Month: February 2020

  • ÜST: Dünyada koronavirusa yoluxanların sayı 20 min nəfəri ötüb

    Dünyada koronavirusa yoluxanların sayı 20 min nəfəri ötüb.

    Median.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

    Bildirilir ki, hazırda yeni virusa yoluxanların sayı 20,6 min nəfərdir.

    Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı daha əvvəl koronavirusla bağlı qlobal səviyyəli fövqəladə vəziyyət elan edib.

  • Президент Алиев: Банки не должны требовать в залог имущество только в Баку, этому надо положить конец

    Объем льготного кредитования бизнеса в Азербайджане в 2020 году составит около 200 млн манатов, приоритет необходимо отдавать кредитованию малого и среднего предпринимательства (МСП), заявил президент страны Ильхам Алиев.

    «Развитию предпринимательства в Азербайджане уделяется большое внимание, прежде всего, со стороны президента. Но мы хотим, чтобы предприниматели работали честно, выплачивали налоги и больше никаких выплат никому не осуществляли. Если у предпринимателей кто-то необоснованно требует деньги, сразу сообщайте мне, в Администрацию президента, кабинет министров. Предприниматели должны в полном объеме выплачивать налоги и на этом все», — сказал Алиев в понедельник на конференции, посвященной итогам первого года реализации «Госпрограммы социально-экономического развития регионов Азербайджана на 2019-2023гг». Его слова передает «Интерфакс».

    По его словам, в 2020 году объем льготного кредитования бизнеса (по линии Фонда развития предпринимательства) составит около 200 млн манатов (в 2019г – 175 млн манатов). «В целом, до сих пор объем льготного бизнеса из государственных средств превысил 2 млрд манатов», — добавил президент.

    Глава государства подчеркнул, что необходимо расширять кредитование малого и среднего предпринимательства, так как это важно для увеличения объема ВВП страны.

    Алиев также призвал частные банки активнее кредитовать бизнес. «Преимущество должно отдаваться бизнес-кредитам, а не потребительским кредитам. Частные банки должны снижать ставки по бизнес-кредитам. Центробанк в 2019 году снижал учетную ставку, эта тенденция продолжается и в 2020 году. Поэтому и банки должны снижать ставки по кредитам. Государство создает для них условия, поэтому банки должны быть более ответственными и содействовать экономическому росту. Поручаю Центробанку и кабинету министров держать ситуацию под контролем, постоянно проводить мониторинги, информировать меня о ситуации с бизнес-кредитованием», — отметил он.

    Президент подчеркнул также решить вопрос с залогом имущества при выдаче банками кредитов. «Это касается, прежде всего, регионов, где залог под кредит банки требуют имущество в Баку. Это недопустимо», — добавил Алиев.

  • Bakıda avtomobil yeniyetməni vurub

    Bakıda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

    Belə ki, 2009-cu il təvəllüdlü Eminov Davud Bilal oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın küt travması diaqnozu qoyulub.

  • Üç nəfəri aldadaraq 15 000 manatını aldı – FOTO

    Yevlax və Qəbələ rayon polis şöbələrinin əməkdaşlarının birgə keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddələri ilə axtarışda olan 1960-cı il təvəllüdlü Nazim Quliyev Qəbələ rayonu ərazisində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”un Qərb mərkəzinə verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, Nazim Quliyevin Yevlax rayonunun Ağqıraq kənd sakinləri – Dünyamin Sadıxov və Kamran Bəhərçinovdan polisə düzəldəcəyi vədi ilə ümumilikdə 7000 manat, həmin kənd sakini olan Nicat Bəhərçinovdan isə təqaüdə çıxaracağı vədi ilə 8000 manat pulu alaraq dələduzluq yolu ilə ələ keçirib.

    N.Quliyevin respublikanın digər şəhər və rayonlarında, əsasən kənd sakinlərinə qarşı analoji cinayətlər törətdiyi də istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yevlax Rayon Polis Şöbəsinə və ya şəhər telefonlarından (02233) 6-45-02 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

  • Azərbaycanda ən çox «pul qazanan» – İCRA HAKİMİYYƏTLƏRİ AÇIQLANDI – SİYAHI

    Azərbaycanda yerli gəlirlər hesabına daxil olan vəsaitlərinin yarısının yerli icra hakimiyyətlərinin sərəncamına veriməsi ilə bağlı tətbiq edilən qayda yerli biznes mühitin yaxşılaşdırılmasına güclü stimul yaradır.

