Month: February 2020

  • Masallıda dəhşət: Xərçəng xəstəsi olan qadın özünü quyuya atdı

    Masallı rayonunda xərçəng xəstəsi olan qadın intihar edib.

    Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə fevralın 25-i günorta saatlarında rayonun Kubin kəndində baş verib.

    Kənd sakini, 49 yaşlı Vəzifə Babayeva qonşusu Asif Nəzərova məxsus, heç kimin yaşamadığı evin həyətindəki quyuya özünü ataraq intihar edib. O, kənd sakinləri tərəfindən quyudan çıxarılıb.

    V.Babayeva uzun müddət ağciyər xərçəngindən əziyyət çəkib.

    Faktla bağlı Masallı Rayon Prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb.

  • Nəsimi rayonundakı su probleminin səbəbi bəlli oldu

    Nəsimi rayonunda sakinlər içməli suyun məhdudiyyətlə verilməsindən əziyyət çəkirlər.

    Bu barədə Oxu.Az-a sakinlər tərəfindən məlumat verilib.

    Bildirilib ki, su problemi rayonun Cavadxan küçəsi, 68 ünvanındadır.

    Ərazidə yerləşən doqquzmərtəbəli binanın sakinləri iddia edirlər ki, 18 ildir yaşadıqları binada son iki il ərzində su problemi var.

    Onların sözlərinə görə, iki ildir axşam saat 12-dən səhər saat 7-dək binaya su verilmir.

    Binanın komendantı əməkdaşımızla söhbət zamanı bina sakinlərini narahat edən problemlərdən danışıb:

    “20 ilə yaxındır bu binanın komendantıyam. Mənzil sahiblərinin əsas problemlərindən biri su ilə bağlıdır. Son iki ildir su problemi var. Binaya suyun verilməsində daim problemlər olur. Axşam saat 12-dən səhər saat 7-dək su verilmir. Evində xəstəsi, körpə uşağı, yaşlısı olan var. Suyun fasilələrlə verilməsi çətinliklər yaradır. İşdən evə gec saatlarda gələn adamlar var, yuyunmağa su tapmırlar. Nəsimi rayon Su İdarəsinə məsələ ilə bağlı dəfələrlə müraciət etmişik. Problemin həlli ilə bağlı heç bir tədbir görülmür.

    Şikayət edəndə isə deyirlər ki, gecə su sizin nəyinizə lazımdır?! Nə zaman müraciət edirik, məsələ həll olunub deyirlər. Onlar məsələni necə həll ediblər ki, bir dəfə də gəlib şikayəti araşdıran olmayıb”.

    Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.

    Qurum rəsmisinin sözlərinə görə, gecə saatlarında tək Nəsimi rayonunda deyil, bir çox rayonlarda suyun təzyiqi aşağı salınır:

    “Bakı sakinləri gündüz saatlarına nisbətən gecə daha az miqdarda sudan istifadə edirlər. Əgər gecə şəhərin gündüzlər təmin olunduğu miqdarda suyun verilməsini davam etdirsək, bu tək Nəsimi rayonundakı su təchizatı sistemində səhər saat beşdən 10-a qədər qəzaya səbəb ola bilər”.

    Onun sözlərinə görə, “Azərsu” ASC bu səbəbdən gecə saatlarında Bakının su təchizatının həcmini azaldır:

    “Gecə saat 12-dən səhər saat 6-ya qədər paytaxtın rayonlarına verilən suyun həcmi aşağı salınır. Hidrotexniki sistemlərin tənzimlənməsi üçün mərkəzi rezervuarlardan suyun verilməsi azaldılır. Buna görə də hündürmərtəbəli binaların yuxarı mərtəbələrində suyun təzyiqi zəifləyir”.

  • В Баку муж ударил ножом жену

    В Сабунчинском районе Баку в результате конфликта Зияд Алескеров ударил ножом свою жену Кристину Алескерову (1983 г.р.).

    Как сообщает АПА, по данному факту возбуждено уголовное дело по статье 126.1 (умышленное причинение тяжкого вреда здоровью) Уголовного кодекса АР.

  • Bakıda ər arvadını bıçaqladı

    Bakıda ər arvadını bıçaqlayıb.

    APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

    Şəhər sakini, 1983-cü il təvəllüdlü Kristina Ələsgərova münaqişə zəminində əri Ziyad Ələsgərov tərəfindən bıçaqlanıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

  • В Габале девочка отравилась угарным газом

    В городе Габала Айтекин Юсифова (2005 г.р.) отравилась дома угарным газом.

    Как сообщает АПА, причиной происшествия стал кустарно установленный обогреватель.

    Подросток была доставлена в Центральную больницу Габалинского района.

  • 15 yaşlı qız dəm qazından zəhərləndi

    Qəbələ rayonunda dəm qazından zəhərlənmə olub.

    APA-nın xəbərinə görə, Qəbələ şəhər sakini, 2005-ci il təvəllüdlü Yusifova Aytəkin Surxay qızı yaşadığı evdə kustar üsulla quraşdırılan qızdırıcının içəri buraxdığı dəm qazından zəhərlənib.

    O, təcili olaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

  • Ильхам Алиев и Мехрибан Алиева посетили мемориал “Крик матери”

    26 февраля Президент Азербайджана Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева посетили в Хатаинском районе Баку мемориал “Крик матери”, возведенный в память о жертвах Ходжалинского геноцида.

    Как передает Haber Global, у памятника был выстроен почетный караул.

    Ильхам Алиев возложил к мемориалу венок, почтил память жертв трагедии.

  • İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət edib

    Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

    “Haber Global”ın məlumatına görə, abidənin yanında fəxri qarovul dəstəsi düzülüb.

    Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

    Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri abidənin önünə gül dəstələri qoyublar.

