Month: February 2020

  • Синоптики прогнозируют резкую перемену погоды

    8 февраля в Баку и на Абшеронском полуострове ожидаются осадки. Ночью и вечером в отдельных местах возможна гроза. Умеренный северо-западный ветер к вечеру усилится.

    Об этом говорится в сообщении Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Ночью температура воздуха на Абшеронском полуострове составит 4-7, днем – 8-11, в Баку ночью – 5-7, днем – 9-11 градусов тепла.

    Атмосферное давление поднимется с 752 мм до 757 мм ртутного столба, относительная влажность составит 70-80%.

    В регионах Азербайджана дожди, местами снег. Ночью и утром туман. Ветер западный, временами порывистый.

    Ночью температура воздуха 3-8, днем – 10-15 градусов тепла, в горах ночью – 3-8, днем – 0-3 градуса мороза.

  • Hava dəyişir: Yağış, qar, sulu qar yağacaq

    Şənbə gününə Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 8-də səhər və axşam havanın yağıntılı olacağı gözlənilir.

    Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam güclənəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 8-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 752 mm civə sütunundan 757 mm civə sütünuna yüksələcək, nisbi rütubət gecə və gündüz 70-80 faiz olacaq.

    Azərbaycanın rayonlarında sabah arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacağı, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

    Havanın temperaturu gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

  • Bakıda sürücülər qaydaları belə pozdular – VİDEO

    Bakıda yol hərəkəti qaydalarına məhəl qoymayan avtomobillərin sürücüləri kameraya düşüb.

    Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

    Görüntülər Bakının Binəqədi rayonunda qeydə alınıb.

    Videonun birinci hissəsində üç avtomobil üfüqi nişanlama xəttinin tələblərini pozaraq, qarşı yola çıxıb və qarşıdan gələn avtomobillərə təhlükə yaradıb.

    İkinci hissədə isə avtomobil qoşa xəttin tələblərini pozaraq, dönmə əməliyyatını yerinə yetirib. Bu zaman sürücü qarşıdan gələn avtomobilləri belə nəzərə almayıb.

    İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində qeyd edilir ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11-ci üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə sürücü 100 manat, 4 bal cərimə edilir.

    Həmin görüntüləri təqdim edirik:

  • Şanxay sakinləri daha 2 həftə “ev həbsində” olacaq

    Koronavirusun yayılmasının qarşısının alınması üçün Şanxay sakinlərinə daha iki həftə evlərindən çıxmamaları üçün çağırış edilib.

    “Shanghai Daily” qəzetinin məlumatına görə, bu tövsiyə ilə koronavirusa nəzarət və profilaktika üzrə xüsusi İşçi Qrupunun rəhbəri Çjan Venhun çıxış edib.

    “Xahiş edirəm, daha iki həftə evdə qalın. Biz dincəlmirik, mübarizə aparırıq. Evdə qalan hər kəs virusla mübarizədə iştirak edir”, – deyə o, bildirib.

    Ekspertin sözlərinə görə, infeksiyanın qarşısını almaq mümkündür, bir çox hallarda isə xəstəlik yüngül formada keçir.

    O, həmçinin vurğulayıb ki, ən effektiv dərman pasientin öz immunitetidir.

    Son məlumatlara görə, Çinin Hubey vilayətində yeni növ koronavirusdan ölənlərin sayı 618 nəfərə çatıb. Daha əvvəl Hubeydə koronavirusdan 549 nəfərin vəfat etdiyi bildirilirdi.

    Məlumata əsasən, vilayətdə virusa yoluxanların sayı 22 112 nəfər təşkil edib. Bundan əlavə, 817 nəfər bu xəstəlikdən tamamilə sağalıb.

  • Çində robotlar koronavirusla mübarizəyə başladı

    Çinin Uhan şəhərindəki xəstəxanalarda 30-dan artıq robot-dezinfektor çalışmağa başlayıb.

    Bu barədə “RİA Novosti” informasiya yayıb.

    Məlumata görə, “ağıllı” robotlar izolyatorlarda, reanimasiya şöbələrində, əməliyyat otaqlarında və ambulator bölmələrdə gün ərzində dezinfeksiya işləri aparırlar.

  • Türkiyənin böyük şəhərlərində terror hazırlayanlar belə ələ keçdi – VİDEO

    Türkiyənin Bursa vilayətində polis PKK/KCK terror təşkilatının üzvlərini həbs edib. Şübhəlilərin etirafından sonra onların gizlətdikləri partlayıcı maddə aşkarlanaraq müsadirə edilib.

    Bu barədə “Haber7” məlumat yayıb.

    Verilən məlumata görə, Bursa Vilayət Polis İdarəsinin əməkdaşları tərəfindən PKK/KCK terror təşkilatının üzvləri 31 yaşlı H.D. və 26 yaşlı F.K. saxlanılıb. İstintaq zamanı onların Nilufər rayonunun Çalı məhəlləsində meşəlik ərazidə partlayıcı basdırdıqları məlum olub. Axtarışlar zamanı 5.5 kiloqram partlayıcı maddə ələ keçirilib.

    Hərtərəfli araşdırmadan sonra şübhəlilərə kömək edən daha iki nəfər – N.E. və B.K. Kocaeli və Antalya şəhərlərində saxlanılıblar.

