Month: February 2020

  • В Огузе брат избил сестру, пострадавшая в тяжелом состоянии доставлена в Баку

    В Огузе 52-летняя женщина была избита братом.

    Как сообщает Report, сегодня вечером в Огузскую центральную районную больницу поступила жительница районного села Емишанли Гевхар Ибад гызы Мирзоева 1968 г.р.

    При обследовании у нее выявили тяжелые травмы головы. Учитывая тяжелое состояние женщины, ее отправили в одну из столичных клиник.

    Отмечается, что Гевхар Мирзоева была избита братом.

    По факту ведется расследование.

  • Oğuzda qardaş bacısını döyüb

    Oğuz rayonunda 52 yaşlı qadın qardaşı tərəfindən döyülüb.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında Oğuz Rayon Mərkəzi Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayonun Yemişənli kənd sakini, 1968-ci il təvəllüdlü Gövhər İbad qızı Mirzəyeva gətirilib.

    Müayinə zamanı onun baş nahiyyəsindən ağır xəsarətlər aldığı məlum olub. Vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

    Onun qardaşı tərəfindən döyüldüyü deyilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakı Nəqliyyat Agentliyindən daşıyıcılara xəbərdarlıq

    Havaların kəskin dəyişməsi ilə əlaqədar yolların buz bağlayacağını nəzərə alaraq, paytaxtın inzibati ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edilib. Daşıyıcıların vəzifə və öhdəlikləri təkrar onların diqqətinə çatdırılıb.

    “Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

    “Həmçinin sürücülərə tövsiyə edirik ki, sürət həddinə əməl etsinlər, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə məlum qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi məqsədə uyğundur.

    Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir”, – qurum bəyan edib.

  • Polad Bülbüloğlunun 75 illiyi qeyd olunub

    Bu gün Heydər Əliyev Sarayında görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 75 illiyinə həsr olunmuş tədbir keçirilib.

    “Report” xəbər verir ki, tədbirdə ictimai-siyasi xadimlər və digər tanınmış şəxslər iştirak ediblər.

    Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxış edərək Polad Bülbüloğlunu təbrik edib və onunla bağlı xatirələrini bölüşüb.

    Polad Bülbüloğlu səhnəyə çıxaraq tədbir iştirakçılarına təşəkkür edib: “Xoşbəxtəm ki, 75 yaşına çatmışam, yenə Heydər Əliyev Sarayında konsert verirəm. Prezident İlham Əliyev məni dəvət etdi və təbrik etdi. Mən çox duyğulandım, nə cavab verəcəyimi bilmədim. Mənə xoş sözlər dedi. Fürsətdən istifadə edərək ona dərin təşəkkürümü bildirirəm. Eyni zamanda Mehriban xanım da zəng edib təbrik etdi və gözəl sözlər dedi. Ona da minnətdarlığımı bildirirəm”.

    Daha sonra konset proqramı davam edib və sənətkar repertuarından mahnılar ifa edib.

  • Azərbaycanda işəgötürənlərə HAVA XƏBƏRDARLIĞI

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ölkə ərazisində fevralın 7-dən 11-dək gözlənilən güclü külək ilə əlaqədar işəgötürənlərə müraciət edərək qeyd olunan vaxtlarda açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlərin görülməli olduğunu bildirir.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Xidmət işəgötürənlərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır.

    Məcəlləyə 2-ci əlavəyə əsasən, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər, tikinti işləri görülərkən küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma, 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, 6 baldan artıq olduqda taxta-şalban, işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılmalıdır.

    Dənizdə işləyərkən küləyin gücü 3 baldan çox olduqda qaynaq tikişinin şaquli və tavan vəziyyətində qoyulduğu bütün növ qaynaq, 4 baldan çox olduqda ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə, daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işlərinin, qaynaq tikişi aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işlərinin, estakada tikən kranla quraşdırma və dəniz neft-mədən qurğularının sökülməsi işlərinin dayandırılması təmin edilməlidir.

