

    Bunu APA-ya açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

    R. Qasımov bildirib ki, “sükut günü” təşviqat imkanlarından istifadə etmək istəyənlərin olmayacağına ümid edir.

    “Bu cür hallar aşkarlanarsa, ciddi şəkildə qanun pozuntuları müşahidə edilərsə və araşdırma nəticəsində bunlar sübut olunarsa, seçki komissiyaları Seçki Məcəlləsi əsasında lazım olan bütün hüquqi addımları atacaq”, – deyə o vurğulayıb.

    Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək. Fevralın 8-i ölkədə “sükut günü”dür, təşviqat kampaniyası saat 08.00-dan dayandırılacaq.

  • Премьер-министр внес изменения в правила приема в вузы

    Кабинет министров внес изменения в правила приема студентов в вузы Азербайджанской Республики.

    Как сообщает Oxu.Az, премьер-министр Али Асадов подписал соответствующее решение.

    Согласно документу, “группы специальностей и специальности” утверждены в новой редакции и изменения в основном касаются специальностей, требующих экзамена по выявлению способностей.

  • Siqareti söndürməməyi Bakı sakininin ölümünə səbəb oldu

    Bakının Binəqədi rayonunda bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

    Bu barədə Oxu.Az-a rayon polis şöbəsindən məlumat daxil olub.

    Hələlik, 6 fevral saat 04:50 radələrində Binəqədi qəsəbəsində yaşayan 50 yaşlı Zeynalov Nizami Arifşah oğlunun öz yatağında ölmüş vəziyyətdə tapıldığı məlumdur.

    İlkin məlumatlara görə, o, yatmazdan əvvəl siqaret çəkib, lakin yatağın yanında olan kül qabındakı siqaretin kötüyünü tamamilə söndürməyib.

    Nəticədə yorğan tüstülənməyə başlayıb və Zeynalov yuxuda ikən tüstüdən boğularaq ölüb.

    Faktla bağlı istintaq davam edir.

  • Порывистый ветер привел к последствиям в Губе

    Порывистый ветер привел к последствиям в Губе.

    Как передает Oxu.Az, шквалистый ветер сорвал крышу и окна административного здания в селе Будуг Губинского района Азербайджана.

    Жители села сообщили, что в этом здании находятся муниципалитет, медпункт, кабинеты представителей исполнительной власти.

  • Güclü külək Qubada fəsadlar törətdi

    Güclü külək Qubada fəsadlar törədib.

    Oxu.Az-ın məlumatına görə, külək Qubanın Buduq kənd inzibati Ərazi Vahidliyinə məxsus olan binanın damını və pəncərələrini uçurub.

    Kənd sakinləri bildirir ki, həmin inzibati binada bələdiyyə, tibb məntəqəsi, icra nümayəndəliyinin otaqları var.

    Hazırda külək davam edir.

  • SOCAR эвакуировала работников платформ из-за сильного ветра

    Государственная нефтяная компания Азербайджана (SOCAR) предпринимает меры в связи с предупреждением синоптиков о резком ухудшении погодных условий с сегодняшнего вечера.

    Как сообщил Report замначальника управления по связям с общественностью и организации мероприятий SOCAR Ибрагим Ахмедов, около 1 000 работников платформ уже эвакуированы.

    “С сегодняшнего вечера ожидается ухудшение погодных условий. Ветер на море усилится до 35-40 м/с. Поэтому работа на морских платформах и эстакадах приостановлена. Усилены все меры безопасности. У морских платформ организовано дежурство, в том числе судов МЧС. После нормализации погодных условий работники вернутся на платформы”, – сказал И. Ахмедов.

  • Oqtay Gülalıyevin oğlu: “Atam az da olsa, kömək vasitəsi ilə öz ayaqları üzərində dura bilir” – VİDEO

    Türkiyədə müalicəsi davam edən hüquq müdafiəçisi Oktay Gülalıyevin səhhətindəki müsbət dinamika davam edir.

    Median.Az xəbər verir ki, bu barədə onun oğlu Təbriz Gülalıyev məlumat paylaşıb.

    “Facebook” hesabından video paylaşan T.Gülalıyev bildirib ki, Oqtay Gülalıyevin sonuncu əməliyyatından sonra oyanıqlığı artıb:

    “Belə ki, tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir. İrəlləyişlərin göstəricisinə əsasən, xüsusi qurğu vasitəsi ilə ayağa qaldırılır. Qaldırıldığı zaman gözlərini açır və səhhətində pis hal baş vermir. Az da olsa kömək vasitəsi ilə öz ayaqları üzərində dura bilir”.

    Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir.

    Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir.//oxu.az