    Eləcə də bax: Millət vəkillərinin övladları harada işləyir? – NAZİR MÜAVİNİ, GÖMRÜK SƏDRİ, FOND RƏHBƏRİ – SİYAHI

    Median.Az xəbər verir ki, bu barədə fevralın 3-də Bakıda keçirilən regionların inkişafı üzrə konfransda İqtisadiyyat Naziri Mikayıl Cabbarov bildirib.
    Onun sözlərinə görə, 2019-cu ildə şəhər və rayonarın sərəncamına verilən belə vəsaitlərin həcmi 28 milyon manat təşkil edib.
    Bu vəsaitləri alan şəhər və rayon icra hakimiyyətləri arasında 1-ci yeri Sumqayıt şəhəri (5,4 milyon manat), 2-ci yeri Gəncə şəhəri (4,1 milyon manat) tutur.
    Bundan başqa, sərənamlarında bir milyon manatdan çox vəsait əldə edən şəhər və rayon icra hakimiyytələri arasında Şəki və Mingəçevir şəhərləri, Şəmkir, Xaçmaz, Qazax və Quba rayonlarını qeyd etmək olar.
    «Bölgələrdə sahibkarlvq fəaliyyəti üçün nə qədər əlverişli şərait yaradılarsa, bir o qədər vergitutma bazası genişlənir, və sosial iqtisadi məsələləri həll etmək üçün əlavə maliyyə mənbələri yaranır. Biz bu prosesin davamını bu il də izləyirik. Bu ilin yanvarında qeyri-neft sektorundan vergi daxilolmadarı ötən ilin eyni dövrü ilə müqayisədə 30% artıb»-deyə nazir bildirib.//fed.az

  • Cəlilabadda ailənin 25 yaşlı yeganə övladı intihar edib

    Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Cəlilabad şəhərində qeydə alınıb.

    Şəhər sakini, 1995-ci il təvəllüdlü Murad Xəlilov yaşadığı evdə özünü asaraq intihar edib.

    Məlumata görə, M.Xəlilov ailənin yeganə övladı olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda azyaşlı oğlanı avtomobil vurub

    Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

    2009-cu il təvəllüdlü Eminov Davud Bilal oğlu sürət həddinin yüksək olduğu yoldan keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağırdır.

    Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Gəncədə 2 nəfər dəm qazından zəhərlənib

    Gəncə qadın dəm qazından zəhərlənib.

    APA-nın məlumatına görə, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb.

    1988-ci il təvəllüdlü İbarahimova Xəyalə Hüseyn qızı yaşadığı evin vanna otağında olarkən dəm qazında zəhərlənib. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib.

    Digər zəhərlənmə hadisəsi şəhərin Bakı fəhləsi küçəsində qeydə alınıb. 1994-cü il təvəllüdü Vəliyeva Mədinə Elxan qızı vanna otağında olarkən dəm qazından zəhərlənib. M.Vəliyeva xəstəxanaya yerləşdirilib.

    Hər iki xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

  • Cəlilabadda avtomobil aşıb, 23 yaşlı gənc xəsarət alıb

    Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

    “Report” xəbər verir ki, minik avtomobilinin aşması nəticəsində rayon sakini, 1997-ci il təvəllüdlü Əliyev Yalçın İsrail oğlu xəsarət alıb. Yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • BDU çinli tələbənin müayinələrinin nəticələri ilə bağlı açıqlama yayıb – RƏSMİ

    Bakı Dövlət Universitetinin Tarix fakültəsinin III kurs tələbəsi, Çin Xalq Respublikası vətəndaşı Liu Youşa (Liu Yousha) bu gün 1 saylı Kliniki Tibbi Mərkəzdən evə buraxılıb. Aparılan tibbi müayinələr əsasında tələbənin orqanizmində təhlükəli virusun olmadığı öz təsdiqini tapıb və ona səhhətində heç bir problemin aşkarlanmadığına dair arayış təqdim edilib.

    Bu barədə “Report”a Bakı Dövlət Universitetindən bildirilib.

    Qeyd edək ki, 19 yanvar 2020-ci il tarixində Çindən Bakıya qayıdan Liu Youşa Universitet rəhbərliyinin təşəbbüsü ilə zəruri müayinələrdən keçmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib və tələbə 14 günlük karantin dövrünü həkim nəzarəti altında başa vurub.

    Hazırda Liu Youşanın tədris prosesinə qatılması universitet rəhbərliyi tərəfindən tam təmin olunub. Universitet rəhbərliyi ona müayinə təklifini anlayışla qarşıladığına görə təşəkkür edib və müvəffəqiyyətlər arzulayıb. Eyni zamanda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə əməkdaşlığa görə minnətdarlığını bildirib.

    Cari tədris ilində BDU-da Çin və ona sərhəd ölkələrdən 30-a yaxın tələbə təhsil alır və onlar sağlamlıqlarını qorumaq məqsədilə tətil müddətində Çinə getməyəcəkləri barədə məlumat veriblər.