Month: February 2020

  • Koronavirusun yayıldığı ölkələr və itkilər (SİYAHI)

    Dünya üzrə koronovirusa yoluxanların sayı artmaqda davam edir. Son rəqəmlərdə infeksiyaya yoluxanların sayının 76 716 nəfərə çatdığı bildirilir. Virus ümumilikdə 2 236 nəfərin həyatına son qoyub.

    Modern.az koronavirusa yoluxma halı və itkilər olan ölkələrin siyahısını hazırlayıb:

    Yaponiyada 731 nəfər koronavirus daşıyıcısı var, onların hər biri hazırda xəstəxana şəraitində müalicə alır.

    Sinqapurda 58 nəfər virus daşıyıcısıdır. Onlardan 7-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.

    Taylandda 6 nəfər koronavirus daşıyıcısıdır. Onlardan 5-i Çin vətəndaşıdır.

    Cənubi Koreyada indiyədək virusdan dolayı bir nəfər dünyasını dəyişib. Hazırda ölkədə 104 nəfər koronavirus daşıyıcısıdır.

    Malaziyada biri yaşlı olmaqla iki nəfər koronavirusdan əziyyət çəkir.

    Tayvanda biri yaşlı olmaqla 4 nəfər koronavirus xəstəliyindən əziyyət çəkir.

    Almaniyada 4 nəfər virusdan dolayı karantin altındadır. 40 nəfərdə isə virus olduğu ehtimal edilir.

    Hindistanda isə 3 nəfər tələbə koronavirus daşıyıcısıdır.

    ABŞ-da 6 nəfər koronavirus daşıyıcısıdır, 191 nəfər isə nəzarət altına alınıb.

    Avstraliyada isə xəstəlikdən əziyyət çəkənlərin sayı 7-yə çatıb.

    Birləşmiş Ərəb Əmirliklərində koronavirusa yoluxan 8 nəfərdən 3-nün vəziyyəti yaxşılaşsa, 5 nəfər hələ ki, xəstəxanada müalicə alır.

    İranda virusdan dolayı 2 nəfər həyatını itirib. Hazırda 5 nəfər koronavirus daşıyıcısıdır

    Rusiya Səhiyyə Nazirliyi isə ölkədə 20 min nəfərin virus daşıma şübhəsi ilə həkim nəzarəti altında olduğunu açıqlayıb. Onlardan 6-mini Çin, 14 mini isə Rusiya vətəndaşıdır. İlin əvvəlindən 769 nəfər xəstəxanaya yerləşdirilib, onların 97-də qrip aşkarlanıb, 121 nəfərdə isə tənəffüs yolu xəstəlikləri tapılıb. Son məlumatlara görə Rusiyada cəmi 2 nəfərdə koronavirus aşkarlanıb.

    Vyetnamda 6 nəfər virus daşıyıcısı var. Koronavirus təhlükəsindən dolayı ölkənin 10-a yaxın kəndinə giriş-çıxış məhdudlaşdırılıb.

    Belçikada 9 nəfər koronavirus daşıyıcısıdır, onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

    İngiltərə, Hindistan, İtaliya və Fransada 3 nəfər koronavirus daşıyıcısının olduğu bildirilib.

    Kanada, Nepal, İsveçrə, Finlandiya, Misir, Livan və İspaniyada isə 1 nəfərdə virusun olduğu bildirilib.

    Qeyd edək ki, Finlandiyada daha 15 nəfərdə virusun olma ehtimalı var.

  • Лейла Алиева встретилась c директором ФАО – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева встретилась с новым генеральным директором Продовольственной и сельскохозяйственной организации ООН (ФАО) Цюй Донгю в штаб-квартире организации в Риме.

    Об этом на своей странице в социальной сети Instagram написала Лейла Алиева.

    Стороны обсудили перспективы устойчивого развития сельского хозяйства в Азербайджане, усилия ФАО в этом направлении и двустороннее сотрудничество в решении проблемы голода и дефицита и качества воды.

