Month: February 2020

  • Вилаят Эйвазов произвел новое назначение

    В МВД Азербайджана произведена кадровая перестановка.

    Приказом министра внутренних дел генерал-полковника Вилаята Эйвазова старший инспектор Ширванской региональной группы пресс-службы МВД Тогрул Насирли освобожден от занимаемой должности.

    Он назначен инспектором отдела Управления государственной дорожной полиции Главного управления полиции Баку.

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

    Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Toğrul Nəsirli vəzifəsindən azad olunub.

    O, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölməsinə inspektor vəzifəsinə təyinat alıb.

  • Azərbaycanda koronavirus olması ilə bağlı səs yazısını yayan şəxs tutulub? – RƏSMİ

    Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə koronovirusla bağlı yayılan səs yazısına münasibət bildirib.

    DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “Whatsapp” sosial şəbəkəsində yayılan səs yazısı ilə bağlı araşdırma aparılır:

    “DİN tərəfindən Mərkəzi Klinik Xəstəxanada koronavirusa görə xəstələrin olması ilə bağlı yanlış məlumatlar yayanlara qarşı tədbirlər görülür”.

    E.Zahidov bildirib ki, hələlik bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən saxlanılan yoxdur.

    Qeyd edək ki, dünən sosial şəbəkələrdə Mərkəzi Klinik Xəstəxanada koronavirusa görə xəstələrin olması ilə bağlı məlumat yayılıb.

    İddialara görə, həmin şəxs bir həkim olub və hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, xəbərdarlıq edilib.

  • Приостановлена поставка иранских товаров в ТЦ “Садарак”

    Приостановлена поставка товаров из Ирана в торговый центр “Садарак”, расположенный в поселке Локбатан Гарадагского района Баку.

    Об этом сообщил в понедельник Trend глава пресс-службы ТЦ Микаил Гадимов.

    По его словам, из Ирана завозят преимущественно ковры и другие текстильные изделия.

    “Эти товары в настоящее время не ввозятся. К тому же те, кто занимается продажей ковров, еще не успели распродать предыдущую партию”, – сказал руководитель пресс-службы.

    М.Гадимов добавил, что в торговый центр поставлялись преимущественно турецкие и китайские товары, но импорт последних уже также приостановлен.

    “Сейчас в “Садарак” поступают только товары из Турции”, – сказал представитель ТЦ.

  • İrandan “Sədərək” Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı

    İran İslam Respublikasından Azərbaycanda fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinə satış üçün malların gətirilməsi dayandırılıb.

    Bu barədə Trend-ə açıqlamasında mərkəzin mətbuat xidmətini rəhbəri Mikayıl Qədimov deyib.

    Onun sözlərinə görə, İrandan “Sədərək” Ticarət Mərkəzinə, əsasən, xalça və digər toxuculuq məhsulları gətirilir:

    “Həmin mallar isə artıq gətirilmir. Həm indiki vaxtda bazarda İran malları işləmir. Xalça biznesi ilə məşğul olan şəxslərin əvvəlki aylardan gətirdiyi mallar hələ satılmayıb. Ona görə də İrandan “Sədərək” Ticarət Mərkəzinə malların gətirilməsi dayandırılıb.

    Bazara, əsasən, Türkiyə və Çindən mallar gətirilirdi ki, koronavirusla bağlı Çindən də malların gətirilməsi dayandırılıb. İndi bazara ancaq Türkiyədən mallar gətirilir”.

  • İranda yenidən zəlzələ olub

    İranda yenidən zəlzələ baş verib.

    “Haber Global”ın Tehran Universiteti Seysmoloji Mərkəzinə əsasən yaydığı məlumata görə, zəlzələ yerli vaxtla 04:03-də meydana gəlib.

    4,9 bal gücündə baş verən zəlzələ İranın cənubunda Kirman əyalətinin Raver rayonunda qeyd edilib.

    Təkanın episentri 10 kilometr dərinlikdə olub.

    Qeyd edək ki, fevralın 23-də İranın Qərbi Azərbaycan əyalətinin Qotur rayonunda 5,7 bal və Xoy şəhərinin Zərdab bölgəsində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

  • Baş Epidemioloq vətəndaşlara səsləndi: “Əhalinin sıx olduğu yerlərə getməyin”

    “Azərbaycanın İranla sərhədi bağlaması insanları təlaşlandırmasın. Bu sadəcə, təhlükəsizlik məqsədi ilə atılan addımdır. Çünki iki ölkə arasında gediş-gəliş kifayət qədər çox olurdu. Yaxşı olar ki, insanlar sağlamlıqlarını qorumaq üçün nəinki İrana, ümumiyyətlə ölkə daxilində də əhalinin sıx olduğu yerlərə getməsinlər”.

    Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

    O bildirib ki, virusdan qorunmaq üçün mütləq şəkildə maskalardan istifadə etsinlər:

    “Koronavirusu bu qədər böyütmək olmaz. Virus xəstəliklər insanlar yaranandan mövcud olub və olacaq. Koronavirus da onlardan biridir. Düzgün və sağlam qidalanmaqla, maskalardan istifadə etməklə və insanlarla ünsiyyəti maksimum dərəcədə azaltmaqla hava yolu ilə keçən bütün xəstəliklərdən qorunmaq olar.