    Hadisə ilə bağlı təhqiqatlar davam edir. Polis terrorçuların başqa ərazilərdə də partlayıcı maddə basdırmaq ehtimalını araşdırır.

    Qeyd edək ki, ötən gün Türkiyə Daxili İşlər Nazirliyi (DSİN) böyük şəhərlərdə terror aktı həyata keçirməyə çalışan iki terrorçunun 5,5 kiloqram partlayıcı ilə ələ keçirildiyini bildirmişdi. Beləliklə, PKK/KCK üzvlərinin terror planı Bursa polisinin uğurlu əməliyyatları sayəsində baş tutmayıb.

  • Kürdəmirdə yol qəzası olub, ölən və yaralanan var – VİDEO

    Kürdəmir rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

    Sürücü – Sumqayıt şəhər sakini Aslan Qəhrəmanov aldığı xəsarətlərdən hadisə yerində keçinib.

    Qəza zamanı avtomobildə olan sərnişin – Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Xəyalə Ziyad qızı Rəhimova deformasiyaya uğrayan avtomobildə sıxılaraq ağır bədən xəsarətləri alıb.

    Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən X.Rəhimovanın vəziyyətinin ağır olduğu bildirilir.

  • В российском городе ввели масочный режим из-за коронавируса

    Власти Хабаровска (Россия) с 10 февраля вводят в городе масочный режим.

    Как сообщает “Лента.ру” со ссылкой на сайт городской администрации, такое решение принято из-за роста заболеваемости гриппом и ОРВИ, а также для профилактики коронавируса.

    Как долго продлится режим, не уточняется.

    Маски можно будет не носить на улице, однако это непременное условие для помещений. Кроме того, их надо менять раз в два часа.

    Меры обязательны для всех, кто ежедневно тесно контактирует с большим числом людей. Это – работники транспорта, торговых центров, банков, учителя, воспитатели и медики.

    Отвечать за соблюдение требований будут руководители предприятий.

    В городе также ограничили развлекательные мероприятия.

    В мэрии рассказали, что масок в городе хватит всем. На складах осталось около 40 тысяч масок, еще 50 тысяч должны поступить 12 февраля.

  • Rusiyada məcburi rejim: Hamı maskada gəzməlidir!

    Kəskin respirator virus infeksiyalarından qorunmaq və koronavirusdan profilaktika üçün Rusiyanın Xabarovsk şəhərində maska rejimi tətbiq ediləcək.

    Ren.tv-nin məlumatına görə, bu barədə şəhər adminstrasiyasının saytında bildirilib.

    Qərar fövqəladə halların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə qəbul edilib.

    Bildirilir ki, ticarət mərkəzlərində çalışan şəxslər, nəqliyyat, tibb və bank işçiləri, həmçinin, müəllimlər, tərbiyəçilər gündəlik çox sayda insanla təmasda olanların hamısı maska geyinməlidir.

    Küçədə maska taxmaq lazım deyil, bu, yalnız qapalı yerlərdə vacibdir. Maska hər iki saatdan bir dəyişdirilməlidir.

    Sosial müəssisələrdə, tibb təşkilatlarında, təhsil müəssisələrində, ticarət, xidmət və ictimai iaşə obyektlərində kütləvi-mədəni tədbirlərin keçirilməsinə məhdudiyyətlər qoyulur.

    “İcbari tədbirlər Xabarovskda qrip və kəskin respirator virus infeksiyalarının artması ilə əlaqədardır, həmçinin koronavirusa yoluxmağın qarşısını almaq üçündür”, – deyə Xabarovsk administrasiyasının bədən tərbiyəsi, idman və səhiyyə şöbəsinin müdir müavini Tatyana Skorik bəyan edib.

    Maska rejiminə əməl olunmasına şəhərin müəssisə rəhbərləri tərəfindən nəzarət ediləcək. Həmçinin, apteklərdə hər kəsə kifayət edəcək qədər maskaların olduğu vurğulanıb.

  • Bakıda qəribə hadisə: “Baldızım hər gün içib, bizi evdən qovur” – VİDEO

    “Baldızım içir. Məni iki uşaqla küçəyə atır. Ərim gecə işdə olur. O da içir. Baldızım içəndə özünü idarə edə bilmir. Məni qovur, sonra düşür dalımca ki, bağışla, içkili olmuşam. Öpür məni. Evə aparır. Bir gün sonra yenə eyni şeyi edir. Bezmişəm”.

    Unikal.org xəbər verir ki, bunu evdən qovulan iki uşaq anası Zöhrə deyib.

    O, “Space” TV-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl dərdini danış” verilişində bu barədə məlumat verib.

    Daha sonra Amil Xəlil məsələdə adı hallanan Günellə danışıb. O, iddiaları qismən qəbul edib:

    “İçmişəmsə, o da içib. Bəli, onu döymüşəm, amma səbəb var”.

    Zöhrənin əri də açıqlama verib. O, imkansızlıqdan bir evdə yaşadıqlarını deyib və bir həftə vaxt istədiyini bildirib.

    “Bir həftə vaxt verin, hər şey yaxşı olacaq”, – deyə Sübhan qeyd edib.