Month: February 2020

  • Psixoloq müalicə adı ilə yeniyetmə qızlara təcavüz etdi

    Türkiyənin Ankara şəhərində yeniyetmə qızlar psixoloq tərəfindən təcavüzə məruz qalıb.

    “Demirören Haber Ajansı”nın (DHA) yaydığı xəbərə görə, Erol Tangut adlı həkim-psixoloq 16 yaşlı iki qıza təcavüz edib.

    O, hər iki pasiyentinə ilk seansı klinikada, digər seansları evində keçib.

    Həmin şəxs qızlara səninlə dini nikah bağladım, valideynlərinə desən, müalicənin bir xeyiri olmaz deyərək təcavüz edib.

    Məhkəmə qərarı ilə E.Tangut 33 il 9 ay azadlıqdan məhrum edilib.

  • Мазахир Панахов: Некоторые говорят, что Мазахир Панахов хлеще Сталина

    Некоторые говорят, что в ЦИК установлен режим гестапо, а Мазахир Панахов хлеще Сталина. Но это не так.

    Как передает Oxu.az, об этом заявил председатель ЦИК Мазахир Панахов.

    Он отметил, что заседания ЦИК проходят открыто: “Члены ЦИК открыты для каждого, они общаются с кандидатами. Между нами и работниками ЦИК также сложились искренние отношения”, – подчеркнул М.Панахов.

  • Məzahir Pənahov: “Bəziləri deyir ki, Stalin mənim yanımda toya getməlidir”

    Bəziləri deyir ki, Mərkəzi Seçki Komissiyasında gestapo rejimidir, Stalin Məzahir Pənahovun yanında toya getməlidir. Amma bunun heç bir əsası yoxdur.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bunu MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov deyib.

    O bildirib ki, bu kimi fikirlər heç də doğru deyil: “Komissiyanın iclasları açıq keçirilir. MSK üzvləri hər kəsə açıqdır və namizədlərlə ünsiyyət qururlar. Həmçinin bizim işçilərlə də münasibətlərimiz çox səmimidir”,-deyə Məzahir Pənahov əlavə edib.

  • 28 yaşında karyerasını bitirən dünya çempionumuz: “Gördüm ki, əvvəlki kimi döyüşə bilmirəm”

    Boks üzrə dünya çempionumuz Elvin Məmişzadənin Oxu.Az saytına müsahibəsi

    – Bu gün Boks Federasiyası qadınlardan ibarət millimizdə böyük məşqçi təyin olunduğunuzu açıqladı. Artıq demək olarmı ki, boksçu kimi karyeranızı başa vurdunuz?

    – Bəli, karyeramı başa vurdum. Fəaliyyətimi məşqçi kimi davam etdirmək, bildiklərimi bundan sonra gələnlərə öyrətmək istəyirəm.

    – 28 yaşında karyeranızı başa vurdunuz. Nəzərə alaq ki, qarşıdan Olimpiya Oyunları gəlirdi və martda Londonda keçiriləcək lisenziya turniri ilə Olimpiadaya vəsiqə qazanmaq şansınız vardı. Bu qərarın səbəbi nədir?

    – 2019-cu ilin əvvəllərinə kimi çıxış etdim. Amma gördüm ki, əvvəlki Elvin deyiləm. Kiminsə qabağını kəsmək olmazdı. Azərbaycan çempionatının qalibi olmaq şərt deyil. Əsas məsələ kənarda qalib gəlib, Azərbaycan bayrağını qaldırmaq idi. Amma istədiyim kimi döyüşə bilmirdim. Azərbaycan çempionu olum, maaşımı alım – bu mənə yaraşan hərəkət deyil. Düzdür, mən o qədər də respublika birinciliyində çıxış etməmişəm, amma beynəlxalq yarışlarda nəticə verirdim. Amma Azərbaycan çempionu olanların çoxu kənarda nəticə verməyi bacarmırdı. Söhbət öz çəki dərəcəmdən gedir.

    – Sizin çəkinizdə kim lisenziya turnirinə aparılacaq?

    – Rüfət Hüseynov, Məsud Yusifzadə və adını unutduğum gənc boksçumuz var. Onlardan biri arasında seçim ediləcək.

    – Yığmanın yeni kubalı baş məşqçisi ilə hər hansısa probleminiz yox idi?

    – Mən bu məşqçi ilə heç vaxt toplanışda olmamışam. Sonuncu dəfə Vaqif Şirinov yığmada olanda komandada yer almışam. Onunla da heç bir problemim olmayıb. Yalnız ukraynalı baş məşqçimiz Leonid Layinski ilə problem yaşamışam. O məni başqa idmançı ilə dəyişdi. Amma sonra gördü ki, həmin boksçu da mənim yerimi vermir. Öz səhvini sonra görsə də, artıq gec idi. Bir də Vaqif müəllimin vaxtında yığmaya qaytarılsam da, əvvəlki formamdan uzaq düşmüşdüm. 2018-ci ildə döyüşməməyim məni çox geri saldı.

