Month: February 2020

  • Уволена директор бакинской школы

    Директор бакинской средней школы №53 Фирангиз Гасанова освобождена от занимаемой должности за нарушения в работе.

    Об этом Oxu.Az сообщили в Управлении образования столицы.

    “Функции директора школы временно переданы старшему консультанту сектора общего образования Управления образования Баку Рашаду Алджанову”, – сказали в ведомстве.

    Ранее Oxu.Az сообщал о том, что окончившая в прошлом году девятый класс школы №53 Нигяр Байрамлы получает образование в США и одновременно числится учащейся 10 класса указанной школы.

    Фирангиз Гасанова создала условия для получения школьницей образования “на бумаге”.

    В этой связи Управление образования города Баку проводит расследование.

  • Şagirdin həm Bakıda, həm də ABŞ-da təhsil almasına göz yuman saxtakar direktor işdən çıxarıldı

    Bakı şəhəri 53 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilib.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məktəbin direktoru Həsənova Firəngiz Eldar qızı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən və 69-cu maddəsinin 3-cü bəndində göstərilən qaydada xitam verilib:

    “Bakı şəhəri 53 nömrəli tam orta məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun böyük məsləhətçisi Rəşad Alcanova həvalə edilib”.

    Qeyd edək ki, bir müddət əvvəl Oxu.Az Bakı şəhəri 53 nömrəli məktəbin direktoru Firəngiz Həsənovanın işində ciddi saxtakarlığa yol verməsi barədə məlumat yaymışdı.

    Ötən dərs ilində IX sinfi bitirmiş Nigar Bayramlı bu dərs ilində ABŞ-da təhsilini davam etdirməklə bərabər, 53 nömrəli məktəbin X sinif şagirdi kimi təhsil alır. Çünki direktor onun “kağız üzərində təhsil almasına” şərait yaradıb.

    Direktor bu işdən “qurtulmaq” adı altında bütün müəllimlərdən adambaşına 150-200 manat yığıb.

    O, həmçinin, məktəbə qeyri-rəsmi şəkildə işçilər götürürmüş. Bütün bunlarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma başlanılmışdı.

  • Sabah hava yağmursuz olacaq

    Bakıda və Abşeron yarımadasında fevralda 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, duman olacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

    Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 752 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

    Azərbaycanın rayonlarında sabah gün ərzində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 25-i gün ərzində Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişsizdir.

  • Хафиз Гаджиев госпитализирован

    Председатель партии Müasir Müsavat (“Современный Мусават”) Хафиз Гаджиев госпитализирован.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил сам Х.Гаджиев.

    В больнице он находится несколько дней.

    “Проблемы с сердцем… Нахожусь под врачебным контролем”, – сказал глава партии.

    Напомним, на прошедших 9 февраля внеочередных парламентских выборах Хафиз Гаджиев баллотировался в депутаты по Гейгель-Дашкесанскому избирательному округу №101.

  • Hafiz Hacıyev xəstəxanaya yerləşdirilib

    Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problemlər yaranıb.

    Bu barədə Oxu.Az-a Hafiz Hacıyevin özü məlumat verib.

    O bildirib ki, ürəyində problemlər var və bir neçə gündür xəstəxanadadır.

    “Mən həkim nəzarəti altındayam. Hazırda xəstəxanadayam. Səhhətimdə yaranan problemlə əlaqədar çox danışa bilmirəm”, – deyə Hafiz Hacıyev söyləyib.

    Xatırladaq ki, Hafiz Hacıyev Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi üzrə namizəd idi.

  • Sabiq icra başçısının komandasını gözləyən cəzalar – SİYAHI

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) fevralın 20-də keçirdiyi əməliyyatla saxlanılan Neftçala rayon icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərovu, icra başçısının müavini Gültəkin Sadıqovanı, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovu, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyevi, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovu, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimovu ağır cəza gözləyir.

    Oxu.Az-ın məlumatına görə, yuxarıda adıçəkilən şəxslər rüşvət alma və rüşvət vermə ilə təqsirli bilinirlər.

    Cinayət Məcəlləsinin 311-ci maddəsinə görə, rüşvət almaq passiv rüşvətxorluqdur.

    Rüşvət alan şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilir.

    Eyni zamanda, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma isə daha ağır cinayət sayılır.

    Belə halda həmin şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilir. Əmlakı müsadirə olunur. Həm də beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Bu əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən təkrar törədildikdə, külli miqdarda törədildikdə, hədə-qorxu tətbiq olunmaqla törədildikdə cəza daha da sərtləşir.

