Month: February 2020

  • İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul etdi – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Atəşkəs dövründə şəhid olan və yaralanan hərbçilərin sayı açıqlandı

    Azərbaycanın atəşkəs dövründə şəhid olan və yaralanan hərbçilərinin sayı açıqlanıb.

    APA-nın məlumatına görə, Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev bildirib ki, atəşkəs dövründə 856 şəhid və yaralanan hərbçimiz var.

  • Güclü külək evlərin dam örtüklərini və ağacları elektrik xətlərinin üzərinə aşırıb

    “Bakı” Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə elektrik enerjisinin verilişində heç bir problem yoxdur. Amma güclü külək regionların enerji təsərrüfatına ciddi ziyan vurub.

    Bunu Oxu.Az-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

    O bildirib ki, güclü külək evlərin dam örtüklərini və iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb:

    “Ötən gecə Bərdə rayonunda güclü küləyin təsiri nəticəsində elektrik xətlərinin birində açılma baş verib. Həmçinin, Ağcabədi və Şəki rayonlarinda da çox güclü külək dayaqları aşırıb, qabaqlayıcı tədbirlər nəticəsində qəzaların sayı azalıb, xətlərdə qısaqapanmalar baş verməyib, külək sakitləşdikcə baş vermiş qəzalar operativ aradan qaldırılıb.

    Hazırda Ağcabədi rayonunda 4-5 kəndin elektrik təchizatının təminatı ilə əlaqədar qəzanın nəticələri aradan qaldırılır”.

    T.Mustafayev qeyd edib ki, ASC baş verən qəzaların nəticələrini aradan qaldırmaq üçün lazımi sayda mal-material və avadanlıq cəlb edib.

  • Владельца чайного дома застрелили и закопали в жилом массиве “Гуртулуш-93”

    Сотрудники 2-го отделения полиции Сумгайыта раскрыли убийство, совершенное несколько дней назад, и задержали подозреваемого – ранее судимого мужчину.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    25 февраля оперативниками уголовного розыска на территории Баку был задержан житель поселка Зейналабдина Тагиева Эльдар Джаббаров (1970 г.р.). Задержанный передан в Прокуратуру Сумгайыта для проведения следственных мероприятий.

    В ходе расследования установлено, что Э.Джаббаров причастен к убийству владельца чайного дома Заура Мирджафарова (1977 г.р.), проживавшего в жилом массиве “Ширван” указанного поселка.

    Мужчина пропал без вести 21 февраля. Выяснилось, что в это время он находился на территории поселка Масазыр Абшеронского района, в жилом массиве “Гуртулуш-93”. Здесь между ним и Э.Джаббаровым возник конфликт, в результате которого он был убит выстрелом из пистолета.

    Затем Э.Джаббаров закопал тело жертвы в подвале недостроенного здания. Об этом правоохранителям рассказал уже сам задержанный. Криминалисты обнаружили тело убитого там же, где и указал обвиняемый.

    Известно, что Э.Джаббаров 21 января этого года был объявлен в розыск за вымогательство путем угроз. Кроме того, он был ранее судим по статьям 29,120.1 (покушение на умышленное убийство), 228.1 (незаконное хранение огнестрельного оружия), 229.1 (незаконное изготовление огнестрельного оружия), 221.3 (хулиганство) и 234.1 (незаконное хранение наркотических средств) Уголовного кодекса АР.

    По факту убийства Заура Мирджафарова возбуждено уголовное дело, следствие продолжается. Устанавливается мотив убийства.

  • Azərbaycanda çay evinin sahibinin öldürülərək basdırılmasının TƏFƏRRÜATI

    Sumqayıt şəhər 2-ci Polis Bölməsinin əməkdaşları bir neçə gün əvvəl törədilən qətlin üstünü açaraq, əvvəllər məhkum olunmuş şübhəli şəxsi saxlayıblar.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

    Fevralın 25-də Zeynalabdin Tağıyev qəsəbəsinin 50 yaşlı sakini Eldar Cabbarov Bakıda cinayət axtarış şöbəsinin əməliyyatçıları tərəfindən tutulub. Saxlanılan şəxs istintaq tədbirləri aparılması üçün Sumqayıt Prokurorluğuna təhvil verilib.

    Araşdırma zamanı məlum olub ki, E.Cabbarov həmin qəsəbənin “Şirvan” yaşayış massivində yaşayan çay evinin sahibi 43 yaşlı Zaur Mircəfərovun qətlində iştirak edib.