    Dənizdə işləyərkən küləyin gücü 5 baldan artıq olduqda isə ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə, kopyor vasitəsilə dayaqlar vurulması, daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi), traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi, estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri dayandırılmalıdır.

    Küləyin gücü 6 baldan artıq olarsa, daimi dəniz özüllərində istismar edilən quyularda işləri, daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işlərini, 8 baldan çoxdursa, qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işləri, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işləri dayandırmaq tələb olunur.

    Əgər küləyin gücü 10 baldan artıq olarsa, quyunun yuyulması işlərindən başqa buruqda bütün işlərin dayandırılması təmin edilməlidir.

    İşlərin dayandırılması zamanı işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı ilə fasilənin sayı, müddəti müəyyənləşdirilməli, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli və bu fasilələr zamanı da əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri səbənindən baş verməyən boşdayanma kimi və tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.//oxu.az

  • Yevlaxda dəhşətli yanğın: “Camaat qorxudan evində rahat otura bilmir” – VİDEO

    Yevlax şəhəri Çənlibel qəsəbəsində dəhşətli yanğın hadisəsi baş verib.

    Bu barədə Oxu.Az-a sakinlər tərəfindən məlumat verilib.

    Sakinlərin bildirdiyinə görə, hadisə Yevlax şəhərinin Çənlibel qəsəbəsi İsrafil Məmmədov küçəsində olub. Bu həmin qəsəbədə baş verən ilk yanğın hadisəsi deyil:

    “İsrafil Məmmədov küçəsində geniş qamışlıq sahə var. Bu sahə yaşayış evlərinin çox yaxınlığında yerləşir. Dəfələrlə bu ərazidə güclü yanğınlar baş verib. Məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etsək də, problemin həlli istiqamətində heç bir tədbir görülməyib.

    Qəsəbədə rəsmi olaraq 400 ev, İsrafil Məmmədov küçəsində isə 11 həyət evi və dörd ikimərtəbəli yaşayış binası var. Ərazidə demək olar ki, hər il yanğın baş verir. Ən son yanğın dünən olub. Hadisə nəticəsində ətrafdakı evlərə ciddi ziyan dəyib. Qonşulardan birinin motosikleti yanıb. Camaat qorxudan evində rahat otura bilmir. Quru qamışlıq sahədir. Ətrafdan keçən insanların siqaret kötüyü atması belə sahədə böyük yanğının baş verməsinə səbəb ola bilir. İcra strukturları isə əhalinin problemi ilə maraqlanmır. Xahiş edirik, bizə köməklik göstərəsiniz”.

  • Baş nazirdən gömrük rüsumu ilə bağlı MÜHÜM QƏRAR

    “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.

    Median.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

    Dəyişiklik Azərbaycana gətirilən toxumluq kartofla bağlıdır.

    Qüvvədə olan qərara görə, indiyə qədər hər il mart, aprel, may aylarında Azərbaycana idxal edilən toxumluq kartof görük rüsumundan azad olub.

    Dəyişikliyə əsasən, bundan sonra ölkəyə gətirilən toxumluq kartof fevral, mart və aprel may aylarında gömrük rüsumundan azad olacaq.

    Qeyd edək ki, bu qərar fermerlərin kartof əkini ilə bağlı zamanında subsidiya ala bilməsinə şərait yaradacaq.

  • Сын Огтая Гюльалиева о положительной динамике в состоянии отца – ВИДЕО

    В состоянии здоровья находящегося на лечении в турецкой клинике известного правозащитника Огтая Гюльалиева наблюдается положительная динамика.

    Как сообщает Median.Az, об этом сообщил сын О.Гюлалыева Тебриз Гюльалиев в Facebook.

    Он отметил, что после последней операции отец стал бодрее, открывает глаза и порой шевелит руками, ногами.