    – Yəni, bir il döyüşməməyiniz karyeranıza çox təsir etdi…

    – Bəli. Legioner məşqçi Azərbaycana niyə gəlir? Pulunu qazanmağa. O heç vaxt bizim dövlətə can yandırmaz. Biz burda bayrağımızı qaldırmağı, himnimizi səsləndirməyi düşünürük, onlar isə pulunu qazanmağı. Tək boksda deyil, digər idman növlərində də belədir. Beləcə nə qədər idmançılarımızı itirmişik. Gərək itirməyək, niyə gedib kənardan məşqçi, legioner gətirməliyik ki? Məsələn, futbol bizdə yarımçıqdır. Amma Qurban Qurbanov kimi azərbaycanlı məşqçi var. O, “Qarabağ”la tarix yazdı. Amma ömrü boyu yığmaya Braziliyadan, Xorvatiyadan məşqçi gətirdik, heç nəyə nail olmadıq.

    – Belə başa düşdüm ki, legionerlərin millidə olmasının da əleyhinəsiniz. Amma indi çalışdığınız qadın millisində iki Kolumbiyadan legioner olmalıdır…

    – Özümüzdə qadın boksçular olsa, lap əla olar. Amma qadın millisində biz buna məcburuq. Qızlarda buna daha çox ehtiyac var. Çünki Azərbaycanda qızları boksa yazdırmırlar. Buna tələbat azdır. Amma legioner gətirməklə göstərməyə çalışırıq ki, qadınlar da döyüşə bilir. Bununla da maraq yaratmağa çalışırıq.

    – Teymur Məmmədov və Pərviz Bağırov kimi boksçularımız 25 yaşında karyeralarını bitirdilər. Bu tendensiya niyə belə davam edir?

    – Düzdür, çox erkən yaşda karyeramızı bitirdik. Bir az elə bil ki, boksdan çox yorulduq…

  • Biləsuvar sərhəd-keçid məntəqəsində son durum – VİDEO

    Azərbaycanla İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən “Astara” və “Biləsuvar” buraxılış məntəqələrində məhdudiyyətlərin tətbiq olunması davam edir.

    Median.Az-in məlumatına görə, bu gün “Report”un çəkiliş qrupu Biləsuvar sərhəd-keçid məntəqəsinə gedərək orada “Facebook” vasitəsilə canlı yayım edib, “Report”un izləyicilərinə ərazidəki son vəziyyəti çatdırıb.

    Həmin videonu təqdim edirik:

  • Sabunçuda təbii qaz təchizatının dayandırılmasının səbəbi açıqlandı – RƏSMİ

    Sabunçu rayonu Maştağa qəsəbəsində evlərə təbii qazın verilməsi dayandırılıb.

    Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər məlumat verib.

    Onlar qaz təchizatının dayandırılmasının səbəbləri barədə məlumatsız olduqlarını bildiriblər.

    Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Ceyhun Səfər Oxu.Az-a açıqlamasında sözügedən ərazidə evlərə qaz təchizatının dayandırıldığını təsdiqləyib.

    Onun sözlərinə görə, bu ərazidə təbii qazın verilməsinin dayandırılmasına səbəb qaz kəmərlərinə qanunsuz qoşulmaların aşkar edilməsidir:

    “Belə hallarla daha çox Sabunçu rayonunun Maştağa və Kürdəxanı qəsəbələri, Nardaran kəndində, Binəqədi rayonunun Xocahəsən qəsəbəsi, Abşeron rayonunun Hökməli qəsəbəsi, Suraxanı rayonu Zığ kəndində və Xəzər rayonu Binə qəsəbəsində rastlaşmışıq. “Azəriqaz” İB qaz kəmərlərinə qanunsuz qoşulmaların qarşısını almaq üçün kəmərləri saxlayan dirəklərdən deşik açmaq məcburiyyətində qalıb.

    Çünki əksər hallarda qanunsuz qoşulma aparanlar rezin borunu torpağın altından çəkir, dirəyin içərisi ilə yeridir və qaz xəttinin dirəyə oturduğu yerdən calaq etməklə qoşma aparır. Qoşma da özbaşına qaynaqsız olduğu üçün qazın çox hissəsi rezin borunun qoşulduğu yerin kənarlarından havaya uçur. “Azəriqaz” İB-nin qazdan qanunsuz istifadə edənlərin həyətlərinə daxil olmaq, mənzillərinə baxmaq səlahiyyəti yoxdur.

    Amma bilinən odur ki, bəziləri öz həyətindən də digər qonşularına qaz paylayır, istixanalarını qazla təmin edir, bir sözlə, özü üçün mini “qaz paylayıcı şəbəkə” yaradır”.