    Z.Mircəfərov fevralın 21-də itkin düşüb. Həmin vaxt onun Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Qurtuluş – 93” yaşayış massivində olması məlum olub. Burada onunla E.Cabbarov arasında münaqişə yaranıb. Nəticədə o, tapançadan açılan atəş nəticəsində öldürülüb.

    Sonra E.Cabbarov zərərçəkmişin meyitini yarımçıq qalmış binanın zirzəmisində basdırıb. Bu barədə hüquq-mühafizə orqanlarına saxlanılan şəxs məlumat verib. Kriminalistlər zərərçəkmişin meyitini təqsirləndirilən şəxsin göstərdiyi yerdə tapıblar.

    Bu il yanvarın 21-də E.Cabbarovun hədə-qorxu ilə pul tələb etdiyi üçün axtarışa verildiyi məlum olub. Bundan əlavə, o əvvəllər Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd), 228.1 (qanunsuz odlu silah saxlama), 229.1-ci (qanunsuz odlu silah hazırlama), 221.3-cü (xuliqanlıq) və 234.1-ci (qanunsuz narkotik saxlama) maddələri ilə məhkum edilib.

    Z.Mircəfərovun qətli ilə bağlı cinayət işi başlanıb, istintaq davam edir. Qətlin motivi müəyyənləşdirilir.

  • Türkiyəli alpinistlər Xocalı şəhidləri üçün dağa dırmandılar – VİDEO

    Türkiyənin Qars, Ağrı və Iğdır şəhərlərindən olan 35 alpinist Xocalı soyqırımı şəhidlərini anmaq üçün Naxçıvandakı Haça dağa dırmanıblar.

    Bu barədə “HaberGlobal” telekanalında süjet yayımlanıb.

    Bildirilib ki, 2426 metrlik dağın zirvəsinə çatan alpinistlər Xocalı faciəsinin 613 şəhidi üçün dua edib, Türkiyə və Azərbaycan bayraqlarını açıblar.

  • Бывший глава ИВ Нефтчалы отказался подавать апелляционную жалобу на свой арест

    Экс-глава Исполнительной власти (ИВ) Нефтчалинского района Исмаил Велиев не подал апелляцию на избрание в отношении него меры пресечения в виде ареста.

    Из общего числа арестованных подобную жалобу подал только заведующий отделом архитектуры и строительства ИВ Вугар Нагиев.

    Другие задержанные не воспользовались этим правом.

    20 февраля спецназ Службы государственной безопасности (СГБ) Азербайджана провел спецоперацию в здании ИВ Нефтчалинского района.

    В ходе операции глава ИВ Исмаил Велиев был задержан при получении взятки.

    Уголовное дело возбуждено в связи с многочисленными преступными деяниями, совершенными должностными лицами районной ИВ, которые, злоупотребив своим положением, нанесли серьезный ущерб правам граждан, а также законным интересам общества и государства.

  • Neftçalanın sabiq icra başçısı apellyasiya şikayəti verməkdən imtina etdi

    Neftçalanın həbs edilən sabiq icra başçısı İsmayıl Vəliyev barəsində seçilən həbs qətimkan tədbirindən apellyasiya şikayəti verməyib.

    İ.Vəliyevin vəkili Əyyub Ələkbərov Oxu.Az-a açıqlamasında bildirib ki, həbs olunan şəxslərdən yalnız rayonun Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev barəsində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verib.

    Digər saxlanılan şəxslər isə bu hüquqlarından istifadə etməyiblər.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb.

    Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

    Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

    İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

    Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyənləşib.

    İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyənləşib.

    Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilib.

    Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.

    Səbail Rayon Məhkəməsi sabiq icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

  • Посещение Ильхамом Алиевым и Мехрибан Алиевой мемориала “Крик матери” в эфире HaberGlobal – ВИДЕО

    Посещение 26 февраля Президентом Азербайджана Ильхамом Алиевым и Первым вице-президентом Мехрибан Алиевой в Хатаинском районе Баку мемориала “Крик матери”, возведенного в память о жертвах Ходжалинской трагедии, транслировалось турецким телеканалом HaberGlobal.

    В ходе трансляции была дана информация о событиях, произошедших в Ходжалы 28 лет назад.

  • İlham Əliyev və Mehriban Əliyevanın “Ana harayı” abidəsini ziyarət etməsi Türkiyə mətbuatında – VİDEO

    Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət etməsi Türkiyə mətbuatında yer alıb.

    “HaberGlobal” bu ziyarəti canlı yayımlayıb.

    Yayım zamanı, həmçinin, Azərbaycanın Xocalı şəhərində törədilən faciə ilə bağlı məlumatlar səsləndirilib.