  • SON DƏQİQƏ: Türkiyədə FÖVQƏLADƏ VƏZİYYƏT: Kəndlər boşaldılır – Minlərlə sakin təxliyə edildi (VİDEO)

    Türkiyənin Uşak vilayətində 4 kəndin sakinləri təcili təxliyə edilib. Minlərlə sakin müvəqqəti düşərgələrə və otellərə yerləşdirilib. Məktəblərdə tətil elan edilib. İş yerləri bağlanıb.

    Publika.az xəbər verir ki, buna səbəb vilayətdəki nəhəng su bəndində çatların əmələ gəlməsidir. Məlumata görə, mütəxəssislər ötən gün əmələ gələn çatların təhlükəli səviyyədə olduğunu bildiriblər. Təhlükəni aradan qaldırmaq üçün hərəkətə keçən müvafiq qurumlar, bəndə hündürlüyü 25 metrə çatan suyu boş ərazilərə boşaldırlar. Bəndə suyun səviyyəsi 2 metrə qədər azalıb.

    Problemi aradan qaldırılması üçün bir neçə günə ehtiyac var.

  • Türkiyə ordusu ŞİDDƏTLİ HÜCUMA keçdi: Ərdoğan və Putindən VACİB ADDIM

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

    Median.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, liderlər İdlibdəki vəziyyəti müzakirə ediblər. Prezidentlər İdliblə bağlı öhdəliklərə bağlı olduqlarını ifadə ediblər. Ərdoğan bildirib ki, bölgədəki vəziyyətin sabitləşməsi və humanitar fəlakətin dayandırılması vacibdir.

    Bundan əlavə, telefon söhbəti zamanı Liviyadakı vəziyyət barədə də müzakirələr aparılıb.

    Bu telefon söhbətindən bir neçə dəqiqə əvvəl İdlibdəki Türkiyə ordusu Suriya hökumət qüvvələrinin mövqelərinə növbəti dəfə top atışları həyata keçirib. Məlumata görə, Suriya ordusunun İdlibdəki yaşayış məntəqələrini hədəfə alması, türkiyəli hərbçilərin cavab atəşi açmasına səbəb olub.

  • Nərminin ata-anası Baş Prokurorluğa çağırıldı: “İlkin üçün imza…” – VİDEO

    Tovuzun Dondar Quşçu kəndində amansızcasına qətlə yetirilən Nərminin valideynləri, bacıları Bakıya gəlib.

    Median.Az xəbər verir ki, news24.az-ın redaksiyasında olan ailə paytaxta gəlmə səbəbləri və digər məqamlara aydınlıq gətiriblər. Ürəyi dolu olan ata, ana danışmağa, ağlamağa, dərdini deməyə adam axtarırmış kimi söhbətə başladılar.

    Mənim uşağım necə yanıbsa, o adam da elə yanmalıdır

    Nərminin atası Şərif Quliyev bu gün ekspertiza üçün qan analizi verməyə gəldiklərini bildirdi: “Bakıdan Baş Prokurorluqdan zəng eləyib dedilər ki, təcili qan analizi verməliyik. Ekspertiza üçün lazımdır. Biz də tez-tələsik yola çıxdıq. Yoldaşımdan da, məndən də qan aldılar. Bu analizin nə işə yarayacağını bilmirəm, yəni bu haqda bizə ətraflı məlumat verilmədi. Yalnız onu bilirəm ki, bu müayinə bəzi şübhələrə aydınlıq gətirilməsi üçün vacibdir”.

    Atanın sözlərinə görə, kənddə bir qrup insan cinayəti törətməkdə təqsirli bilinən İlkin Süleymanov üçün imza toplayırlar: “Kənddə bəzi adamlar camaatın arasına düşüb imza toplayırlar ki, İlkinin günahsız olduğunu sübut eləsinlər. İndi adlarını açıqlamayacam. Bu istintaqın işinə mane ola bilər. Baş prokurorluqdan deyirlər ki, nə edirlər, etsinlər. Günahkardırsa, cəzasını çəkəcək. Hüquq – mühafizə orqanları deyir ki, bu adam edib. Ekspertiza yalan danışmaz. Mən dövlətimə inanıram. İnanıram ki, uşağımın əsil qatilini tapacaqlar. Mənim uşağım necə yanıbsa, o da elə yanmalıdır”.
    “Ay Murad, yalan danışma…”

