Month: February 2020

  • Беременная 13-летняя девочка стала звездой Instagram – ВИДЕО

    13-летняя жительница Красноярского края России объявила об интересном положении. Даша решила извлечь пользу из своей популярности.


    Резонансная история произошла в городе Железногорск Красноярского края. Врачи обнаружили беременность у семиклассницы. Она назвала отцом ученика четвертого класса. После этого Даша и ее юный “гражданский муж” побывали на ток-шоу. Теперь же девочка, которой 1 февраля исполнилось 14 лет, решила извлечь пользу от свалившейся на нее известности.

    Будущая мамочка завела страницы в соцсетях. На ее Instagram за две недели подписались около 70 тысяч человек. По словам Даши, беременность протекает нормально, сейчас у нее около 11 недель. Если не считать этого шокирующего обстоятельства, в остальном она ведет жизнь обычного подростка — ходит в школу, слушает рэп, дурачится с друзьями, танцует, “пилит” селфи и видео.

    Даша пообещала публиковать на своей странице горячие новости о своем интересном положении. Предприимчивая девочка попросила отправлять коммерческие предложения в Direct. В попытке нагнать число подписчиков школьница пошла на уловку. “Была на УЗИ — 10 недель и 3 дня. Выложить фото ребеночка?” — спросила она у пользователей. Даша пообещала опубликовать снимок, если наберет вожделенное количество фолловеров и лайков.

    Девочка пожаловалась, что множество троллей заваливают ее сообщениями с подколами. Она заявила, что в этом потоке не всегда может отличить людей, которым действительно нужен совет. Будущая мама также отметила, что в Сети появились ее фейковые страницы, на которых пытаются заработать мошенники.

    Семья девочки в курсе событий. Родители приняли решение не прерывать беременность.

  • Kürdəmirdəki 4 köçkün ailəsinə niyə ev verilməyib?

    “Ötən ilin dekabrın 28-də Kürdəmir şəhərində 563 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib. Kompleksə Kürdəmir rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşan məcburi köçkünlər köçürülüb. Bundan başqa, ətraf rayonlarda ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələrdən də burada mənzillə təmin edilənlər var”.

    Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.
    Bildirilib ki, Kürdəmirdə köçürülmənin başlandığı ilk obyektlər peşə liseyinin inzibati binası və iki yataqxanası olub: “Bu obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrdən 135-nə yeni yaşayış kompleksində mənzil verilib. Mövcud qaydaya əsasən, 4 ailəyə mənzil verilməyib. Həmin ailələrə yeni mənzilin verilməməsi onların mövcud əmlak və status vəziyyəti ilə əlaqədar olub.

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bir daha bəyan edir ki, məcburi köçkünlərə yeni mənzillərin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən ədalət və şəffaflıq prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Həmin Qaydanın 2.11.2-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir.

    Bundan başqa, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.2. bəndinə əsasən, məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir”.

  • 1000 məntəqədə vebkamera quraşdırılıb

    “Artıq neçənci seçkilərdir ki, vebkamera praktikasından istifadə olunur. Azərbaycanda məntəqələrin təxminən 20 faizə qədərində, yəni 1000 məntəqədə vebkamera quraşdırılıb”.

    Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

    MSK sədri qeyd edib ki, vebkameralara daxil olmaq çox sadədir:

    “Heç bir icazə tələb olunmur. İstənilən şəxs MSK-nın rəsmi saytına daxil olmaqla 1000 məntəqədə səsvermə günü səsvermənin gedişini izləyə bilər. Yer kürəsinin harasında olmasından asılı olmayaraq istənilən insan Azərbaycanda keçiriləcək seçkiləri izləyə biləcək. Bu, demokratik ölkələrin seçki praktikasında da qəbul olunur. Azərbaycanda seçkilərin şəffaf və azad keçirilməsinə bütün şərait yaradılıb”.

  • Fədayə Laçının ailəsində ağır itki

    Bu gün tanınmış ifaçı bacılar Fədayə Laçın və İlahə Fədanın atası rəhmət gedib.