  • Xocalı faciəsinin qurbanı: “Soydaşlarımızın əlləri, ayaqları kəsilmişdi, 80 meyiti bir maşına yığdım”

    “Xocalı faciəsindən 28 il keçib. Amma inanın ki, bizim üçün bu faciənin ağrıları heç keçmir. O uşaqların səsləri dünənki kimi qulağımdadır. Mənim böyük qardaşım həmin gecə atışmalarda həlak oldu. Onun həyat yoldaşını da ermənilər qətlə yetirdilər. Onlardan geriyə bizə beş yetim körpə qaldı. O uşaqlar bu hadisəni, həyatlarında buraxdığı izi hələ də unuda bilmirlər”.

    Bunu Oxu.Az-a dəhşətli faciənin qurbanlarından olan Xocalı sakini Məhərrəmov Murad Cəmil oğlu danışıb.

    Onun ailəsi də bu faciənin qurbanıdır. Ailədə 5 uşaq olublar. Faciənin yaşandığı gün ailənin böyük oğlu ermənilər tərəfindən qətlə yetirilib:

    “Zirzəmilərdə xəbərsiz qalan 50-dən çox adamdan xəbərimiz olmadı”

    “Bu barədə danışmaq mənim üçün çox ağırdır. Xocalı qətliamından 28 il keçib. Amma o hadisələrin bizə vurduğu yaralar sağalmır. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilər bizi mühasirəyə aldı. Həmin vaxt nə baş verdiyini başa düşmədik. Xocalı faciəsinə qədər də kəndləri fasilələrlə atəşə tuturdular. Hər axşam qadınlar, qocalar, uşaqları qorumaq üçün gizli zirzəmilərə yığırdıq. Amma gözləmirdik ki, həmin gecə belə hücuma keçərlər.

    Əslində daha əvvəlcədən eşidirdik ki, fevralın 28-də ermənilər Xocalıya hücum edə bilər. Amma gözləmirdik. Ermənilər qadın, kişi, uşaq fərq qoymadan hər kəsi güllələdilər. Atışma başlayan kimi ilk olaraq zirzəmidə olan qadınları, uşaqları kənddən çıxarmağa çalışdıq. Biz onları çıxarıb arxa yol ilə aparmaq istəyirdik. Amma təəssüf ki, buna nail ola bilmədik. Onlar yarı yolda ermənilər tərəfindən qətlə yetirildilər”.

    Müsahibim deyir ki, Ağdam-Şuşa yolunun yaxınlığında qurulan pusquda böyük qardaşını itirib:

    “Qardaşım beş uşağını bizə tapşırdı və güllə qarşısına çıxdı”

    Bir gün əvvəl anamgili, qardaşımın uşaqlarını Ağdama aparmışdıq. Onlar həmin gecə kənddə deyildi. Biz əvvəl Xankəndində yaşamışıq. Oradan Şuşaya, daha sonra da Xocalıya gəlmişdik. Həmin gecə döyüşlərdə qardaşım Vaqif Məhərrəmov və onun həyat yoldaşı həlak oldular. O biri qardaşım isə 8 güllə yarası alaraq ağır yaralandı. O vaxt subay idim. Böyük qardaşıma yalvardım ki, özünü qoru, uşaqların var. O məni eşitmədi. Onun beş yadigarını bacımla mən böyütmüşük. Bacım qardaşımın uşaqlarına analıq edib”.

    Murad Məhərrəmov deyir ki, öldürülən soydaşlarımızın meyitlərini maşına yığanlardan biri də o olub:

    “Meyitlərin əlləri, ayaqları kəsilmiş, qan içində idi. 80 meyiti bir maşına yığmışdıq”

    “İnsanlar gözlərimin qarşısında işgəncələrlə öldürüldü. Onlar qışqıraraq qaçmağa çalışırdılar. Körpələri qorumaq üçün böyüklər özlərini güllə qabağına sipər edirdilər. 50-yə yaxın soydaşımız elə zirzəmilərdə qaldı, onların aqibətindən xəbərimiz olmadı. Neçə ailə evin içərisində diri-diri yandırıldı. Evlərə raket atırdılar. O gecə barədə danışmaq, yaşadıqlarımızı təsvir etmək çox çətindir. Həmin ərəfədə mən Cəfər Təpəsi deyilən postda idim. Hər kəs insanların kənddən çıxarılması üçün çalışırdı. Lakin buna nail ola bilmədik”.

    “O biri qardaşım 8 güllə yarası aldı. Anam və atam bu ağır dərdə dayana bilməyib vəfat etdilər”

     Xocalı faciəsinin ağır yükü çox keçmir ki, onun valideynlərini də əlindən alır:

    “Anam və atam həmin gün kənddə deyildilər. Amma qardaşımın, qohumlarımızın faciəli ölümləri onları o qədər sarsıtmışdı ki, bu dərdə dözə bilmədilər. Hadisədən qısa bir zaman sonra onlar vəfat etdilər.

    Mən və qardaşım ağır yaralandıq. Bu gün də həmin yaralar bizə o gecənin dəhşətini xatırladır. Elə ailələr var idi ki, ölən yaxınlarının meyitlərini belə oradan götürə bilmədilər. Arzu edirəm ki, topraqlarımızı geri qaytaraq. Azərbaycan bir daha belə acı tarix yaşamasın”.

  • В Баку обнаружено тело неизвестного мужчины

    На улице Гусейна Сеидзаде в Насиминском районе Баку найдено тело неизвестного мужчины.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, мужчина, которому на вид около 25-30 лет, предположительно, скончался вечером 24 февраля. Признаков насильственной смерти на теле не обнаружено.

    По данному факту прокуратура Насиминского района ведет расследование.