    Ata İlkinin əmisi oğlu, polis əməkdaşı olan Murad Süleymanovun açıqlamaları ilə bağlı narazılığını bildirdi:
    “Deyib ki, mən uşağımı dişindən tanışam. O adam yalan deyir, mən balamı görən kimi üzündən tanıdım. Düzdür, Nərminin ağzında iki dişi yox idi. Amma ona baxmağa ehtiyac qalmırdı. Çünki Nərminin üzü salamat idi, yanmamışdı. O qatil mənim balamın bədənini yandırmışdı, üzünü yox. Ona görə burdan ona demək istəyirəm ki, Ay Murad, yalan danışma, buna heç kimi inandıra bilməzsən”.

    Şərif Quliyev söhbət əsnasında Nərminin qətlində adı hallanan Altay Ələkbərov haqqında da danışdı:
    “Qabil Məmmədov onun adını çəkdi, amma Altayın günahkar olduğuna inamıram, Altayla bağlı bir şübhə olsaydı, dövlətimiz onu da saxlayardı. Altayın evi bizdən bir az aralıdı, qonşuyuq. Onun evini neçə dəfə yoxlayıblar, özüm şahidi olmuşam. Deyir, İlkin deyib, cinayəti eləməmişəm, zorla boynuma qoyublar. Halbuki ondan əvvəl mənim qardaşımı, qardaşım oğlunu saxlamışdılar. Əgər eləydisə, onların da boynuna zorla qoyardılar da. Ya da bu Altayın boynuna yıxardlar. Bir sübut tapmadılar ki, onlara toxunmadılar, sərbəst buraxdılar.
    Şərif Quliyev mediada əks olunan bəzi yanlış xəbərlərə də aydınlıq gətirib: “Saytların birində yazıblar ki, guya Nərmin yandırıldığı gün səhər tezdən basdırılıb. Bu, düzgün məlumat deyil. Uşaq yanvarın 6-ı axşam yandırılıb. Ayın 7- si günorta rayondan Bakıya ekspertizaya aparılıb. Axşam saat 7-də evə gətirmişik. Ayın 8-i günorta uşaq dəfn olunub. Bir gün ekspertizada müayinə edilib. Ekspertizada bizimlə birgə Baş prokurorun müavini Rüstəm Usubov, Kamal Qılıcov, daxili işlər nazirliyinin idarə rəisi Arzu Daşdəmirov, Milli Məclisin deputatı Qənirə Paşayeva olub. Bu hadisə bu qədər adamın gözü qarşısında baş verib,, niyə yalan danışırlar? Necə var, elə danışsınlar”.
    Onu da qeyd edək ki, Ş.Quliyev söhbət zamanı Nərmini arxasınca göndərdikləri gödəkçənin hələ də tapılmadığını dedi: “Nəinki kurtka, qızımın qulağındakı sırğanın tayı da yoxa çıxdı. Bu haqda bizə heç bir məlumat verilmədi. Bəlkə də tapılıb, istintaqdadır, bu haqda sonra məlumat veriləcək…”.
    “Yuxuda mənə deyir ki, məni niyə tək qoymusuz”

    Deyilənlərə göz yaşı ilə qulaq asan Nərminin anası Aynurə İsmayılova da söhbətə müdaxilə edir. İnsanların onun kənddən çıxmaq istəməsi haqda fikirlərinə münasibətindən məyusluğunu bildirdi:

    “Mənim nə demək istədiyimi anlamadılar. Mən ev yox, balalarımın canındakı qorxudan, dərddən uzaqlaşması üçün kənndən uzaqlaşmaq istəyirdim. Mən Nərminin ruhu olan evi qoyub hara gedərəm? İki gündür burdayam, canım orda qalıb. Nərmin yuxuma girir. Deyir, məni niyə tək qoymusuz? Məni səhv başa düşdülər, ev istəməmişəm, onu deyəndə özümdə olmamışam. Ürəyimdəkini düz deyə, anlada bilməmişəm. İstədim oralardan aralanaq, amma görürəm ki, dözə bilmirəm” (ağlayır).
    Şərif Quliyev həyat yoldaşının sözünə qüvvət verir: “Uşağın cəsədi tapılan vaxt dəli olmaq dərəcəsində idik, kənddən, aralanmaq istəyirdik, biz indi başa düşürük ki, uşağımızı qoyub hara gedə bilərik? Bizim evimiz də, həyətimiz də var. Heç kimdən heç nə istəmirik. Bircə balamızın qatili tapılsın. Bütün Azərbaycan bilsin ki, o kimdir”.