    Baş verən üzücü xəbərlə bağlı big.az-a məlumat daxil olub. Məlumatı dəqiqləşdirmək məqsədi ilə big.az-ın əməkdaşı İlahə Fəda ilə əlaqə yaradıb. Müğənni məlumatının doğruluğunu saytımıza təsdiqləyib:

    “Bəli, təəssüf ki, doğru xəbərdir. Bu barədə danışmaq gücündə deyiləm”.

  • Bakıda çəkiləcək tramvay xəttinin yeri açıqlandı

    Bakıda tramvay xəttinin çəkilməsi ilə bağlı müzakirələr aparılır.

    Median.Az trend-ə istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

    Onun sözlərinə görə, hazırda Bakı Nəqliyyat Agentliyi xarici şirkətlə bu barədə araşdırma aparır: “Hazırda beynəlxalq təşkilatlarla bu istiqamətdə işləyirik. Artıq Lökbatan qəsəbəsi ilə Hövsan qəsəbəsini Neftçilər prospekti üzərindən tramvay xətti ilə birləşdirmək müzakirə mövzusudur. Çünki burda, həmçinin Ağ şəhərdən tramvay keçməsi mümkündür. Dənizkənarı Milli Parkın birinci sırası sakinlərin, əsasən, az istifadə etdiyi yerdir, sakinlər, əsasən, dəniz kənarında gəzməyə üstünlük verir, buna görə də həmin ərazidən xəttin çəkilməsi mümkündür. Əgər həmin təşkilatlar bizə müsbət cavab versə, biz, ümumiyyətlə, Neftçilər prospektində ictimai nəqliyyatı yığışdıracağıq”.

    V.Kərimli bildirib ki, xəttin çəkilməsi zamanı bir sıra şərtlər nəzərə alınmalıdır: “Bu prosesdə bəzi meyarlar var ki, biz onları da müqayisə etməliyik. Avropada tramvaylar bu gün, əsasən, köhnə şəhər mərkəzlərində qalıb. Həmin mərkəzlərdə tikinti əmsalı və yaşayış 3,4 və 5 mərtəbəli köhnə evlərdir. Bu da normal olaraq oranın kütləsini qaldıra bilir”.

  • MSK Mehman Hüseynova 15 min manat təklif edən deputatın işinə baxacaq

    31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynovun həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayəti Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olub.

    Bu barədə “Report”a MSK-dan bildirilib.

    “Qanunvericiliyə uyğun qaydada müraciətə baxılacaq”, – MSK-dan əlavə olunub. Xatırladaq ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə eyni dairədən digər namizəd Fərəc Quliyevlə olan söhbətinin səs yazısını yayıb.

    Səs yazısında Mehman Hüseynova pul təklif olunur. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyev mətbuat vasitəsilə seçkilərdə rəqibi olan Mehman Hüseynovun aralarında olan söhbətlə bağlı yayımladığı səs yazısına münasibət bildirib. O, səs yazısının ona aid olduğunu, lakin montaj edildiyini deyib: “Mehman Hüseynovdan vəkilim olması və fəal şəkildə təbliğatımı aparmasını istədiyimdə, şiş xəstəliyindən əziyyət çəkdiyini və biopsiya materialını (şişdən götürülən materialı) laboratoriyaya analizə verdiyini bildirdi. Əgər nəticələr pis olarsa (Allah şəfasın versin və günahlarından keçsin), ümumiyyətlə, seçkidən çəkiləcəyini bildirdi. Mən ona konsentrasiyanı pozma, nəticə nə olur olsun (labaratoriya nəticələri) 10-15 min manatlıq bir müalicədir. Dəstək olacağıq, dostlarını səfərbər edərik deyərək təsəlli verdim”.

  • İnterpol terrorçuluqda təqsirləndirilən azərbaycanlı qadını axtarışa verdi

    İnterpol azərbaycanlı qadın barədə axtarış elan edib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, 1989-cu ildə Bakıda anadan olan Elvira Mirzəxanova terror təşkilatının fəaliyyətində iştirakda təqsirləndirilir. Rusiya vətəndaşı olan azərbaycanlı qadın barədə cinayət işi başlansa da, o istintaqdan yayınıb.

