Month: February 2020

  • Отменены результаты голосования еще на четырех участках

    На состоявшемся сегодня заседании Центральной избирательной комиссии (ЦИК) было рассмотрено обращение зарегистрированного от 2-го Насиминского избирательного округа №22 кандидата Вугара Мамедова.

    Как сообщает Oxu.Az, об этом сказал член ЦИК Габиль Оруджев.

    Габиль Оруджев отметил, что жалобщик, утверждая, что в день выборов были нарушения закона в различных участках по округу, просил принять соответствующие меры: “Жалобщик оспорил результаты голосования по 27 участкам. В ходе расследования на избирательных участках № 1, 20, 24 были выявлены случаи, не отражающие волю избирателей. В ходе изучения представленных протоколов выяснилось, что результаты голосования на избирательном участке №11 не отражают волю избирателей. Поэтому предлагаю отменить результаты голосования на этих избирательных участках”.

    ЦИК вынес на обсуждение обращение и отменил результаты голосования на избирательных участках № 1, 11, 20, 24.

  • Məzahir Pənahovdan bu şəxslərə xəbərdarlıq

    Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fəaliyyətində nöqsanlara yol verən dairə və məntəqə seçki komissiyalarının sədrlərinə xəbərdarlıq edib.

    O bu barədə MSK-nın bu gün keçirilən iclasında çıxışı zamanı məlumat verib.

    M.Pənahov bildirib ki, fəaliyyətində qüsurlar olan dairə seçki komissiyalarının sədrləri və məntəqə seçki komissiyalarının sədrləri növbəti seçkilərdə olmayacaqlar:

    “Fəaliyyətində neqativ hallara yol verən komissiya üzvləri cəzalandırılacaqlar. Qanun pozuntularına yol verən komissiyalar isə buraxılacaq. Buna heç kimin şübhəsi olmasın. Artıq biz bir neçə məntəqə seçki komissiyasının fəaliyyətində baş vermiş pozuntuları araşdırırıq”.

  • 22 saylı Nəsimi İkinci Seçki Dairəsinin 4 məntəqəsində səsvermənin nəticələri ləğv edilib

    Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 22 saylı Nəsimi İkinci Seçki Dairəsindən namizədliyi qeydə alınan Vüqar Məmmədovun müraciətinə baxılıb.

    APA-nın məlumatına görə, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

    Qabil Orucov bildirib ki, iddiaçı seçki günü dairə üzrə müxtəlif məntəqələrdə qanun pozuntularının olduğunu iddia edərək, müvafiq tədbirlərin görülməsini xahiş edib: “İddiaçı 27 məntəqədə səsvermənin nəticələrini mübahisələndirib. Araşdırma zamanı 1, 20, 24 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müəyyən edilib. Təqdim edilən protokolların araşdırılması zamanı isə 11 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Ona görə də təklif edirəm ki, həmin seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilsin”.

    MSK müraciəti müzakirəyə çıxarıb və 1, 11, 20, 24 saylı seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilib.

  • Bakıda maşın, Cəlilabad və Ağsuda ev yanıb

    Bakının Xətai rayonunda “Daewoo” markalı minik avtomobilinin yanar hissələri yanıb.

    APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

    Bundan əlavə, Cəlilabad rayonunun Çünzəli kəndində ümumi sahəsi 210 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 105 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Digər bir hadisə isə Ağsu rayonunda qeydə alınıb. Rayonun Qaravəlli kəndində ümumi sahəsi 280 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar 238 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Manaf Ağayev polisə çağırılıb – RƏSMİ

    Müğənni Manaf Ağayev Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub.

    Bu barədə APA-ya BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, Manaf Ağayevlə profilaktik söhbət aparılaraq sərbəst buraxılıb. Müğənni hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.

    Xatırladaq ki, bir müddət əvvəl ATV telekanalında yayımlanan “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib.

  • Манаф Агаев вызван в полицию

    Певец Манаф Агаев приглашен в Главное управление полиции города Баку.

    Об этом АПА сообщил начальник пресс-службы ГУПБ майор полиции Эльшад Гаджиев.

    Он сказал, что с Манафом Агаевым была проведена профилактическая беседа. Певец сказал, что раскаивается в своем поступке и просит прощения.

    Напомним, некоторое время назад певец Манаф Агаев в передаче «Ən yaxşısı» призвал к насилию в отношении женщин.

  • Yeni növ ilbizə ad verildi – VİDEO

    “EurekAlert!” elmi informasiya servisi yeni kəşf edilmiş ilbiz növü ilə bağlı məlumat yayıb.

    “Report” xəbər verir ki, bruneyli və amerikalı zooloqlar alimlər molyuska isveçli eko-fəal Qreta Tunberqin (“Craspedotropis gretathunbergae”) adını veriblər.

    Məlumata görə, bu adı alimlər səsvermə yolu ilə seçiblər, hətta Q.Tunberqdən də icazə alınıb. O da buna yalnız şad olacağını bildirib.

    Qeyd edək ki, “Craspedotropis gretathunbergae” ilbizi temperatura xüsusi həssaslığı ilə seçilir.

  • Bu maska koronavirusdan qoruya bilir

    Çində tibb işçilərini koronavirusdan müdafiə edə bilən respirator aşkarlanıb. Bu barədə “Live Science” xəbər yayıb.

    Qeyd edək ki, koronavirus hava-damcı yolu ilə yayılır. Əsas təhlükə yoluxan xəstənin öskürəyi, həmçinin çirklənmiş səthlərlə təmasdan gəlir. Hazırda Çində 1700-dən artıq tibb işçisinin infeksiyaya yoluxduğu məlumdur. Onlardan altısı həyatını itirib.

    Bununla əlaqədar olaraq, elm adamları virus zərrəciklərinin filtrasiyası üçün davamlı respiratorların yaradılması barədə düşünürdülər. Araşdırma zamanı məlum oldu ki, “N95” respiratorları daşıyan tibb işçiləri yoluxmayıblar. Bu maskalar diametri 0,0001 düym (0,3 mikron) olan kiçik zərrəciklərin azı 95 faizinin qarşısını alır.

    Hazırda hər bir xəstəxananı təmin etmək üçün Çində bu maskaların istehsal tempi sürətlənib.

  • İcra başçısının DTX-nin əməliyyatı ilə tutulan qadın müavini deputatlığa namizəd olub – FOTO

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunda saxladığı vəzifəli şəxslər arasında Neftçala rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sadıqova Gültəkin Zakir qızı da var.

    Unikal.org saxlanılan xanım müavinin kimliyini araşdırıb. Məlum olub ki, G.Sadıqova həm də 9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək növbədənkənar seçkidə iştirak edib. G.Sadıqova 61 saylı Neftçala seçki dairəsindən lider namizəd olan xalq şairi Sabir Rüstəmxanlının rəqibi olub.

  • Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib

    Fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Mayo biznes forumda iştirak ediblər.

    Dövlətimizin başçısı İlham Əliyev və nazir Luici Di Mayo biznes forumda çıxış ediblər.