    “Его поднимают на ноги с помощью специального приспособления. Встав на ноги, он открывает глаза и при этом его самочувствие не ухудшается. Пусть и недолго, но с помощью вспомогательного устройства он стоит на ногах”, – подчеркнул Т.Гюльалиев.

    Напомним, по поручению первого вице-президента Азербайджанской Республики, президента Фонда Гейдара Алиева Мехрибан Алиевой, с 4 ноября Фонд оказывает соответствующую помощь в лечении Огтая Гюльалиева. В настоящее время его лечение продолжается в Американской больнице в Турции.//oxu.az

  • Nömrəsiz avtomobil sürən şəxslə bağlı rəsmi açıqlama: Heç kim elə fikirləşməsin ki…

    Heç kim elə fikirləşməsin ki, Qarabağ əlilləri üçün verilən avtomobillərə dövlət nömrə nişanı verilməyib. Təəssüf ki, bəzi sürücülərimiz qanunvericiliyin normalarına riayət etmir.

    Bu sözləri oxu.az-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Bakı-Sumqayıt yolunda avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

    K.Əliyevin sözlərinə görə, “NAZ Lifan” markalı avtomobillərin əksəriyyəti Qarabağ əlillərinə verilir, lakin təəssüf ki, sürücülər bəzən qanunun tələblərini pozan davranışlara yol verirlər:

    “Həmin avtomobillərin böyük əksəriyyəti ölkə başçısının tapşırığı ilə Qarabağ müharibəsi əlillərinə, sağlamlığını itirmiş şəxslərə verilir. Hər bir avtomobilə də dövlət nömrə nişanı verilir. Lakin, bəzi sürücülər qanunun tələblərini kobud şəkildə pozurlar. Düşünürəm ki, həmin sürücülər bunu xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan qayda pozuntularından yayınmaq məqsədilə edirlər.

    İstər Dövlət Yol Polisi tərəfindən, istərsə də “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi tərəfindən bu cür qayda pozuntusuna yol verən sürücülərə dəfələrlə xəbərdarlıq edilib, saxlanılıb və nəqliyyat vasitələrinin dövlət nömrə nişanı olmadan idarə edilməsinə qanunvericiliyin normalarında icazə verilmədiyi bildirilib. Onlar özləri də nəzərə almalıdır ki, qanun hər kəs üçün qanundur.

    Hər bir nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınırsa, onların hər birinə dövlət qeydiyyat nişanları təhkim olunur. Sadəcə olaraq bəzi sürücülər inzibati məsuliyyətdən yayınmaq məqsədilə avtomobilin dövlət nömrə nişanlarını çıxarırlar”.

    Şöbə rəisi onu da əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələrinin tələblərini pozaraq, avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsi 4 cərimə balı ilə qiymətləndirilir:

    “İXM-nin 342.7-ci maddəsində dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməsinə görə cərimə məbləği 60 manat, cərimə balı isə 4 bal olaraq təyin olunub”.

    Xatırladaq ki, Bakı-Sumqayıt yolunda “NAZ Lifan” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə edib. Sürücü bu vəziyyətdə də həmin yolda yerləşən “Ekologiya postu”nu keçib.

  • В центре Баку произошел взрыв, есть пострадавшие – ОБНОВЛЕНО + ФОТО

    Двое пострадавших в результате взрыва после обследования в клинике и оказания первой медицинской помощи были отпущены домой. Еще двое находятся на стационарном лечении, состояние их стабильное.

    ***

    В Сабаильском районе столицы, недалеко от станции метро Ичеришехер произошел взрыв.

    Как сообщает oxu.az, взрыв прогремел на первом этаже двухэтажного дома на улице Ильяса Эфендиева, 10. В результате взрыва 5 человек получили ожоги различной степени тяжести.

    Предположительно, взрыв произошел в результате утечки газа.

    Четверо пострадавших госпитализированы в ожоговое отделение при Клинике пластической и реконструктивной хирургии Азербайджанского государственного института усовершенствования врачей имени А.Алиева, а один отказался ехать в клинику.