    Bu hal üzrə rüşvət almağa görə əmlakı müsadirə olunmaqla, səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.

    “Külli miqdar” dedikdə, beş min manatdan artıq olan məbləğ başa düşülür.

    Cinayət Məcəlləsinin 312-ci maddəsinə görə isə rüşvət vermək aktiv rüşvətxorluq sayılır.

    Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə, ona rüşvət vermə və ya təkrar rüşvət vermə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla, dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

    Əgər kimsə vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verirsə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verirsə, cinayət məsuliyyətindən azad edilir.

    Qeyd edək ki, rayonun vəzifəsindən azad olunan icra başçısı İsmayıl Vəliyevi isə daha ağır cəza gözləyir. Oxu.Az əvvəlki yazılarının birində bu barədə yazmışdı.

    Xatırladaq ki, Səbail rayon Məhkəməsi təqsirləndirilən şəxslərin hər biri barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçib.

  • Президент Ильхам Алиев наградил Игоря Пономарева орденом “Шохрат”

    24 февраля Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении Игоря Анатольевича Пономарева орденом “Шохрат”.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению главы государства, награда И.Пономареву присвоена за заслуги в развитии спорта в Азербайджане.

    Игорь Пономарев родился 24 февраля 1960 года в Баку. В качестве члена бакинского ФК “Нефтчи” завоевал золотую медаль на Олимпиаде 1988 года в Сеуле в составе олимпийской сборной СССР.

    Позже Пономарев отправился в Швецию, где выступал в составе местной команды “Норрчепинг”. За свою тренерскую карьеру возглавлял сборную Азербайджана по футболу, команды “Карабах” и “Хазар-Лянкяран”, а также российский футбольный клуб “Машук-КМВ”.

    В настоящее время является членом Наблюдательного совета ФК “Сабах”.

  • Prezident Ponomaryovu təltif etdi

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İqor Anatolyeviç Ponomaryovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat verib.

    Sərəncama əsasən, Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə İqor Anatolyeviç Ponomaryov “Şöhrət” ordeni ilə təltif edilib.

    Qeyd edək ki, 24 fevral 1960-cı ildə Bakıda doğulan İqor Ponomaryov “Neftçi Bakı” klubunun üzvü kimi SSRİ-nin olimpiya yığmasının tərkibində 1988-ci il Seul olimpiadasında qızıl medal qazanıb. Sonradan İsveçə yollanan Ponomaryov yerli “Norrçyopinq” komandasında çıxış edib. Baş məşqçi karyerası ərzində isə o, Azərbaycan yığması, “Qarabağ” və “Xəzər-Lənkəran”, eləcə də Rusiyanın “Maşuk-KMV” komandalarına rəhbərlik edib.

    Hazırda “Sabah” klubunuun müşahidə şurasının üzvüdür.

  • Qonşu ölkələrdəki koronavirus təlaşı Azərbaycan turizmini “vuracaq”? – RƏSMİ AÇIQLAMA

    Dövlət Turizm Agentliyi İranda yayılan koronavirusun Azərbaycanın turizm bazarına təsiri ilə bağlı məsələyə münasibət bildirib.

    DTA-nın mətbuat katibi Kənan Quluzadə Oxu.Az-a açıqlamasında bildirib ki, koronovirusla bağlı dünya turizm bazarındakı qlobal böhran Azərbaycanın turizm bazarına da təsir göstərə bilər:

    “Agentliyin turizmlə bağlı verdiyi proqnozlar iki faktordan asılıdır. Bu, dünyada baş verən qlobal vəziyyətdən və Azərbaycanın sərhəd-keçid məntəqələrinə cavabdeh olan dövlət qurumlarının qərarlarından asılıdır.

    Biz taktiki gedişlərimizi digər dövlət strukturlarının qərarları ilə uyğunlaşdırırıq. Ümid edirik ki, yaxın vaxtlarda dünyada qlobal vəziyyət dəyişəcək, dünya turizmi normal vəziyyətinə qayıdacaq”.

  • Azərbaycanda iş qurub işə düşən rus qadın: “Allahdan qorxmayanlarla üz-üzəyəm”

    Rusiya vətəndaşı Kseniya Kukova Yevgeniyevna deyir ki, iki ildir Azərbaycanda ədalət axtarışındadı. İndi də Ali Məhkəməyə ümid edir.

