Month: February 2020

  • В Уджаре автобус насмерть сбил пешехода – ВИДЕО

    В Уджарском районе произошло дорожно-транспортное происшествие, в результате которого погиб пешеход.

    Как передает Report, инцидент зафиксирован на автомагистрали Баку-Газах, проходящий через территорию района.

    Пассажирский автобус марки Ikarus сбил переходившего дорогу жителя села Гараберк Ехтирама Гейбят оглы Новрузалиева, 1973 года рождения.

    Пешеход от полученных травм скончался на месте происшествия.

    По факту ведется расследование.

  • Ucarda avtobus piyadanı vuraraq öldürdü – VİDEO

    Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə ötən gün saat 22 radələrində Bakı-Qazax yolunun rayonun şərti olaraq “Dördyol” adlanan ərazisində qeydə alınıb.

    “İkarus” markalı sərnişin avtobusu yolu keçən piyada, rayonun Qarabörk kənd sakini, 1973-cü il təvəllüdlü Ehtiram Heybət oğlu Novruzəliyevi vurub. E.Novruzəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda dost dostun kürəyindən bıçaqla vurdu

    Bakının Sabunçu rayonunda gənc dostu tərəfindən bıçaqlanıb.

    APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.

    1990-cı il təvəllüdlü İsmayılov Ələkbər Cəfər oğlu dostu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı kürək nahiyəsinin kəsilmiş deşilmiş xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

  • Azərbaycanda viranə qalmış tibb məntəqəsi – VİDEO

    Sınıq-salxaq pəncərələr, çatlaq divarlar, hər an çökmə təhlükəsi olan tavan… Görüntülər hər hansı bir xarabalığı xatırlatsa da, bura tibb məntəqəsidir.

    Baku.Tv xəbər verir ki, Şabranının Kilvar və Zeyvə kəndlərinin 1400-dən çox sakininə xidmət edən bu səhiyyə ocağında elektrik xətləri də sıradan çıxıb.

    Sakinlərin dərdi bununla bitmir. Məntəqədə tibb işçilərinin sayı da azdır.

    Tibb məntəqisinin müdiri Məlahət Məmmədova bildirir ki, hər iki kənddə bacardığı qədər sakinlərin köməyinə çatmağa çalışsa da, mövcud vəziyyət onların da işinə əhəmiyyətli dərəcədə mane olur.

    Yerli kənd icra nümayəndəsinin müavini Mahir Osmanov şifahi olaraq bildirib ki, bu günə qədər məsələ ilə bağlı aidiyyəti orqanlara məlumat verilsə də, bu, rəsmi formada olmayıb.

    Nəzərə alsaq ki, soyuq və elektrik enerjisi olmayan bu məntəqədə körpələrə peyvənd də vurulur, məsələnin ciddiliyi özünü daha qabarıq şəkildə göstərir.

  • Васиф Талыбов произвел новое назначение

    22 февраля председатель Верховного Меджлиса Нахчыванской Автономной Республики (НАР) Васиф Талыбов подписал указ о назначении Ульви Мотабер оглу Гусейнли руководителем Аппарата Верховного Меджлиса НАР.

    До этого назначения У.Гусейнли работал заведующим отделом по связям с прессой и общественностью в аппарате Верховного Меджлиса.

    Руководитель аппарата также является председателем наблюдательного совета Фонда государственной поддержки развития СМИ при председателе Верховного Меджлиса.

  • Vasif Talıbovdan TƏYİNAT

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fevralın 22-də Ülvi Mötəbər oğlu Hüseynlinin respublikanın Ali Məclis Aparatının rəhbəri təyin edilməsi haqqında fərman imzalayıb.

    Ü.Hüseynli bu təyinatdan əvvəl Ali Məclis Aparatında Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

    Aparat rəhbəri həm də Ali Məclisin sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədridir.

  • İlham Əliyev və Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 21-də Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar.

    AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bina ilə tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, burada Azərbaycan Mədəniyyət Mərkəzinin, həmçinin səfirliyimizin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulur.

    Binada yüksək səviyyədə təmir-bərpa işlərinin aparılması planlaşdırılır.

    Prezident İlham Əliyev binanın əsaslı təmir layihəsi və görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.

  • Tovuzda ustanın faciəli şəkildə ölüm anı – VİDEO

    Fevralın 19-da Tovuzda baş verən bədbəxt hadisənin görüntüləri yayılıb.

    APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

    Yol kənarındakı təkər təmiri sexində işləyən 52 yaşlı İlham Əlirzayev ağır tonnajlı yük avtomobilinin təkərini təmir edərkən şin partlayıb. Partlayış zamanı onun başı dəmir dirəyə çırpılıb. Nəticədə o, baş nahiyəsindən aldığı xəsarətlərdən yerindəcə vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Çinlilər pulları pəncərədən atırlar (VİDEO)

    Koronavirus səbəbindən karantin altında saxlanılan Çinin Uhan şəhərindən yeni görüntülər yayılıb.

    Median.Az xəbər verir ki, evdən çölə çıxa bilməyən uhanlılar özlərinə yeni “əyləncə” növü tapıblar. Belə ki, onlar xərcləyə bilmədikləri pullardan “təyyarə düzəldərək” pəncərədən atırlar. Video “ümidlərin itdiyini nümayiş etdirən daha bir görüntü” kimi xarakterizə olunub.

    Qeyd edək ki, Çində Covid-19 səbəbindən 2 min 238 nəfər dünyasını dəyişib. Xəstəliyə yoluxanların sayı isə 75 min 465 nəfərdir.//bakupost.az

  • Bakıda 64 yaşlı kişinin qarnına dəmir batdı

    Bakıda 64 yaşlı kişi yıxılaraq xəsarət alıb.

    “Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib.

    Xocahəsən qəsəbəsində 1956-cı il təvəllüdlü Nağıyev Saqif Omar oğlu yıxılıb. Bu zaman onun qarın nahiyəsinə dəmir batıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın açıq yarası, sol tərəfin kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.