Month: February 2020

  • Qalmaqallı Xudat xəstəxanasının hazırkı vəziyyəti – FOTO

    Sosial şəbəkələrdə Xudat Şəhər Xəstəxanasının fəaliyyətininin dayandırılması və müəssisəsində çalışanların işdən azad edilməsi ilə bağlı məlumatların əsassız olduğu ilə bağlı məlumat vermişdik.

    Bu barədə TƏBİB-in mətbuat xidməti rəsmi məlumat yaymışdı.

    Oxu.Az sözügedən Xudat Şəhər Xəstəxanasının hazırkı vəziyyətini əks etdirən fotolar əldə edib.

    Fotolardan görünür ki, həqiqətən də, xəstəxana əhaliyə xidmət göstərə biləcək vəziyyətdə deyil.

    Həmin fotoları təqdim edirik:










  • Türkiyədə beş telekanal bu səbəbdən cərimə edildi

    Türkiyə Radio və Televiziya şirkətinin rəhbərliyi beş kanala cəza tətbiq edib.

    “Demirören Haber Ajansı”nın (DHA) xəbərinə görə, kanalların cəzası zəlzələ xəbərləri ilə əlaqədardır.

    Bildirilir ki, kanallar zəlzələ ilə bağlı xəbərlər yayımlayan zaman insanları məlumatlandırmaq əvəzinə onlarda qorxu, panika, narahatlıq və pessimizm yaradıblar.

    Kanallar müəyyən olunan məbləğdə cərimə ödəyəcəklər.

    Yayılan rəsmi məlumatda telekanalların adları açıqlanmır.

  • Telman İsmayılovun qardaşına 17 il həbs cəzası verildi

    “Çerkizovsk” bazarının sabiq rəhbəri Telman İsmayılovun qardaşı Rafiq İsmayılova hökm oxunub.

    Bu barədə ren.tv xəbər yayıb.

    Bildirilir ki, o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

    İşə Moskva Regional Məhkəməsində baxılıb. O, iki və ya daha çox şəxsin qətlində və silah alverində təqsirli bilinib.

    İstintaqın versiyasına görə, İsmayılov qardaşları Rusiyada ticarət komplekslərinin sahibi Vladimir Savkin və “Lublino motors”un təsisçisi Yuri Brilevə qarşı sui-qəsd təşkil ediblər. Qətlin icraçısı Mehman Kərimov olub. Silahı isə ona Rafiq İsmayılov verib.

    2017-ci ilin mart ayında saxlanılan Kərimov təqsirini tam etiraf edib və İsmayılov qardaşlarının cinayətdə iştirak etməsi barədə ifadə verib.

  • Mehriban Əliyeva vətəndaşın problemini həll etdi – VİDEO

    Göyçay sakini Seymur Azadovun mülkiyyət hüququ ilə bağlı problemi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında nəzarətə götürülərək, müvafiq qaydada həll edilib.

    Qafqazinfo xəbər verir ki, Seymur Azadov Göyçayın Cəyirli kəndində inşa etdiyi avtomobil təmiri emalatxanasının yerləşdiyi ərazi üzərində mülkiyyət hüququ üzrə mübahisəli məqamlar yarandığından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

    Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, müraciət Fondun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən araşdırılıb, məsələnin həlli ilə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq nəticəsində qısa müddət ərzində vətəndaşın avtomobil təmiri emalatxanası üzərində hüquqları təmin olunub, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilib.

    Seymur Azadov müraciətinə həssaslıqla yanaşıldığına və məsələnin operativ həllinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

  • 1 milyon 120 minə yaxın insanın pensiyası artırıldı – RƏSMİ AÇIQLAMA

    Ötənilki və hazırkı pensiya artımları üzrə pensiyaçılara illik əlavə bir milyard manat ödəniləcək.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazir Sahil Babayev Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli sərəncamına həsr olunmuş mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, son 16 ildə orta aylıq əməkhaqqı 11 dəfə, orta aylıq pensiya səkkiz dəfə, həmçinin, müavinət və təqaüdlər dəfələrlə artırılıb:

    “Pensiyalarda ciddi artım nəticəsində 2019-cu ildə Azərbaycanda pensiyaların orta aylıq məbləği 15 faiz, median pensiya məbləği 54 faiz artıb. Əgər ötən ilki pensiya atımı 750 mindən çox pensiyaçını əhatə etdisə, hazırkı artım sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıların, yəni 1 milyon 120 minə yaxın insanın pensiyasına şamil olunur.

