Month: February 2020

  • İki nəfərin eyni kabinədə səs verməsi iddialarına münasibət – RƏSMİ

    Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar iki nəfərin eyni səsvermə kabinəsində səs vermələri iddialarına münasibət bildirilib.

    Oxu.Az-ın məlumatına görə, MSK üzvü Ramiz İbrahimov bildirib ki, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi üzrə namizəd Mütəllim Rəhimovun şikayətində bu barədə qeyd olunub.

    Mütəllim Rəhimov şikayətində bildirib ki, bu hal həmin dairənin 16 saylı seçki məntəqəsində qeydə alınıb.

    Ramiz İbrahimov isə söyləyib ki, iddianın doğru olub-olmadığını müəyyənləşdirmək çətindir.

    “Təqdim edilən fotoda aydınlaşdırmaq olmur ki, o iki şəxs kimdir. Bilinmir ki, ikinci şəxs seçiciyə kömək edən məntəqə komissiya üzvüdür, ya yox”, – deyə Ramiz İbrahimov əlavə edib.

  • Türkmənistandan İrana xəbərdarlıq: “Sərhədi keçən iranlılar silahla vurulacaq”

    Türkmənistan İranla sərhədlərini bağlayıb.

    Hronikatm.com-un yaydığı xəbərə görə, buna səbəb İranda yayılan koronavirus təhlükəsidir.

    İranla sərhəddəki Kaaxka və Qızıl Arvata sərhəd-keçid məntəqələrində sərhədçilər qoruyucu tibbi maska və respiratorlar istifadə edirlər.

    Türkmənistan rəsmiləri tərəfindən İran səfirliyinə bildirilib ki, vətəndaşları neytral zonadan keçməsinlər.

    Qanunu pozaraq sərhədi keçən iranlıların silahla vurulacağı xəbərdarlığı edilib.

    Xatırladaq ki, İranda koronavirusun yayılması səbəbi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Əfqanıstan, İraq və Ermənistan bu ölkə ilə dövlət sərhədlərini bağlayıb.

  • Tibbi maskaların qiymətinin artımı ilə bağlı RƏSMİ AÇIQLAMA

    Məlum olduğu kimi, son zamanlar koronavirusla bağlı dünyada tibbi maskalara tələbat artıb. Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib.

    Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada bildirilib.

    “Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək”, – deyə mətbuat xidməti vurğulayıb.

    Qeyd edək ki, sosial şəbəkələrdə tibbi maskaların qiymətinin qalxması ilə bağlı məlumat yayılıb. Oxu.Az-ın əməkdaşı şəhərdə fəaliyyət göstərən apteklərə baş çəkib. Yayılan xəbərlər öz təsdiqini tapıb.

  • Nazirlər Kabinetindən vətəndaşlara İrana səfərlərlə bağlı XƏBƏRDARLIQ

    2020-ci il yanvarın 28-də Çin Xalq Respublikasında yayılmış koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Baş nazirinin sədrliyi ilə hökumət komissiyası yaradılıb, yanvarın 30-da epidemiyaya qarşı Fəaliyyət Planı təsdiqlənib.

    Nazirlər Kabinetindən verilən məlumata görə, epidemiyanın təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən, hava limanlarında profilaktik tədbirlər görülür. Həmin tarixdən başlayaraq, bütün istiqamətlərdən Azərbaycana gələn sərnişinlər ciddi yoxlanılır və bu günədək ölkəmizdə koronavirusa yoluxma halı qeydə alınmayıb.

    Son günlər İran İslam Respublikasında koronavirusa yoluxma hallarının artmasına və bəzi hallarda ölümlə nəticələnməsinə dair rəsmi məlumatların yayılmasından sonra Azərbaycan-İran sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib.

    Fevralın 22-dən başlayaraq sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır. Bu səbəbdən keçid prosedurlarının sürəti azalıb.

    Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində də nəzarət gücləndirilib. Yüklərin ölkəyə girişi və çıxışında əlavə sanitar-dezinfeksiya tədbirlərinin görülməsi davam etdirilir.