    Məhkəmə qərarı ilə E.Mirzəxanova barəsində həbs qətimkan tədbiri seçilib. İnterpol həmin qərar əsasında axtarış elan edib.

  • Azərbaycanda 2 yaşlı oğlunu yandırıb öldürən atadan YENİ XƏBƏR

    Şəmkirdə 2 yaşlı oğlunu yandıraraq qətlə yetirməkdə təqsirləndirilən Elmar Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.

    Qeyd edək ki, hadisə ötən il Şəmkirin Sarıtəpə kəndində qeydə alınıb.

    Belə ki, ötən il avqustun 18-də kənd sakini İlqar Məsimovun evində yanğın baş verməsi nəticəsində 2017-ci il təvəllüdlü Nicat Sadıqovun meyitinin aşkar olunması faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
    Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, Şəmkir rayon sakini 1986-cı il təvəllüdlü Elmar Sadıqov avqustun 18-i gecə saat 03 radələrində qayınatası İ.Məsimovun evinə daxil olaraq ailədaxili narazılıqlarla bağlı müvəqqəti olaraq ondan ayrılaraq yaşayan 1995-ci il təvəllüdlü həyat yoldaşı Mətanət Məsimovanı öldürmək məqsədilə özü ilə benzin gətirib.

    E.Sadıqov yatmış halda olan qayınanası 1964-cü il təvəllüdlü Səltənət Məmmədova və M.Məsimovanın üzərinə, eləcə də evin içərisinə tökərək yandırıb.

    Nəticədə həmin vaxt evdə olan E.Sadıqovun yatmış azyaşlı oğlu 2017-ci il təvəllüdlü Nicat Sadıqov ölüb, M.Məsimova və S.Məmmədova isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 29, 120.2.7( iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

    Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində E.Sadıqov tutularaq istintaqa cəlb olunub. E.Sadıqov şübhəli şəxs qismində saxlanılaraq dindirilib və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.

  • Bakıda şok olay – 2 uşaq anası ərini atıb, ərəblə qaçdı – Video

    Space Tv”də yayımlanan “Gəl dərdini danış”da inanılmaz anlar yaşanıb.

    Vaqif adlı şəxs arvadının onu ataraq ərəbə qaçdığını bildiri:

    “Həmin qadından iki oğlum var. O, məndən 30 yaş balacadır. Öz istəyi ilə mənimlə evlənmişdir. Mənim 3 rəsmi, bir qeyri-rəsmi arvadım olub. Amma bu qadını da sevmişəm. Bir gün gördüm ki, qadın yoxdur. öyrəndim ki, iki uşağını atıb ərəbə ərə gedib. İlk olaraq inanmadım. Sonra həqiqət olduğunu bildim. Uşaqlar məndə idi. İkisini də gəlib apardı. Daha sonra böyük oğlum yanıma gəldi”.

    Onun sözlərinə görə bu işi düzüb-qoşan qızın yaxınları olub. Daha sonra aparıcı Amil Xəlil uşağın düşüncələrini də paylaşıb. “Uşaq anasını da çox istəyir, atasını da. Amma atasında qalmaq fikrinin qəti olduğunu bildirir”, – deyə Amil Xəlil qeyd edib.

  • ЦИК Азербайджана рассмотрит жалобу на кандидата в депутаты

    В ЦИК Азербайджана поступила жалоба от кандидата в депутаты от второго Сураханского избирательного округа №31 Мехмана Гусейнова на другого кандидата из того же округа Фараджа Гулиева.

    Как передаёт Median.Az, об этом Report сообщили в Центризбиркоме.

    “Обращение будет рассмотрено в соответствии с законодательством”, – добавили в ЦИК.

    Напомним, что кандидат в депутаты Мехман Гусейнов разместил в соцсетях запись беседы с другим кандидатом из того же округа Фараджем Гулиевым. На аудиозаписи слышно, что Мехману Гусейнову были предложены деньги.

    Кандидат в депутаты Фарадж Гулиев прокомментировал СМИ распространенную в соцсетях беседу с Мехманом Гусейновым. Он признался, что говорил с Мехманом Гусейновым, однако заявил, что аудиозапись была смонтирована.