    Adi respirator infeksiyaları belə insanlar arasında sürətlə yayıla bilir. Buna səbəb isə insanların qorunmamasıdır. Xəstə şəxslərdən kənar durmaq, qoruyucu maskalardan istifadə etmək vacibdir. Bu gün Səhiyyə Nazirliyi, eləcə də digər qurumlar təhlükəsizlik məqsədi ilə kifayət qədər ciddi addımlar atıblar. İnsanlar özlərini qorumasa, fərd olaraq onları bir-bir qorumaq mümkün deyil. Vacib olmadığı təqdirdə nə İrana, nə də bu virusun yayıldığı digər ölkələrə getmək, həmin ölkələrdən gələn şəxslərlə təmasda olmaq məsləhət görülmür. Hətta deyərdim ki, ehtiyac yoxdursa, evdən bayıra çıxmamaq daha yaxşı olardı”.

    İ.Ağayev sonra qeyd edib ki, insanların öpüşüb-görüşməsi bütün hallarda yanlışdır:

    “Hər zaman demişəm ki, havada müxtəlif virus infeksiyaları var. İnsanlar bir-biri ilə öpüşüb-görüşməməlidir. Buna nə ehtiyac var? Bununla onlar hava yolu ilə yoluxan müxtəlif xəstəliklərə tutula bilərlər. Bu birbaşa xəstəliyin orqanizmə düşməsi üçün şəriat yaradan amildir. Azərbaycanda bu günədək koronavirus şübhəsi ilə bağlı heç bir fakt qeydə alınmayıb. Rəsmi olaraq Səhiyyə Nazirliyinin açıqladığı informasiyaya inanmaq lazımdır. Təxribat xarakterli yayılan, rəsmi olmayan heç bir məlumata inanmayın. Azərbaycanda müxtəlif qurumlar önləyici profilaktik tədbirlər həyata keçirir. Sərhəd ölkə olduğu üçün bir qədər daha ehtiyatlı olmaqda fayda var. Amma bu o demək deyil ki, İranda bu virusa yoluxan şəxslər aşkar edilibsə, Azərbaycanda da mütləq olacaq”.

    Nazirliyin baş epidemioloqu Azərbaycan vətəndaşlarına müraciət edib.

    O qeyd edib ki, adi respirator infeksiyalarına yoluxan şəxslərin məktəbə və ya işə getməsi doğru deyil:

    “Hər zaman demişəm ki, hava yolu ilə yoluxa biləcək xəstəliklərə (respirator infeksiyalar) yoluxan insanlar sağalana qədər ev şəraitində olmalıdırlar. İşə götürən şəxslər digər əməkdaşlarının sağlamlığını qorumaq məqsədi ilə həmin işçilərə icazə verməlidirlər. Əks təqdirdə ən yüngül infeksion xəstəliklər belə qısa zamanda yayıla bilir. “Respirator sindromu olanlar mütləq maska taxmalıdırlar. Yaxşı olar ki, xəstə insanlar ya ev, ya da ağır olacağı təqdirdə xəstəxana şəraitində müalicə alsınlar. Hər respirator virus infeksiyası əlaməti olan şəxslərə koronavirusa yoluxub demək olmaz. Respirator xəstəliklər mövsümi xarakter daşıyır”.

  • Azərbaycan-İran sərhədində son vəziyyət – VİDEO

    Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində koronavirus təhlükəsi ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimi davam edir.

    Baku TV xəbər verir ki, sərhəddən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfdən isə İran vətəndaşlarının keçidinə icazə verilir.

    Bundan başqa, Naxçıvan Muxtar Respublikasına gedən vətəndaşlar koronavirus təhlükəsi ilə bağlı məlumatlandırıldıqdan sonra keçidə icazə verilir.

    Qeyd edək ki, Biləsuvar gömrük-sərhəd məntəqəsində görülən tədbirlər profilaktik xarakter daşıyır. Bundan əlavə, Məşhəd şəhərinə gedən zəvvarlar, əsasən, Biləsuvar keçid məntəqəsindən istifadə edir.

  • Azərbaycanda “cinçıxarma” belə görüntüləndi – VİDEO

    Azərbaycanda növbəti “cinçıxarma”nın görüntüləri yayılıb.

    Video sosial şəbəkədə paylaşılıb.

    Görüntülərin Gədəbəydə çəkildiyi bildirilib. Videoda özünü din xadimi kimi təqdim edən şəxsin qadının əllərini tutaraq, onu sorğu-sual etməsi görünür.

    Həmin görüntüləri təqdim edirik:

    /oxu.az/

  • При предотвращении армянской провокации погиб азербайджанский пограничник

    Подразделения вооруженных сил Армении совершили очередную провокацию на линии соприкосновения войск на азербайджано-армянской госгранице в направлении села Гушчу Айрым Газахского района.

    Как сообщает пресс-центр Государственной пограничной службы (ГПС) АР, около 07:00 24 февраля вооруженные силы Армении с позиций, расположенных вблизи села Коти в Ноемберянском районе, попытались совершить диверсию против погранзастав Азербайджана.

    Провокация была предотвращена, враг понес тяжелые потери: был тяжело ранен офицер, еще один военный – ликвидирован.

    При предотвращении провокации врага, диверсионная группа которого использовала гранатометы и другое крупнокалиберное оружие, героически погиб азербайджанский пограничник Велиев Ибрагим Алемшах оглу.