Month: February 2020

  • Bakıda Türk Şurası XİN başçılarının növbədənkənar iclası başa çatdı – YENİLƏNİB

    Bakıda Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası başa çatıb.

    APA-nın xəbərinə görə, iclasda Fəxri Prezidentin statusunun müəyyənləşdirilməsi, təşkilata üzv olmayan ölkələr, habelə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

    İclasda Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları da müzakirə edilib.

    XİN başçıları üzv ölkələr arasında iqtisadi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, təşkilat daxilində birliyin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

    Təşkilatın perspektivlərini müəyyən edən “Türk Şurası 2025” adlı yeni strategiya da müzakirə edilən məsələlər arasında yer alıb.

    * * * * *

    Fevralın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin növbədənkənar iclası keçirilir.

    AZƏRTAC xəbər verir ki, iclası açan Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov gündəliyin zəngin olduğunu bildirib.

    Tədbirdə bir sıra məsələlər, o cümlədən təşkilata üzv olmayan ölkələrlə əməkdaşlıq müzakirə olunacaq.

    İclasın yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək.

    10:04

    Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin Xarici İşlər nazirlərinin növbədənkənar iclası başlayır.

    Oxu.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Şuranın iclasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstan XİN rəhbərləri iştirak edəcəklər.

  • В Афганистане 13 подростков скончались от неизвестной болезни

    Как минимум 13 детей скончались от болезни, схожей по симптомам с пневмонией, в уезде Ямган провинции Бадахшан на северо-востоке Афганистана.

    Как сообщает ТАСС со ссылкой на афганский телеканал TOLOnews, об этом заявил в четверг представитель местных властей.

    “Не менее 13 подростков скончались за последние три дня от заболевания, похожего на пневмонию”, – сказал он.

    Никакой информации от афганских властей о причине заболевания и смерти афганских детей в Ямгане пока не поступало.

  • Üç gündə 13 uşaq naməlum virusdan öldü

    Əfqanıstanın şimal-şərqində Bədəhşan vilayətində sətəlcəm simptomlarına oxşar xəstəlikdən 13 uşaq vəfat edib.

    “TOLOnews”un məlumatına görə, bu barədə yerli hökumət nümayəndəsi bəyan edib.

    “Son üç gündə Bədəhşan vilayətinin Yamgan mahalında 13 yeniyetmə sətəlcəmə oxşayan xəstəlikdən dünyalarını dəyişib”, – deyə məlumatda bildirilib.

    Əfqan hökumətindən xəstəliyin səbəbi və Yamgandakı uşaqların ölümü ilə bağlı informasiya hələ verilməyib.

    Xatırladaq ki, dekabrın 31-də Çin hökuməti ölkənin mərkəzi hissəsində yerləşən Uxan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə Dünya Səhiyyə Təşkilatına məlumat verib.

    Mütəxəssislər xəstəliyin törədicisini təyin edərək bunun “2019-nCoV” koronavirus olduğunu bildiriblər. Son məlumatlara görə, Çində yeni növ koronavirusdan 563 nəfər ölüb. Bundan başqa1153 nəfər virusdan sağalıb, 28 018 nəfər isə ona yoluxub.

  • Türkiyədə növbəti təbii fəlakət – VİDEO

    Türkiyənin Giresun vilayətinin Dereli rayonu ilə Sivas şəhərini birləşdirən avtomobil yolunda torpaq sürüşməsi baş verib.

    “Haber7” agentliyi məlumat verir ki, bu gün səhər saatlarında baş verən torpaq sürüşməsi nəticəsində xəsarət alan olmayıb.

    Bir müddət bağlı qalan yol aidiyyatı qurumların müdaxiləsindən sonra açılıb.

  • В Газахе школьник ударил ножом десятиклассника

    В средней школе №1 Газаха произошла поножовщина.

    Как передает АПА, учащийся девятого класса Мухаммед Гасымов в учебное время ударил ножом десятиклассника Нихата Алиева.

    Подростка госпитализировали. Врачи оценивают его состояние как тяжелое.

    По данному факту полиция начала расследование.

  • Qazaxda doqquzuncu sinif şagirdi məktəb yoldaşını bıçaqladı

    Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə şəhər 1 saylı orta məktəbdə qeydə alınıb.

    Məktəbin doqquzuncu sinif şagirdi Məhəmməd Qasımov dərs vaxtı onuncu sinif şagirdi, 2004-cü il təvəllüdlü Nihat Rəşad oğlu Əliyevi bıçaqlayıb.

    Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Агсу отец простил насильника своего сына за 250 манатов – ВИДЕО

    В Агсу семь месяцев назад произошел вопиющий случай.

    Как передаёт Median.Az со ссылкой на Baku.ws, 30-летний А.М. изнасиловал 11-летнего мальчика.

    На основании показаний потерпевшего насильник был задержан. Суд по этому делу продолжается, но факт насилия уже подтвержден.

