Month: February 2020

  • Gürcüstanda ağır cinayət törədərək, Bakıda gizlənən silahlı şəxs zərərsizləşdirildi – FOTO

    Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş İdarəyə Elcan adlı şəxsin evində qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

    Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, Gürcüstan Respublikasının Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə beynəlxalq axtarışda olan, həmin ölkənin vətəndaşı Elcan Cəfərov paytaxtın Xətai rayonu ərazisində tutulub.

    Onun kirayədə yaşadığı mənzilə baxış zamanı oradan bir ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, bir ədəd “F-1” qumbarası, 32 ədəd partron, habelə 8,895 qram narkotik vasitə heroin və 4,403 qram psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülüb.

    Araşdırma zamanı E.Cəfərovun cinayətkar mühitə meyilli şəxs olduğu və əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edildiyi məlum olub. E.Cəfərov Gürcüstan Respublikasında ağır cinayət törətdiyi üçün bir müddət imiş ki, Bakı şəhərində gizlənirmiş.

    Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir uğurlu tədbir zamanı Balakən rayon sakini əvvəllər məhkum olunmuş Əli Muğumov Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində tutulub.

    Onun qəsəbə ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus bir ədəd sandıqça və 16 ədəd patron aşkar edilərək götürülüb.

    E.Cəfərov və Ə.Muğumov barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.






  • Мужчина, которого разыскивала бакинская полиция, скончался в больнице

    В бакинской больнице скончался мужчина, которого разыскивала полиция.

    Утром 17 февраля житель поселка Нардаран Сабунчинского района столицы Б.Гашимов (1954 г.р.) вышел из дома и не вернулся.

    Об этом члены его семьи сообщили в районное управление полиции (РУП).

    Сотрудники 42-го отделения РУП провели неотложные мероприятия, в результате которых было установлено, что Б.Гашимов скончался 18 февраля в Городской клинической больнице №3 от сердечной недостаточности.

  • İtkin düşən Bakı sakininin meyiti tapıldı

    İtkin düşdüyü deyilən Sabunçu rayon sakininin meyiti tapılıb.

    Fevralın 17-si səhər saatlarında paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşayan 1954-cü il təvəllüdlü B.Həşimov evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Bununla bağlı Sabunçu Rayon Polis İdarəsinə (RPİ) onun ailə üzvləri tərəfindən məlumat verilib.

    Daxil olan müraciət əsasında Sabunçu RPİ-nin 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.

    Məlum olub ki, itkin düşmüş kimi axtarışa verilən B.Həşimov fevralın 18-də şəhər klinik xəstəxanasında ürək çatışmazlığı diaqnozundan vəfat edib.

  • İranda koronavirusdan ölənlərin sayı artır

    İranda Qum şəhərində bu gün daha iki nəfər koronavirusdan ölüb, 13 yeni yoluxma halı qeydə alınıb.

    “Haber Global”ın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin məsulu Kiyanuş Cihanpur bəyan edib.

    Onun sözlərinə görə, bundan başqa biri həkim olmaqla, üç nəfərdə yoluxma qeydə alınıb.

    İraq bu səbəbdən İran vətəndaşları üçün sərhəd qapılarını üç günlük bağlayıb.

    İran Prezidenti Həsən Ruhaninin təlimatı ilə “Koronavirusun qarşısının alınması və mübarizə mərkəzi” yaradılıb.

    Xatırladaq ki, fevralın 19-da İranda iki nəfər koronavirusdan ölüb. İran vətəndaşı olmuş bu şəxslər Qum şəhərində yaşayıblar.

  • Küçədə arvadını və uşağını döyən kişi ilə bağlı rəsmi AÇIQLAMA

    Bakı Şəhər Baş Polis İdarəsi (BPİ) küçədə kişinin həyat yoldaşını və uşağını döyməsi ilə bağlı məlumat yayıb.

    Bakı Şəhər BPİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat üzrə Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsində müvafiq araşdırmalar aparılıb.

    “Bu barədə həmin şəxslər müəyyən olunaraq Yasamal RPİ 29-cu Polis Şöbəsinə dəvət olunaraq izahatları alınıb. Tərəflər aralarında yaranan mübahisənin şəxsi məsələ olduğunu vurğulayaraq, şikayətləri olmadığını bildiriblər. Avtomobil tərəfimizdən aşkarlanıb”.

    İdarədən qeyd edilib ki, faktla bağlı Yasamal RPİ 29-cu Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

    Qeyd edək ki, jurnalist Günay Arda ötən gün sosial şəbəkədə “İnşaatçılar” metrostansiyasının yaxınlığında kişinin həyat yoldaşını və yanındakı azyaşlını döyməsi barədə məlumat paylaşıb. O bildirib ki, kişi uşağı və qadını üz-gözündən qan axa-axa maşına basıb aparıb.