    Digər tərəfdən, 2019-cu ildəki pensiya artımları illik 450 milyon manat vəsait tələb edirdisə, hazırkı artım 560 milyon manat vəsaitin əhaliyə ödənilməsi ilə nəticələnəcək”.

    S.Babayev qeyd edib ki, artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.

  • Putin Polad Bülbüloğlunu fəxri diplomla təltif etdi

    Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişafındakı böyük xidmətlərinə görə, Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun fəxri diplomla təltif edilməsi barədə göstəriş verib.

    TASS xəbər verir ki, müvafiq sənəd Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub.

    Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri, bəstəkar, müğənni Polad Bülbüloğlunu 75 illik yübileyi münasibəti ilə də təbrik etmişdi.

  • В пожаре в жилом комплексе на Абшероне пострадали пять человек – ОБНОВЛЕНО + ВИДЕО

    Пять человек получили различные травмы во время пожара в жилом комплексе Cənnət Park на территории Абшеронского района.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Пострадали жительница здания и четверо сотрудников Государственной службы пожарной охраны МЧС.

    “Женщина госпитализирована в Республиканский ожоговый центр (РОЦ) с диагнозом “ожоги I и II степени лица и рук”, сотрудники МЧС – в РОЦ и в Республиканский токсикологический центр.

    “Состояние пострадавщих оценивается как удовлетворительное”, – сказали в ведомстве.

    * * * * *

    Пожар в одной из квартир жилого комплекса Cənnət Park на территории Абшеронского района потушен.

    Как передаёт Median.Az, об этом oxu.az cообщила глава пресс-службы Министерства по чрезвычайным ситуациям Азербайджана Гюльчин Мехтиева.

    По ее словам, возгорание произошло в 3-комнатной квартире на пятом этаже девятиэтажного жилого здания.

    “В результате пожара сгорели воспламеняющиеся конструкции в двух комнатах”, – сказала Г.Мехтиева.

    Собеседница агентства отметила, что погибших в результате пожара нет. Одна женщина отравилась дымом.

    Эвакуировано 15 жильцов.

    * * * * *

    В жилом комплексе Cənnət Park на территории Абшеронского района произошел сильный пожар.

    Об этом Yeniavaz.com сообщили жильцы комплекса, которые предоставили редакции видео с места происшествия.

    По их словам, в результате пожара некоторые люди получили ожоги и отравились дымом.

    Жильцы также сообщают о погибших в пожаре.

    Представляем видео пожара.

  • Abşeronda yaşayış binasında güclü yanğın – YENİLƏNİB + VİDEO

    Abşeron rayonunda yerləşən “Cənnət Park” yaşayış kompleksində baş verən güclü yanğın zamanı beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

    TƏBİB-dən Oxu.Az-a verilən məlumata görə, xəsarət alanlardan biri bina sakini, dördü isə FHN-nin yanğından mühafizə bölmələrinin əməkdaşlarıdır.

    “Cənnət Park” yaşayış kompleksində baş vermiş yanğın nəticəsində bina sakini olan qadın sifətin və yuxarı ətrafların birinci və ikinci dərəcəli yanığı diaqnozu ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

    Xəsarət alan dörd nəfər FHN işçisindən ikisi Respublika Yanıq Mərkəzinə, digər ikisi isə Respublioka Toksikoloji Mərkəzinə yerləşdirilib.

    Xəsarət alanların vəziyyəti yaxşıdır, hazırda onlara ambulator yardım göstərilir.

    * * * * *

    Abşeron rayonunda yerləşən “Cənnət Park” yaşayış kompleksində baş verən güclü yanğın artıq söndürülüb.

    Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

    Onun sözlərinə görə, yanğın zamanı ölən və xəsarət alan olmayıb:

    “Yanğın doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 80 kv.metr olan üçotaqlı mənzilin iki otağında yanar konstruksiyalarda baş verib. Yanğın zamanı tüstüdən zəhərlənən bir qadın təcili tibbi yardım briqadasına təhvil verilib.

    15 nəfər bina sakini təxliyyə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb və yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb”.

    * * * * *

    Abşeron rayonunda yerləşən “Cənnət Park” yaşayış kompleksində güclü yanğın baş verib.

    Bu barədə Yeniavaz.com-a yaşayış kompleksinin sakinləri məlumat veriblər və yanğını əks etdirən görüntüləri redaksiyamıza göndəriblər.

    Sakinlər yanğın zamanı tüstüdən boğulanların və yananların olduğunu iddia edirlər. Bildirilir ki, yanğın nəticəsində ölən və yaralananlar var.

    Həmin kadrları təqdim edirik:

  • Azərbaycanda koronavirusla bağlı daha bir XƏBƏRDARLIQ

    Hazırda bir sıra ictimai-iaşə obyektlərində, istirahət mərkəzlərində və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılması, onlardan əyləncə məqsədilə istifadə olunması hallarına rast gəlinir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, bu kimi hallar qanunvericiliyin tələblərini pozmaqla yanaşı, koronovirus, quduzluq və s. kimi virus xəstəliklərinin yayılmasına da münbit şərait yaradır.

    ETSN və AQTA həmin şəxslərə xəbərdarlıq edərək bildirir ki, ictimai-iaşə obyektləri, istirahət mərkəzləri və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılması qətiyyətlə yolverilməzdir.

    ETSN və AQTA bir daha vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan vəhşi heyvanlarla (quşlarla) bağlı şübhəli hallar müşahidə etdikdə Agentliyin regional bölmələrinə, yaxud “1003-Çağrı Mərkəzi”nə, eləcə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar Xətti”nə məlumat verməyə çağırır.

    Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatlarına əsasən Çin Xalq Respublikasında baş vermiş və dünyanın bir sıra ölkələrinə yayılmış 2019-nCoV koronovirus epidemiyasının əsas səbəbkarı isti və soyuqqanlı heyvanlar, o cümlədən vəhşi heyvanlar və dəniz məhsulları hesab olunur.

    Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və OIE birlikdə virusun (2019-nCoV) heyvan mənşəli olduğu qənaətinə gəlib.

    Əldə olunan təcrübəyə əsasən 2019-nCoV koronovirusunun vəhşi heyvanlar vasitəsilə yayılması riski ölkəmiz üçün də mövcuddur.

  • В Баку началось заседание глав МИД стран Тюркского совета – ОБНОВЛЕНО

    6 февраля в Баку начало работу внеочередное заседание глав МИД государств-членов Совета сотрудничества тюркоязычных государств (Тюркского совета).

    Как сообщает АЗЕРТАДЖ, открыл мероприятие министр иностранных дел Азербайджана Эльмар Мамедъяров.

    По его словам, повестка дня заседания обширная – будет обсужден ряд вопросов, в том числе сотрудничество со странами, не входящими в организацию.

    По итогам мероприятия состоится пресс-конференция.

    * * * * *

    Сегодня в Баку состоится внеочередное заседание Совета министров иностранных дел государств-членов Совета сотрудничества тюркоязычных государств (Тюркского совета).

    Как передает Oxu.Az, в работе мероприятия примут участие главы МИД Азербайджана, Казахстана, Кыргызстана, Турции, Узбекистана и замглавы внешнеполитического ведомства Венгрии.

    Руководители МИД стран, входящих в структуру, уже находятся в Баку.

    Тюркский совет – международная организация, объединяющая современные тюркские государства, главной целью которой является развитие всестороннего сотрудничества между государствами-членами.

    Организация была создана 3 октября 2009 года в городе Нахчыван в Азербайджане.