    На передачу BizimləSən на телеканале ATV пришла тетя отца мальчика. Она сообщила, что отец, которого зовут Шамо, простил насильника. Поэтому женщина требует, чтобы у мужчины забрали детей и передали их под опеку государства.

    По ее словам, на одном из заседаний суда отец попросил у насильника 250 манатов за “прощение”. Он взял у А.М. указанную сумму и простил его.

    По словам женщины, А.М. и ранее подвергал малолетних детей насилию, за что был избит.

    У Шамо двое детей: 12-летняя дочь и 11-летний сын. В школу дети не ходят, их отец – алкоголик. Жена ушла от него пять лет назад.

    Дело о насилии рассматривает Шекинский суд по тяжким преступлениям.

  • Ağsuda dəhşət: Ata 11 yaşlı oğluna təcavüz edən manyakı 250 manata bağışladı – VİDEO

    Ağsuda dəhşətli və utancverici hadisə yaşanıb.

    30 yaşlı A.M. 11 yaşlı oğlana cinsi təcavüz edib.

    Hadisə yeddi ay əvvəl baş verib. Təcavüzə məruz qalmış uşağın danışıqları əsasında manyak həbs olunub. Onun məhkəməsi başa çatmayıb, lakin təcavüz faktı təsdiqlənib.

    Uşaqların atası Şamonun bibisi ATV-nin “BizimləSən” proqramına gələrək uşaqlara yardım göstərilməsini istəyib. Bibinin sözlərinə görə, Şamo uşağına təcavüz edən manyakı bağışlayıb və bu səbəbdən onların atalarından alınıb dövlətə verilməsini istəyib.

    Məhkəmə iclaslarının birində ata oğluna təcavüz edən şəxsə sövdələşmə təklif edib. 250 manat qarşılığında onu bağışlayacağını bildirir. İçki düşkünü olan Şamo 250 manatı alır və bağışladığını deyir.

    Bibi deyir ki, A.M. Ağsuda “Kepkalı Ramiz”in oğlu kimi tanınır və onun bundan əvvəl də azyaşlılara təcavüz etdiyi deyilir. Hətta Ağsuda bu hərəkəti üstündə onu döyüblər, bir həftə qanın içində olub.

    Şamonun iki övladı var: 12 yaşında qızı və təcavüz edilmiş 11 yaşlı oğlu. Uşaqlar məktəbə getmirlər. Uşaqların atası içki düşkünüdür, ana isə beş ildir, onları tərk edib.

    Qeyd edək ki, pedofilin işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır. Atanın bağışlamasından asılı olmayaraq, A.M. cəzasını alacaq. Onu ən az yeddi il həbs cəzası gözləyir.
    /Baku.ws/

  • Azərbaycanda bu seçki dairələrində kamera quraşdırılmayacaq

    Azərbaycanda Milli Məclisə seçkilərlə əlaqədar yeddi seçki dairəsi üzrə veb-kameraların quraşdırılması nəzərdə tutulmayıb.

    Həmin dairələr Ermənistan tərəfindən əraziləri işğal edilmiş rayonları əhatə edir.

    Bunlar 118 saylı Ağdam şəhər, 120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 125 saylı Zəngilan-Qubadlı seçki dairələridir.

    Qeyd edək ki, 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb.

  • “SOY” prodakşının rəhbəri Kərim Abbasovdan 200 min manat təzminat tələb edir – VİDEO

    “Bir dəfə mənə qarşı Oqtay cinayət işi açdırmışdı. Hakim gördü ki, gülməli mövzudur, qəbul etmədi. İndi də demədiyim bir kəliməyə görə, mülki iş üzrə məni məhkəməyə verib”.

    Bu sözləri “Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” səhər şousunda qonaq olan müğənni Kərim Abbasov deyib:

    “Oqtay Əliyev məndən 200 min manat təzminat istəyir. Siz heç 200 mini üst-üstə görmüsünüz? Mən görməmişəm, yalan danışa bilmərəm. Məhkəmə prosesi fevralın 15-də olacaq. Prosesdə vəkilim iştirak edəcək, mən olmayacağam. Oqtaya demədiyim kəliməyə görə, insan məni necə məhkəməyə verir, nə oyunlar çıxarır, anlamıram. Amma etsin, Allah canını sağ eləsin. Amma mən sizi və ailənizi çox istəyirəm”.

    “SOY” prodakşının rəhbəri Oqtay Əliyev müğənni K.Abbasovu yenidən məhkəməyə verib. O, müğənnidən 200 min manat təzminat istədiyini bildirib.

    Qeyd edək ki, bir müddət öncə K.Abbasov “Instagram” səhifəsində O.Əliyevin qardaşı teleaparıcı Elçin Əlibəylinin onunla cinsi əlaqədə olmaq istədiyini yazaraq, ünvanına nalayiq ifadələr işlətmişdi.

    /oxu.az/