    C.Səfərli onu da əlavə edib ki, ötən il ərzində 42 mindən çox qanunsuz qoşulma aşkarlanıb:

    “Ötən ilin 12 ayı ərzində qeyri-qanuni qoşulma hallarına görə, ölkə üzrə 42 839 (42 520 əhali qrupu, 319 qeyri-əhali qrupu) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunub.

    67 531 071 m3 (bura qeyri-əhali qrupuna aid 5 902 291 m3 də daxildir) qaz itkisi hesablanıb. Qaz təsərrüfatına 6 753 107 manat (o cümlədən qeyri-əhali üzrə 1 180 458 manat) məbləğində ziyan dəyib. Bu ziyanın böyük əksəriyyəti Bakı şəhəri və paytaxt ətrafı ərazilərə aiddir. Çünki regionlarda əhali və qeyri-əhali üzrə cəmi 2199 akt tərtib olunub.

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndində qeyd edilir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq, həmin şəxsdən tələb etməlidir. Lakin bu Qaydalarda itirilmiş qazın bərpası üçün borcun hesablanmasına aid hansısa bir düstur yoxdur. Elə buna görə də mövcud qanunvericiliyin üzərində təkmilləşdirilmə işləri aparılır”.

  • Məzahir Pənahov seçkiyə görə kimlərin cəzalandırılacağını açıqladı

    “Bülletenləri korlayan məntəqə seçki komissiyalarının üzvləri cəzalandırılmalıdır. Onlar barəsində çox ciddi ölçü götürülməlidir”.

    “Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

    MSK sədri bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin hər birinə çox ciddi şəkildə yanaşılır: “Əgər hər hansı bir pozuntu aşkar edilirsə, bununla bağlı müvafiq qərar qəbul edilir”.

  • Bakıda evdən qeyri-rəsmi nikahda yaşayan cütlüyün meyiti tapıldı

    Bakıda iki nəfər dəm qazından boğulub.

    APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

    Rayon ərazisindəki evlərdən birində kirayədə yaşayanlar – 1960-cı il təvəllüdlü Qulamov Bəşir Əbülfəz oğlu və 1982-ci il təvəllüdlü (M.Z) dəm qazından boğularaq ölüblər.

    Onlar qeyri-rəsmi nikah münasibətlərində olublar.

    Faktla bağlı araşdırma aparılır.

  • Mehriban Əliyeva Rəhman Rəhmanovun müalicəsini öz üzərinə götürdü

    Əməkdar artist Rəhman Rəhmanovun əməliyyat xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

    Ötən gün öd kisəsindən əməliyyat olunan Əməkdar artist bu barədə Oxu.Az-a açıqlamasında məlumat verib.

    “Bir saat öncə Heydər Əliyev Fondunun nümayəndəsi mənimlə əlaqə saxladı və bildirdi ki, bütün əməliyyat xərclərini fond öz üzərinə götürüb. Bu zəng mənim üçün gözlənilməz oldu.

    Birinci vitse-prezident Mehriban xanım Əliyeva səhhətimlə maraqlanıb. Ailəm və öz adımdan cənab Prezident İlham Əliyeva və Mehriban xanıma dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm”.

    Qeyd edək ki, Əməkdar artist Rəhman Rəhmanov sabah yenidən əməliyyat olunacaq.

  • На Маврикии не выпускают из самолета пассажиров с севера Италии

    Власти Маврикия несколько часов держат на борту самолета авиакомпании Alitalia часть пассажиров с севера Италии, где распространяется эпидемия коронавируса.

    Как передает РИА “Новости”, об этом сообщает газета La Repubblica.

    Согласно данным онлайн-табло аэропорта на Маврикии, борт из Рима приземлился в 10:49 по местному времени. На борту было около 300 человек, и руководство местного аэропорта разрешило высадку только тем пассажирам, которые прибыли не из охваченных вспышкой коронавируса итальянских регионов.

    “Заблокированные пассажиры остаются в самолете”, – сообщает Repubblica.

    Как сообщает газета, власти Маврикия предложили 70 пассажирам из областей Ломбардия и Венето, где отмечены случаи заражения коронавирусом, остаться в местной больнице на карантин. В противном случае им будет предписано вернуться в Италию.

    МИД Италии сообщило, что следит за ситуацией и “находится в постоянном контакте с авиакомпанией Alitalia и с посольством в Претории, ответственным за регион, с тем чтобы обеспечить помощь итальянцам на борту в максимальном объеме”.

    Общее число случаев заражения в Италии в понедельник утром превысило 200. Самые крупные вспышки зафиксированы в северных областях Ломбардия и Венето. От COVID-19 скончались четыре человека.

    Власти шести регионов на севере страны сообщили о закрытии школ и университетов сроком на неделю. В Ломбардии и Венето принято решение о запрете всех публичных мероприятий, включая культурные, спортивные и религиозные.