    Kseniya Kukova Bizimyol.info-ya danışır ki, 2017-ci ildə Azərbaycanda iş qurub, kiçik sahibkarlıqla məşğul olmağa başlayıb. Şərikləri ilə qurulan işdən aybaay vergi ödənib, Azərbaycan vətəndaşları işə götürülməklə onlara maaş verilib. Dediyinə görə, iki illik gərgin əmək sayəsində onun rəhbərlik etdiyi “E.Mi Baku” kifayət qədər müştəri toplayıb, stabil gəlir gətirməyə başlayıb. Onun sözlərinə görə, şəriklərilə problemləri də həmin vaxtdan yaranıb. İş məhkəməyə qədər gedib çıxıb.

    Kseniya Kukova başına gələnlər haqda dövlət başçısına, Ali Məhkəmənin sədrinə də məktub yazıb. O, xüsusən məhkəmə ədalətsizliyindən şikayətlənir.

    “Allahdan qorxmayan ədalətsiz məhkəmələrlə üz-üzəyəm. Sizə, ölkənin xarici və daxili nüfuzunu daima qoruyan şəxslərə şikayətim var. Mən Rusiya vətəndaşıyam, Azərbaycan dilində danışa, yaza bilmirəm. Burada mənim yardım diləyəcək qohumum, yaxınım yoxdur. Son ümidim sizsiniz…”, – deyə Prezidentə yazıb.

    O bildirir ki, Azərbaycana gəlişinin səbəbi iş təklifi olub. Məqsəd Türkiyə vətəndaşı Mesut Mustafa Demirtaşın həyat yoldaşı Melek Demirtaşın təklifi ilə böyük gözəllik salonunun açılması idi: “Gözəllik salonu açıldı, mən Rusiyada treninqlərə qatıldım, işin hallarından kommersiya məqsədinin ciddi olduğunu sandım, həvəsləndim, inandım. Mesut Demirtaş dedi ki, xarici vətəndaş kimi, qeyri-rezident olduğu üçün investor kimi çıxış edə bilməyəcək. Öz ölkəsində pulun hardan əldə edilməsi barədə müvafiq qurumlardan sorğu-sualın olmasından ehtiyatlanır. Bizim, yəni Mələk və mənim təsisçi kimi çıxış etməyimizi xahiş etdi. Bildirdi ki, 185 min manat gözəllik salonunun təmir xərclərinə sərf olunacaq. Dedi ki, təmir xərclərini özü şəxsən qarşılayır, rəsmi olaraq isə şirkət təsisçiləri 30/70 ekvivalenti ilə yoldaşının və mənim adıma olacaqdır”.

    Kseniya Kukova deyir ki, gözəllik salonu tam istismara verildiyi vaxtdan Mesut Demirtaş bəzi sənədlərin düzəlişi bəhanəsilə onu notariusa aparıb. Orada Kseniya 185 min manatlıq borc müqaviləsinə imza atıb. İddia edir ki, onu aldadıblar: “Azərbaycan dilini bilməməyimdən, ona tam etibar etməyimdən sui-istifadə edib, məni aldatdılar, 185 min manatla bağlı “borcun etirafı” müqaviləsinə imza atdırıblar. Bundan sonra mənə dedi ki, 185 min manat borcum olduğunu rəsmi qaydada etiraf etmişəm”.

    Kseniya Kukova aldadılması ilə əlaqədar məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi iddiasını təmin etməyib. O, qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi onu haqlı olması nəticəsinə gəlib, şikayətini təmin edib.

    “Mən məhkəmədə Mesut Demirtaşın söylədiklərini təkzib edən səs yazılarını təqdim etmişəm. Orada o, 185 min manatı gözəllik salonunun təmirinə xərclədiyini deyir. Özü də təsdiq edir ki, pulu mənə verməyib, salonun təmir xərclərinə yönəldib. Sadəcə, mənim azərbyacan dilini bilmədiyimdən istifadə olunub, mənə məzmununu bilmədiyim ərizəyə imza atdırılıb”.

    Qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Fevralın 24-də Ali Məhkəmədə hakim Mehparə Əhmədovanın sədrliyilə bu işə baxılacaq: “Ehtiyatlanıram ki, qarşı tərəf əlaqələrindən istifadə edib, mənə qarşı növbəti ədalətsizliyə nail ola bilər. Ona görə də media vasitəsilə səlahiyyət sahiblərinə, Ali Məhkəmənin sədrinə səslənirəm, ədalətsizliyə imkan verməyin. Azərbaycana və onun məhkəmələrinə inamımı öldürməyin. Bu işin mənim üçün nə qədər vacib olduğunu bir Allah bilir…”