  • Koronavirusdan sağalanlarda yenidən virus aşkarlandı – Geri qayıdır

    Yuxanda koronavirus üzrə müalicə qrupunun rəhbəri professor Çjao Çzanpin bildirib ki, sağalıb evə buraxılan bir neçə xəstədə yenidən koronavirus aşkarlanıb.

    Median.Az medicina.az-a istinadən bildirir ki, həkim bunun səbəbini testlərin səhv edə bilməsində, laborantların yanlışlığında və ya konkret xəstələrin orqanizminin reaksiyasında görür.

    Professor buna görə sağaldığı təsdiq olunan və xəstəxanadan buraxılan xəstələrin ayrıca binada daha 2 həftə karantində saxlanılmasını vacib sayır.

  • В Азербайджане школьник получил ножевое ранение на уроке

    В Товузе произошла поножовщина.

    Как передпает АПА, инцидент произошел в школе села Донук Гырыхлы.

    Учащийся 10-го класса Гараев Ряван Парвиз оглу (2003 г.р.) госпитализирован с ножевым ранением. Пострадавший был срочно прооперирован, состояние у него тяжелое.

    По словам родителей, мальчик был ранен одноклассником во время урока.

    Выясняются обстоятельства инцидента.

  • Gürcüstan vətəndaşlarını Çindən təxliyə edir

    Gürcüstan koronavirus səbəbindən 34 vətəndaşını Çindən təxliyə edir.

    Report xəbər verir ki, həmin şəxslər Çində yaşayan, çalışan və təhsil alanlardır.

    Gürcüstan vətəndaşları müxtəlif səbəblərə görə hələ də Çini tərk edə bilməyiblər. Onlar bir neçə saat sonra təyyarə ilə vətənə çatdırılacaqlar.

    Təxliyə olunan şəxslər iki həftə ərzində Saçxere rayonunda yerləşən hotellərdən birində karantində saxlanılacaqlar.

  • Dövlət başçısı: “Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir”

    “Biz bütün başqa sahələrdə də əməkdaşlığa açığıq. Azərbaycanın gələcək planlarına gəldikdə, infrastruktur layihələri prioritet təşkil edəcək və biz İtaliya şirkətlərini dəvət edirik”.

    “Report” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Romada Azərbaycan-İtaliya biznes forumunda deyib.

    Dövlət başçısı bildirib: “Əminəm ki, biznes forum çərçivəsində Azərbaycanda görüləcək işlər haqqında təqdimat ediləcək və İtaliya şirkətləri məlumatlandırılacaqlar. Xüsusilə, içməli su layihələri, meliorativ tədbirlərin görülməsi və Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması bu gün gündəlikdə duran məsələlərin arasındadır. Çünki Bakının da yerləşdiyi Abşeron yarımadasının neft hasilatına görə ekoloji vəziyyətinin yaxşılaşdırılmasına böyük ehtiyac var. Azərbaycan dövləti bu məqsədlərə böyük vəsait ayırır. Bildiyimə görə, İtaliya şirkətləri bu sahədə hələ ki, fəal işləmirlər. Digər Avropa şirkətləri, demək olar ki, bu sahəni əhatə edirlər. Ona görə mən İtaliya şirkətlərini bu sahəyə dəvət edirəm. Əminəm ki, Azərbaycan hökumətinin üzvləri bu məsələ ilə bağlı lazımi məlumatı təmin edəcəklər.