    İran İslam Respublikasında yaranmış vəziyyətlə əlaqədar olaraq əhaliyə xüsusi zərurət olmadığı hallarda qonşu ölkəyə səfərlərini müvəqqəti olaraq təxirə salmaq tövsiyə olunur.

    Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir. Aidiyyəti qurumlara gücləndirilmiş rejimdə fəaliyyət göstərməyə dair tapşırıqlar verilib. Ölkəmizin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan bütün tədbirlər görülür və narahatlıq üçün əsas yoxdur. Epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar var.

    Koronavirus epidemiyası hazırda beynəlxalq miqyaslı təhlükə olduğu üçün bu barədə təxribat xarakterli dezinformasiyalar yayılması halları da müşahidə olunmaqdadır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi məlumatlara etibar etsinlər.

    Zəruri hallarda ictimaiyyətə əlavə məlumat veriləcək.

  • İrandan gələn iki nəfər koronavirus şübhəsi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirildi

    Koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) daha iki nəfər gətirilib.

    Mərkəzdən Trend-ə verilən məlumata görə, həmin şəxslər bu gün səhər saatlarında KTM-in yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

    Onlardan biri İranın Astara rayonunda işləyən Azərbaycan vətəndaşı, digəri isə ölkəmizə səfər edən İran vətəndaşıdır:

    “Hər iki şəxs mərkəzə qəbul olunaraq müayinə edilib, onlarda koronavirus əlamətləri aşkar edilməyib. Gətirilən şəxslərdən birinin hərarəti 37,1 , digərində isə 37,3 dərəcə olub. Hər iki şəxs karantin nəzarətinə götürülüb”.

  • Тахир Рзаев награжден орденом “Шохрат”

    24 февраля Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении Тахира Муса оглу Рзаева орденом “Шохрат”.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению главы государства, Т.Рзаев удостоен награды за активное участие в общественно-политической жизни Азербайджана.

    Т.Рзаев – поэт, член Союза писателей Азербайджана, доктор философии по филологии, депутат II-V созывов Милли Меджлиса (парламента).

  • Prezident Tahir Rzayevi “Şöhrət” ordeni ilə təltif etdi

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Tahir Musa oğlu Rzayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Tahir Musa oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilib.

    Qeyd edək ki, T.Rzayev şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V çağırış deputatıdır.

  • Президент Ильхам Алиев наградил Артура Расизаде орденом “За службу Отечеству” 1-й степени

    24 февраля Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении Артура Расизаде орденом “За службу Отечеству” 1-й степени.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению главы государства, А.Расизаде удостоен награды за продолжительную плодотворную деятельность в общественно-политической жизни Азербайджана. 

  • Prezidentdən Artur Rasi-zadə ilə bağlı VACİB SƏRƏNCAM

    Prezident İlham Əliyev Artur Rasi-zadənin təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Artur Tahir oğlu Rasi-zadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

  • Biləsuvar və Astara sərhədlərində təcili tibbi yardım hazır vəziyyətə gətirilib – RƏSMİ

    Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Cəlilabad və Lənkəran Rayon Mərkəzi Xəstəxanalarında yerləşdirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

    Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub.

    Bildirilir ki, İranla sərhədyanı rayonlardakı – Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara tibb müəssisələrində lazımi tədbirlər görülüb:

    “Belə ki, sözügedən rayonların mərkəzi xəstəxanalarında İnfeksion şöbələr və bokslar (digər şöbələrlə əlaqəsi olmayan palatalar) hazır vəziyyətdədir. Biləsuvar və Astara sərhədlərində təcili və təxirəsalınmaz tibbi yardım tam təchiz olunmuş vəziyyətdə dayanıb. Eyni zamanda, sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışırlar”.

    Məlumatda o da qeyd olunub ki, Azərbaycanda koronavirusa yoluxma halı aşkarlanmayıb:

    “Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da öz rəsmi internet səhifəsində təsdiqləyib. Koronavirusa yoluxma halının qeydə alındığı ölkələrlə bağlı məlumat ÜST-ün rəsmi internet səhifəsində və sosial şəbəkələrindəki səhifələrində yerləşdirilib”.