  • Вышел первый трейлер сериала “Магомаев” – ВИДЕО

    В Сети появился яркий и нарядный трейлер сериала “Магомаев” – о легендарнейшем певце Муслиме Магомаеве.

    Как сообщает “Российская газета”, сериал снят по заказу Первого канала Дмитрием Тюриным и Романом Прыгуновым.

    Основное его действие разворачивается в 60-е – во время записи своей концертной программы Магомаев знакомится с оперной певицей Тамарой Синявской. Между “королем эстрады” и восходящей звездой Большого театра моментально пробегает искра, “но Тамара замужем, да и Муслим не свободен…”.

    Магомаева сыграл Милош Бикович, Синявскую – Ирина Антоненко. Важно, что центральный каст проекта лично утвердила вдова артиста. Сценарий сериала писали четыре года – также при участии Синявской. Всего же разработка шоу заняла шесть лет.

    “Магомаев – сверхзначимая фигура для России, всего постсоветского пространства. Мы старались учесть это, но также стремились реализовать проект в современной форме”, – пояснил некоторые наблюдаемые в трейлере специфические моменты продюсер Данила Шарапов.

    Съемки проходили в Баку и Москве.

    Точная дата премьеры еще не названа.

  • Müslüm Maqomayevə həsr edilən filmin treyleri yayılıb – VİDEO

    Dünya şöhrətli azərbaycanlı ifaçı, SSRİ Xalq artisti Müslüm Maqomayevə həsr edilən səkkiz seriyalı bədii film Rusiyada 2020-ci ildə izləyicilərin səbirsizliklə gözlədiyi filmlər sırasında ilk yerlərdən birində qərarlaşıb.

    Vokrug.tv xəbər verir ki, filmdə Müslüm Maqomayevi serbiyalı aktyor Miloş Bikoviç, ifaçının həyat yoldaşı Tamara Sinyavskayanı isə rusiyalı aktrisa – “Miss Russia-2010” gözəllik müsabiqəsinin qalibi İrina Antonenko canlandırıb.

    Film Rusiyanın “Birinci kanal”ının sifarişi ilə çəkilib. Filmin yaxın zamanlarda yayımlanacağı elan edilsə də, dəqiq tarix haqqında məlumat verilmir.

  • На юге Азербайджана вырастили трехкилограммовую редьку – ВИДЕО

    В Джалилабадском районе Азербайджана вырастили огромную редьку.

    Как передает Baku TV, корнеплод вырос на участке жителя села Узунтепе Натига Мирзаева.

    По его словам, некоторое время назад он приобрел и посеял семена редьки.

    Когда пришло время собирать урожай, мужчина не поверил своим глазам: на грядке вырос огромный корнеплод.

    Н.Мирзаев сообщил, что вес редьки диаметром 38 см составляет 3 кг 300 г.

  • Cəlilabadda üç kiloqramlıq turp yetişdi – VİDEO

    Cəlilabad rayonunda fərdi təsərrüfatda digər turplardan dəfələrlə böyük turp yetişib.

    Baku TV xəbər verir ki, maraqlı hadisə rayonun Uzuntəpə kənd sakini Natiq Mirzəyevin təsərrüfatında baş verib.

    O, bir müddət əvvəl bazardan adi turp toxumları alaraq, həyətyanı sahəsində əkib. El arasında “40 günlük” turp növü kimi tanınan bu tərəvəzin yığım vaxtı təsərrüfat sahibi gördüklərinə çox təəccüblənib. Bunun ardınca əkdiyi tərəvəzlərə diqqət yetirdikdə, N.Mirzəyev onlar arasında daha bir neçə iri turpun olduğunu görüb.

    Tərəvəzin becərildiyi ərazi münbit olduğu üçün onlara hər hansı gübrə verilməyib. İri turpun çəkisi 3 kq 200 qram, diametri isə 38 sm-dir.

    Təsərrüfatında ilk dəfə belə bir qeyri-adi hadisə ilə qarşılaşdığını deyən N.Mirzəyev hələlik yığmadığı digər iri turplardan toxum götürməklə gələcəkdə onları daha da çoxaltmağı düşünür.

  • Yanan təyyarənin qəzalı eniş anı – VİDEO

    ABŞ-da “Dayton Biç” aeroportunda yüngülmotorlu “Cessna” təyyarəsi qəzalı eniş edib.

    Həmin anın dəhşətli görüntüləri “Jet Aviation” tərəfindən şirkətin “Facebook” hesabında paylaşılıb.

    Bu barədə REN.TV xəbər yayıb.

    Pilot alovlara bürünmüş “Cessna”nı saxlaya bilib. Zərərçəkənlər barədə məlumat yoxdur.

    Bildirilir ki, problem təyyarə havaya qalxdıqdan dərhal sonra baş verib, ona görə pilot aeroporta geri qayıda bilib.

    Hadisənin səbəbləri araşdırılır.