    Əminəm ki, elektroenergetika sahəsində imzalanmış memorandum icra ediləcək. Yenə də qayıdıram Davos Ümumdünya İqtisadi Forumunun hesabatına. Orada göstərilir ki, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Bizim bütün yaşayış məntəqələrimiz elektrik enerjisi ilə təchiz edilib. Biz elektrik enerjisini ixrac edirik. Bu ilin yanvar ayında iki böyük şirkətlə 440 meqavat gücündə külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı müvafiq sənədlər imzalanıb. İtaliya şirkətlərini də bu sahəyə dəvət edirik. Bizim bərpaolunan enerji ilə bağlı çox böyük potensialımız var. Azərbaycanda İtaliyadakı kimi, günəşli günlər kifayət qədər çoxdur. Ancaq İtaliyadan fərqli olaraq küləkli günlər də çoxdur. Bəzən bu, problem yaradır. Ancaq bərpaolunan enerjinin istehsalı üçün, hesab edirəm ki, bu, əlverişli amildir. Ona görə bu sahəyə də İtaliya şirkətlərini dəvət edirik.

    O ki qaldı, Azərbaycanın ümumi iqtisadi inkişafına, ölkəmizin iqtisadi vəziyyəti çox sabitdir. Bizim çox aşağı səviyyəli xarici dövlət borcumuz var, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Mənim tərəfimdən təsdiq edilmiş strategiyaya görə, bir neçə il ərzində bu, 10 faizə düşməlidir. Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan altı dəfə çoxdur. Ona görə biz istənilən vaxtda xarici borcu sıfırlaya bilərik. Yəni, bu, imkan verir ki, biz önəmli layihələrə beynəlxalq maliyyə bazarlarından da vəsait cəlb edək, baxmayaraq ki, Beynəlxalq Maliyyə Korporasiyası – IFC-nin hesabatında Azərbaycan artıq donor ölkə kimi tanınır və bu imkanlar gələcəkdə artacaqdır.

    Onu da bildirməliyəm ki, Azərbaycan ölkədən kənarda böyük investisiyalar qoyur, böyük layihələr icra edir. Bu günə qədər ölkəmizin hüdudlarından kənarda təqribən 17 milyard dollar həcmində sərmayə qoyulubdur. İtaliya şirkətləri də bu layihələrdə iştirak edirlər. Dünən biz bu barədə söhbət etdik. Biz gələcəkdə Azərbaycanın maliyyə təminatı ilə xarici ölkələrdə reallaşan layihələrə İtaliya şirkətlərini də dəvət edirik.

    Bütövlükdə son 16 il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu, dünya miqyasında rekord göstəricidir. Eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə bölünüb. Bunu deməyə əsas verən mühüm amil odur ki, 16 il bundan əvvəl Azərbaycan əhalisinin təxminən 50 faizi yoxsulluq şəraitində yaşayıb. Bu gün isə yoxsulluq şəraitində yaşayanların sayı 4,8 faizdir. Bir sözlə, ölkə qarşısında ciddi iqtisadi problemlər yoxdur. Əsas məsələ biznes iqliminin yaxşılaşdırılmasıdır və bu sahədə də islahatlar aparılıb və bu gün yəqin ki, bu barədə danışılacaq. Bir məsələni qeyd etmək istəyirəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan biznes mühitinin sağlamlaşdırılması istiqamətində atılmış addımlara görə 20 ən islahatçı ölkə sırasındadır”.

  • Ana uşaqlarını dəfələrlə qapısı bağlı evdə ac qoyaraq gedib

    Rusiyanın Moskva vilayətinin Ximki şəhərində ana uşaqlarını dəfələrlə qapısı bağlı evdə ac saxlayıb.

    Lenta.ru-nun xəbərinə görə, 26 yaşlı qadın iki uşağını uzun müddət evdə tək və ac qoyub gedib.

    Bu halın 2018-ci ildən bəri mütəmadi baş verdiyi məlum olub.

    Onun heç bir yerdə işləmədiyi və əvvəl məhkum olmadığı müəyyən edilib.

    Faktla bağlı (Yetkinlik yaşına çatmayan uşağın təhsil alması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi) cinayət işi açılıb.